1. Xidmət sahələrinin inkişafında turizmin yeri və rolu
Turizmin inkişafının dinamikası
Download 495.29 Kb.
|
YourFileName
3.Turizmin inkişafının dinamikası
Turizmin inkişafı 1980-cı illərdə respublikada daha geniş vüsət almışdır. 1987-ci ildə respublikadan xarici ölkələrə 50 min, SSRİ-nin müxtəlif bölgələrindən isə 250 minə yaxın turist gəlmişdir. Turizm-ekskursiya bürolarının təşkil etdiyi ekskursiyalarda 2,5 mln. nəfərdən artıq adam iştirak etmişdir. Yalnız 1987-ci ildə respublikada 1800-dən artıq turist bölməsi yaradılmışdır. Həmin bölmələrdə 124 minə qədər adam məşğul olurdu. Azərbaycan Respublikasının potensial şəraiti və onun bazar iqtisadiyyatına transformasiyası turizmin inkişafında özünəməxsus xüsusiyyətləri və marketinq planlaşması yaradır. Turizmin135 inkişafındakı konsilidasiya və həmçinin fərdikiçilik və təşəbbüskarlıq cəhdləri yaradır. Belə ki, respublikaya investisiya axının ümumi həcmi, onun infrastruktur sferasına istiqamətlənməsi, böyük turist layihələri üçün əsas yaradır. Turizmin əsas sahibkarlıq şəriatində inkişafı, fərdi kapitalın bu sahəyə yönəldilməsinə, daha çox respublika daxili təbii sərvətlərin istifadəsi üçün istirahət və xidmət mərkəzlərinin yaradılması baş verir. torpaqların dövlət, bələdiyyə və əhaliyə paylanması nəticəsi olaraq bir sıra təbii cəhətdən əlverişli şəraiti olan regionlarda sahibkarlıq obyekti kimi turizm obyektləri inkişaf edir. Turizm sferası insan zövgünə, insanın müəyyən ünvanlı ehtiyaclarını ödəmək üçün formalaşdığı və sahə, ərazi strukturuna malik olduğu üçün onun əməli və çevik dəyişdirilməsi ani halda baş vermir. Belə ki, turizmin motivi respublikada əhalinin məşğulluğu, onun ailə daxili həyat tərzinin keçirilməsi ilə bağlıdır. Respublikada turizmin əsas motivi ticarət əlaqələri və işgüzar səfərlər təşkil edir. Bu gün Azərbaycan Respublikası xarici ticarət dövriyyəsədən hər məhsullara olan tələbatını ödəmək üçün idxaldan mühüm amil kimi istifadə edir. İdxal və ixracın baş verməsi mərkəzləşmiş formada yox ayrı-ayrı şirkətlərin və fiziki şəxslərin fəaliyyəti yükdaşıma və əha- lidaşıma fəaliyyəti ilə baş verir. Azərbaycanın idxalında əsas tərəflərin xüsusi çəkisi daxili bazarın formalaşmasında mülkiyyət formasından asılı olmayaraq, kommersiya mənfəəti məqsədi ilə müxtəlif əlaqələr ilə gətirilən məhsulların xüsusi çəkisi birbaşa olmasa da dolayısı yolla turizmin rolunu aça bilir. İdxal və ixracın strukturu ölkə daxili iqtisadi potensialın və həmçinin istehsal həcminin artması ilə əhalinin həyat səviyyəsinə, onun istehlak potensialına təsir edir. Zəruri məhsullara tələbatını ödəməklə, turist məhsullarına o cümlədən, turist niyyəti ilə gedib, özünün ailəsi və xırda biznes üçün əmtəə alıb, sonradan onun daxili bazarında saiılması ilə məşğulluğu artırır. Dini turizm respublikada ənənəvi hall alıb hər il respublikadan minlərlə adam Həcc, Kərbala və Məşədi ziyarətinə getməklə adam başına 2000-3000 ABŞ dollarına qədər xərc çəkirlər. Bu insanların xərcləri hesabına respublikaya gətirilən dini hədiyyələr, əhsan üçün kəsilən qurbanlar və digər xidmət növləri turizmin Azərbaycan üçün xarakterik motividir136. Bu xidmətləri təşkil etmək üçün müxtəlif təşkilatlar bu işlə məşğul olur. Əlbəttə, rəqabət mühiti turist xidmətini təşkil etmək üçün biznes fəaliyyətində bütün şirkətlər və dövlət orqanları arasında bərabər mühitin yaradılmasını tələb edir. Daşıma, saxnalma xərclərinin aşağı salınması, turistlərin təhlükəsizliyi və digər problemlərinin maksimal və səmərəli təşkili yolu ilə daha çox müştəri başına toplamaq niyyəti əsas fəaliyyət mexanizmidir. İdxal və ixracın invetsiv artımı, həmin ölkələrin əmtəə və xidmətinə yerli əhalinin tələbatının və konkret tələbinin nəticəsi olaraq inkişaf edir. Belə ki, respublikadan sağlamlıq və istirahət məqsədi ilə Rusiyaya, o cümlədən, Şimali Qafqaza Azərbaycan əhalisinin küiləvi axını baş verir. Məhz mineral sular, müalicə müəssisələrinə ildə 100 minə yaxın əhalinin getməsi respublikanın pul vəsaitinin axmasına səbəb olur. İqtisadi təhlil göstərir ki, iqtisadiyyatın inkişafı ilə yanaşı Şimali Qafqaz regionuna müalicə məqsədi ilə gedənlərin sayı artır. Onların tərkibində iş adamlarının, biznes fəaliyyəti ilə məşğul olanların xüsusi çəkisi daha sürətlə artır. Turizmin inkişafı respublikada hər bir infrastruktur mühiti ilə uyğunlaşır. Tabelik xüsusiyyətindən asılı olmayaraq respublikada nəqliyyat potensialı, əhali və yük- daşımaların yüksək təminatı və rahatlığı, ölkə iqtisadiyyatının inkişafı, onun kompleks xidmət obyekti kimi bütün fiziki və mədəni ehtiyacların ödənilməsi şəraitinin olması turizm üçün potensial sayıla bilər. Ona görə də vahid məqsəd ətrafında turizm dövriyyəsinə cəlb olunan bütün obyektlərin kompleks vəhdəti onun sahə və funksional vəzifəsini turizmin keyfiyyətinə, həmçinin idarə olunmasında vəzifələr müəyyənləşdirir. 137
Sxem. Turizmin formalaşması xüsusiyyətlərinin əsas istiqamətləri. Respublikada yuxarıdakı göstərilən funksional vəzifələri reallaşdıran, sahibkarlıq
fəaliyyətinin və mexanizm- lərin respublikada və regionlarda özünəməxsus xüsusiyyətləri formalaşır. Belə ki, hüquqi və fiziki şəxslər kimi sahibkarlıq fəaliyyəti, qeyri-dövlət maliyyə imkanlarını genişləndirmək üçün turizm məqsədi ilə maliyyə resurslarını təmin etmək üçün kredit ittifaqları yaradır. Xarici şirkətlər birbaşa əlaqəyə girib, müştərək, yaxud uzunmüddətli kredit qoyuluşu ilə təsərrüfat formaları yaradırlar. Yerli əhali üçün turizmin inkişafında fərdi kapitalın daha çox əhaliyə xidmət edən obyektlərin layihələşdirilməsinə və istifadəsi üçün şəraitin yaradılmasına yönəldilir. Sxemdə göstərilən hər bir fəaliyyət növü dairəsi və mexanizmləri menecment sahəsi kimi və qərar qəbullarının səmərəli təşkili formasında baş verir. Turizmin informasiya bazarı onun fəaliyyəti haqqında məlumatların və reklamın səmərəli təşkili ilə baş verir. Turizm kompleks fəaliyyət göstərən sahibkarlıq fəaliyyəti dairəsinin tərəfi ola bilər. Ona görə də sahibkarlığın özünün turizmi təmin edən digər sahələrin inkişafına kompleks yanaşması xərclərin azalmasına və ərazinin bütövlükdə sosial problemlərin həllinə şərait yaradır. Bu kompleksdə daha aparıcı növü rolunu nəqliyyat sferası oynayır. Turizm fəaliyyətinin əsas potensial təminatı, daşımaların təhlükəsizliyi, onların komfortu və həmçinin nəqliyyat xidmətində çəkilən xərclər təşkil edir. Respublikada beynəlxalq turist daşımaları, turistlərin nəqliyyat növünün seçilməsində onların seçimini müəyyənləşdirir. Bu gün İsrailə, Birləşmiş Ərəb Respublikalarına, Çin, Əfqanistan, Pakistan ölkələrinə uçmaq üçün Azərbaycanın hər bir bölgəsində beynəlxalq hava xətlərini artırmaq və Azərbaycanda beynəlxalq statusu olan Bakı və Naxçıvan hava limanlarından istifad138ə etmək daha əlverişlidir. Azərbaycanın dəniz nəqliyyatı, formalaşmış tərsahələrin sayı, cəmi təsərrüfatı, onun turizm məqsədi ilə istifadəsi və icariyyə verilməsi üçün əhəmiyyətli sahədir. Respublikada formalaşmış gəmiçilik sahəsi əhalinin daşınması üçün az istifadə olunur. Daha çox əhalinin daşınmasında istifadə olunan avtomobil nəqliyyatının perspektiv istiqamətləri daha mütərəqqi nəqliyyat növü olaraq qalır. Azərbaycanda formalaşmış iqtisadi potensial, həmçinin bütövlükdə iqtisadi inkişafın ərazi və sahə strukturunun təkmilləşməsi pul- kredit siyasəti və həmçinin sahibkarlığa dəstək proqramlarının sosial iqtisadi nəticələri kəsb edir. Ölkədə baş verən artım dinamikası, sahibkarlıqda rəqabət mühitinin yaranması və sahibkarlığa dövlət himayəsinin, büdcə və digər maliyyə qurumları vasitəsi ilə dəstək proqramı sahibkarlığın inkişafına səbəb olacaq. Sahibkarlığın regional strukturu və dövlətin büdcə vəsaiti ilə ayırdığı sahibkarlığa kömək fondu və müəssisə təşkilatların xüsusi vəsaitləri hesabına turizm sahəsində sahibkarlıq və yaxud sahibkarlığın daxilində turizm xidmətinin genişlənməsi formaları ilə ərazi iqtisadi potensialının turizm dövriyyəsinə cəlb edilməsi prosesi genişlənir. Azərbaycanda sahibkarlığın xüsusiyyətləri turizmin xüsusiyyətlərini yaradır. Bu xüsusiyyətlər ayrı-ayrı regionlarda turizmin inkişafı üçün zəruri olan resurs potensialının və həmçinin turizm bazarında əsas tələbin bu günkü vəziyyəti və turistlərin gəlmə perspektivinin qiymətləndirilməsi və proqnozu ilə mümkündür. Hər bir sahibkar xarici turistlərin tələbinə uyğun restruktizasiya prosesinə başladıqda risk etməklə öz kapitalının verəcəyi səmərənin uzunmüddətli turist axınını bir sıra xarici amillərdən asılılığını nəzərə almaqla reallaşdırır. Download 495.29 Kb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling