1. Xidmət sahələrinin inkişafında turizmin yeri və rolu
Turizmdə fondlar və resurslar
Download 495.29 Kb.
|
YourFileName
Turizmdə fondlar və resurslar
Turizm sferasının fəaliyyəti onun resurs təminatı ilə bağlıdır. Resurs təminatı resurs tələbatı ilə faktiki resursların74 arasında olan nisbətlə ölçülür tələb Təminat səviyyəsi = -------- fatiki imkan Təminat səviyyəsini artırmaq səmərəli fəaliyyəti təşkil etmək deməkdir. Belə ki, gəlirlilik səviyyəsini yüksəltmək, turizm bazarını genişləndirmək, turizmin məsrəflərini azaltmaq və turizm risklərini yumşaltmaq deməkdir. Resurs təminatı vahid göstəricilər ilə ölçülə bilir. Bu dəyərlə ifadə olunur. Resurslar potensial resurslara və real resurslara bö-lünür. Potensial resursları artırmaq təkcə müəssisənin işi deyil, amma real resursları artırmaq müəssisə fəaliyyətinin iqtisadi problemidir. Real resurslar, onlardan istifadə mexanizmləri turizmdə sahibkarlığın inkişafını, onun planlarının və proqnozunun əsasını təşkil edir. Bəzi hallarda bu resurs yanaşma metodu da adlanır. Resurslara maddi, maliyyə, əmək, innovasiya və təşkilati resurslar daxildir. Resurslara təbii sərvət, coğrafi mühit və ətraf şərait də daxildir. Turizm resursları xarakter etibarı ilə bir-birini əvəz edən resurslara bölünür. Maddi və əmək resurları turizmin fəaliyyətinin əmək tutumlu və materialtutumlu olur. Maddi resurslar elmi texniki tərəqqinin və innovasiyanın əsas istiqamətləri ilə planlaşdırılır, proqnozlaşdırılır. Turizm sferası xidmət sferası olduğuna görə bu sahədə əmək resursları, onlardan istifadənin təkmilləşməsi və əməkhaqqı xarakterik xüsusi əhəmiyyət kəsb edir. Turizm sahəsində muzdlu əmək mövsümi xarakter və çoxşaxəli əmək fəaliyyəti, onun əməkhaqqı sistemini daha çox müqavilələrlə əsaslandırır. Turizmdə əməyin təşkili intensiv əmək fəaliyyətinə uyğun olub görülən xidmətin həcminə görə planlaşdırılır. Əməkhaqqı ilə material resurslar turizmin fəaliyyətinin əmək tutumlu və materialtutumlu olur. Maddi resurslar elmi texniki tərəqqinin və innovasiyanın əsas istiqamətləri ilə planlaşdırılır, proqnozlaşdırılır. Turizm sferası xidmət sferası olduğuna görə bu sahədə əmək resursları, onlardan istifadənin təkmilləşməsi və əməkhaqqı xarakterik xüsusiyyət kəsb edir. Turizm sahəsində muzdlu əmək mövsümi xarakter və çoxşaxəli əmək fəaliyyəti, onun əməkhaqqı sistemini daha çox müqavilələrlə əsaslandırır. Turizmdə əməyin təşkili intensiv əmək fəaliyyətinə uyğun olub görülən xidmətlərin həcminə görə planlaşdırılır. Əməkhaqqı ilə material resurslar turizmin əsas xərclərini təşkil edir. Turizm sferasında xidmətlərin sosial mədəni forması gündəlik, aylıq, mövsümi, əməkhaqqı sisteminin formalaşdırır75. Daha çox yerli və xarici vətəndaşın əməyindən istifadə etməklə onların tələbatı və sosial xidmətləri üçün vəsaitlər ayırır. Resursların cari və perspektiv ittifaqları turizm fəaliyyətinin transformasiyası ilə yanaşı təkmilləşir. Ona görə də hər ildən göstərilən xidmətlərin həcminə və seqmentinə uyğun olaraq tarif sistemi tətbiq olunur. Tariflər əsas xərcləri və xidmət xərclərini əhatə edir. Belə ki, turistin qarşılanması, onun yaşayış, otel ilə təminatı, səyahətin təşkili, bank xidmətinin göstərilməsi, teleqraf, telefon və digər xidmətlər turistlərin sayından asılı olaraq gündəlik, aylıq xərcləri əhatə edir. Rəqabətin mühiti xeyli xidmət şəraitini tələb edir. Xeyli xidmətlərin isə təşkilində maddi və maliyyə məsrəflərinin təkmilləşməsi, əməyin xarakterinə uyğun təsnifatlaşması perspektiv planlar üçün əhəmiyyətlidir. Turizm sferası obyektlərində innovasiya xarakterli əmək fəaliyyəti daha mürəkkəb əməyin məsrəfləri ilə bağlıdır. Bu baxımdan turizm sferasında fəaliyyət göstərənlərin əmək bölgüsünə görə təsnifatı hazırlanır. Turagentə, turo- peratorlar, turist brokerləri, turist idarələrinin mentaliteti, turist müəssisəsinin direktoru bu sahədə fəaliyyət göstərən personallardır. Hər bir işi, fəaliyyətin yerinə yetirilməsi üçün xidmət servis ixtisasına malik olan və müasir beynəl- xlaq səviyyəli xidmət göstərmək vərdişlərinə yiyələnən personallar, əmək qabiliyyətli işçilər daxildir. Onların resurs potensialı kimi kadr potensialı olaraq hazırlanması şirkətin hesabına baş verir. Müasir şəraitdə muzdlu əmək fəaliyyəti daha üstünlük kəsb edir. 5. Turizmin kadr potensialı Turizm sferasının kadr potenisalı onun istehsal proqramına uyğun olaraq təşkil olunur və idarə olunur. Belə ki, xidmətlərin ümumi həcmi onun yerinə yetirilməsi hər nəfərə düşən məcmu iş qüvvəsi ilə müəyyənləşir. Əgər biz hər bir işçinin potensialını nəzərə almaqla gün ərzində, ay ərzində xidmət göstərmək imkanını nəzərə almaqla zəruri və normativ işçilərin sayı müəyyənləşir. Kadr potensialı tələb və təklifdən asılıdır. Kadrların ümumi sayı, onun strukturu və istifadə etmə əmsalları bütövlükdə məcmu kadr tələbatını formalaşdırır. Kadrların, işçilərin ümumi sayı turizm fəaliyyəti daxilində istifadə üçün ixtisaslaşır. Adətən ixtisaslaşma ilə yanaşı əməyin universal xarakteri bu sahədə aparıcı rol oynayır. Turizm fəaliyyətinin bir birinə oxşar konkret fəaliyyət sferası uyğun ixtisaslı kadrın hazırlanmas76ına əsas verir. Daha çox orta ixtisas təhsilli kadrlar xidmət sferasında istifadə olunur və bütövlükdə vahid sistem halında idarəetmə məsələləri turizm mentaliteti vasitəsilə həyata keçirilir. Kadrların hazırlanması təhsil sistemində formalaşır. Onların istifadəsi isə konkret turist obyektində ixtisaslaşır. Turizmin kadr potensialı onun idarə olunması kadrlar üçün yaradılan şəraitin əlverişliyi ilə tarazlaşdırılır. Regionlarda yerli əhalinin, əmək qabiliyyətli insanların, pensiyaçıların və yeniyetmələrin turizm fəaliyyətində istifadəsi kadrlara olan tələbatın ödənilməsinin əsas mənbələridir. Kadrların peşəkarlığı, onun məhsuldarlığı verilən əməkhaqqından, əlavə stimullardan, tədris hazırlığı kurslarının təşkilindən asılıdır. Turist sferasında əmək universal xarakterlidir. Xarakter etibarı ilə sadə əməkdən ibarətdir, amma dünya informasiya sistemində turizm fəaliyyətinin genişlənməsi onun reklamın onun informasiya təminatı bazarının yaxşılaşdırılması kadrların ümumi və peşə birliyinin artmasına səbəb olur. Kadrlar müxtəlif dilləri bilir. Mədəni servis olmalıdır. Hər hansı konkret problemin həllini sivil qaydada həll eləməlidir. Turistlərin şəxsi keyfiyyətlərini, onların motivini sivil formalarda və məzmunda şəhr eləməlidir. Təbii ki, bu amillər turizm sferasında kadrların təhsil yolu ilə hazırlanmasını tələb edir. Turizmin komponentli kadrlarınında universal biliyə xüsusi ehtiyacı vardır. Bu bazadan turizmin daxilində peşə fəaliyyəti ilə ona qulluq edən kadrlar hazırlanır: otelçilik, maliyyə broneri, turagent, turoperator, ictimai iaşə mütəxxəssisi, tarixçi, arxeoloq, etnoqraf. Müxtəlif dilləri bilən ixtisaslı kadrlar turizmin kadr potensialını isə hər bir ölkədə yerli və dünya turist müəssisələrində işləyənlər üçün hazırlanmış kadrların seçimi, istifadəsi, rəqabət münasibəti ilə əldə olunur. Bazar diqtəsi və kadrları qane edən əməkhaqqı aparıcı rol oy-nayır. Müasir şəraitdə kadrlara ehtiyac yer yaradır. O cümlədən mövsümi xarakter daşıyan ölkələrdə, turist müəssisələrində istifadə üçün ucuz əməkhaqqı ilə əmək resurları artıq olan ölkələrdən xidmətçilər tələb olunur. Məsələn; Azərbaycandan Türkiyədə istifadə olunur. Türkiyənin kadrları birdəfəlik və yaranmasında mövsümi xarakter daşıyan şərtlərlə təmin olunur, mədəni maarif servis xidmətləri üçün müqavilə ilə kadrlar cəlb olunur. Mədəniyyət, konsert, kino və digər sahə xidmətçiləri müqavilələr cəlb olunur və muzdlu əmək formasında əməyi ilə qiymətləndilir. Bütün bu şəraitlər uyğun olaraq turizmin yolunu seçən şirkət və turizm dövriyyəsinin sosial, iqtisadi vəzifələrinə daxil olur. Sosial iqtisadi vəzifələr kimi dövl77ətin təhsil sisteminə, mədəniyyət nazirliyinə, nəqliyyat sisteminə, mərkəzi kommunal təşkilatına, şəhər icra komitələrinə və yerli idarəetmə orqanlarına turizm təminatı üçün tədbirlər proqramları təqdim olunur. 6. Turizmin potensialının qiymətləndirilməsi metodikası Potensial imkanlar, onların qiymətləndirilməsi ədəbiyyatlarda müxtəlif kriteriyalardan asılı olaraq öz əksini tapır. Potensial qiymətləndirmə son səmərə ilə ölçülür. Belə ki, potensialın maksimal və cari qiymətləndirmə metodikası mövcuddur. Potensial qiymətləndirmə normal şəraitdə, normal səviyyədə turizm potensialının yaratdığı ümumi məhsulun və xidmətlərin həcmi ilə ölçülür. Faktiki potensial isə mövcud şəraitdə, mövcud disproporsiyaları şəraitində əldə olunan istehsal olunan son məhsullar nəzərdə tutulur. Problem nədədir? Cari potensialın maksimal potensiala yaxınlaşmasının dinamikasını həlli yollarını tapmaq potensialm artmasına təsir edir. ЕТТ, innovasiya, struktur dəyişiklikləri və əməyin təşkili, onun stimullaşması və bundan başqa idarəetmə bacarığı ona görə də resurslardan səmərəli istifadə etmənin səmərəliliyi yüksək potensialın artırılmasının əsas yoludur. Potensialı proqnozlamaq yolu ilə turizmin inkişafına şərait yaradılır, mühit dəyişdirilir. 78
Mövzu 8. Turizmdə investisiya siyasəti və investisiya istiqamətləri İnvestisiyanın mahiyyəti, onun turizmdə xüsusiyyətləri Turizmin investisiyasının formalaşması mənbələri və turizmi sferasında əsas istiqamətləri 3.İnvestisiyanın səmərəliliyi 4.İnvestisiyanın proqnozu və idarə olunması İnvestisiyanın mahiyyəti, onun turizmdə xüsusiyyətləri Turizm həm də milli iqtisadiyyatda və beynəlxalq ticarətdə bu gün xüsusi çəkiyə malik olan sahəyə çevrilmişdir. Daxili turizm milli gəlirin bölüşdürülməsi ilə milli iqtisadiyyatın daha balanslı vəziyyətdə olmasına, ölkə iqtisadiyyatı üçün daha yararlı olan fəaliyyət növlərinin cəmiyyət tərəfindən dərk olunmasına şərait yaradır. Daxili turizmin tərəqqisi beynəlxalq turizmin inkişafına təkan verən ciddi amil kimi diqqətdə saxlanılmalıdır. Ümumdünya Turizm Təşkilatı turizm gəlirlərinin hər il 4% artdığını bildirir. Bu isə o deməkdir ki, turizm dünyada ən güclü iqtisadi inkişaf vasitəsinə çevrilmişdir. Turizmin xidmətlərlə birgə dünya ticarətində payı 30%-dən çoxdur və dünya bazarında turist məhsulu neft səviyyəsində liderlik edir. Buna görə də dünyanın aparıcı 79 turist ölkələri turizmə qoyulan investisiyaların həcminin ildən-ilə artırılmasında daha maraqlı görünürlər. Turizm sənayesində investitsiya artımı hər il 35% təşkil edir. Məlumdur ki, digər xidmət sahələri kimi, tuzim sferasının inkişafı, turist biznesi ölkədə digər sahələrin inkişafına da stimul verir. Bu biznes, əsas etibarı ilə, sahibkarları az ilkin investisiya, turist xidmətlərinə artan təlabat, yüksək səviyyəli rentabellik, xərclərin qısa müddətə ödənilməsi (yəni ödəmə əmsalının yüksək olması) kimi xüsusiyyətləri ilə özünə cəlb edir. Müasir insanın həyati keyfiyyəti kimi öz asudə vaxtından səmərəli istifadə etmək üçün turizmə xüsusi əhəmiyyət verməsi hökumətləri bu təlabatı nəzərə almağa və onun reallaşmasını dəstəkləməyə çağırır. Sosial turizm cəmiyyətin aztəminatlı üzvlərinin hüquqlarının təmin olunması məqsədilə istifadə olunmalıdır. İnsanların fiziki və psixoloji sağlamlğına təsir edən turizm sosial bərabərliyə, əmək kollektivinin fəallığına, fərdi və ictimai rifah halının yüksəlməsinə də təsir edən amil kimi tanınır. Turizm tələbinin ödənilməsi üçün lazım olan müxtəlif xidmətlər yeni iş yerləri üçün mənbə rolunu oynayan fəaliyyət növləri yaradır. Bu səbəbdən turizm inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələrdə sosial inkişafın vacib elementi hesab olunur. Beləliklə, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, turizm iqtisadiyyata təsir göstərən güclü qüvvə olub dövlət büdcəsinin formalaşmasında, ticarət balansının sabitləşməsində mühüm rol oynayır. Lakin turizmin rolu bununla bitmir. Bütün dünya üzrə hərəkət edən milyonlarla insana xidmət göstərmək, turizm sənayesi və infrastrukturunu təşkil edən əlaqədar sahələrdə çalışmaq üçün milyonlarla işçi qüvvəsinin cəlb edilməsi tələb olunur. Bu isə sosial problemlərin həlli, məşğulluğun təmin olunması və yaşayış səviyyəsinin yüksəlməsində mühüm rol oynayır. Məlumdur ki, hər bir sahənin inkişafı müəyyən elmi fikir və mülahizələrə əsaslanır ki, bu da həmin sahənin nəzəri əsaslarını təşkil edir. Öz növbəsində, turizm iqtisadiyyatı da insan fəaliyyətinin müxtəlif sahələrini özündə əks etdirməklə elmin çox mürəkkəb sahələrindən biridir. Araşdırmalar göstərir ki, Davamlı Inkişaf Konsepsiyası ilə turizm fəaliyyəti arasında da spesifik əlaqə vardır. Məlum olduğu kimi turizmin inkişafı, bir tərəfdən təmiz və tarazlı ətraf mühitin varlığını tələb edir, digər tərəfdən isə turizm sənayesinin nəzarətsiz inkişafı bir sıra ekoloji problemlərə gətirib çıxara bilər: turizm ölkənin təbii resurslarını istismar edir, mədəni və tarixi abidələrdən yararlanır, turizm məqsədləri üçün istifadə olunan nəqliyyat külli miqdarda bərpa olunmayan resurs-yanacaq 80
edilməsindən əldə olunan qazanc ilkin kapital kimi regionun inkişafında mühüm rol oynayır və regionun daimi sakinlərindən alınan gəlirlərdən həcm və mahiyyət baxımından daha çox əhəmiyyətlidir. Belə ki, turizmdən götürülən gəlir dövriyyəyə daxil olur və tezliklə öz səmərəsini verir. İnvestisiya sferasında yeni sahələrin inkişafı, onların modelləşdirilməsi, ETT, əmək şəraitinin yaxşılaşması və turizmdə işləyənlərin sosial təminatı üçün ayrılan vəsaitləri əhatə edir. İnvestisiya kapital qoyuluşu deməkdir. Onun idarə olunması istehsalın, xidmətin sosial inkişafının əsas istiqamətləri ilə uyğunlaşdırılır. İnvestisiya mənbələri dövlət siyasətinin əsas mahiyyətini açır və ayrı-ayrı prioritet istiqamətləri nəzərə almaqla idarə olunur. İnvestisiyanın müasir şəraitdə bir sıra daxili və xarici amilləri mövcuddur. Belə ki, ÜDM, ölkənin maliyyə potensialı və yeni iş yerlərinə ehtiyac investisiyanın artımını formalaşdırır. İnvestisiya istehsal, təkrar istehsal istiqamətlərində istifadə olunur. İnvestisiya struktur siyasətinin reallaşması üçün maliyyə mənbələri rolunu oynayır. Ədəbiyyatda investisiya formaları aşağıdakı konkret istiqamətlər üzrə təsnifatlaşdırılır: Əsas fondların təzələnməsi, onun strukturuna uyğun ayrılan investisiyalar Təkrar istehsal strukturunun təzələnməsi Texnoloji strukturun və layihələrin təzələnməsi Sosial təminatın və infrastrukturun inkişafı üçün vəsait ayrılması İnvestisiyaların sahə strukturu hər bir sahənin inkişafına ayrılan vəsaitlə ifadə olunur. Belə ki, materialtutumlu sahələr daha çox əsas fondun təzələnməsinə ayrılan 81
bunlar arasında nisbətlər investisiyanın planlaşması və istifadənin nəzəri metodoloji əsasını təşkil edir. İnvestisiya siyasət deməkdir. İqtisadi siyasət perspektiv inkişafın nəzəri və metodiki əsaslarını özündə əks etdirir. İnvestisiya mühiti bu siyasətin aparıcı həlqəsidir. Mühit daxili və xarici resursların maliyyəsiz və maraqla gətirilməsini formalaşdırır. Həm yaradılan şəraitlər və mexanizm- lər bu mühitin formalaşmasının əsas faktorlarıdır. İnves-tisiya mühiti dövlətin, iqtisadi qanunların, fərdi sahibkarların marağına uyğun aparılan siyasət deməkdir. İnvestisiya mənbələri daxili, xarici mənbələr hesabına formalaşır. Belə ki, ölkənin iqtisadi imkanları artdıqca onun gəlirləri çoxalır və gəlirlərin idarə olunmasında investisiya yönəltmək mühüm maraq olaraq formalaşır. 2.Turizmin investisiyasının formalaşması mənbələri və turizmi sferasında əsas istiqamətləri Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarında da ölkənin ayrı-ayrı regionlarında turizmin inkişaf etdirilməsi məqsədilə mehmanxanaların, turizm sanatoriya-kurort mərkəzlərinin, mədəniyyət abidələrinin, iaşə müəssisələrinin tikintisi, bərpası, həmçinin regionlarda turizm fəaliyyətinin dəstəklənməsi öz əksini tapmış və bu da 2004-cü ildən başlayaraq respublikanın regionlarında turizmin inkişaf etdirilməsinə güclü təkan vermişdir. Azərbaycan Respublikasında turizm xidmətləri bazarının inkişafına nəzər saldıqda aydın olur ki, bu sahədə kifayət qədər genişmiqyaslı və irihəcmli layihələr həyata 82
- elmi-texniki tərəqqinin sürətlənməsi və yeni texnologiyaların tətbiqi nəticəsində iqtisadiyyatda dərin ixtisaslaşmaya meyl və xidmətlər sektorunun daha çox sosial sferanın güclənməsinə lazımi şərait yaratması; gəlirlərin artmasına səbəb olan uzun müddətli iqtisadi artımın uyğun olaraq bir sıra xidmətlərə əlavə təlabatın formalaşdırması; (məsələn, turizm, nəqliyyat xidmətləri kimi və s.) inkişaf etmiş və etməkdə olan ölkələrin sənayesizləşdirmə siyasətinə “diqqəti” artırması və onların öz milli təsərrüfatlarının tədricən “xidmətlər iqtisadiyyatına” keçirməsi (belə ki, sənayenin dinamik inkişafı ilk növbədə iş qüvvəsinin ixtisarı ilə müşahidə olunur ki, bunlar da xidmətlər sferası tərəfindən qəbul edilir) və eyni zamanda istehsal xidmətlərinə olan təlabatın artması nəticəsində əmtəələrin xidmətlərlə birgə satışına imkan yaranması və s. Regionlar, eləcə də ümumilikdə ölkə üzrə potensil imkanlardan tam və səmərəli istifadə, bu imkanları ölkənin milli maraqları çərçivəsində yerli və xarici turistlərin cəlb edilməsinə yönəldilməsi qarşıda duran başlıca vəzifələr kimi qəbul edilməlidir. Turizmin prioritet sahəyə çevrilməsi probleminin həllində xarici investisiyalarla yanaşı, daxili investisiyalardan da istifadəyə geniş yer verilməlidir. Məhz gələcəkdə iqtisadiyyatın sahələrinin, o cümlədən, turizmin kapitalizasiyasında yerli investisiyalar üstünlük təşkil etməlidir. İnvestisiya mənbəyi olaraq dövlət büdcəsi sahibkarların xüsusi vasitələri və bank sektorunun vəsaitləri istifadə olunur. Dövlət büdcəsi hər il və 2 il müddətinə istiqamət olaraq təsdiq olunur. Dövlət büdcəsinin layihələşməsində iqtisadiyyatın sahə və ərazi strukturu funksional idarəetmə obyektləri və məhsulları üzrə xərclər müəyyənləşdirilir. Bu xərclər istehlak və investisiya xarakterli olur. İstehlakla investisiya arasında nisbət strateji planlaşma və idarəetmənin əsas istiqamətləridir. İnvestisiyanın mənbəyi olaraq sa-hibkarların gəlirlərinin öz fəaliyyətinin genişlənməsinə yönəltməyi təşkil etmə yolu ilə baş 83
təkliflə idarə olunur, tənzimlənir. Kreditlərə ehtiyac artdıqca onun %-i artır və kredit resurslarını formalaşdırmaq üçün əhalinin, sahibkarların əmanətinin faizi çoxalır. İnvestisiya mənbəyini həmçinin, əhalinin gəlirləri rolunu oynaya bilər. Belə Ki, müasir şəraitdə hüquqi şəxs yaratmadan fiziki şəxs fəal göstərən sahibkarlar investisiyanın xüsusi fərdi formasını yaradırlar. Ev təsərrüfatı, mənzil tikintisi, xüsusi məişət mənzil obyekti, şəxsi investisiyanın kapitalının hesabına genişlənir və inkişaf etdirilir. Təbii ki, bu layihələrdə gəlirlilik səviyyəsi əsas rol oynayır. İnvestisiya layihələrini sosialyönümlü və kommersiya maraqları güdür. Kommersiya məqsədilə investisiya səmərəliliyi meydana çıxır, gəlirlilik ölçülür və məsrəfləri aşağı salmaq yolları əsaslandırılır. Sosial yönümlü investisiya isə əmək şəraitini, istehsal şə- ratini yaxşılaşdırmaq, transfer xərclərini yüksəltmək məqsədi güdülür. Hər bir layihədə uyğun xərc strukturu formalaşır.
3.İnvestisiyanın səmərəliliyi Turizmə qoyulan investisiyalar yerli sahibkarlar üçün də yeni məhsullar və imkanlar yaradır. Xarici investisiyanını cəlb edilməsi ölkələr arasındakı rəqabətin mənbələrindən biridir. Ölkəyə xarici investisiyaların cəlb olunmasında ən böyük rolu turizm sahəsi oynayır. Bu84yolla ölkəyə gələn şəxslər ölkədəki mövcud vəziyyətlə və potensial ilə tanış olurlar. Dünya Turizm və Səyahət Şurasının apardığı sorğu nəticəsində yerli sahibkarların 86%-i bildirmişdirlər ki, turizm sahəsinə qoyulan xarici investisiyalar sayəsində turizmlə yanaşı bölgədəki digər sahələrdə də yeni iş imkanları yaranmışdır. Hava Nəqliyyatı Assosasiyasının dünyanın 5 ölkəsindən 600 –dən çox şirkətin iştirakı ilə apardığı sorğu nəticəsində şirkətlərin 63%-i bildirmişdir ki, xaricdə turizm sahəsinə investisiya qoyan zaman ilk olaraq ölkənin nəqliyyat imkanlarına baxırlar. Əgər ölkə nəqliyyat qovşaqlarında yerləşirsə bu zaman ölkənin müxətlif sahələrinə investisiya yönəldirlər. Nəqliyyat qovşaqlarından kənarda yerləşən ölkələrə investisiya yatırılma ehtimalı digər regionlara nisbətən 30% azdır. Turizm və səyahətə olan tələb yerli və xarici investisiyaların stimullaşdırılmasında əsas yeri tutur. 2011–ci ildə 650 milyard dollar birbaşa investisiya turizm və səyahət sferasına yönəldilmişdir. Bu isə həmin il üzrə investisiyaların 4.5 %-i təşkil edir. Ölkənin beynəxalq iqtisadi münasibətləri ölkəyə xarici investorların və şirkətlərin cəlb olunmasında əhəmliyyəli rola malikdir. Azərbaycanda neft müqavilələrində 40-a yaxın xarici şirkət iştirak edir, telekommunikasiya sahəsində xarici şirkətlərlə, xidmət sferasında Türkiyə şirkətləri ilə, xarici bankarın, yol, kommunal və enerji sahəsində xarici şirkətlərlə əməkdaşlıq birbaşa və ya dolayı yolla investisiyaların ölkəyə cəlb olunmasında mühüm əhəmiyyət kəsb edir. Bütün bu investisiya və əməkdaşlıqlar ölkənin turizm məkanı kimi formalaşmasına təkan verir. Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb olunması dövlətin iqtisadi inkişaf strategiyasının mühim tərkib hissəsidir. Xarici investisyaların ölkəyə cəlb olunması istiqamətində müxtəlif dövlət tədbirləri həyata keçirilir. Ölkəyə cəlb olunan xarici investisiyaların əsas hissəsi neft sektoruna qoyulur. 2013-cü ildə ölkəyə qoyulan xarici investisiyaların təxminən 47%-i sırf neft sektoruna yönəldilmişdir. Geri qalan 53%-i isə qeyri-neft sektorları arasında bölüşdürülmüşdür. Hal-hazırda dövlət investisiya siyasətinin qarşısında duran əsas məsələ qeyri-neft sektoruna daha çox xarici maliyyələrin cəlb edilməsidir. Azərbaycan son dövrlərdə ölkə iqtisadiyyatına daha çox xarici investisiya cəlb edilməsi istiqamətində müəyyən addımlar atmışdır. Bunlara daxildir: - Açıq qapı siyasəti - Bir pəncərə sisteminin tətbiqi 85
Bir çox xidmətin elektronlaşdırılması Vahid valyuta məzənnəsinin formalaşdırılması Xarici investorların hüquq və mənefələrinin qorunması üçün hüquqi bazanın möhkəmləndirilməsi və.s. Xarici investorların ölkəyə cəlb edilməsində bir sıra üstünlüklər mövcuddur. Bu üstünlüklərdən bəziləri: 1. Xarici investisiyalar üçün münbit şərait: Regionda adambaşına düşən ən yüksək Birbaşa Xarici İnvestisiya göstəricisi. İnvestorlar üçün hüquqi təminatlar. Sürətlə inkişaf edən və açıq iqtisadiyyat Qeyri-neft sektorunda geniş imkanlar Təbii ehtiyatlar: faydalı qazıntılar və münbit torpaq: Əlverişli strateji mövqe: Mərkəzi Asiya və Xəzər regionuna birbaşa çıxış. Beynəlxalq ticarət layihələrində iştirak (İpək Yolu, Şimal–Cənub koridoru). Genişlənən Avropa faktoru və Yeni Qonşuluq Siyasətinə qoşulma. 6. Rəqabət qabiliyyətli yerli işçi qüvvəsi. İnvestisiyanın layihələnməsi səmərəlilik meyarları üzərində qurulur. Səmərə anlayışı turizmdə qlobal və sahə prinsiplərinə əsaslanır. Qlobal səviyyədə investisiya səmərəliliyi iqtisadi effektlə müəyyənləşir. Qoyulan investisiyanın hesabına əlavə artım ölçülür. 1% investisiya artımı neçə % ÜDM-ün artımına təsir edirsə bu elastiklik əmsalı qlobal səmərə kimi ölçülə bilər. A kapital Effekt = —. -------------------- ------------ A ÜDM məhsul artımı Səmərəlilik sahə üzrə də hesablanır. Turizm sahəsində iqtisadi və sosial səmərə əldə olunan mənfəətlə ölçülür. Belə ki, ümumi səmərə = məsrəfə + kapital qoyuluşu və mənfəət Turizmdə səmərəlilik məsrəflərlə mənfəət arasında nisbətlə ölçülür və rentabellik 86
4.İnvestisiyanın proqnozu və idarə olunması
baxımından dövlətin əsas vəzifəsi investorların maraqları və onlardan istifadənin yolları proqnozlaşdırılır. İnvestisiya proqnozu ilk növbədə prioritetlərin seçilməsi ilə başlanır. Hər bir investisiya fəaliyyəti üçün məqsədli proqram tərtib olunur. İnvestisiya bazarının formalaş-masında investisiya resursları, investisiya mexanizmləri, onların riskləri formalaşdırılır. İnvestisiya mənbəyi rolunu oynamaq üçün əsaslı vəsait və təminat sistemi olmalıdır. İnvestisiya layihələri biznes layihələri ilə uyğunlaşdırılır. Turizmdə investisiyanın əsas istiqamətləri ilə uyğunlaşdırılır. Turizmdə investisiyanın əsas istiqamətlərini əsas fondların təzələnməsi, turizm infrastrukturunun yeniləşməsi və turizmdə işləyənlərin iqtisadi cəhətdən təmin olunmasına yönəldilən vəsaitlərin artırılması məqsədini güdür. Proqnozlar investisiya imkanlarının yeni mənbələrini axtarmağa sövq edir. İnvestisiyanın proqnozu istehsal proqnozları ilə uyğunlaşdırılır. Hər bir turizm müəssisənin cari və perspektiv dəyişdirilməsində zəruri olan əlavə vəsaitlərə ehtiyac proqnozlaşdırılır və bu ehtiyacların hansı investorlar tərəfindən maliyyələşdirilməsi əsaslandırılır, hesablanır və plan tərtibatında nəzərə alınır. İnvestisiya mənbələrinə görə dövlət resurları, əhalinin xüsusi vəsaitləri və bank kreditləri istifadə olunur. Dövlət investisiya mənbələri dövlət layihələrinin maliyyə mənbələri əsaslandırılır, dövlət gəlirləri, onlardan səmərəli istifadə, investisiya yönümlü tədbirlərə yönəldilir və bu büdcə maliyyə vəsaitləri ilə tənzimlənir. Büdcə maliyyə vəsaitinin sahələr üzrə bölgüsü həmin sahənin strukturu ilə uyğunlaşdırılır. Ona görə də investisiya struktur dəyişmələrinin əsasını təşkil edir. Xüsusi vəsaitlərdə investisiya daha çox kommersiya maraqlarını güdür. 87
Mövzu 9. Turizm sferasında məhsulun maya dəyəri və mənfəət 1.Turizm fəaliyyətinin xərc strukturu 2.Turizm məhsulunun maya dəyəri 3.Turizmdə mənfəətin formalaşma mərhələləri 4.Turizm mənfəətinin yüksəlməsi metodları, yolları və əsas amilləri 1.Turizm fəaliyyətinin xərc strukturu Turizmin fəaliyyəti, onun xərcləri və gəlirləri ilə müqayisə yolu ilə idarə olunur. Xərc dedikdə, vahid turizm məhsuluna və ya xidmətinə sərf olunan məsrəflər nəzərdə tu-tulur. Əsas fondlar, dövriyyə vəsaitləri və mənfəət norması əldə etmək üçün xərclər formalaşır. Material xərcləri, əmək məsrəfləri xərcləri və dövlət büdcəsinə ödəmələr daxildir. Vahid turizm məhsulunun istehsalına sərf olunan maddi nemətlər material tutumu ilə ifadə olunur. Fond tutumu isə turizmdə istehsal olunan məhsulun vahidinə düşən istehsal fondlarını, o cümlədən əsas fondları və dövriyyə vəsaitlərini əhatə edir. Turizm xərcləri birbaşa və dolayısı xərclərə bölünür. Birbaşa xərclər turizm istehsalına yönəldilən onun məh- suldarılığını, səmərəsini artıran istiqamətlərdən xərclərə bölünür. Xərclər azaldıqca ümumi məhsulun miqdarı artdıqca səmərəlilik çoxalır və mənfəət norması artır. Turizm xərcləri materiala, xammala, iş qüvvəsinə ayrılan vəsaitlərin həcmini əhatə edir. Həmçinin turizm sahəsində regionun təbii sərvətindən sahibkarın fərdi 88 əməyindən və icarəyə götürülən əmlakdan, resurslardan istifadəyə görə verilən ödəmələr də daxildir. Turizm məhsulunun ümumi dəyəri xərclərdən, iş qüvvəsi xərclərindən və mənfəətdən ibarətdir. Xərclərin formalaşması dinamikası ETT-dən aslıdır və yaşayışın təmin olunması üçün əməkhaqqı xərclərindən asılı olaraq formalaşır. ETT, innovasiya turizm məhsulunun dəyərindən, onun keyfiyyətinin və məhsuldarlığının artmAsına təsir edir. Yaşayış dəyəri isə bazarda tələbat və təkliflə ölçülür. Mənfəət norması rəqabət mühiti şəratində turizm məhsulunun istehsalının genişlənməsinə yönəldilir. Dözümlü davamlı inkişaf üçün mənfəət normasını artırmaq turizmdə ümumi məhsulun artımı ilə mümkündür. Download 495.29 Kb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling