2. Əsas fondların qiymətləndirilməsi Əsas fondlardan istifadə göstəriciləri


Download 54.55 Kb.
bet6/14
Sana25.02.2023
Hajmi54.55 Kb.
#1231368
1   2   3   4   5   6   7   8   9   ...   14
Bog'liq
Istehsal fondlari

Material tutumu k/t-da material məsariflərinin (amortizasiyasız) istehsal olunan ümumi məhsula (görülən işə, edilən xidmətə) olan nisbətidir.Başqa sözlə desək, burada məhsul istehsalı material dövriyyə vəsaitləri ilə müqayisə olunur.Yeni iqtisadi islahat şəraitində məsrəfləngitmə mexanizmi ilk növbədə məhsul vahidinə xammal və material məsariflərinin azaldılmasını tələb edir.Bu məqsədlə toxuma və əkmə materialına, yemə, yanacğa, sürtkü materiallarına qənaət rejiminə ciddi əməl edilməsi vacib xalq təsərrüfatı əhəmiyyəti olan məsələdir.Material tutumunun azaldılması yerli şəraitə uyğun gələn düzgün material məsarifi normativləri hazırlanmasından və onların tətbiqindən, texnoloji rejimlərə riayət edilməklə yüksək keyfiyyətli xammal və materiallardan istifadədən, xammal və materialların saxlanması və daşınması zamanı itkinin azaldılmasından və s. asılıdır.Heyvandarlıqda düzgün balanslaşdırılmış yemlərdən istifadə olunmadığı üçün bir çox halda hər başa yem məsarifi elmi cəhətdən əsaslandırılmış normadan 2-2,5 dəfə artıq olur. Ona görə də heyvandarlıqda material tutumunun azaldılması yem məsrəfindən daha çox asılıdır.Material tutumunu azaltmaq üçün son vaxtlarda ehtiyatlara qənaət edilməsinə və tullantısız texnolagiya yaradılmasına xüsusi fikir verilir.

Yanacaq sənayesinin (neftçıxarma sənayesinin) istehsal əsas fondlarının tərkibində qurğular və ötürücü mexanizmlərin xüsusi çəkisi (təqribən 60 faiz), yüngül, yeyinti, maşınqayırma və metal emalı, kimya və neft-kimya sənaye sahələrinin əsas fondlarının tərkibində binaların xüsusi çəkisi (müvafiq olaraq təqribən 40 faiz, 37 faiz, 27 faiz) daha böyük, hasilat sənaye sahələrində isə nisbətən az olur.


Güc maşınları və avadanlıqları aşağıdakı sənaye sahələrinin əsas fondlarında daha böyük paya malik olur: elektroenergetikada (təqribən 33 faiz), şəkər sənayesində (təqribən 10 faiz) və sellüloz-kağız sənayesində (təqribən 6 faiz). Nəqliyyat vasitələri meşə təsərrüfatı sənayesində (təqribən 13 faiz), balıq sənayesində (təqribən 8 faiz) daha çox yer tutur.

Download 54.55 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   14




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling