2. Əsas fondların qiymətləndirilməsi Əsas fondlardan istifadə göstəriciləri


İstehsal əsas fondlarının ayrı-ayrı ünsürlərinin ümumi dəyərindəki nisbətləri əsas fondların istehsal strukturunu müəyyənləşdirir


Download 54.55 Kb.
bet5/14
Sana25.02.2023
Hajmi54.55 Kb.
#1231368
1   2   3   4   5   6   7   8   9   ...   14
Bog'liq
Istehsal fondlari


İstehsal əsas fondlarının ayrı-ayrı ünsürlərinin ümumi dəyərindəki nisbətləri əsas fondların istehsal strukturunu müəyyənləşdirir.
Əsas fondların istehsal strukturu və onun dina-mikası istehsalın texniki səviyyəsini səciyyələndirən göstəricilərdəndir və əsas fondlara investisiya qoyuluşlarının səmərəliliyinə təsir göstərirlər. Əsas fondların tərkibində maşınların, avadanlıqların və cihazların payı nə qədər çox olarsa, onların hər manatına – başqa şərtlər dəyişməz qalarsa – bir o qədər çox məhsul istehsal edilə bilər.
Müxtəlif sahələrə mənsub olan müəssisələrdə istehsal əsas fondlarının strukturu bir-birindən fərqlənir. Müəssisənin əsas fondlarının strukturunun mütərəqqiliyi, onda (strukturda) maşınların və avadanlıqların payının artmasında təzahür edir. Müxtəlif sahələrin və müəssisələrin istehsal əsas fondlarının quruluşu bir sıra amillərdən: buraxılan məhsulun mürəkkəbliyi və konstruktiv-texnoloji özünəməxsusluğundan, texnoloji proseslərin xüsusiyyətlərindən və tətbiq edilən maşın və avadanlığın texniki cəhətdən mükəmməlliyindən və s. asılıdır.


İstehsal əsas fondlarının strukturunun dəyişməsinə, hər şeydən əvvəl elmi-texniki tərəqqi səbəb olur. Bu dəyişiklik, ilk növbədə, istehsal əsas fondlarının strukturunda aktiv hissənin payının artması istiqamətində baş verir.
İstehsalın təmərküzləşmə, ixtisaslaşma və kooperativləşmə səviyyəsi də istehsal əsas fondları-nın strukturuna əhəmiyyətli dərəcədə təsir göstərir: istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsi nə qədər yüksək olarsa, onun mexanikləşmə dərəcəsi bir o qədər yüksək və əsas fondların quruluşunda iş maşınları və avadanlıqların da xüsusi çəkisi böyük olar.
İstehsalın coğrafi yerləşməsindəki dəyişikliklər və iqlim şəraiti də əsas fondların strukturuna təsir göstərir.
İstehsal əsas fondlarının stukturuna istehsal olunan məhsulun mürəkkəbliyi və konstruktiv-texnoloji xüsusiyyətləri ciddi təsir göstərir. Məsələn, sadə formalı, nisbətən kiçik çəkili məmulatların istehsalında, yaxud fərdi və xırda seriyalı istehsal zamanı fondların eyniadlı qruplarının xüsusi çəkisi ilə müqayisədə mürəkkəb formalı, çox ağır və iri qabaritli məmulat-ların hazırlanması zamanı əsas fondların quruluşunda binaların xüsusi çəkisi, kütləvi və iri seriyalı istehsal zamanı isə maşın və avadanlıqların xüsusi çəkisi yüksək olur.
Artıq qeyd olunduğu kimi, müxtəlif sahələrin müəssisələrində istehsal əsas fondlarının strukturu eyni deyildir. Bu, hər şeydən əvvəl, sahənin texniki-iqtisadi xüsusiyyətləri ilə izah edilir. Məsələn, maşınqayırma və metal emalı, qara metallurgiya, kimya və neft-kimya, yüngül sənayedə, o cümlədən toxuculuq sənayesində iş maşınları və avadanlıqları istehsal əsas fondlarının tərkibin-də daha çox paya malikdir və bu pay 30 faizdən 50 faizə qədər intervalda tərəddüd edir.
Müəssisənin əsas fondlarına daxil olan bir digər amil isə, müəssisənin dövriyyə fondlarıdır. Dövriyyə istehsal fondları- bir istehsal tsiklində iştirak edir, öz ilk maddi formasını saxlamır və dəyərini istehsal olunmuş məhsulun(toxum, yem, yanacaq və sürtkü materialları, gübrələr və s.) üzərinə bütünlükdə keçirir.Dəyəri 100 manatdan az olan əşyalar(bəzi istisnalar şərtilə) xidmət müddətindən asılı olmayaraq, həmçinin, bir ildən az istifadə tətinatlı əşyalar dəyərindən asılı olmayaraq dövriyyə fondlarının tərkibinə daxil edilir.
Müəssisənin istənilən istehsal prosesi əsas və dövriyyə kapitalını təmsil edən istehsal vasitələri ilə işçi qüvvələrinin birləşməsinin nəticələridir.Dövriyyə vəsaitləri istehsalın mühüm ünsürüdür.O,istehsalı zəruri maliyyə resursları ilə təmin edir,müəssisənin fəaliyyətinin fasiləsizliyini şərtləndirir.

Dövriyyə vəsaitləri-dövriyyə istehsal fondlarının və tədavül fondlarının yaradılması üçün avans edilən pul vəsaitlərinin məbləğidir.

Dövriyyə istehsal fondları-istehsal vasitələrinin bir hissəsi olub ,istehsal prosesində yalnız bir dəfə iştirak edirlər,öz dəyərlərini istehsal olunan məhsulun üzərinə birdəfəlik və tamamilə keçirirlər,istehsal prosesində öz natural-əşya formasını dəyişir.Onlara xammal,materiallar,dəstləşdirici materiallar,gələcək dövrün xərcləri və s.aiddir.

Tədavül fondlarına məhsulun satışı prosesinə xidmət edən vəsaitlər,o cümlədən anbardakı hazır mıhsul,sifarişçiyə göndərilmiş,lakin dəyəri ödənilməmiş mallar,hesablaşma hesablarındakı vəsait,müəssisənin kassasında olan pul vəsaitləri daxildir.

Müəssisənin dövriyyə vəsaitləri daim hərəkətdə olmaqla,eyni zamanda iki sferada:həm istehsal,həm də tədavül sferasında fəaliyyət göstərir.İstehsal tsikli müddətində onlar dövranın 3 mərhələsini keçirlər.Dövriyyə vəsaitləri bir dövriyyəni başa vurur və sonra hər şey yenidən təkrar olunur.
Yuxarıda qeyd etdiyimiz dövriyyə fondlarına daxildir:
-istehsal ehtiyyatları
-bitməmiş istehsal və öz istehsalının yarımfabrikatları
-gələcək dövrün xərcləri.


Tədavül fondlarına isə:

-anbarlardakı hazır məhsul

- göndərilmiş,lakin dəyəri ödənilməmiş mallar

- hesablardakı vəsait

- kassa və hesablaşma hesablarında olan pul vəsaitləri daxildir.

Normalaşdırma ilə əhatəsinə görə dövriyyə vəsaitləri normalaşdırılan və normalaşdrılmayan olur. Normalaşdırılan dövriyyə vəsaitləri üzrə normativlər,yəni minimum miqdar qoyulur.Normalaşdırılmayan dövriyyə vəsaitlərinin miqdarına nəzarət normativlər üzrə deyil,faktiki məlumatlar əsasında aparlır.



Formalaşma mənbələrinə görə dövriyyə vəsaitləri aşağıdakı qruplara bölünür:

-xüsusi vəsaitlər
-borc alınmış vəsaitlər

-cəlb olunmuş vəsaitlər.

Dövriyyə vəsaitlərinin quruluşu dedikdə onun ümumi həcmində ayrı-ayrı elementlərin nisbəti başa düşülür.O.müəssisənin sahə mənsubiyyətindən,ixtisaslaşdırma və kooperativləşdirmə səviyyəsindən,buraxılan məhsulun keyfiyyəti və rəqabət qabiliyyətindən ,istehsal tsiklinin uzunluğu, müəssisənin elmi-texniki inkişafının sürətindən asılıdır.

Müəssisələrdə dövriyyə vəsaitlərinin quruluşunun təhlil edilməsinin böyük əhəmiyyəti var.Çünki bu iş bir növ müəssisənin maliyyə vəziyyətini güzgü kimi əks etdirir.
Təkrar istehsal prosesini davam etdirmək üçün istehsal olunmuş k/t-ı məhsulunun satış üçün ayrılan hissəsi, xammal, material və digər istehsal ehtiyatları almaq, həmçinin, əmək haqqı vermək və başqa maliyyə məqsədləri üçün nəzərdə tutulan pul vəsaiti və hesablaşmada olan vəsaitlər k/t-ı müəssisələrinin tədavül fondunu təşkil edir.Tədavül fondu ilə dövriyyə fonduna birlikdə dövriyyə vəsaiti deyilir.
İstehsal fondları həmçinin, işlədilənsərf edilən fondlara bölünür. İşlədilən əsas istehsal fondları onların orta illik dəyəri ilə, sərf edilən istehsal fondları isə amortizasiya ayırmalarının məbləği ilə müəyyən edilir.İşlədilən dövriyyə fondları – onların ilin əvvəlinə olan dəyəri, sərf edilən dövriyyə fondları isə il ərzindəki bütün material məsarifləri (amortizasiyasız) ilə xarakterizə olunur.
Əsas fondların bir qrup elemetləri bilavasitə texnoloji proseslərdə (texniki istehsal vasitələri, məhsuldar heyvanlar, istixana və parniklər, meliorasiya qurğuları, çoxillik əkmələr və s.) iştirak edir; digər qrupu (istehsal təyinatlı müxtəlif tikililər və s.) isə məhsul istehsalına şərait yaradır.
Əsas fondları qiymətləndirərkən, onların ilk dəyərindən, köhnəlmə nəzərə alınmaqla qalıq dəyərindən, habelə qiymətlərin dəyişməsini nəzərə alan bərpa dəyərindən istifadə olunur.
Əsas fondların ilk dəyərinə onların alınması (tikilməsi), gətirilməsi, quraşdırılması, və s. ilə əlaqədar məsariflər daxildir.Əsas fondlar müxtəlif vaxtlarda müxtəlif qiymətlərlə əldə edilir.Odur ki, müasir qiymətlər səviyyəsində onları yenidən qiymətləndirərək bərpa dəyərini müəyyənləşdirirlər.Bərpa dəyəri müasir qiymətlər səviyyəsində əsas fondların təkrar istehsal edilməsi üçün tələb olunan məsarifləri əks etdirir.Əsas fondlar istifadə olunduqca tədriclə köhnəlir.Əsas fondların dəyərindən (ilk və ya bərpa) köhnəlməni nəzərə alan məbləğ çıxıldıqda qalan hissəsinə qalıq dəyəri deyilir.Qalıq dəyəri əsas fondların konkret müddətdə real vəziyyətini əks etdirir.Əsas fondların köhnələn hissəsini yenisi ilə əvəz etmək məqsədilə təsərrüfatların pul vəsaitlərindən müntəzəm ayırmalar yolu ilə amortizasiya fondu yaradılır.
Əsas fondların amortizasiyası əmək vasitələrinin dəyərinin istehsal olunmuş məhsulun üzərinə tədriclə, köhnəlmə dərəcəsinə müvafiq səviyyədə keçməsi prosesidir.
Köhnəlmə mənəvifiziki olur.
Mənəvi köhnəlmə məhsuldar qüvvələrin inkişafı nəticəsində yeni, mütərəqqi, yüksək məhsuldar və ucuz başa gələn maşın, avadanlıq və s. yaradılması ilə baş verir.
Fiziki köhnəlmə prosesində əsas fondlar həm də ətraf mühitin təsirindən tədriclə korlanaraq öz texniki istismar xassələrini itirməyə başlayır.Fondların fiziki köhnəlmə səviyyəsindən asılı olaraq onlar amortizasiya fondu hesabına yeniləri ilə əvəz edilir və əsaslı təmir yolu ilə fondları bərpa etməklə təsərrüfatların əsas fondlra olan ehtiyacları müəyyən qədər ödənilir.
K/t-ı müəssisələrində əsas istehsal fondları istfadə təyinatından asılı olaraq aşağıdakı sahələr üzrə bölüşdürülür :
1.Bitkiçilikdə istifadə edilən əsas istehsal fondları;
2.Heyvandarlıqda istifadə olunan əsas istehsal fondları;
3.Ümumi təyinatlı əsas istehsal fondları.
Bəzi istehsal vasitələrini onlalrın təsərrüfat fəaliyyətindəki xüsusiyyətinə görə əsas fondun, bəzən də dövriyyə fondunun tərkibinə daxil etmək lazım gəlir.Məsələn, əgər yaşlı məhsuldar heyvandan süd, bala, yun almaq məqsədilə istifadə olunursa, o, əsas istehsal fondunun tərkibinə, əgər kəsilmək üçün saxlanılırsa dövriyyə fondunun tərkibinə daxil edilir.Cavan heyvanlar müəyyən yaş qrupuna qədər əmək cismləri kimi dövriyyə fondlarının tərkibinə, məhsuldar heyvanlar kimi əsas sürünün tərkibinə keçdikdən sonra isə əmək alətləri kimi əsas istehsal fondlarının tərkibinə daxil olunur.
Əsas fondlar ilə dövriyyə fondları arasında optimal nisbətin yaradılması da fondlardan istifadənin yaxşılaşdırılmasına təsir göstərir.Kifayət qədər yemin və gübrənin olmaması əsas fondlardan hətta yaxşı istifadə etdukdə belə, məhsuldarlığın aşağı düşməsinə və nəticədə istehsal fondlarının iqtisadi səmərəliliyini azaltmasına səbəb olur.Yanacaq və sürtkü materiallarının çatışmaması isə traktor, kombayın, avtomobil və digər belə texniki vasitələrin işini pozur.Dövriyyə vəsaitlərinin həddindən artıq çox olması da normadan artıq ehtiyatların toplanmasına və onlardan məhsuldar istifadə edilməsinə əngəl törədir.
Təsərrüfatların istehsal fondlarından istifadə edilməsinin iqtisadi səmərəliliyinin başlıca ehtiyat mənbələrindən biri təsərrüfatın özündə istehsal edilən istehsal vasitələrinin keyfiyyətinin yaxşılaşdırılması və maya dəyərinin ucuzlaşdırlmasıdır.Hazırda heyvandarlığın müqəd-dəratını həll edən yem bazasının möhkəmləndirilməsi, bitkiçiliyin əsas sahələrindən biri olan toxumçuluq işlərinin təkmilləşdirilməsi, dövriyyə vəsaitlərinin mühüm elementlərindən biri kimi cavan heyvanlar və onların keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, yerli inşaat materiallarından istifadə eilməsinin vəziyyəti kimi məsələlərin həll olunma səviyyəsi bilavasitə k/t-ı müəssisələrinin özləri ilə bağlıdır.Çünki təsərrüfatlardan birbaşa asılı olan ucuz və möhkəm yem bazasının yaradılması və öz növbəsində süd, ət və digər heyvandarlıq məhsullarının artması və ucuzlaşması deməkdir.Yaxud cavan heyvanların bəslənməsi və toxumçuluq işinin təşkilinin keyfiyyəti hazırda formalaşmaqda olan əsas sürünün və bitkiçiliyin müqəddəratını əvvəlcədən müəyyən edir.
İstehsal fondlarından istifadənin səmərəliliyinin yüksəldilməsinə təsir edən başlıca yollardan biri dövriyyə vəsaitlərinin dövr etməsi prosesinin sürətləndirilməsidir.Bu, həm istehsala, həm də tədavülə sərf olunan vaxtı qısaltmaqla mümkündür.İstehsala sərf olunan vaxtı qısaltmaq üçün nisbətən tez yetişən bitki sortları və heyvan cinsləri yaratmaq, onların istehsala tətbiqinə, məhsul yığımı müddətinin qısaldılmasına, bitkilərin və heyvanların məhsuldarlığının yüksəldilməsinə və s. nail olmaq lazımdır.
Dövriyyə prosesinin sürətləndirilməsində tədavül müddətinin qısaldılması da müsbət təsir göstərir.Tədavül müddətini azaltmaq satış sistemini təkmilləşdirmək, müqavilə şərtlərinə vaxtında və yüksək keyfiyyətlə əməl etmək və s. yolu ilə mümkündür.
İstehsal fondlarından səmərəli istifadə edilməsinə təsir edən amillərdən biri k/t-ı məhsullarının material tutumu göstəricisinin aşağı salınmasıdır.

Download 54.55 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   14




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling