1. Xidmət sahələrinin inkişafında turizmin yeri və rolu


Download 495.29 Kb.
bet27/35
Sana05.01.2022
Hajmi495.29 Kb.
#232688
1   ...   23   24   25   26   27   28   29   30   ...   35
Bog'liq
YourFileName

S, P,a - uyğun olaraq iqtisadi artımla amillər arasında elastiklik əmsallarıdır.
Hər bir amilin (A, B, C) iqtisadi artıma təsiri eyni olmadığına görə idarəetmə bu amillərin kombinasiyasını bir- birinə əvəz etməsini təşkil edir. Bəzi hallarda iqtisadi artım (y-in artımı) sahibkar üçün A-nın artımı ilə daha əlverişlidir. Digər halda B-nin artımı ilə baş verə bilər. Hər hansı halda eyni iqtisadi nəticəni müxtəlif resurslarla əldə etmək olar.

Təbii ki, bu resurslar müəssisə üçün daxili imkanları, kreditlər, xərclər vasitəsilə təmin olunur. Beləliklə, təşkilati amil formalaşır. Müəssisədə təchizat, təminat, texnologiyalar, iş qüvvəsi, maliyyə vəsaitləri və istehsal ahəngdarlığı problemləri həll olunur. İstənilən dəyişmələrdə:


ö + P + a = 1
4.Turizm mənfəətinin yüksəlməsi metodları, yolları və əsas amilləri

Mənfəətin yüksəldilməsi müasir şəraitdə turizm müəssisəsinin fəaliyyətinin tarazlı inkişafı deməkdir. Onun davamlılığı, məhsuldarlığı və təşkilati rolu ilə ifadə olunur. Mənfəəti yüksəltmək meyardır, çünki mənfəət hesabına təkrar istehsal baş verir. Mənfəətin bölgüsü, yenidən bölgüsü iqtisadi sistemdə gəlirlərin formalaşmasına təsir edir. Müəssisə ilə dövlət arasında xalis gəlirin və ya mənfəətin bölgüsü baş verir. Müəssisə dövlətə vergilər verir. Sosial müdafiə üçün sosial vergilər ayırır. Dövlət isə müəssisəyə verdiyi kreditlərə və maliyyə qaynaqlarına görə faizlər və ödəmələr alır. Mənfəətin bölgüsü hesabına dövlət büdcəsi formalaşır. Sosial müdafiə fondu yaradılır və dövlət tap-şırıqlarını təyin etmək üçün hər bir müəssisənin öhdəlikləri dövlət nəzarəti ilə həyata keçirilir. Mənfəət yerli büdcəni formalaşdırır. Hər bir regionda mülkiyyət formasından asılı olmayaraq yerləşən turizm müəssisəsi təkrar istehsal təmin etmək üçün yerli büdcəyə vəsaitlər ayırır. Bu da öz növbəsində torpaq, su, meşə və digər istifadə olunan resursların təkrar istehsalına yönəldilir92.Yerli büdcələr sahibkarlıq yolu ilə turizm üçün zəruri olan və ona şərait yaradan sosial infrastruktur abidələrinin tikilməsi və istifadəsinə şərait yaradır. Yerli əhəmiyyətli yollar çəkir, otellər tikir, ictimai iaşə müəssisələri tikir və digər sosial mədəni xidmət sferasını pullu və ya xüsusi vəsaitlər hesabına təşkil edir. 3-cü əsas bölgü müəssisə-mənfəətinin əhali, o cümlədən işçilərlə olan münasibətlə formalaşır. Birincisi əməkhaqqı yaranır, stimul yaranır, sosial müdafiə üçün resurslar ayrılır. Bir sözlə müəssisədə işləyənlərin əmək fəallığının təkrar istehsalı üçün zəruri olan resurslar ayrılır. Hər bir müəssisənin əməkhaqqı fondu, sosial ödəmələri sosial sığorta sistemi işə düşür. Müəssisə öz işçilərini sığortalayır. Onun sağlamlığını, səhiyyə tələbatını, özünün və

Mövzu 10. Turizmin dövriyyə vəsaitləri və turizmdə qiymətin əmələ gəlməsi. Turist fəaliyyətinin təhlili



  1. Turizmdə dövriyyə vəsaitlərinin mahiyyəti, onların istifadəsi istiqamətləri




  1. Turizm məhsulunun qiyməti

3.Turizm resursları, onların dövriyyə surəti, turizmdə kapital və kapital axını


4.Turist fəaliyyətinin təhlili metodikası

ailəsinin təhlükəsizliyini təmini edir sığorta sistemini formalaşdırır. Məcburi və könüllü halda bazar iqtisadiyyatı şəraitində məcburi sosial sığorta sistemləri daha genişlənir. Bu da iş qüvvəsinin sığorta sistemi dayanıqlı olan müəssisələr axınını təmin edir. Beləliklə, turizm müəssisələri və iş qüvvəsinin təkrar istehsalı arasında əlaqələrin maddi maliyyə əsası 2 subyektin, yəni müəssisə və insanın iştirak payı, mənimsəmə %-i və onların artımı ilə ifadə olunur.


Turizm müəssisəsi hər hansı bir ərazidə baş verdiyinə görə onun gəlirləri səmərəliliyi əhalinin həyat səviyyəsinin yaxşılaşmasına təsir edir. Ona görə də müəssisə və əhali arasında əlaqə forması gəlirlərin bölgüsü ilə ifadə olunur. Nəhayət, resursların formalaşması prosesi baş verir və gəlirlərin yenidən bölgüsü yaranır. Bu proses qiymət, tələb, təklif vasitəsilə reallaşır. Bu prosesə təsir edən mərhələ bazar mərhələsidir - «turizm bazarı». Turizm bazarının formalaşması bütövlükdə bölgü və yenidən bölgünün formalaşmasının səmərəliliyini ifadə edir. Hər bir istehsalçı bazara istiqamət götürür. Bazarın seqmentləşməsini proqnozlaşdırır. Bu seqmentlər daxilində özünün istehsal

93
seqmentini formalaşdırır. İstehsal seqmenti ilə bazar seqmentinin əlaqəsi bütövlükdə təkrar istehsalın, bölgü və yenidən bölgü münasibətlərinin tsiklik xarakterini müəyyən edir.

1.Turizmdə dövriyyə vəsaitlərinin mahiyyəti, onların istifadəsi istiqamətləri

Turizm sferası istehsal sferasından fərqli olaraq məhsul və xidmətlərin dövriyyəsi ilə onun bazara çıxarılan həcmi, strukturu və məhsulun reallaşması şərtləri ilə bağlıdır.

İstehsal, bölgü və istifadə turizm dövlətini əks etdirir. Turizm dövriyyəsi turizm məhsulunun istehsalı və istehlakı arasında zəruri olan vaxt amili ilə ölçülür və dövriyyə surəti formalaşır. Dövriyyə surəti az olarsa, turizmdə kapitalın xərclərin qaytarılması müddəti azalır. Ona görə də dövriyyə müddəti anlayışı turizm dövriyyəsinə daxil edilir. Dövriyyə müddəti əmsala bərabərdir. Dövriyyədə olan kapitalın bütün çəkilən xərclərə olan nisbəti dövriyyə prosesi turizm sferasında hər bir şirkətin özünün sertifikası ilə bağlıdır və turist müəssisələrinin konkret məhsulunun xarakteri ilə bir göndərişin müddəti onun qiyməti ilə bağlıdır. Dövriyyə vəsaitləri pul vəsaitləridir və hər gün, hər ay yeniləşir. Dövriyyə vəsaitinin təzələnməsinin amili istehlakçıdır. Turistlərin xərcləri onların fərdi istehlakı, mədəni servis xidmətlərinə ehtiyacları dövlət vəsaitlərinin həcmini və çeşidini formalaşdırır.
Hər bir turist müəssisəsi daimi fəaliyyətini tənzim etmək üçün müəyyən vəsaitlərin dövr etməsinə, onun planlaşmasına ehtiyacı vardır. О cümlədən, ehtiyyatlar, əməkhaqqı fondu, qida təminatı, müxtəlif mədəni sosial tədbirlər üçün zəruri olan vəsaitlərin ayrılması dövlət vəsaitlərinin həcmi ilə əlaqələndirilir. Dövlət vəsaitləri ilə fondlar arasında nisbətdə hər bir turist müəssisəsinin material, enerji əmək tutumunu və kapital ehtiyatlarını müəyyənləşdirir. Turizm ehtiyatları istehlakçıların tələbatına uyğun marketin çeşid quruluşuna malikdir və müəssisədə dövlət vəsaitləri bu ehtiyatların cari və perspektiv həcmini planlaşdırmağı tələb edir. Dövriyyə surəti nə qədər az olarsa, bir o qədər sinxron təzələnməyə ehtiyac var. Ona görə də hər bir müəssisədə əsas fondda dövriyyə vəsaitləri arasında nisbət həmin müəssisənin əmək məsrəflərini, xidmət məsrəflərini, maliyyə vəsaitlərini vaxtında tapmağa94 şərait yaradır. Dövlət vəsaitləri müxtəlif mənbələrdən formalaşır. Turist müəssisəsinin bir illik və yaxud mövsümi tutumunu, istehsal gücünü müəyyənləşdirir.
Turist təşkilatları öz məsrəflərini ödəmək üçün ehtiyatlarını hesablamalıdır və yaxud bu ehtiyatların mənbələri cavabdeh olmalıdır. O cümlədən bank kreditləri, xüsusi vəsaitləri müştərilərdən alınan ödəmələr, putyovkanın dəyəri qabaqcadan dövriyyə vəsaitlərinin formalaşmasında qiymətləndirilməlidir.

2.Turizm məhsulunun qiyməti


Turizm məhsulu xidmət və istehlak məhsulu formasında ifadə olunur. Turizm məhsulu həmçinin turizm xidmətlərinin məsləhətləri orda turistin olduğu sosial mədəni xidmət, mənimsədiyi informasiya və fiziki sağlamlığı təmin etmək üçün əldə olunan turizm nəticələri daxildir. Ona görə turizm məhsulu yeni yaradılan və potensial istifadə olunan resurslarla hesablaşır. İllik məhsul hər bir turistə göstərilən xidmətlərlə ölçülür. Turizm xidmətləri turistlərin sayından asılıdır. Və hər bir turistin istehlak etdiyi maddi mədəni nemətlərdən və xərclərdən formalaşır. Turizm məhsulunun natural və dəyər göstəricisi ifadə olunur. Natural göstəricilər turizm planlaşmasında zəruri olan material məsrəflərini, işçilərin sayını müəyyənləşdirir. Turizm məhsulunun dəyəri qiymətdən də asılıdır. Turizm qiyməti isə tələb və təklifdən, maya dəyərindən və dövriyyənin turist müəssisəsi qarşısına qoyduğu ödəmələr həcmindən asılıdır. Xidmət anlayışı turizm məhsulunun dəyərlə ifadəsidir.


Qiymətəmələgəlmə turizm fəaliyyətinə təsir etmək üçün işlədilən siyasətdir. Bəzər buna qiymət siyasəti də deyilir. Qiymətin əmələgəlməsində istehsal, bölgü, təkrar istehsal, səmərəlilik prinsipləri əsas götürülür. Qiymətin optimal ölçüsü olmalıdır. О, məhsulun dəyərinə yaxın olduqca, onun dəyərini ifadə etdikcə bir o qədər gəlirlilik səviyyəsi yüksək olur və müəssisədə rəqabətə davamlılıq təmin olunur. Qiymətin formalaşdırılması turizm məhsulunun maya dəyərindən asılıdır və rentabellik səviyyəsindən asılı olaraq formalaşır. Nəzəri cəhətdən qiymət bərabərdir, məhsulun maya dəyəri ğstəgəl normativ rentabellik əmsalı. Belə olduqda müəssis95ə həmin məhsulu istehsal etməkdə stimulla- şır. Ona görə də qiymətin aşağıdan və yuxarıdan tənzimlənmə funksiyası formalaşır. Aşağı maya dəyərindən məhsulun qiyməti yuxarı olmalı, yuxarıdan isə məhsulun qiyməti alıcılıq qabiliyyətinə, rentabellik səviyyəsi ilə məhdudlaşmalıdır.
Qiymətin formaları əlavə xərcləri özündə əks etdirir. Turist firmaları öz xərclərini ödəmək üçün, o cümlədən nəqliyyat, rabitə, tibbi sığorta və yaxud əlavə xidmət almaq üçün xərcləri ödəmək üçün turistin özündən və yaxud onun göndərdiyi təşkilatlardan əlavə qiymətlə pul vəsaiti toplayır. Beləliklə, qiymətin formasının zəruri obyektiv amilləri mövcuddur.

3.Turizm resursları, onların dövriyyə surəti, turizmdə kapital və kapital axını


Turizm çox istifadə sferasına görə və səmərəliliyinə görə fiziki və mənəvi aşınmaya məruz qalır. Əsas resurslar fond formasında fiziki aşınmaya məruz qalır. Dövriyyə vəsaitləri və ehtiyatları bir il ərzində və yaxud mövsüm ərzində öz dəyərini yeni məhsul üzərinə keçirir. Bu resursların təkrar istehsalı resurs planlaşması ilə baş verir.


Material, enerji, qida, ərzaq və xidmət resursları hər bir turist müəssisəsinin xərc strukturunda təkrar istehsal üçün öz məbləğini tapır və mənfəətdən bu xərclər ödənilir. Bu xərclərin artımı müəssisənin genişlənməsinə şərait yaradır. Resurslar canlı və cansız əmək və material, xammal, innovasiya resurslarına bölünür. Resursların təsnifatlanmasında bir sıra metodiki-yanaşmalar mövcuddur:


  1. Resurslar fiziki cəhətcə xarakterində, texniki cəhətdən oxşardırlar




  1. Resurslar təkrar istehsal baxımından eynidirlər.




  1. Resurslar eyni bir texnoloji prosesin daşıyıcısıdırlar




  1. Resurslar canlı əmək və kadr potensialını vəziyyətlərini nəzərə almaqla təsnifatlaşdırılır.

Resursların təkrar istehsalı kapital qoyuluşuna səmərəli istifadəni tələb edir. Ona görə də hər bir müəssisənin potensial imkanları və onların cari fəaliyyəti bu resursların


təzələnməsindən aslıdır. Resurslar bir-birini əvəz edir. Əvəz etmə meyarı olaraq effektlik əsas götürülür. Vahid məhsulun yaranmasında kompleks resursların minimum məsrəfi müəssisədə menecment fəaliyy96ətinin səmərəliliyini artırır.
Turizmin inkişafının əsas amili və şəraiti bu sahəyə qoyulan vəsaitlə məhdudlaşır. Vəsaitlərin xarakteri təkrar istehsal strukturu kapital tələbatı kimi formalaşır. Turizm fəaliyyətinin xərc strukturu kapitalın istifadə istiqamətini müəyyən edir. Əsas fondlar, dövriyə vəsaitləri və idarəetmə xərcləri hər biri ayrı-ayrı amillərdən asılıdır. Bu xərcləri ümumiləşdirən və müqayisəli təhlil üçün əsas verən cəhət hər birinin kapital tutumudur. Kapital potensial gücü deməkdir. Bu mənbələri istifadə mexanizmləri məhsulun, xid-mətlərin kapital tutumu ilə müəyyənləşir. Ayrılan kapitalın ümumi məhsula olan nisbəti məhsulun kapital tutumunu müəyyənləşdirir. Əsas fondlara olan nisbəti isə fond tutumunu

ifadə edir. Əmək ehtiyatlarına əməkhaqqına sərf olunan kapital əməkhaqqı tutumunu müəyyən edir. Kapitalın təkrar istehsalı yaradılan mənfəət hesabına baş verir. Bütün xərclər çıxıldıqdan sonra yerdə qalan xalis gəlir dövlətin maliyyə öhdəliklərini ödəyir və müəssisə daxili şirkətin xalis gəliri kimi təkrar istehsalın yeni istiqamətlərinə yönəldilir.


Turizm sahəsində kapital yönümlü siyasət həmin sahənin əsas fondları, onların təkrar istehsalı, yeni texnikanın tətbiqi mədəni servis xidmətləri üçün zəruri olan texniki bazarın mədəni servis xidmətləri üçün zəruri olan texniki bazarın yaradılmasına yönəldilir. Kapital artımı həm turist fəaliyyətinin özünün hesabına baş verir, digər tərəfdən ümumi iqtisadi artımın tərkib hissəsidir. ÜDM-in artımı sənaye potensialı, kənd təsərrüfatı potensialı bütün mənbələr hesabına investisiya qoyuluşları. Xarici və daxili bankLardan alınan uzun müddətli kredirtlər cari kapital məsrəflərini formalaşdırır. Kapital tutumuna görə müəssisə fəaliyyəti keyfiyyət təhlil obyektidir.


Download 495.29 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling