1. Xidmət sahələrinin inkişafında turizmin yeri və rolu


Turizm idarəçiliyinin mahiyyəti və əsas istiqamətləri


Download 495.29 Kb.
bet17/35
Sana05.01.2022
Hajmi495.29 Kb.
#232688
1   ...   13   14   15   16   17   18   19   20   ...   35
Bog'liq
YourFileName

Turizm idarəçiliyinin mahiyyəti və əsas istiqamətləri

Turizm idarəçiliyi sosial və iqtisadi idarəetmə problemlərinin vəhdətindən təşkil olunur. İqtisadi və təşkilati quruluş sahə və ərazi prinsipləri əsasında qurulur. İdarəetmə vəzifələri bazar iqtisadiyyatının tələblərinə uyğun dinamik, kompleks və sistemli təşkil olunur. İdarəetmə funksiyası mülkiyyət münasibətlərini, onun formalarını və təsərrüfatın təşkil olunmasının, istiqamətlərini əhatə edir. İdarəetmə məqsədi olaraq maksimal səmərə nəzərdə tutulur. Turizmin səmərəsi iqtisadi və sosial səmərə ilə ölçülür. Hər bir subyekt təsərrüfat bu turizmdən gələn gəlirlərin maksimum artmasına səbəb olur. Minimum məsrəflərlə yeni iş yerlərinin açılması, məşğulluq və kommersiya mənfəətinin artırılması nəzərdə tutulur. Turizmin idarəçiliyini turizmin mentaliteti formalaşdırır. İlkin növbədə turizmin bazarı öyrənilir. Turizm bazarının digər sahələrdən fərqli cəhətləri onun fəaliyyət mexanizmlərinin xüsusiyyətləri ilə formalaşır. Turist idarəçiliyi turist tələbatı ilə təklifi arasında təşkilati idarəetmə strukturunu yaratmağı özündə əks etdirir. Turizm idarənin bazar strukturu şəraitində əsas maliyyə mənbəyi sahibkarlıq və dövlət hesabına büdcə təşkil edir. İdarəetmə

51
mexanizminə əsasən turistlərin ayırmaları sayı onların məqsədləri və ölkənin iqtisadi potensialı daxildir.
Turizm idarəetməsinin əsas prinsipləri aşağıdakılardır:


  1. Sistemli yanaşma prinsipləri




  1. Normativ yanaşma prinsipləri




  1. Səmərəlilik prinsipləri

Turizmin regional xüsusiyyətli idarəetmədə regionların kompleks inkişafına və onun əsas amillərinin nəzərə alınması ilə formalaşdırır. İdarəetmə iqtisadi və sosial inkişafın ali məqsədlərinə xidmət edir. Region maraqları ilə makroiqtisadi maraqların



uzlaşmasını təmin edir. İdarəetmə resurs təminatına və tələbatın ödənilməsinin yaxşılaşmasına yönəldilir. Turizmdə çəkilən xərclərin çoxşaxəliliyi, rəngarəngliliyi onun məsrəflərinin qiymətləndirilməsinin yeni metodikasını tələb edir. Buna görə turizm «gətirilmiş məsrəflər» ilə ifadə olunur, 1 məsrəf digər məsrəfdən ekviva-lentliyini tapır. Turizmin iqtisadi potensialı təbii sərvətlər ilə ifadə olunur. Turizmin iqtisadi potensialı təbii sərvətlərin qiymətləndirilməsi ilə bağlıdır. Təbii sərvətlər isə öz effektivliyinə görə, istifadə olunmasına və sahəsinə görə fərq bir - birini əvəz edən resurslara daxildir.
Ümumiyyətlə, turizmin təşkilatı quruluşu firma və ya şirkət qurumunda formalaşır. «Bu quruluş çərçivəsində müəyyən məhsul istehsal edən və ya fəaliyyət göstərən və qərarların qəbulunda müstəqilliyə malik olan bir neçə sahə fəaliyyət göstərir. O, yuxarı orqana ( qərargaha) tabe olur ki, həmin orqan da onun fəaliyyətini əlaqələndirir». Məhz qeyd olunan əlaqələndirmə tərtib olunan layihənin funksional təminatına uyğun olaraq həyata keçirilir. Belə ki, turizm şirkətlərinin və ya firmalarının konkret funksional bölmələri vardır. Bu bölmələrin sayı işin keyfiyyətinə və əhatə dairəsinə uyğun şəkildə təşkilatın rəhbəri tərəfindən nizamnamənin və ya əsasnamənin müvafiq bəndlərinə uyğun şəkildə müəyyənləşdirilir. İdarəçilik funksiyasına uyğun

olaraq

aşağıdakı

qrup,

yaxud




icraedici

strukturlar

yaradılır:




-

Tədqiqatçılar



turizm

məhsullarının

hazırlanması

qrupu;




-

Turizm

fəaliyyətini

həyata

keçirməklə

məşğul

olan

bölmə;




-










52

Təchizat










bölməsi;





































-




Mühasibat




uçotu






nəzarəti




bölməsi;




-Kadrlar




şöbəsi



texniki

təhlükəsizlik

texnikası

bölməsi;




-




Mütəxəssislər,

marketinqlər



tarixçilər

qrupu;




-

Turizm

üzrə

menecerlər



bələdçilər

qrupu;




-







İqtisadçılar




qrupu






s.













Qeyd olunan qrup və bölmələr özlərinə məxsus olan konkret vəzifə və



funksiyaları yerinə yetirirlər. Bu bölmə və qruplara kadrların seçilib yerləşdirilməsi vəzifəsini isə, strukturların rəhbərlərinin bilavasitə köməyi ilə turizm şirkətinin

prezidenti və ya sədri yerinə yetirir. Turizm məhsullarının hazırlanması bölməsi mövcud problemləri dəqiqləşdirir, onların aradan qaldırılmasının vasitələrini müəyyənləşdirir. Həmçinin, xüsusi dəqiqləşdirmələr əsasında müəyyənləşdirilmiş turizm məhsullarının və ya əşyalarının
hazırlanması istiqamətində əməli işlər görür
Turizm fəaliyyətini həyata keçirən bölmə həm yerli, həm də beynəlxalq təşkilatlarla
əlaqələr yaradır, turizmin təşkilinə aid müqavilələr bağlayır. Bu işdə menecerlərin təşkilatçılıq fəaliyyətindən geniş istifadə olunur. Menecerlər turizm şirkətinin biznesinin səmərəliliyi baxımından fəaliyyət göstərir. Turizm bazarının son nəticələrini öyrənib ona münasib olan müqavilələr bağlayır. Bu müqavilələrin nəticələrinə uyğun

olaraq şirkətin təchizat bölməsinə sifarişlər edir və s.


Təchizat bölməsi isə turistlərin nəqliyyat, yaşayış, istirahət, məişət problemlərini sifarişə uyğun olaraq yerinə yetirir. Müqavilənin şərtləri əsasında müxtəlif xidmətlər təşkil edir. Turistlərin qarşılanması, yerləşdirilməsi və yola salınması məsələləri də təchizat bölməsi tərəfindən həll olunur. Təbii ki bu işə çox məsuliyyətli icraçılar cəlb edilir və onlar kifayət qədər təlimatlandırılırlar. Eyni zamanda təchizat bölməsinin fəaliyyəti ali rəhbərliyin daimi nəzarətində olur. Menecer bütün fəaliyyətini daimi əlaqə üzərində qurur, həm rəhbərliklə, həm də başqa insanlarla əlaqələr yaratmaq, onların potensial imkanlarından istifadə etmək fəaliyyətində bulunur. Çünki menecerlərin əsas vəzifəsi «istehsalın idarə olunması və texniki, texnoloji bazanın inkişafı da daxil
olmaqla, istehsal prosesinin səmərəli təşkili vasitəsilə firmanın fəaliyyətinin mənfətliyini təmin etmək,53habelə hər bir işçinin ixtisasını və yaradıcı fəallığını artırmaqla kadr potensialından səmərəli istifadə etməkdir»
Turizm şirkətinin bütün maliyyə fəaliyyətini mühasibat uçotu və nəzarəti bölməsi idarə edir. Şirkətin mədaxili və məxarici bu bölmənin əməkdaşları tərəfindən hesablanır. Bütün sahələrə aid olan bank əməliyyatı, əməkdaşların əmək haqlarının verilməsi, xidmət sahələrinə ayrılan xərclərin müəyyənləşdirilməsi, müəssisənin malik olduğu maliyyə ehtiyatlarının hesablanması, məsrəflərin dəqiqləşdirilməsi və s. bu bölmənin funksiyasına daxildir. Kadrlar şöbəsi müxtəlif mütəxəssislərin seçilib işə qəbul olunmasına təminat yaradır. Həmçinin, bu şöbənin nəzdində texniki təhlükəsizlik

bölməsi də fəaliyyət göstərir. Həmin bölmə işə qəbul olunanların sağlamlıqlarının qorunması və təhlükəsizliklərinin qorunması üçün xüsusi təlimatlar hazırlayır, texniki


vasitələrlə davranmağın mexanizmini onlara öyrədirlər və s. Mütəxəssislər, marketinqlər və tarixçilər qrupunun funksiyasına isə turizmin təşkilinin rasional və empirik tərəflərinin həlli aiddir. Həmin bölmənin əməkdaşları turizmin səmərəli təşkilinə aid alternativ variantlar hazırlayır, zehni fəaliyyətlə bağlı olan problemləri həll edir, işin dinamik şəkildə inkişaf etdirilməsi üçün morfoloji əhəmiyyət kəsb edən təhlillər aparırlar. Ekskursiyamarşrutlarına daxil olan tarix və mədəniyyət abidələri, yer adları və başqa informasiya əhəmiyyətinə malik olan obyektlər haqqında məlumatlar hazırlayırlar. Həmçinin, müxtəlif turist təşkilatları ilə informasiya mübadiləsi yaradır, səmərəli əməkdaşlıqları əlaqələndirir, ayrı-ayrı məsələlərin düzgün həllini tapır. Belə ki, əlaqələr intensiv şəkildə koordinasiya olunur və idarəetmənin keyfiyyətinə təminat yaradır. Bu işlərin öhdəsindən əsasən ixtisaslaşdırılmış alimlər və
menecerlər gəlir. Ümumiyyətlə, turizmin təşkilində menecerlər qrupunun çox böyük rolu vardır. Adətən bələdçilər qrupu da menecerlər qrupunun tərkibində fəaliyyət göstərir. Bələdçilər qrupu alimlər tərəfindən hazırlanmış materiallarla tanış olur, marşrutlar üzrə özlərini daima təkmilləşdirirlər. Bu işdə onlara ixtisaslaşmış menecerlər də yaxından kömək edirlər. Bələdçilərin hazırlığına marşrutlar üzrə baxış keçirilir və onlara müəyyən peşəkarlıq dərəcələri verirlər. İqtisadçılar qrupu isə dünya turizm aləmində başverən iqtisadi məlumatları informasiya blokuna daxil edir, turizm işinin elmi-iqtisadi tərəflərini qabaqcadan proqnozlaşdırır,54 dəqiqləşdirilmiş iqtisadi məlumatların təhlilini aparır. Bu təhlillərə əsasən turizmin yaxın və uzunmüddətli iqtisadi perspektivlərini işləyib hazırlayır.

Yuxarıda qeyd olunan bölmə və qruplara nəzər yetirdikdə turizm şirkətlərinin və firmalarının kifayət qədər böyük strukturlara malik olduğunu görürük. Bu nəhəng strukturun bütöv bir orqanizm kimi idarə olunması məsuliyyəti isə təşkilatın birinci rəhbərinin üzərinə düşür. Belə çoxsahəli bir strukturu idarə etmək üçün təşkilatın rəhbəri liderə xas olan bütün keyfiyyətləri özündə cəmləşdirməlidir. Lider rəhbərliyin müxtəlif tiplərindən istifadə etməyi bacarmalıdır. Bu rəhbərlik tipləri isə əsasən

avtoritar, demokratik və məşvərət tiplərindən ibarətdir. Avtoritar tip dedikdə əsasən xarizmatik liderlik başa düşülür. Xarizmatik lider həmişə öz gücünə və qabiliyyətinə əsaslanır, o, müstəqillik nümayiş etdirir, işçinin onun əmrlərini danışıqsız yerinə
yetirməsini tələb edir.
Rəhbərliyin demokratik tipi özünün fəaliyyətini tam şəkildə hüquqi əsaslar üzərində qurur, öz işçisinə qismən də olsa müstəqil fəaliyyət imkanı verir. Bəzən işçinin fəaliyyətinin nəticəsi onun məsuliyyət hissinin dərəcəsindən asılı olur. Məşvərət tipinə aid olan rəhbərlər isə müəyyən işi görərkən məsləhətləşmə yolu ilə
hamının rəyini öyrəndikdən sonra qərar çıxarır.
Ümumiyyətlə, tarixin bütün mərhələlərində xarizmatik hakimiyyətə daha çox üstünlük verilmişdir. İdarəçilik sisteminin başqa sahələrində də xarizmatiklik yüksək effekt verir.
İdarəçilik sistemində formal təşkilat tipləri də mövcuddur. Bunlardan birincisi
müəssisənin əsas rəhbərliyini əhatə edən komanda qrupudur. Bu qrup ən yüksək
idarəetmə səviyyəsi nümayiş etdirir. İkinci qrup öz əmək fəaliyyətlərini nisbi olaraq planlaşdırmaq imkanına malik olan, yeni tapşırığa əməl edən və vahid fəaliyyət ətrafında birləşən mühasiblərdən, turizm üzrə ixtisaslaşmış menecerlərdən ibarətdir.

Bir sıra təftiş və icraedici funksiyaları yerinə yetirən komitələr də vardır. Bu komitələr müxtəlif məsələlərin, yaxud problemin operativ şəkildə həll olunması məqsədi ilə yaradılır. Belə komitələr təşkilatın imkanları daxilində daimi fəaliyyət

göstərən komitələ55r kimi də yaradıla bilər.
Turizm şirkətinin yaradılması və fəaliyyət göstərməsi üçün konkret şərtlər mövcuddur. Bu şərtlərdən birincisi təşkilatı yaratma ərəfəsində ilk növbədə onun nizamnaməsini hazırlamaq lazımdır. Nizamnamə hüquqi sənəd kimi təsdiq olunandan sonra təşkilata konkret istiqamətlərdə fəaliyyət göstərmək imkanı verir. Nizamnamədə təşkilatın rəhbər orqanının, eləcə də bütün strukturlarının hüquqi fəaliyyət istiqamətləri göstərilir. Nizamnamədən sonra təşkilatın rəhbərliyi və onun konkret məvacibi müəyyənləşdirilir. Bu rəhbərlik direktorlar şurasından da ibarət ola bilər. Əgər belədirsə, direktorlar şurası üzvlərinin adları açıqlanır və onlar təşkilatın nizamnaməsi əsasında fəaliyyətə

başlayırlar. Direktorlar şurası turizm təşkilatının aparıcı işçilərini dəqiqləşdirir və onların funksiyalarını müəyyən edir. Onların vəzifə səlahiyyətlərinə aydınlıq gətirir. Təbii ki, ilk növbədə təşkilatın aparıcı menecerlərini tapır və onların adlarını kollektiv qarşısında, həmçinin, birgə əlaqələr yaratdıqları təşkilatlarda açıqlayırlar. Bundan sonra şirkətin turizm məhsulları haqqında geniş ictimaiyyətə məlumatlar verilir. Şirkətin bu tipdə əlaqələrinin genişləndirilməsi onun real fəaliyyət imkanlarını daha da artırır, şirkət haqqında yalan məlumatların yayılmasının qarşısını alır. Bu əlaqə metodu hər iki tərəfin mübadilə etdiyi məlumatların dərk edilməsinə və onların effektli olmasına şərait yaradır. Buna görə də ayrı-ayrı müəssisələrlə turizm şirkətinin yaratdığı əlaqələr sistemli şəkildə həyata keçirilir. Bu baxımdan ilk növbədə əlaqələrin təşkili metodlarını nəzərdən keçirmək lazımdır.



Download 495.29 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling