1. Xidmət sahələrinin inkişafında turizmin yeri və rolu


Turist fəaliyyətinin təhlili xüsusiyyətləri


Download 495.29 Kb.
bet28/35
Sana05.01.2022
Hajmi495.29 Kb.
#232688
1   ...   24   25   26   27   28   29   30   31   ...   35
Bog'liq
YourFileName

4.Turist fəaliyyətinin təhlili xüsusiyyətləri

Təhlil iqtisadi sistemin metodoloji əsası və onun təşkilinin tərkib hissəsidir. Hər bir fəaliyyətin özünəməxsus təhlil metodikaları, qiymətləndirmə üsulları və proqnoz sistemləri mövcuddur və bu sistemin təşkili, idarə olunması təhlilin nəticələrindən asılıdır. Təhlil nəticəsində qərarlar qəbul olunur. Sonrakı inkişaf və qərarların səmərəliliyi düzgün təhlildən və aşkar olunan qanunauyğunluqlardan asılıdır. Təhlilin əsas məqsədi real iqtisadiyyatın mövcud vəziyyətini qiymətləndirmək onun əsas meyillərini aşkar etmək və


perspektiv istiqamətləri əsaslandırmaqdan97 ibarətdir. Ona görə də təhlil metodologiyası dəyişkən, dinamik bir prosesdir. Müxtəlif şəraitlərdən asılı olaraq formalaşır, obyekt və subyekt seçilir və nəticələrini qabaqcadan müəyyən etmək üçün hipotezlər (fərziyyələr) verilir. Əgər real şərait bu fərziyyədə tutulan şəraitdən ciddi və yaxud xeyli fərqlənirsə, onda bu fərqlərin aradan qaldırılmasının yolları qiymətləndirilir. Təhlil iqtisadiyyatı metodoloji keyfiyyət, kəmiyyət, cari perspektiv təhlillər üzrə təsnifatlaşdırılır və real şəraitə uyğunlaşdırılır. Turizmdə təhlil metodologiyası turizm məqsədini, turizm resurslarını, onlardan istifadənin yollarını əhatə edir, turizm məqsədləri əsaslandırılır, bu məqsədin obyekt və subyektləri seçilir. Fəaliyyət növü olaraq ayrı-ayrı amillər, məhsul və

xidmət növləri, onların artımı, kəmiyyət və keyfiyyət dəyişmələri, iqtisadi sistemdə rolu təhlil olunur. Ona görə də təhlil üçün obyektin miqyası onun əsas göstəriciləri və şərait amilləri uyğun olaraq subyekt və obyektə görə seçilir.


Turizm fəaliyyətinin obyekt turist təşkilatları, turistlə bağlı olan fiziki və hüquqi şəxslər, dövlət turist mexanizmləri və şirkətləri və beynəlxalq obyektləri daxildir. Turizm fəaliyyətinin predmeti isə turizm bazarının formasında inkişafında iştirak edən ayrı-ayrı subyekt və obyektlərin münasibət sistemidir. Daha çox turizmin fəaliyyəti nəticəsində əldə olunan səmərənin ayrı-ayrı subyektləri üzrə bölgüsü və onun yüksəldilməsində iştirak edən amillərin yaxşılaşması səmərəliliyi əsas rol oynayır. Turizm fəaliyyətinin təhlili onun idarə olunmasının başlanğıc həlqəsidir. İdarəetmə məqsədi təhlil aparmadan mümkün deyil. Təhlilin idarəetmədə rolu qərar qəbulu və müxtəlif variantların seçilməsində əhəmiyyət ilə formalaşır. Turizm idarəçiliyin məqsədyönlü fəaliyyətdir. Ya gəlir gətirmək fəaliyyəti, ya da iqtisadi və sosial potensial gücündən istifadə etmək, ya da regionların sosial inkişafı və əhalinin həyat səviyyəsini yüksəltmək vəzifələri durur. Bu məqsədlə formalaşan, istifadə olunan mexanizmlər təhlilin məcmu sistemidir.
Turizm fəaliyyətinin təhlili, onun məqsədləri, resursları, sahə və ərazi yerləşməsi, fəaliyyət növü xüsusiyyəti ilə bağlıdır. Turizmi təhlil etmək üçün göstəricilər sistemi tərtib olunur. Göstəricilər mütləq, nisbi, natural, dəyər, balans, tarazlı və dinamik göstəricilərə bölünür. Göstəricilərin bir- birinə bağlılığı sistem təhlilinin əsasını təşkil edir. Sistemli təhlil metodu turizm məqsədini, onun resurslarını və inkişaf variantını əhatə edir. Bu sahədə əsas aşağıdakı göstəricilər təhlil olunur:


  1. Makro iqtisadi98 göstəricilər turizm məhsulunun ümumi miqdarı, onun əmtəələr və xidmətlər üzrə təsnifatı, strkuturu bura daxildir




  1. Turizm maliyyə maddi potensialı




  1. Turizmin əmək ehtiyatları




  1. Turizm gəlirləri və mənfəəti




  1. Turizmin rentabellik və səmərəlilik səviyyəsi




  1. Turizmin ixracat potensialı, benəlxalq əlaqələrdə turizmin rolu




  1. Turizmdə əməkhaqqı sistemi, xərc strukturu




  1. Turizmdə innovasiya göstəriciləri

Bu göstəricilər maddi, xidmət və təşkilati quruluşuna görə müəssisə və şirkət üzrə təhlil olunur. Ümumi iqtisadi göstəriciləri olaraq respublika iqtisadiyyatının tərkib hissəsi kimi struktur göstəricisi olaraq təhlil olunur. Təhlil müqayisəli metodlarla həll olunur. Belə ki, ayrı-ayrı turist fəaliyyətinin bir-birilə müqayisəsində səmərəli variant tapılır. Bu səmərəli variantın əsasını təşkil edən səbəblər və amillər ümumiləşdirilir. Turizm çoxşaxəli və çoxamilli fəaliyyət prosesi olduğuna görə bu amillərin özlərinin tədqiqi və təhlilini həyata keçirməklə əlverişli variant əsaslandırılır. Turizm təhlilinin metodları:


  1. Müqayisəli təhlil metodu




  1. Normativ metodlar




  1. Proqnoz metodu




  1. Birbaşa hesablama metodu




  1. Kəmiyyət və keyfiyyət metodları




  1. Amillər metodu

Hər bir metodun seçilməsi turizm variantının və turizm fəaliyyətinin ayrı-ayrı sahələrinin tətbiqi baxımından əsaslandırılır. Turizmin hüquqi normativ bazası sosial nor-maları təsərrüfat fəaliyyəti kimi məsrəf normaları və əmək fəaliyyəti kimi əmək normaları formalaşdırır. Turizmin təhlili metodikası varinatlar üzərində qurulur. Ən səmərəli variant qərar qəbulundan asılıdır. Qərar qəbulu isə təhlil, proqnoz, resurs və qərar qəbulu ardıcıllığı ilə həyata keçirilir. Turizmin təhlili, proqnozu, onun real mövqeyini qiy-mətləndirmək və perspektivini əsaslandırmaq üçün təsnifləşdirilir.


Turizmin təhlili metodları ümumi iqtisadi metodların bu sahəyə tətbiqi ilə əsaslandırılır. Metodlar sistemli99 təhlil, balans yanaşma, normativ metodlar, məsrəflər və son nəticə, iqtisadi riyazi metodlar, birbaşa hesablamalar, statistik, dinamik, təhlil metodlarına bölünür. Hər bir metod özünün spesifik amillərini, konseptual əsaslarını və hesablama metodikasını özündə əks etdirir. Turizmin metodikası regionlar üzrə, turizm fəaliyyəti üzrə və turizm amilləri üzrə konkretləşir. Əsas fondların dövriyyə vəsaitinin, əmək ehtiyatlarının amil olaraq təhlili, qiymətləndirilməsi turizm məhsuluna görə təsnifatlaşdırılır. Hər bir turist məhsulunun formalaşmasında zəruri olan amillər maddi əşya və pul vasitəsilə ifadə olunur. Beləliklə, turizm fəaliyyətinin təkrar istehsal strkuturu formalaşır. Təkrar istehsal strukturunun tərkibinə resursların bir-birini əvəz etməsi

xarakterinə görə turizmin məsrəf və son nəticə modeli tərtib olunur. Turizmin təhlili metodları səmərəlilik prinsiplərini özündə əks etdirir. Elə metodlar seçilməlidir ki, həmin metodların informasiya girişində və son nəticədə real proses təsvir olunsun. Metod nə qədər nəzəri, konseptual faktorları özündə əks etdirirsə bir o qədər real olduqda alınan nəticələr səmərəli olur və turizmdə iş istehsalatı həyata keçirməyə imkan verir. Müasir şəraitdə ünvanlılıq və komplekslilik məqsədilə proqramlar tərtib olunur. Proqram xarakterli tədbirlər həyata keçirilir. Kompleks proqramların son hədəfi resurs təminatı və təşkilatlanma strukturuna əsaslandırılır. Kompleks proqramlar ərazi mənafeləri üstünlük təşkil edir. Sahə prinsipində isə həmin sahənin davamlılığı, kommersiya gəlirləri prioritet istiqamət təşkil edir. Ərazi və sahə prinsipləri vəhdət şəklində idarəetmənin təkmilləşmə metodudur.


Bütün iqtisadi proseslər kimi turizm sahəsində müasir və perspektiv qərarları tələb edir. Proqnozlaşdırma perspektiv inkişafın əsas istiqamətlərini əhatə edir. Proqnozlar passiv, aktiv olur. Passiv proqnozlar formalaşmış turist fəaliyyətinin retrespektor təhlilidir. Passiv proqnozlar struktur dəyişmələri əhatə etmir. Aktiv proqnozlar isə turizm fəaLiy-yətinin dəyişilmiş variantıdır. Bu məqsədlə turist məhsulunun yeni trayektoriyası, onun yeni strkuturu, seqment- ləşməsi və resurlarda istifadənin yeni texnologiyası müəy-yənləşir. Turizm layihələri uzunmüddətli proqnozlarla əsaslandırılır, investisiyalar tapılır və onlardan istifadənin variantları əsaslandırılır. Turizm proqnozu modelləri dinamik modellərdir. Bu modellər sahələrarası modellərə əsaslanır. Statistik və dinamik modellər mövcuddur. Sahələrarası model aşağıdakı formula ilə ifadə olunur:
100 y =Z jaijx X i+ yt
Burada:
Yi - i sahəsinin məhsuludur
aij - j sahəsinin i turizm sahəsinə olan məsrəf normalarıdır.
y/ - turizm sahəsinin son məhsuludur.
Xi - i sahəsində vahid məhsulun həcmidir.
Turizmin proqnozu miqdar və fəza proqnozlarına bölünür. Hər hansı bir səviyyə yüksəlmək, qalxmaq proqnozun hədəfi kimi qəbul olunur. Burada hədəflə faktiki göstə-ricilər arasındakı fərqlərin minimuma endirilməsi meyardır:

(f(yi)-Nİ)


Min Е = ----------------
Ti
Turizm proqnozu amilləri üzrə də həyata keçirilir. Amillər material, əmək və təşkilati idarə etmə amillərinə bölünür, yaxud menecment amili kimi qəbul olunur. Turizmdə tətbiq olunan balanslar aşağıdakılardır:


  1. Material balansları


2. Əmək balansları


  1. İnvestisiya gəlirləri və xərcləri balansları




  1. İdxal və ixrac balansları

Material balansları bu sahədə tətbiq olunan maddi- texniki bazanın, məhsulun material tutumu ilə ölçülür, elmin, texnikanın inkişafı ilə yeniləşir. Əmək balansları gəlir-lər və xərclərlə ölçülür. İş qüvvəsi ehtiyatları, onlardan istifadə və regionda turizm tələbatının əmək ehtiyatlarına təsiri qiymətləndirilir. İnvestisiya gəlirləri və xərcləri kapitalın mənbələrinə, investorların vəsaitlərinin formalaşmasına və istifadəsinə yönəldilir. İdxal, ixrac isə turizm, şirkətlərinin xarici iqtisadi əlaqələrdə əldə etdikləri vəsaitlər və idxal etdikləri məhsullarla təhlil olunur. Turizmin proqnozu sistemli kompleks tədbirlərin nəzəri və praktiki parametrlərin əsaslanması ilə baş verir. Proqnozlar elm tutumlu, real və tətbiqi üçün səmərəli olmalıdır. Ona görə də proqnozlar variantlarla verilir. Hər bir variantın özünün şərti və şəraiti mexanizmləri mövcud olmalıdır. Alternativ variant meyarlar əsasında seçilir və qərar qəbul olunur. Qərar qəbulunun subyekti dövlət, şirkət və turistlər ola bilər. 101Turizmin planlaşması və idarə olunması proqnozu planqabağı tədqiqatlarla bağlıdır. Bu tədqiqatlarda təhlil araşdırmalar, qiymətləndirmə metodikası tərtib olunur. Turistlərin motiviza- siyası, onlara təsir edən amillər olunur. Turizm motivi, turizm alternativ variantı qərar qəbulu üçün əsas verir. Turizmin proqnozu riyazi, iqtisadi modellərə yeni müasir şəraitdə səlist sistemləri ilə tədqiq olunub proqnozlaşır və bu zaman ehtimallıq, risklik, səmərəlilik kateqoriyaları metodiki obyekt olaraq işlənib hazırlanır və proqnozlaşdırılır.

Mövzu 11. Turizmin idarə olunmasının əsas meyar və göstəriciləri. Turizmin regionların inkişafında rolu


  1. Turizm idarəçiliyinin əsas meyarı və əsas prinsipləri




  1. Turizmin inteqrasiya amili və beynəlxalq əlaqələrin təşkilində rolu




  1. Turizmin regional aspektləri




  1. Turizmin iqtisadi və sosial inkişafda rolu

1. Turizm idarəçiliyinin əsas meyarı və əsas prinsipləri


Turizmin hər bir ölkədə sahə olaraq formalaşması bu sahə üçün zəruri olan iqtisadi potensialla müəyyənləşir. İqtisadi potensialın başqa sahələrə yönəldilməsində əldə olunan səmərə az olduqda turizm sahəsi daha prioritet istiqamət təşkil edir. Turizmin idarə olunması kompleks sistemli meyarlarla ifadə olunur və turizm çoxmeyarlı sistem kimi iqtisadi, sosial, dünyəvi dəyərlər üzərində qurulur. Kommersiya marağı olaraq turizmdə gəlirlilik davamlı inkişafın iqtisadi əsasıdır. Sosial meyar baxımından isə iş yerləri və əhalinin turizm tələbatının ödənilməsi əsasıdır. Dünyəvilik baxımından isə turizmin xarici iqtisadi əlaqələrdə əhalinin məskunlaşmasında və ya xarici turistlərin respublikaya gəlməsi ilə ifadə olunur. Belə ki, ÜDM-in artımında turizmin rolu, turizm sahəsində işləyənlərin sayı əsas fondların dövriyyə vəsaitlərin və regionlarının resurs potensialının istifadəsi dərəcəsi, kəmiyyət və keyfiyyətlə ifadə olunur. Turizmin gətirdiyi gəlirlər əhali gəlirlərinə, dövlət və şirkətin gəlirlərinə bölünür. Hər bir subyektin marağı ödənildikdə bu sahə inkişaf edir və turizmin effektivliyi102idarəçiliyi mümkün olur.



Download 495.29 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling