1. Xidmət sahələrinin inkişafında turizmin yeri və rolu


Download 495.29 Kb.
bet35/35
Sana05.01.2022
Hajmi495.29 Kb.
#232688
1   ...   27   28   29   30   31   32   33   34   35
Bog'liq
YourFileName

ÜDM



  1. s,k = 1


İ
Burada, Sq - j sahəsinin i məhsulunun miqdarı; Sik - i sahəsində k istehlakın xüsusi çəkisi.
Turizm sənayesi turist kompleksinin formalaşmasından asılı olaraq və həmçinin turistlərin artımı ilə öz məhsulunu və onun çeşidini formalaşdıran sahədir. Turist sə-nayesi bütövlükdə respublikada sənayenin inkişafı ilə yanaşı, məişət və tarixi obyektləri, mədəni irsi özündə əks etdirən marketinq quruluşuna malikdir. Turizmin

inkişafında həmçinin əl əməyinə əsaslanan, ancaq dəyəri yüksək olan məşğuliyyət növü mövcuddur və bu sahə tarixi ənənə, milli geyimlər, milli əşyalar və həmçinin bahalı zinət əşyaları məişət şeyləri istehsal etməklə və onların xarici və gedən turistlərə satmaqla əldə gəlir etmək və respublikada məşğulluğu təmin etmək mümkündür. Respublikada məşğulluq və sahibkarlığın geniş və özünəməxsus formaları turizmin in-kişafı ilə bağlıdır. Əhalinin məşğulluğu, əl əməyindən istifadə, daha çox qadın əməyinə və həmçinin ev təsərrüfatının inkişafı üçün turizmin inkişafı əhəmiyyət kəsb edir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ev təsərrüfatında istehsal və xidmət fəaliyyəti turizm sifarişi əsasında qurula bilər. Həmçinin turistlərin respublikanın ayrı-ayrı regionlarına səfəri həmin regionlarda ictimai müəssisələrin, yeməkxanaların fəaliyyəti ilə məşğulluğu artırır. Bu da Azərbaycan mətbəxinin, onun hazırladığı məhsulların dünya bazarında reklamını təmin edir. Belə ki, İsmayıllı rayonunda, bir sıra duluçuluq məhsulları, toxunma əşyaları, Şəki şirniyyatı, yaxud qoz, fendıqla hazırlanmış məhsullar, Qubada yeməkxanada hazırlanan xörəklərin sifarişi, meyvə şirələri, mineral sular, təbii otlardan hazırlanan çay dəzğahlar turizmin inkişafı ilə əhalinin işlə təmin olunması və onların ev təsərrüfatının məhsullarının satılması üçün əsas baza yaradır.


Turizmin respublikada inkişafı xüsusiyyətləri respublika əhalisinin məşğulluq strukturu və ailə tərkibində yaş quruluşuna uyğun əlverişli mühitə malikdir. Hər şeydən əvvəl əhalinin 1,3 mln. nəfərinin pensiya yaşında olması, kənd yerlərində fərdi təsərrüfatın istehsal strukturunda aparıcı rol oynaması və bir sıra regionlarda turistlərin təminində formalaşmış141ənənə sonrakı inkişaf üçün əsas yaradır.
Bu gün respublikada təbii iqlim mühiti turizm üçün əhəmiyyətli olan regionların çox hissəsinin erməni əsarətində olduğu və bəzi sərhəd regionlarında minalanma və atəş altında turizmin maddi-texniki bazasının yaradılmasında biznes fəaliyyətinin yüksək artımını ləngidir. Hətta bəzi regionlarda qaçqınların və əhalinin güzaranın pis olması turizmin axınına psixoloji amil kimi təmin edir. Ona görə də kiçik və orta sahibkarlığın turist fəaliyyətinə, o cümlədən daxili potensialın turist sənayesi və istehlakına yönəldilməsi faktiki olaraq zəif istifadə olunur. Respublikada yaradılmış tikinti kompleksi, ictimai iaşə müəssisələri, kifayət qədər geniş turist qəbulu üçün xeyli

inkişaf etmişdir. Belə ki, indi respublikada mehmanxana təsərrüfatı, fərdi evlər, mənzillər, bağlar, dənizkənarı parklar, habelə qazanc əldə etmək üçün icariyyə verilən şadlıq evləri, restoranlar, kafelər və digər istehlak istirahət və işləmək üçün kirayə ve-rilən xidmət sferası formalaşıb. Bu sfera əhalinin məşğulluğu və fərdi gəlirlərin artmasına şərait yaradır. Xarici şirkətlərlə işləyənlərin, xüsusi evlərin kirayə götürməklə, yaxud bir neçə günlüyə respublika regionlarına turist kimi səfər etməklə, yerli əhalinin fərdi qaydada yaratdığı rekreasiya obyektlərindən istifadə edirlər. Məhz yerli əhalinin fərdi qaydada bu xidmət növü ilə məşğul olması, fiziki şəxs kimi onun sahibkarlığının daha raqəbət mühiti şəRaitində genişlənməsi və regionun maliyyə resurslarının artımına səbəb olur. Qeyri-dövlət maliyyə sektorun fəaliyyəti, yeni maliyyə qurumlarının yaranması, fiziki və hüquqi şəxslərin maliyyə imkanlarının türizm dövriyyəsinə cəlb edilməsi daha əməli və tezliklə özünün xərclərini ödəyən sahədir. Respublikada mənzil tikintisinin artımı, həmin mənzillərin kirayə verilməsi üçün şərait yaradır. Turizm inkişafı ilə respublikaya əmtəə-pul və kredit münasibətlərinin və dövriyyədə olan pulun miqdarını artırmağa, məcmuu tələblə məcmuu təklifin kəmiyyət və keyfiyyət strukturunun dəyişməsinə səbəb olur. İnkişaf etmiş turizm ölkələrinin müşahidə yolu və statistik göstəriciləri göstərir ki, turizm ob-yektləri həç də mövsümü xarakter daşımır və bununla daimi iş yerləri və mövsümü xarakterli işlər üçün yeni iş yerləri açılır. Xarici ölkələrdən iş qüvvəsinin axını ilə onların isteh- lakının formalaşması respublikaya gələn pulun respublikada qalmasına səbəb olur. Ona görə də turizm ilə bağdı və yaxud yeni iş yerləri ilə bağlı işçilərin əməkhaqqısı və gəlirl142əri, həmin iş yerlərinin açılması ölkədə fərdi xərclərə yaxud yığım vasitəsi kimi istifadə edilirsə, onda bu ölkənin hesabına gələn gəlirlər bu ölkə daxilində xərc strukturunun formalaşmasına, bu da öz növbəsində yeni inkişafa səbəb olur. Beləliklə, məcmuu tələbat və məcmuu təklif turizm hesabına artır, ölkə də iqtisadi artım meyilləri və dünya ölkələrinə müqayisədə qazanılan pulun reallaşma bazarı və məkanı formalaşır. Belə ki, dünya ticarət ittifaqlarına girmək niyyəti məhz bazarının genişlənməsi məqsədini güdür. Türkiyə Cümhuriyyəti turizm bazası və ticarət məkanı olduğu üçün onun Avropa İqtisadi Birliyinə daxil olması, onun iqtisadi imkanlarını artıracaq, ölkəyə gətirilən pul kütləsinin respublikaya gələnlər hesabına yüksəltmək,

həmçinin dünya bazarında ölkənin istehlak tələbatının ödəyən ixracat potensialını artıracaq. Ölkənin turist məqsədləri ilə transformasiyasının əsas istiqaməti qeyri-dövlət maliyyə resurslarının turist dövriyyəsinə cəlb edilməsinə stimul yaratmaqdır. Bu təbii ki, turizmin inkişafı ilə məşğul olan kiçik və orta sahibkarlıq fəaliyyəti üçün zəruri olan resursların, o cümlədən, kapital və investisiyanın təşviqi üçün dövlət proqramının tərtibi və istifadəsinə nəzarət mexanizminin yaradılması yolu ilə mümkündür. Dövlətin himayə- çilik fəaliyyətinin əsas istiqaməti olan yoxsulluğun ləğvi proqramı və davamlı inkişaf layihəsi (2006-2015-ci illər çərçivəsində) regionlarda turizmin inkişafı üçün Dövlət büdcəsinin, kredit resurslarıın və xarici borcların istifadəsi və ehtiyatların idarə olunmasında turizmin inkişafının prioritetliyi təmin olunmalıdır. Ona görə də respublikada formalaşan maliyyə resurslarının istifadəsi üçün səmərəli sahə olaraq turizmin inkişafına yönəldilən üsullar, proqramlar və tədbirlər mühüm əhəmiyyət kəsb edir.
Digər sahələrdən fərqli olaraq turizmin inkişafı mərhələ-mərhələ və bazar tələbini nəzərə alaraq strateji planlaşma obyekti olsa da marketinq planlaşmasının obyekti kimi qurulmalıdır. Çünki daxili sabitlik, dünya ölkələrinin münasibəti, lobbiçilik dəstəyi və həmçinin yerli Azərbaycanlıların öz respublikalarının turist imkanlarından istifadə etmək səyi turizmin inkişafı üçün elmi proqnozlarla müəy-yənləşməlidir. Hesab edək ki, hər bir bu amillər riskli və bir sıra gözlənilməyən, addımlardan asılı olduğu üçün onların baş verməsi hallarında bu sahənin böhran halına düşməsinin qarşısının alınması metodları işlənməlidir.
Belə proseslər 143SSRİ dövründə yaradılan, amma müstəqillik şəraitində potensialını və bazarını itirən turist obyet- lərinin və uyğun ölkələrdə öz əksini tapır. Belə ki, mərkəzləşdirilmiş maliyyə və resurs təminatı şəraitində Gürcüstanda yaradılan turist potensialının, müstəqillik və bazar şəraitində bazarının itirilməsi əyani bir prosesdir.
Azərbaycan Respublikasının inkişaf dinamikası, onun qeyri-neft sektorunun inkişafına yönəldilən strateji inkişaf layihələrinin adekvatlığı, respublikanın resurs təminatı ilə ölçülür. Bu gün resurs potensialının istifadəsi istiqaməti kimi yerli turizmin obyektləri ilə məşğul olan xırda sahibkarla dəstək proqramı, fikrimizcə, daha səmərəli

fəaliyyət dairəsi kimi qəbul edilə bilər. Turizmin respublikada inkişafının xüsusiyyətləri, həmçinin dayanıqlı inkişfa və səmərəlilik baxımından daimi bazarı olan sahələr üzrə seçilməlidir. Bu istiqamətlərin genişlənmə meyili həmişə mümkün olan makroiqtisadi islahatların region əhəmiyyəti ilə müəyyənləşir.


Regionlara dövlət budcəsinin, xüsusi vəsaitlərin, müəssisə və təşkilatların maliyyə resurs imkanlarının, həmçinin əhali vəsaitlərinin istifadəsində azad rəqabət mümkün olsa da, vahid turizm strategiyası, onun proqramları və tənzimləmə siyasəti dövlət siyasətinin tərkib hissəsi kimi qəbul edilir.

144
Download 495.29 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   27   28   29   30   31   32   33   34   35




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling