1. Xidmət sahələrinin inkişafında turizmin yeri və rolu


Turizm qanunvericiliyi və sosial hüququn normaları


Download 495.29 Kb.
bet21/35
Sana05.01.2022
Hajmi495.29 Kb.
#232688
1   ...   17   18   19   20   21   22   23   24   ...   35
Bog'liq
YourFileName

Turizm qanunvericiliyi və sosial hüququn normaları

Turizmin idarə olunması bazar iqtisadiyyatı şəraitində mülkiyyət münasibətlərinə və mülkiyyət formalarına əsaslanır. Təbii ki, turizm sferasının xüsusiyyətini özündə əks etdirir. İdarəetmə baxımından turizm sahəsi ərazi, sahə və funksional məqsədlərə yönəlir və uyğun olaraq mexanizmlər vasitəsilə təmin olunur. Dövlətin əsas vəzifəsi bu mexanizmlərin təşkili, istifadəsi və reallaşması üçün uyğun metodlar hazırlamalıdır. Turizmin dövlət tənzimləməsi mövcuddur.


Dövlət birbaşa və dolayısı yolla sahibkarlığa təsir etmə yolu ilə idarəetmə mexanizmlərini yaradır. Ali vəzifəsi turizmin sferasının iqtisadi rolunu artırmaq, onun sosial mahiyyətini genişləndirmək və kommersiya gəlirləri əldə etməkdir. Turizmin idarə olunması sistem halında baş verir. Kompleks sistemli idarəetmə mexanizmləri tətbiq olunur. Dövlətin idarəetmə funksiyası ayrı-ayrı regionlarda turizmin sahibkarlığına dəstək verməkdir. Bu isə budcə vəsaitləri ilə, vergi siyasəti ilə sahibkarlığa kömək yolu ilə reallaşır. Dövlətin maliyyə siyasi iqtisadi inkişafın cari və perspektiv xərc strukturunu ifadə edir. Turizm idarəçiliyi qanunlarla tənzimlənir. İlk dəfə1997-ci ildə ММ tərəfindən turizm haqqında «çərçivə qanunu» təsdiq olunmuşdur. Bu qanunda turizmin əsas funksiyaları, vəzifələri və turizmin iqtisadi əsasları verilib, dövlətin rolu qiymətləndirilir, turizmin hüquqi normativ təşkilati strukturu, onu idarə edən orqanların vəzifələri və səlahiyyətləri qanunla müəyyən olunur. Turizm aləti üçün şərait yaradan digər sahələrin
və ərazilərin iqtisadi mexanizml66ərini təmin edən bölgü sistemi formalaşdırır. Turizm gəlirlərinin formalaşmasında yerli orqanların, əhalinin, dövlət büdcəsinin payını müəyyən edən prinsiplər.
Bu qanun son illərdə Azərbaycanda baş verən struktur dəyişmələrinə uyğun olaraq təkmilləşir, yeni maddələrlə, müddəalarla müəyyənləşir. Turizmin sahə idarəçiliyi Turizm Nazirliyi tərəfindən idarə olunur. Bu sahəyə ayrılan dövlət vəsaitləri bu sahədən gələn gəlirlər Turizm Nazirliyinin idarəsinin birbaşa maliyyə imkanlarını formalaşdırır.
Turizmin idarə orqanları normativ hüquqi baza ilə təmin olunur. Belə ki, turizm fəaliyyətdə standartlara uyğun xidmət sferası formalaşır və bu standartlar hər bir turist və

hər bir turist xidmətləri təşkil edən şəxslər və personallar üçün diferensiallaşır. Hər bir turistə xidmət üçün ayrılan vəsaitin normal ölçüsü, nominalı maddi xərclər, xidmət nor-maları uyğun standartlarda öz əksini tapır. О cümlədən otelçilik üzrə xidmət normaları, ərzaq normaları, göndərişdə göstərilən səy və dincəlmək normaları hər bir ölkədə ümumi standartlarla yanaşı, xüsusiyyətlər də kəsb edir. Ona görə uyğun nazirliklər turist göndərişlərini təşkil etdikdə bu standantlara ümumi nəzarəti öz vəzifəsi hesab edir. Amma rəqabət qabiliyyətli turist müəssisələri təşəbbüskarlıq etmək yolu ilə və fərdi, subyektiv idarəetmə bacarığına istinad etməklə bu normativlərin hər bir müəssisə üçün optimal ölçüsünü təmin edə bilir.

3.Turizmin marketinq planlaşmasının əsas istiqamətləri

Turizm idarə edilməsinin müxtəlif üsulları mövcuddur. Bazar iqtisadiyyatı şəraitində strateji planlaşma turizm inkişafının əsas istiqamətləri müəyyən edilir, onun dövlət səviyyədə idarə olunmasının prinsiplərini müəyyənləşdirir, konseptual əsaslarını tənzimlənmə və idarəetmə funksiyalarını formalaşdırır. Bununla yanaşı bazar tipli inkişaf modelinə uyğun marketinq planlaşması zəruri istiqamətdir. Hər bir turist müəssisəsi və sahibkar özünün turist planına, biznesini təşkil etdikdə turist məhsulunun strukturunu formalaşdırır, onun həcmini, turist xidmətinin və turist məhsulunun çeşid və keyfiyyətini, yəni onun marketinq quruluşunu müəyyənləşdirir. Bu baxımdan bazar öyrənilir. Daxili və xarici tələbat və onun formalaşmasına uyğun təşkil olunur. Turist tələbatının marketinq üzrə seqmentləri əsaslandırılır67 və sxematik olaraq seqmentləşmənin dinamikası illərdən asılı olaraq dəyişmə meyili tapılır. Marketinq planlaşması 2 aspektdə reallaşır:



  1. İstehsal sferasında istehsal üzrə seqmentləşmə




  1. İstehlak sferasında istehlak üzrə seqmentləşmə

Bu baxımdan istehsala təsir edən amillər və istehlaka təsir edən amillər arasında uyğunluq, təsir gücü matrissa şəklində ifadə olunur. Bu da öz növbəsində müəssisədaxili planlaşmanı formalaşdırır. Turizm marketinq özünün xüsusiyyətləri ilə fərqləndirilir. Hər bir turist xidməti bir sıra kompleks amillərlə formalaşır. Onun istehlakçılarının sosial iqtisadi, psixoloji amilləri uyğun seqmentləşməni yaradır. Buna görə də plan təcrübəsi

seqmentdə iştirak edən funksional əmək bölgüsünü təşkil edən menecmentdən asılıdır. Turizm mentaliteti, menecerlərin, onların peşəkarlığı, bazar iqtisadiyyatı şəraitində çevik idarəetmə qabiliyyəti ilə bağlıdır. Menecment hər bir turist obyektinin mövcud vəziyyətini qiymətləndirir, onun müxtəlif variantlarda inkişaf etmə strategiyasını proqnozlaşdırır və rəqabət qabiliyyətli davamlı inkişaf taktikasını seçir. Turizm sahəsi çox riskli sahədir: kapitaltutumlu, əməktutumlu və dünya iqtisadiyyatında baş verən təsirlərlə formalaşır. Bu şəraitdə turizm mentaliteti strateji plan ilə marketinq planlarının üzvi əlaqəsini birbaşa və əks əlaqəsini idarə edir. İdarəetmə funksiyası idarəedici şəxsin təhsilindən, təcrübəsindən və bazar tipli inkişafın dəyişdirilməsi qabiliyyətindən asılıdır. Turizmin kadrları müasir şəraitdə hərtərəfli biliyə malik olan iqtisadi və idarəetmə vəzifələrini başa düşən menecerlərdir.

4.Turizmin məhsulunun idarə olunması


Turizm məhsulunun idarə olunması bazar prinsipi əsasında qurulur. Bazar dəqiqləşdirilir, bazarın əmtəə və xidmət strukturu formalaşdırılır, o cümlədən turizm səna-yesi, turizmin qida təminatın turizmin kadr potensialı və turizmin təşkili potensialı qiymətidir. Bu imkanlar turizm müəssisəsinin gücünü formalaşdırır, onun əsas fondlarını, dövriyyə vəsaitlərini və hər bir turist məhsuluna çəkilən xərclərin nominal və cari ölçülməsinə səbəb olur və bu xərclər səmərəliliyin idarə olunmasına gətirib çıxarır. Turizm gəlirləri ilə xərclər arasındakı nisbət fəaiyyət dairəsi olaraq onun səmərəliliyini müəyyən

edir. 68


Download 495.29 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling