1. Xidmət sahələrinin inkişafında turizmin yeri və rolu


Turist bazarının fəaliyyətində mövsümlülük


Download 495.29 Kb.
bet13/35
Sana05.01.2022
Hajmi495.29 Kb.
#232688
1   ...   9   10   11   12   13   14   15   16   ...   35
Bog'liq
YourFileName

5.Turist bazarının fəaliyyətində mövsümlülük
Mövsümü anlayış təbii və stasional amil olmaqla hər turist fəaliyyətinin davamlığına onun məhsul istehsalında ahəngdarlığına və sosial nəticələrin səmərəsinə təsir edir. Mövsümi amillər turist bazarında tələbata təsir etməklə, onun ödənilməsi yollarına və turist səhiyyəsinin istehsal proqramını qiymətləndirir. Mövsümlülük təsirləri turist bazarında müvazinatlığı və davamlığı saxlamaq üçün istifadə olunan tədbirlərin planlaşma və idarə olunması sistemini və üsullarını trurist bazarının inkişafı konsepsiyasının hazırlanmasını tələb edir. İstehsal-xidmət intensivliyi turist bazarında mövsümlülükdən asılı olaraq formalaşır. Turist bazarında

mövsümlülüyün tədqiqi, təbii coğrafi amillərin təsirini nəzərə almaq, turist mövsümünün müddətini qiymətləndirmək, turist mövsümünə təsir edən amilləri nəzərə almaq və zəruri tədbirlərin hazırlanması və tətbiqi yollarını əsaslandırmaqla, istekhsal-xidmət proqramlarının işlənməsi metodlarının və mexanizmlərininidarə olunmasına əsas verir.


Turizmdə mövsümlülük aşağıdakı əlamətlərlə səciyyələnir:


  • turist axınını intensivliyinin maksimal axını;




  • tursit regionu, turist firması, turist müəssisəsi mövsümlükdən asılı olaraq bir neçə

dəfə formalaşır;




  • turist mövsümlüyü regionlar, şəhər və kənd yerləri üçün qeyri bərabər dinamizm kəsb edir. Ona görə də mövsümi təlatümlər qiymətləndirməklə turizm təklifi planlaşdırılır;




  • turizm mövsümlülüyu ayrı-ayrı turist növü üzrə fərqlənir.


  • təbii klimatik şərait xüysusi amillər olaraq idmanın sağlamlıq və tanışlıq şəraitinin mövcudluğu;




  • iqtisadi - əmtəə və xidmətin istehlaka tədiyyə qabiliyyətinin, əmtəə və xidmət təklifindən asılılığı;




  • sosial - sərbəst vaxtın mövcudluğu;




  • demoqrafik - cins və yaşına görə istehlakın differen- sasiyası;




  • texnoloji - ənənə, moda, yamsılama;




  • maddi - texniki təminat yerləşmə sxemi, yemək, nəqliyyat mədəni-sağlamlıq

xidməti;



  • texnoloji - xidmət istehlakının keyfiyyəti.

27
Bütün amilləri təsir gücünə görə birinci dərəcəli və ikinci dərəcəli amillərə bölməklə, mövsümlülüyün təsir gücünü qiymətləndirməklə əlavə tədbirlərin əsaslandırılması və proqnozu verilə bilər.
Təbii coğrafi şərait və formalaşmış amillər birinci, qalanları isə təşkilati-iqtisadi və idarə olunan amillər kimi ikinci növ amillər kimi qəbul olunur. Mövsümlülük turist tələbatının qeyri bərabərliyinə müxtəlif aspektdə təsir edir. Turist sənayesində mövsümlülük, məşğulluğa təsir edir. Bu da öz növbəsində müsbət və mənfi tərəfləri ilə səciyyələnir. Belə ki, mövsümlülük əlavə iş yerləri açır, amma əhali axınını artırır. Kadrların müvəqqəti işlə təmin olunması, so-nradan işdən çıxarılmasına təsir edir. Mövsümlülük daimi iş yerləri üçün əhəmiyyətlidir. Tələbələr, işsiz adamlar və miqrasiya üçün gəlir əldə etmək imkanı yaradır. Mövsümlülük iş

qüvvəsindən istifadənin universiallığını artırır. Mövsümlülük əlavə gəlir gətirməyə imkan verir. Turizm mövsümlüyü aşağıdakı istiqamətlərdə məşğulluğa təsir edir:




  • natamam məşğulluğun xüsusi çəkisini artırır;




  • məşğulluğun mövsümü dalğasını əmək yükündə artırır;




  • ixtisaslaşmış kadrların xüsusi çəkisinin azalmasına;




  • peşəkarlığın artımının məhdudlaşması;




  • qadın əməyinin xüsusi çəkisinin artımına.

Azərbaycan respublikasında mövsümü xarakterli böyük xüsusi çəkiyə malikdir. İnkişaf etmiş ölkələrdə mövsümi turizm, neytrallaşdıran daimi turist növlərinin biri-birini əvəz etməsi konseptual inkişaf istiqamətləridir. Fransa, İsveçrə, İtaliya, Avstraliyada müxtəlif turist növləri mövcuddur. Belə ki, dağ turizmi xizəklə idman üçün yararlıdır. Ona görə də mövsümlük təbii şəraiti, bəzi regionların və ölkələrin turist növü üzrə ixtisaslaşmasına səbəb olur. Turist mövsümünün müddətinin uzadılması bir sıra nəticəsinə görə səmərəlidir. Birincisi, turizmin maddi texniki bazasının tam yüklənməsinə və boş dayanmaların, itkilərin azaldılmasına səbəb olur. İkincisi, tam məşğulluğu təmin edir, regionda iş yerlərinin daimliliyinə səbəb olur. Üçüncüsü əsas fondların fondla silahlanmasına və səmərəli istifadəsinə şərait yaradır.

28

Mövzu 3.


Turist sənayesi və turizm müəssisələrinin fəaliyyəti




  1. Turist sənayesinin tərkibi və mənası




  1. Turizmin maddi texniki bazası

3.Turist müəssisələrinin ayrı-ayrı tiplərinin xarakteristikası


4.Turizmdə iş qüvvəsi və istifadəsinin səmərəliyi


  1. Turist sənayesinin tərkibi və mənası

Turist firmaları özünün davamlı fəaliyyəti və gəlir gətirmək məqsədi ilə turist xidməti və biznesinin bir tərəfi olan turist sənayesini təşkil edir. Turist servis xidmətinin sənayesi turist sənayesi kimi çıxış edir.


Turist sənayesi özü ilə yerləşmə vəsaitləri, nəqliyyat vəsaitləri, ictimai iaşə müəssisələri, əyləncə, tanışlıq, işgüzar, idman və başqa təyinatlı təşkilatlarda turaperator və turagentin digər fəaliyyətləri reallaşdıran ekskursiya xidməti, tərcümə-qidlik təşkilidir.
Turist sənayesi maddi-texniki bazanı özündə birləşdirir. Xeyli sayda işçiləri təşkil edir və sahələrlə sıx əlaqəsini yaradır. Geniş mənada turist sənayesinə geniş komplekslər daxildir. Nəqliyyat kompleksi, otel təsərrüfatı, ictimai iaşə müəssisələri, onların texniki və texnoloji bazası bu sənayenin əsas ehtiyaclarını ödəyir. Turizm sənayesi, istilik texnikası istehsalı və istifadəsi, nəqliyyat sənayesi, maşınqayırma, informasiya texnologiyası, suvenir sənayesi,

29
yeyinti sənayesi və kənd təsərrüfatının bir çox sahələri ilə əlaqədə inkişaf etdirilir. Onların istehsal strukturunda turizm üçün sifarişlər qəbul edilir. Bu sahələrlə xidmət özü də sənaye məhsulu kimi turist tərəfindən mənimsənilir. Turist sənayesi, öz xarakteri etibarı ilə turistlərin xidmətə olan tələbatını ödəməyə və texniki cəhətdən təkmilləşməyə ehtiyacı olan sahədir. Turist xidmətləri aşağıdakı sənaye məhsulu kimi formalaşır.




  • turistlərin yerləşməsi üzrə (otellər, motellər, kempinqlər, pansionatlar, sanatoriyalar və turist bazarları). Turistlər xüsusi mənzillərdə, icarə mənzillərində, çadırlarda,

qoşqu evlərdə, karvanxanalarda, qatarlarda və gəmilərdə yerləşə bilər;




  • turistlərin ərzaqla təminatı (restoranlar, kafelər, yeməkxanalar, qəlyanaltılar, kafe

və barlar)


  • müxtəlif ölkələrdə turistlərin hərəkətinin nəqliyyat növü (qatar, gəmi, avtomobil, dəniz, avia reysləri) nəqliyyat növləri turistlərin tələbinə görə və ayrı-ayrı turist

müəssisələrinin xarakterinə görə ixtisaslaşır və hər bir ölkədə xüsusi turist nəqliyyat növləri mövcuddur. Nəqliyyat vəsaitlərinin seçilməsi vaxt amili xərclərdən asılıdır. Nəqliyyat vəsaitləri, mövcud nəqliyyat təchizatı, əhalinin sərbəst vaxtı və gəlirləri ilə differensiallaşır;




  • reklamlar sosial informasiyanın müxtəlif görüntüsüdür, insanlar arasında

informasiya mərkəzidir. Reklamın səmərəsi geniş yayılır. Reklam turist məhsulunun artımına və onun strukturunun dəyişməsinə təsir edir. İnformasiya turist xidməti haqqında əhaliyə tanışlıq verir.


Turistlərin resursu- təbii, coğrafi, iqlim, sosial-mədəni obyektlər olub, turistlərin tələbatını ödəmək üçün istifadə olunan və mülkiyyət formasından asılı olmayaraq turist dövriyyəsinə cəlb olunan resurslar daxildir. Xidmət tələbatını ödəyən resurslar potensial və faktiki tələbatı ödəyən konkret resurslara ayrılır:


  • turist agentlərinin məişət xidməti turistlərə nəqliyyat seçimi etmə, onları otellərdə

yerləşdirmək, dünya turist bazarında baş verən turist xidmətlərinə məlumat vermək, dünya və turist ölkələrində turist xidmətinin qiymətini çatdırmaq və valyuta kursu, digər məlumatlar verməkdən ibarətdir.




  • mədəni xidmət turistlərə mədəni obyektlərin fəaliyyətinin əsas göstəricilərini, kinoteatr, xarici abidələr, şəhər və kəndlərin sosial mədəni inkişafı haqqında məlumatları bir-ləşdirir.


- elmi-texniki xidmət ayrı-ayrı ölkələrdə elmi seminarlar, konfranslar və

30

informasiya texnologiyaları haqqında məlumatlar yayır.


-işgüzar tələbatların ödənilməsi xidməti, konqreslərdə, müşavirələrdə, seminar və elmi simpoziumlarda, yarmarka, sərgi və bir sıra sahələrdə təcrübə, tanışlıq məqsədini güdür;


  • ticarət müəssisələri xüsusi təyinatlı əmtəələrin suvenirlər, markalar, hədiyyələr və milli ornomentləri təsvir edən tarixi və milli əşyaları (xalçalar, çikankalar, corablar, musiqi

alətləri və s.) reallaşdırır.


  • inzibati-nəzarət orqanları (polis, pasport icazəsi, miqrasiya kağızları, tamojnı,

sənədlərin qaydalaşması və onlara nəzarət) xidmətini göstərir.




  • təbiətin qorunması, tarixi və mədəni abidələrin istifadəsi və onlarla turistlərin

tanışlığı



  • məlumat xidməti




  • dövlət turizmi orqanları (komitet və deportamentlər)




  • turist birlikləri

İqtisadi cəhətdən turist sənayesi vahid istehsal əmlak məcmuunu təşkil edir. Bu da öz növbəsində turizmin maddi texniki bazasını, onun resurs potensialını, iş qüvvəsinin qarşılıqlı əlaqəsini əhatə edir. Turist sənayesi məhsulu öz daxilində formalaşan maddi resursların xidmətə çevrilməsi və insan tələbatına uyğun istehlakı kimi özünü ifadə edir.




Download 495.29 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling