1. Xidmət sahələrinin inkişafında turizmin yeri və rolu


Turizm idarəçiliyinin müasir şəraitdə təkmilləşmə istiqamətləri


Download 495.29 Kb.
bet20/35
Sana05.01.2022
Hajmi495.29 Kb.
#232688
1   ...   16   17   18   19   20   21   22   23   ...   35
Bog'liq
YourFileName

4.Turizm idarəçiliyinin müasir şəraitdə təkmilləşmə istiqamətləri

Turizmin idarə edilməsi kompleks sistemli və məqsədyönlü fəaliyyət dairəsi olub struktur islahatların tərkib hissəsidir. Turizm idarəetmə obyekti olaraq turizm məq-sədinə, onun əsas təşkilati quruluşuna və kadr potensialına əsaslanır. Turizm idarəçiliyi turistlərin motivitasiyasiya əsasında qurulur. Bu baxımdan hər bir turist obyektində turistlərin rəyi, seçimi öyrənilir, onların özlərinin xarakteristikası, hansı ölkədən gəldikləri, turist müddəti və turistlərin sosial demoqrafik tərkibi sosial statusu, turist tələbatı ilə müqayisə olunur və bu idarəetmədə aparıcı motiv seçilir. Turistlərin hər bir ölkəyə axını potensial turist axınını qiymətləndirməyə imkan verir. Turizm potensialı hər bir nəfərə düşən şəraitin maddi məsrəflərin, kadrların sosial xarakterləri ilə öyrənilir.


Turist idarəçiliyi, turist agentliyi, turist operatorluğu, turist dillerləri və turizmin əsas xidmət sferasında işləyən əhalinin sayını müəyyən edir. Onların arasında əmək bölgüsünü formalaşdırır. İdarəetmə səmərəsi cari və perspektiv resurların istifadəsi və onların ehtiyatlarının artımı ilə müəyyənləşdirilir.
Turizm ehtiyatları idarəetmənin resurs potensialını formalaşdırır. Ehtiyatlar planauyğun olaraq turistlərin sayı və hər bir turistə düşən maddi, maliyyə, əmək məsrəflərini formalaşdırır. Hər bir ölkədə bu nisbətləri özünəməxsus formada həll

59
olunur. Turizm sahəsində vəzifə bölgüsü çox ukladlı təsərrüfat xarakterini daşıyır. Turist sənayesi, turist infrastrukturu, otelçilik, turist planlaşması, turizmə mədəni xidmət sferası bir-birini əlaqəli surətdə tamamlayır. Bu etapların hər biri özünün bir sıra xarakterik göstəriciləri, meyarları və idarəetmə üsulları ilə səciyyələnir. Təbii ki, tək-milləşdirmə dedikdə müasir şəraitdə ölkə iqtisadiyyatında baş verən struktur dəyişmələrini nəzərə alır və ölkənin perspektivinə uyğun olaraq layihələr hazırlanır. Turizm sahəsi ərazi idarəetmənin üstünlüyünü tələb edir. Həmçinin dünyəvilik prioritet istiqamət sayılır. Turizmin qlobal problemlərini onun makroiqtisadi aspektləri ölkə iqtisadiyyatının xüsusi ilə bağlanır. Məsələn, investisiya mühiti, qida təhlükəsizliyi,

bütövlükdə təhlükəsizlik, sahibkarlıq mühiti, qanunvericilik bazası, turizmin region üzrə yerləşməsi strategiyası, təbii coğrafi şəraitin üstünlüyü və onlardan istifadənin zəruriliyi makroiqtisadi problemlərdir və təkmilləşmə tələb edir. Mikro səviyyədə turizmin problemləri və istiqamətləri planlaşma ilə bağlıdır. Daha çox marka plan-laşmasına üstünlük verilir. Biznes planları tutulur. Sosial proritetlər və kommersiya maraqları üst-üstə düşəndə əlverişli şərait yaranır.

60

Mövzu 6. Turizmin inkişafının və idarə olunmasının təşkilati quruluşunun təkmilləşməsi





  1. Təşkilati quruluşun mahiyyəti, onun turizmdə xüsusiyyətləri




  1. Turizm qanunvericiliyi və sosial hüququn normaları




  1. Turizmin marketinq planlaşmasının əsas istiqamətləri




  1. Turizm məhsulunun idarə olunması

1.Təşkilati quruluşun mahiyyəti, onun turizmdə xüsusiyyətləri


Təşkilati quruluş hər bir sahənin əsas istiqamətlərini müəyyən edir, onun fəaliyyətinin perspektivini formalaşdırır. Resruslarını, vəsaitlərini, onun mənbələrini tapır, müəyyən edir və qərar qəbul edib layihələr hazırlayır. Uyğun olaraq təşkilati quruluş idarəetmə orqanlarını və təsərrüfat formalarını yaradır. Turizm konkret sahədir, onun idarəçiliyi xüsusi mülkiyyətə əsaslanır. Xüsusi mülkiyyət isə inzibati idarəetmə yox, azad rəqabətə əsaslanan, kommersiya maraqları üzərində qurulan sahibkarlıq fəaliyyətini təşkil edir. Təşkilati quruluş elmi əsaslara istinad edir. Nə istehsal edəcəyini, turistlərin tələbinə uyğun təşkil edir. Bu da öz növbəsində turist məhsulunun sahə və ərazi strukturunu formalaşdırır. Sənaye məhsulu formasında, qida məhsulu formalaşmasında və xidmət sferasında, xid-mətləri yaradan infrastruktur obyektləri formasında yaradır (yeməkxanalar, otellər, sağlamlıq zonaları, idman obyektləri və s.) Təşkilati proses turizmin əsas növünü, isti-qamətini müəyyən edir, onun məhsulunun tələbat növünə uyğun olaraq seqmentləşməsini müəyyən edir. Hər bir turist61 məhsulu turist fəaliyyətinə görə ixtisaslaşır və seqment-ləşmədə xüsusi çəkisinə görə əsas yer tutur. Bu turizmin motivini müəyyənləşdirir və təşkilatçı subyekt bu tələbdən asılı olaraq özünün imkanlarını cəmləşdirir, onlardan istifadə etmənin yollarını, texnologiyalarını müəyyən edir. Turizmin təşkili ilkin növbədə turizmə verilən lisenziya ilə hüquqi əsasını tapır. Müasir şəraitdə sahibkarlıq fəaliyyəti kimi qeydiyyata alınır. Vergi və yerli orqanlar tərəfindən nəzarət olunur. Gəlirlər də dövlət və yerli bğdcələrə keçirilir. Bu mexanizmlər vasitəsilə turizmin inkişafına stimul yarada bilir, kreditlər verilir, vergi normaları azaldıla bilər, turistin turist müəssisəsinə axınını təşkil etmək üçün göndərişlər verə bilər və s. Təşkilati quruluş təkmilləşir, ixtisaslaşır,

çoxşaxəli kompleks və əraxi daxili problemləri özündə əks etdirə bilər. Bir neçə turist obyektlərinin bazası xüsusi ola bilər və hər birinin ayrıca istifadəsi üçün qvotalar, məhdu-diyyətlər və ödəmələr tətbiq oluna bilər. Gəlirlər də uyğun olaraq turizm sahibkarları, yerli orqanlar arasında bölüşdürülür. Belə ki, təşkilati quruluşda maraqlar uyğun olduqda birgə effekt yaranır. Təşkilati quruluşun səmərəli forması təşkilat formaları kimi müəssisənin optimal ölçüsünü, onun strukturunu müəyyənləşdirir.


Ümumiyyətlə, turizmin təşkilatı quruluşu firma və ya şirkət qurumunda formalaşır. «Bu quruluş çərçivəsində müəyyən məhsul istehsal edən və ya fəaliyyət göstərən və qərarların qəbulunda müstəqilliyə malik olan bir neçə sahə fəaliyyət göstərir. O, yuxarı orqana (qərargaha) tabe olur ki, həmin orqan da onun fəaliyyətini əlaqələndirir».1 Məhz qeyd olunan əlaqələndirmə tərtib olunan layihənin funksional təminatına uyğun olaraq həyata keçirilir. Belə ki, turizm şirkətlərinin və ya firmalarının konkret funksional bölmələri vardır. Bu bölmələrin sayı işin keyfiyyətinə və əhatə dairəsinə uyğun şəkildə təşkilatın rəhbəri tərəfindən nizamnamənin və ya əsasnamənin müvafiq bəndlərinə uyğun şəkildə müəyyənləşdirilir. İdarəçilik funksiyasına uyğun olaraq aşağıdakı qrup, yaxud icraedici strukturlar yaradılır:


  • Tədqiqatçılar və turizm məhsullarının hazırlanması qrupu;




  • Turizm fəaliyyətini həyata keçirməklə məşğul olan bölmə;




    • Təchizat bölməsi;




  • Mühasibat uçotu və nəzarəti bölməsi;




  • Kadrlar şöbəsi və texniki təhlükəsizlik texnikası bölməsi;




  • Mütəxəssislər, marketinql62ər və tarixçilər qrupu;




  • Turizm üzrə menecerlər və bələdçilər qrupu;




  • İqtisadçılar qrupu və s.

Qeyd olunan qrup və bölmələr özlərinə məxsus olan konkret vəzifə və funksiyaları yerinə yetirirlər. Bu bölmə və qruplara kadrların seçilib yerləşdirilməsi vəzifəsini isə, strukturların rəhbərlərinin bilavasitə köməyi ilə turizm şirkətinin prezidenti və ya sədri yerinə yetirir. Turizm məhsullarının hazırlanması bölməsi mövcud problemləri dəqiqləşdirir, onların aradan qaldırılmasının vasitələrini müəyyənləşdirir. Həmçinin, xüsusi dəqiqləşdirmələr əsasında müəyyənləşdirilmiş turizm məhsullarının və ya

əşyalarının hazırlanması istiqamətində əməli işlər görür. Turizm fəaliyyətini həyata keçirən bölmə həm yerli, həm də beynəlxalq təşkilatlarla əlaqələr yaradır, turizmin təşkilinə aid müqavilələr bağlayır. Bu işdə menecerlərin təşkilatçılıq fəaliyyətindən geniş istifadə olunur. Menecerlər turizm şirkətinin biznesinin səmərəliliyi baxımından fəaliyyət göstərir. Turizm bazarının son nəticələrini öyrənib ona münasib olan müqavilələr bağlayır. Bu müqavilələrin nəticələrinə uyğun olaraq şirkətin təchizat bölməsinə sifarişlər edir və s. Təchizat bölməsi isə turistlərin nəqliyyat, yaşayış, istirahət, məişət problemlərini sifarişə uyğun olaraq yerinə yetirir. Müqavilənin şərtləri əsasında müxtəlif xidmətlər təşkil edir. Turistlərin qarşılanması, yerləşdirilməsi və yola salınması məsələləri də təchizat bölməsi tərəfindən həll olunur. Təbii ki bu işə çox məsuliyyətli icraçılar cəlb edilir və onlar kifayət qədər təlimatlandırılırlar. Eyni zamanda təchizat bölməsinin fəaliyyəti ali rəhbərliyin daimi nəzarətində olur. Menecer bütün fəaliyyətini daimi əlaqə 19 üzərində qurur, həm rəhbərliklə, həm də başqa insanlarla əlaqələr yaratmaq, onların potensial imkanlarından istifadə etmək fəaliyyətində bulunur. Çünki menecerlərin əsas вязифяси «istehsalın idarə olunması və техники, texnoloji bazaнın inkişafı da daxil olmaqla, istehsal prosesinin səmərəli təşkili vasitəsilə firmanın fəaliyyətinin mənfətliyini təmin etmək, habelə hər bir işçinin ixtisasını və yaradıcı fəallığını artırmaqla kadr potensialından səmərəli istifadə etməkdir»1 Turizm şirkətinin bütün maliyyə fəaliyyətini mühasibat uçotu və nəzarəti bölməsi idarə edir. Şirkətin mədaxili və məxarici bu bölmənin əməkdaşları tərəfindən hesablanır. Bütün sahələrə aid olan bank əməliyyatı, əməkdaşların əmək haqlarının verilməsi, xidmət sahələrinə ayrılan xərclərin müəyyənləşdirilməsi, müəssisənin malik olduğu maliyyə ehtiyatlarının63 hesablanması, məsrəflərin dəqiqləşdirilməsi və s. bu bölmənin funksiyasına daxildir. Kadrlar şöbəsi müxtəlif mütəxəssislərin seçilib işə qəbul olunmasına təminat yaradır. Həmçinin, bu şöbənin nəzdində texniki təhlükəsizlik bölməsi də fəaliyyət göstərir. Həmin bölmə işə qəbul olunanların sağlamlıqlarının qorunması və təhlükəsizliklərinin qorunması üçün xüsusi təlimatlar hazırlayır, texniki vasitələrlə davranmağın mexanizmini onlara öyrədirlər və s. Mütəxəssislər, marketinqlər və tarixçilər qrupunun funksiyasına isə turizmin təşkilinin rasional və empirik tərəflərinin həlli aiddir. Həmin bölmənin əməkdaşları turizmin səmərəli təşkilinə aid alternativ variantlar hazırlayır, zehni fəaliyyətlə bağlı olan problemləri həll edir, işin dinamik şəkildə inkişaf

etdirilməsi üçün morfoloji əhəmiyyət kəsb edən təhlillər aparırlar. Ekskursiya marşrutlarına daxil olan tarix və mədəniyyət abidələri, yer adları və başqa informasiya əhəmiyyətinə malik olan obyektlər haqqında məlumatlar hazırlayırlar. Həmçinin, müxtəlif turist təşkilatları ilə informasiya mübadiləsi yaradır, səmərəli əməkdaşlıqları əlaqələndirir, ayrı-ayrı məsələlərin düzgün həllini tapır. Belə ki, əlaqələr intensiv şəkildə koordinasiya olunur və idarəetmənin keyfiyyətinə təminat yaradır. Bu işlərin öhdəsindən əsasən ixtisaslaşdırılmış alimlər və menecerlər gəlir. Ümumiyyətlə, turizmin təşkilində menecerlər qrupunun çox böyük rolu vardır. Adətən bələdçilər qrupu da menecerlər qrupunun tərkibində fəaliyyət göstərir. Bələdçilər qrupu alimlər tərəfindən hazırlanmış materiallarla tanış olur, marşrutlar üzrə özlərini daima təkmilləşdirirlər. Bu işdə onlara ixtisaslaşmış menecerlər də yaxından kömək edirlər. Bələdçilərin hazırlığına marşrutlar üzrə baxış keçirilir və onlara müəyyən peşəkarlıq dərəcələri verirlər. İqtisadçılar qrupu isə dünya turizm aləmində baş verən iqtisadi məlumatları informasiya blokuna daxil edir, turizm işinin elmi-iqtisadi tərəflərini qabaqcadan proqnozlaşdırır, dəqiqləşdirilmiş iqtisadi məlumatların təhlilini aparır. Bu təhlillərə əsasən turizmin yaxın və uzunmüddətli iqtisadi perspektivlərini işləyib hazırlayır. Yuxarıda qeyd olunan bölmə və qruplara nəzər yetirdikdə turizm şirkətlərinin və firmalarının kifayət qədər böyük strukturlara malik olduğunu görürük. Bu nəhəng strukturun bütöv bir orqanizm kimi idarə olunması məsuliyyəti isə təşkilatın birinci rəhbərinin üzərinə düşür. Belə çoxsahəli bir strukturu idarə etmək üçün təşkilatın rəhbəri liderə xas olan bütün keyfiyyətləri özündə cəmləşdirməlidir. Lider rəhbərliyin müxtəlif tiplərindən istifadə etməyi bacarmalıdır. Bu rəhbərlik tipləri isə əsasən6421 avtoritar, demokratik və məşvərət tiplərindən ibarətdir. Avtoritar tip dedikdə əsasən xarizmatik liderlik başa düşülür. Xarizmatik lider həmişə öz gücünə və qabiliyyətinə əsaslanır, o, müstəqillik nümayiş etdirir, işçinin onun əmrlərini danışıqsız yerinə yetirməsini tələb edir. Rəhbərliyin demokratik tipi özünün fəaliyyətini tam şəkildə hüquqi əsaslar üzərində qurur, öz işçisinə qismən də olsa müstəqil fəaliyyət imkanı verir. Bəzən işçinin fəaliyyətinin nəticəsi onun məsuliyyət hissinin dərəcəsindən asılı olur. Məşvərət tipinə aid olan rəhbərlər isə müəyyən işi görərkən məsləhətləşmə yolu ilə hamının rəyini öyrəndikdən sonra qərar çıxarır. Ümumiyyətlə, tarixin bütün mərhələlərində xarizmatik hakimiyyətə daha çox üstünlük verilmişdir. İdarəçilik

sisteminin başqa sahələrində də xarizmatiklik yüksək effekt verir. İdarəçilik sistemində formal təşkilat tipləri də mövcuddur. Bunlardan birincisi müəssisənin əsas rəhbərliyini əhatə edən komanda qrupudur. Bu qrup ən yüksək idarəetmə səviyyəsi nümayiş etdirir. İkinci qrup öz əmək fəaliyyətlərini nisbi olaraq planlaşdırmaq imkanına malik olan, yeni tapşırığa əməl edən və vahid fəaliyyət ətrafında birləşən mühasiblərdən, turizm üzrə ixtisaslaşmış menecerlərdən ibarətdir. Bir sıra təftiş və icraedici funksiyaları yerinə yetirən komitələr də vardır. Bu komitələr müxtəlif məsələlərin, yaxud problemin operativ şəkildə həll olunması məqsədi ilə yaradılır. Belə komitələr təşkilatın imkanları daxilində daimi fəaliyyət göstərən komitələr kimi də yaradıla bilər. Turizm şirkətinin yaradılması və fəaliyyət göstərməsi üçün konkret şərtlər mövcuddur. Bu şərtlərdən birincisi təşkilatı yaratma ərəfəsində ilk növbədə onun 22 nizamnaməsini hazırlamaq lazımdır. Nizamnamə hüquqi sənəd kimi təsdiq olunandan sonra təşkilata konkret istiqamətlərdə fəaliyyət göstərmək imkanı verir. Nizamnamədə təşkilatın rəhbər orqanının, eləcə də bütün strukturlarının hüquqi fəaliyyət istiqamətləri göstərilir. Nizamnamədən sonra təşkilatın rəhbərliyi və onun konkret məvacibi müəyyənləşdirilir. Bu rəhbərlik direktorlar şurasından da ibarət ola bilər. Əgər belədirsə, direktorlar şurası üzvlərinin adları açıqlanır və onlar təşkilatın nizamnaməsi əsasında fəaliyyətə başlayırlar. Direktorlar şurası turizm təşkilatının aparıcı işçilərini dəqiqləşdirir və onların funksiyalarını müəyyən edir. Onların vəzifə səlahiyyətlərinə aydınlıq gətirir. Təbii ki, ilk növbədə təşkilatın aparıcı menecerlərini tapır və onların adlarını kollektiv qarşısında, həmçinin, birgə əlaqələr yaratdıqları təşkilatlarda açıqlayırlar. Bundan sonra şirkətin turizm məhsulları haqqında geniş ictimaiyyətə məlumatlar65 verilir. Şirkətin bu tipdə əlaqələrinin genişləndirilməsi onun real fəaliyyət imkanlarını daha da artırır, şirkət haqqında yalan məlumatların yayılmasının qarşısını alır. Bu əlaqə metodu hər iki tərəfin mübadilə etdiyi məlumatların dərk edilməsinə və onların effektli olmasına şərait yaradır. Buna görə də ayrı-ayrı müəssisələrlə turizm şirkətinin yaratdığı əlaqələr sistemli şəkildə həyata keçirilir. Bu baxımdan ilk növbədə əlaqələrin təşkili metodlarını nəzərdən keçirmək lazımdır.



  1. Download 495.29 Kb.

    Do'stlaringiz bilan baham:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling