1. Xidmət sahələrinin inkişafında turizmin yeri və rolu


Turizm məhsulunun maya dəyəri


Download 495.29 Kb.
bet26/35
Sana05.01.2022
Hajmi495.29 Kb.
#232688
1   ...   22   23   24   25   26   27   28   29   ...   35
Bog'liq
YourFileName

2.Turizm məhsulunun maya dəyəri

Maya dəyəri iqtisadi mənaca vahid turizm məhsulunun istehsalına, daşınma və istifadəsinə çəkilən xərclərə deyilir. Planlı təsərrüfat sistemində maya dəyəri hər bir sahə fəaliyyət üçün əsaslandırılırdı və təsdiq olunurdu və maya dəyəri dəyişildikdə müəssisənin xərc strukturu üzrə əsaslandırılması tələb olunur və maya dəyəri normativ məsrəflərə əsaslanır. Maya dəyəri və maddi xərclər, əmək xərcləri və təkrar istehsal üçün lazım olan və nəzərdə tutulan xərclər daxildir. Maya dəyərinə yuxarıdakı formuldan C+V daxildir. Bu xərcləri aşağı salmaq müəssisə fəaliyyətinin səmərəliliyinin yüksəlməsi yoludur. Müasir şəraitdə maya dəyəri təsdiq olunmur, amma bazar rəqabəti şəraitində davamlı inkişafın maddi əsasını təşkil edir. Bunlar göstərir ki, maya dəyəri aşağı olan turist müəssisələri keyfiyyətli, çeşidli xidmətlər göstərirsə, onun mənfəəti çoxalır və mənfəətin təkrar istehsalı üçün istifadəsi artır. Maya dəyəri müəssisə fəaliyyətinin digər sahələrlə əmtəə, xidmət maliyyə əlaqələrinin formalaşdırır. Onun aşağı salınması yolları daha keyfiyyətli məhsuldar istehsalla bağlıdır və göstərilən xidmətlərin daha tələbata uyğunluğu ilə həll olunur. Maya dəyərini proqnozlaşdırmaq (üçün) onun amillərinin proqnozu ilə reallaşır. O cümlədən turizmdə istifadə olunan texnologiyalar xidmət xərcləri səmərəli təşkil olunur. Kompleks sistemli idarəetmə yolu ilə təkrar istehsal üçün zəruri olan istehsal xərcləri azaldılır. Bu zaman mənfəət artır. Mənfəət aşağıdakı formulda ifadə olunur:

M = ÜDM (t)-(C+V)
Mənfəətin artırılması89 idarəetmə metodudur və müəssisə fəaliyyətinin sonrakı inkişafı üçün maddi əsas yaradır.
Turizm fəaliyyəti qiymət və qiymətləndirmə sistemi ilə bağlıdır. Turizm qiyməti turizm məhsulunun bazar qiyməti ilə ölçülür. Turist məhsulunun qiymətinin əsasında maya dəyəri dayanır. Qiymət turizm məhsulunun dəyər ifadəsidir. Qiymətlərin dəyişməsinə tələb və təklif təsir edir. Digər tərəfdən turizm müəssisəsini saxlamaq üçün hər bir müəssisənin özünün xüsusi kapitalı formalaşmalıdır. Bu məqsədlə turist təşkilatları müəssisələri məhsulun keyfiyyətini yaxşılaşdırır. Onun istehlakçı tələbatına uyğunlaşması üçün əlavə xərcləri sərf edir. Əlavə xərclərin əlavə gəlirlərə olan nisbəti səmərəlilik əmsalı

adlanır:


AS >1 olduqda turizm müəssisəsi iqtisadi cəhətdən özünün təminat səviyyəsinə yaxınlaşır. Qiymətli məhsul bazar və bazardan kənar amillərdən asılıdır. Xarici amillərə daxildir: inflyasiya, həyat səviyyəsi indeksi, xarici kapitalın ölkəyə axını. Daxili amillərə daxildir: turizmin obyektinin region və sahə əlverişliyi, həmin regionda yaşayanların həyat səviyyəsinin yüksək olması, idarəetmə qabiliyyəti bacarığı.
Turizm məhsulunun qiymətləri uyğun olaraq sənaye məhsulunun qiymətləri, xidmət tarifləri və icarə haqqlarına bölünür. Turizm xidmətlər sferası olduğuna görə, onların qiymətləri diferensiallaşır. Tariflər daha çox tətbiq olunur və bu tariflərin çoxu bazarın tapşırığı ilə tətbiq olunur. Digər tərəfdən bəzi dövlət tarifləri turizmin qiymətinə təsir edir. Turizmin fəaliyyətdə topdan satış qiymətləri, müqavilə qiymətləri, icarə qiymətləri və pərakəndə satış qiymətləri formalaşır. Sahə baxımından turizm ticarəti, turizm sənayesi, turist ictimai iaşəsi, turizm tikintisi ayrı-ayrılıqda sahə qiymətləri ilə tənzimlənir. Turizm qiymətləndirilməsi sistemli kompleksli ölçü mexanizmləri vasitəsilə baş verir.

3.Turizmdə mənfəətin formalaşma mərhələləri


Turizmin mənfəəti onun fəaliyyətinin son nəticəsi olmaqla xərclərlə gəlirlər arasında fərqi göstərir. Mənfəətin iqtisadi mənası turizm müəssisəsinin gəlirli işləməsi deməkdir. Turizmin gəlirləri onun rentabellik səviyyəsini müəyyən edir. Rentabellik səviyyəsi xalis mənfəətin xərclərə olan nisbətinə deyilir. Mənfəətin yüksəldilməsi rəqabət


mühiti şəraitində davamlı inkişafın90 maliyyə əsasıdır. Belə ki, hər bir turizm fəaliyyəti onun rəqabət qabiliyyətliliyi mənfəət normasının orta iqtisadi normadan yuxarı olmaq dərəcəsi ilə ölçülür. Mənfəət norması ümumi mənfəətin istehsal xərclərinə olan nisbətinə deyilir. Mənfəət norması fəaliyyət üzrə və müəssisələr üzrə fərqlənir. Mənfəət norması nisbi kəmiyyətdir. Onu yüksəltmək üçün xərcləri azaltmaq, yaxud gəlirləri artırmaq lazımdır. Xərcləri azaltmaq müəyyən məhdudiyyətlərlə qarşılaşır. Çünki əsas fondlar təzələnir, əməkhaqqı artır. Ona görə də vahid məhsula düşən xərclər normativ məsfrəflərdən aşağı salına bilmir. Ona görə də gəlirlərin artmasına stimul yaranır. Turizmin məhsulunun ba-zarda qiyməti onun həcmi və strukturu bu gəlirlərin artım mənbəyidir. Həmçinin gəlirlərin

artımına resurslardan səmərəli istifadə etmə yolları, onların xüsusi səmərəliliyi təsir edir. Mənfəətin mənbəyi həmçinin texnoloji proseslər və bazar qiymətləridir. Turizm məhsulunun alıcısı, yəni tələbat artdıqda onun qiyməti artır. Beləliklə, bu sahədə yaranan ümumi məhsul kəmiyyətcə çoxalır. Xərclərin azaldılması nəticəsində xalis məhsul çoxalır. Xalis məhsulun xərclərə nisbəti mənfəəti təşkil edir. Mənfəət diferensial göstəricidir. Mənfəətin yaranması, bölgüsü və yenidən bölgüsü turizm fəaliyyətinin maliyyə əsasını təşkil edir, dövlətin və turizm təşkilatlarının müəssisələrinin qarşılıqlı əlaqəsinin təsirlərini formalaşdırır. Mənfəətin yüksəldilməsi turizm sahəsində fəaliyyətin səmərəli təşkili nəticəsidir. Mənfəət xüsusi mənfəət normasını formalaşdırır, hər bir turist müəssisənin yerləşdiyi şəraitdən, onun tutumundan, istehsal güclərindən, xarici ölkələrin və yerli turistlərin tələbatından asılı olaraq reallaşan, satılan məhsul və xidmətlərə görə hesablanır. Sahə mənfəət normaları ərazi mənfəəti və sahələr- arası mənfəət norması turizm dinamikasına təsir edir. Turist təşkilatları başqa sahələrin müəssisələrinə nisbətən eyni kapital məsrəfində yüksək mənfəət norması əldə edirlərsə bu həmin müəssisənin səmərəli təşkili deməkdir və onların sonrakı inkişafına, təkrar istehsalına maddi əsas yaradır. Tu-rizm mənfəəti maya dəyəri aşağı salmaq, məhsuldarlığı artırmaq, bazarın tələbinə uyğun daha çeşidli, keyfiyyətli xidmət göstərmək yolu ilə mümkün olur. Onların isə hər biri özünəməxsus amillərlə bağlıdır. Belə ki, yeni texnikanın tətbiqi, innovasiya tədbirləri, dünya turizm bazarına çıxmaqla ixracat potensialını artırmaq mənfəətin artırılması amil-ləridir. Mənfəətin artımı istehsal funksiyası ilə ifadə olunur.


Y = Aa • Bp • Cs
Y - iqtisadi artım 91


  1. -maddi amil




  1. - iş qüvvəsi, yaxud insan resursları




  1. - idarəetmə qabiliyyəti



Download 495.29 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling