1. Xidmət sahələrinin inkişafında turizmin yeri və rolu
Turizmin mənfəəti və onun bölgüsü sxemi
Download 495.29 Kb.
|
YourFileName
2.Turizmin mənfəəti və onun bölgüsü sxemi
Turizm mənfəəti turizm məhsulunun həcmi və onun qiyməti ilə ölçülür. Turizm məhsulu artırsa onun iqtisadi potensialı genişlənir. İqtisadi potensialın formalaşmasında xalis məhsul onun qiyməti daha əhəmiyyətlidir. Bu müəssisələrin xalis gəlirini ifadə edir. Xalis gəlir istehsal olunmuş və satılmış turist məhsulu ilə ona çəkilən xərclərin arasında olan fərqi ifadə edir. Xalis məhsul artımı turist obyektlərinin, sahibkarların iqtisadi və sosial maraqlarıdır. Rəqabət şəraitində bu xalis məhsul, xalis gəlir nə qədər çox olsa, bir o qədər də gələcək inkişaf üçün şərait yaradır və turist obyektləri rəqabət mühitinə dözümlü olur. Turizmdə ÜDM aşağıdakı formula ilə qiymətləndirilir: ÜDM (t) = Turizm məhsulu x qiymət Xalis gəlir isə XG=ÜDM (t) - M (t) M-məsrəflər Xalis məhsulun yüksəldilməsi turizmdə meyardır. Onun yüksəldilməsi yolları formulalardan göründüyü kimi qiymətin qaldırılması yaxud məsrəflərin aşağı salınması ilə mümkündür. Ancaq qiymətləri qaldırmaq bazar şəraitində mümkün deyil. Məsrəfləri aşağı salmaq isə hər bir turizm73 obyektinin, müəssisənin səmərəli fəaliyyətinin təşkilidir. Buna görə də turist müəssisələrini yeni texnikanın tətbiqinə, keyfiyyətli məhsul istehsalına və varlı müştərilərin cəlb olunmasına maraqlıdır. Məsrəflərin salınmasına, həm də turizmdə işçilərin əməkhaqqısı ilə də bağlıdır. Turizmdə fəaliyyət göstərən xidmət göstərən bütün personalların yaşayışı üçün zəruri olan digər xərclərlə bağlıdır. Bu xərclərin hər birinin müəyyən məhdudiyyətləri, müəyyən yolları mövcuddur. Bu yollar turizmi idarə edənin qabiliyyətindən, bacarığından və onun yaşayışı üçün zəruri olan ehtiyaclarından asılıdır. Turizmdə əməkhaqqı orta aylıq iqtisadiyyat üzrə işçilərin əməkhaqqından cox olduqda bu sahəyə işçi qüvvəsinin cəlb olunması çətinləşir. Turizm obyektlərinin mənfəətinin bölgüsü mövcud şəraitdə Respublikada fəaliyyət göstərən qohumların və bazarın prinsiplərindən asılıdır. Mənfəətin bölgüsü və yenidən bölgüsü sxematik olaraq aşağıdakı kimi ifadə etmək olar: Mənfəətdən dövlət ödənişləri ayrılır, yəni vergilər verilir və dövlətə zəruri olan ödəmələr ayrılır. Mənfəətdən əməkhaqqı verilir, o cümlədən işçilərin kateqoriyaları üzrə əməyin xarakterinə görə, onun məzmununa görə diferensasiya ayrılır. Turist müəssisəsinin genişlənməsi və təkrar istehsalı üçün zəruri olan material məsrəfləri ayrılır. Yeni texnikalar tətbiq olunur və struktur dəyərləri həyata keçirilir. Turizmin ehtiyatları yaradılır, investisiya xarakterli tədbirləri həyata keçirmək üçün müəyyən valyuta ehtiyatı formalaşdırılır. Bu istiqamətlər bir-biri ilə və ayrılıqda müxtəlif xarici və daxili təsirlərlə planlaşdırılır. Təbii ki, bu idarəetmədə bazarın tələbləri nəzərə alınır. Gəlirlərin bölgüsü və yenidən bölgüsündə real iqtisadiyyatda fəaliyyət göstərən vergi sistemi, vergi normaları, sosial ödəmələr və təbii sərvətlərin təkrar istehsalını təmin edən ayırmalar rol oynayır. Turizm gəlirlərinin artması rəqabət mühiti şəraitində turizm məhsulunun bazar tələbinə uyğun planlaşması və istehsalın təşkili amili ilə də bağlıdır. Ona görə də, biz bu amili təşkilati iqtisadi amil kimi qiymətləndiririk. Download 495.29 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling