«Nəqliyyat vasitələri». Bu qrupa elektrik, istilik və buxarla işləyən dartıcılar, vaqonlar, avtomobillər, elektrik arabaları, magistral neft-qaz kəmərləri və s. aiddir.
«Alətlər». Alətlər qrupuna əmək predmetlərini emal edən müxtəlif növ elektrik drelləri, kon-duktorlar (yönəldicilər), kəsici-tutucular və s. aiddir. Ümumiyyətlə, bu qrupa xidmət müddəti azı bir il olan alətlər daxil edilir.
«İstehsal ləvazimatları». Bu qrupa istehsal əməliyyatlarının icrasını asanlaşdıran istehsal təyinatlı əşyalar – iş masaları, stendlər, piştaxtalar və habelə fəhlələrin əmək təhlükəsizliyini tə-min edən başqa vasitələr, məsələn, dəzgahların aralarına çəkilən çəpərlər aiddir. Bundan əlavə, həmin qrupa duru və dənəvər maddə və materialların qorunması üçün istifadə olunan çəllək və baklar, şkaflar və habelə inventarlar daxil edilir.
«Təsərrüfat inventarları». Bu qrupa dəftərxana mebeli (stollar, şkaflar, divanlar), yazı makinaları, odadavamlı şkaflar, xalçalar, yanğından mühafizə əşyaları və s. aiddir.
«Çoxillik bitkilər və onların fərdi çəpərləri (hasarları)» qrupuna müəssisə və təşkilatların ərazisində və həyətlərində əkilmiş çoxillik bitkilər aid edilir.
«Sair əsas fondlar». Bu qrupa kitabların dəyərindən asılı olmayaraq kitabxana fondu, icarəyə götürülmüş əsas fondlar üçün icarə haqqı (icra balansında qeydə alınan) aiddir.
Əmək predmetlərinə, müəssisənin istehsal güclərinə bilavasitə təsiri dərəcəsindən və əhəmiyyətliliyindən asılı olaraq istehsal əsas fondları aktiv və passiv hissələrə bölünür. İstehsal əsas fondlarının aktiv hissəsinə əmək predmetlərinin formasına və xassələrinə birbaşa təsir edən, əmək məhsuldarlığının səviyyəsini, istehsalın həcmini artıran ünsürlər (iş maşınları və avadanlığı, cihazlar, alətlər), passiv hissəsinə isə aktiv əsas fondların normal işləməsi üçün şərait yaradan ünsür-lər (binalar, tikililər, ötürücü qurğular) daxildir.
Do'stlaringiz bilan baham: |