Almaniya respublikasinda ali tehsil sistemi


 Xüsusi ehtiyacları olan u


Download 412 Kb.
Pdf ko'rish
bet2/5
Sana21.01.2018
Hajmi412 Kb.
#24962
1   2   3   4   5

1.3 Xüsusi ehtiyacları olan uşaqların təhsili 

Xüsusi  ehtiyacları  olan  əksər  alman  uşaqları  Förderschule  və  ya  Sonderschule  (xüsusi 

məktəb)  adlı  məktəblərdə  oxuyurlar.  Bu  məktəblər  ancaq  xüsusi  ehtiyacları  olan  şagirdlərə 

xidmət göstərir. Almaniyada bu tipli məktəblərə aşağıdakıları göstərmək mümkündür: 

 



“Sonderschule für Lernbehinderte” – öyrənmək çətinlikləri olan uşaqlar üçündür. 

 



Schule  mit  dem  Förderschwerpunkt  Geistige  Entwicklung”  –  çox  ciddi  öyrənmək 

çətinlikləri olan uşaqlar üçündür. 

 

"Förderschule  Schwerpunkt  emotionale  und  soziale  Entwicklung"  –  xüsusi  emosional 



ehtiyacları olan uşaqlar üçündür. 

Bu gün hər 21 alman şagirdindən biri bu xüsusi məktəblərdə təhsil alır. Bu məktəblərdə dərs 

verən müəllimlər xüsusi ehtiyaclar təhsili üzrə ixtisaslaşmış kolleclərdə yüksək təhsil alırlar. 

 

1.4 Xüsusi istedadlı uşaqların təhsili  

 Almaniyada bir sıra ixtisaslaşmış məktəblər xüsusi istedadlı uşaqlar üçün fəaliyyət göstərir. 

 

 



 

11 


1.5 Alman orta təhsilində dərs proqramları 

       


 

 

10-cu S N F GYMNAS UM DƏRS CƏDVƏL  NÜMUNƏS  



Saat  

Bazar ertəsi 

Çərşənbə 

axşamı 

Çərşənbə 

Cümə 

axşamı 

Cümə 

07.30–08.15   ngliscə 

Fizika 


Biologiya 

Fizika 


Fransızca (course) 

08.20–09.05   Tarix 

ngiliscə 

Kimya 

Riyaziyyat 



Kimya 

09.05–09.25  

Fasilə 

09.25–10.10   Latınca (course) 

Fransızca 

(course) 

Riyaziyyat 

Latin 

(course) 



Riyaziyyat 

10.15–11.00   Almanca 

Fransızca 

(course) 

Din bilikləri 

(course) 

Latin 


(course) 

Almanca 


11.00–11.15  

Fasilə 

11.15–12.00   Musiqi 

Riyaziyyat 

P.E. 

Almanca 


Biologiya 

12.05–12.50  

Dini biliklər 

(course) 

Tarix 


P.E. 

ngiliscə 

Latınca (course) 

 


 

12 


 

12-ci S N F GYMNAS UM DƏRS CƏDVƏL  NÜMUNƏS  

Vaxt  

Bazar ertəsi 

Çərşənbə axşamı  Çərşənbə  Cümə axşamı 

Cümə 

 

08.00–08.45 

spanca 


 

Kimya 


 

Psixologiya 

 

08.50–09.35 

spanca 


Biologiya 

Kimya 


 

Psixologiya 

 

09.50–10.35  

ncəsənət 

Riyaziyyat 

spanca 


Riyaziyyat 

Kimya 


 

10.40–11.25  

ncəsənət 

Riyaziyyat 

spanca 


Riyaziyyat 

Kimya 


 

11.35–12.20  

Coğrafiya/Sosial biliklər+ 

Almanca 

Tarix 


ngiliscə 

Biologiya 

 

12.25–1.10  

Coğrafiya/Sosial biliklər+ 

Almanca 

Tarix 


ngiliscə 

Xor 


 

1.10–1.55  

 

 



 

 

 



 

2.00–2.45  

 

ngiliscə 



Dini biliklər   

 

 



2.50–3.35  

 

ngiliscə 



Dini biliklər   

 

 



3.50–4.35  

 

 



Almanca 

 

 



 

4.40–5.25  

Bədən tərbiyəsi 

 

Almanca 


 

 

 



5.30–6.15  

Bədən tərbiyəsi 

 

 

 



 

 

 



 

 

 



AŞAĞI SAKSON YADA 12-C  S N F GYMNAS UM DƏRS CƏDVƏL  NÜMUNƏS  

Time 

Bazar 

ertəsi 

Çərşənbə axşamı 

Çərşənbə 

Cümə axşamı 

Cümə 

 

08.00–08.45   ngiliscə 

Dini biliklər 

Fransızca 

Fizika 


Almanca 

 

08.50–09.35   ngiliscə 

Dini biliklər 

Fransızca 

Fizika 

Almanca 


 

09.55–10.40   Almanca 

Coğrafiya/Sosial 

biliklər ( ngiliscə) 

Riyaziyyat 

Coğrafiya/Sosial biliklər 

( ngiliscə) 

Riyaziyyat 

 

10.45–11.30   Almanca 

Coğrafiya/Sosial 

biliklər ( ngiliscə) 

Riyaziyyat 

Coğrafiya/Sosial biliklər 

( ngiliscə) 

Riyaziyyat 

 

11.50–12.35   Fizika 

Siyasi iqtisad 

Tarix 

ngiliscə 



Fransızca 

 

12.40–1.25  

Fizika 

Siyasi iqtisad 



Tarix 

ngiliscə 

Fransızca 

 

1.40–2.25  

ncəsənət 

"Seminarfach"+ 

Tarix 

 

PE (kurs kimi müxtəlif 



idman növləri) 

 

2.30–3.15  

ncəsənət 

"Seminarfach"+ 

Tarix 

 

PE (kurs kimi müxtəlif 



idman növləri) 

 

 



 

 

13 


1.6 Alman orta təhsilinin beynəlxalq qiymətləndirilməsi və islahat zərurəti 

OECD  tərəfindən  kordinasiya  olunan  və  üzv,  eyni  zamanda  bir  sıra  partnyor  ölkələrin  15 

yaşlı  gənclərinin  bacarıqlarının  qiymətləndirilməsini  həyata  keçirən  Beynəlxalq  Tələbə 

Qiymətləndirmə  Proqramı  (PISA)  mövcuddur.  2006-cı  ildə  bu  qiymətləndirmədə  Alman 

məktəbliləri əvvəlki illərlə müqayisədə öz mövqelərini yüksəltmiş və elmi bacarıq göstəricisində 



13  balla  orta  səviyyənin  üstündə  yer  almışlar.  20  ballıq  riyazi,  18  ballıq  oxuma  bacarıqlarına 

görə isə orta səviyyənin altında qalmışlar. Tədqiqatın nəticələrinə görə Almaniyada məktəblilərin 

məhsuldarlığına  təsir  göstərən  faktorlar  arasında  sosial-iqtisadi  faktor  digər  ölkələrdən  daha 

yüksəkdir.   

Bu  tədqiqatın  nəticələri  Almaniyada  təhsildə  reform  məsələsini  gündəliyə  gətirmiş  və  bu 

reformun aşağıdakı istiqamətlərdə olacağı ortaya çıxmışdır: 

 

Tədrisin keyfiyyətilə bağlı federal standartın hazırlanması; 



 

Müəllim yetişdirilməsinin praktiki orientasiyasını yüksəldilməsi; 



 

Səlahiyyətlərin Kultusministeriumdan (Təhsil Nazirliyi) yerli məktəblərə ötürülməsi. 



1990-cı  illərdən  bəri,  çoxlu  məktəblərdə  artıq  bir  sıra  aşağıdakı  dəyişikliklərin  olduğunu 

görməkdəyik: 

 

Bəzi fənnlərdə ikidilli təhsilin təqdim edilməsi; 



 

Tədrisin müxtəlif metodlarının eksperimentdən keçirilməsi; 



 

Bütün məktəblərin kompüter və  nternetə çıxışla təchiz edilməsi; 



 

Yerli məktəb fəlsəfəsi və tədris məqsədlərinin formalaşdırılması və müntəzəm olaraq 



inkişaf etdirilməsi; 

 



Digər  qərb  ölkələrində  olduğu  kimi  Gymnasium  məktəb  illərinin  azaldılması  (12-ci 

sinifdən sonra Abitur) və 2-ci növbənin təklif edilməsi.  

 

 

 



 

 

 



 

 


 

14 


II.  AFR-da  AL   TƏHS L  S STEM N N  ƏSAS  XARAKTER K 

XÜSUS YYƏTLƏR  

 

2.1 Giriş 

II  Dünya  müharibəsindən  bəri,  Almaniyada  universitetə  daxil  olan  gənclərin  sayı  3  qat 

artmasına baxmayaraq, universitetdə təhsilini davam etdirmə səviyyəsi əksər Avropa ölkəsindən 

aşağıdır. Bunun da əsas səbəbi qismən yüksək əhəmiyyət daşıyan stajlı ikili təhsil sistemidir.  

 

Ə



yalətlə

2009-cu ildə əyalətlər üzrə ali təhsilli (Universitet və ya Tətbiqi 

Elmlər Universiteti) məşğul əhalinin xüsusi çəkisi, ümumi 

məşğul əhalinin faizi 

Schleswig-Holstein 

6,4 % 

Rheinland-Pfalz 



7,4 % 

Saarland 

7,9 % 

Niedersachsen 



7,9 % 

Sachsen-Anhalt 

8,8 % 

Mecklenburg-Vorpommern 



8,9 % 

Nordrhein-Westfalen 

9,5% 

Brandenburg 



9,6% 

Bayern 


10,0 % 

Thüringen 

10,1 % 

Baden-Württemberg 



10,7 % 

Bremen 


11,2 % 

Hessen 


11,7 % 

Hamburg 


13,0 % 

Sachsen 


13,0 % 

Berlin 


13,9 % 

 

Almaniyada  universitetlər  azad  əyalət  təhsil  sisteminin  bir  hissəsidir  və  ölkədə  çox  az  özə



universitet və kollec fəaliyyət göstərir.  

Ali  təhsilin  təşkilatı  strukturu  XIX  əsrin  əvvəllərində  Wilhelm  von  Humboldt  tərəfindən 

həyata  keçirilən  universitet  islahatı  dövrünə  uyğun  olsa  da,  bu  struktur  bəziləri  tərəfindən 


 

15 


(məsələn, Almaniya doğumlu Standford Universiteti rektoru Gerhard Casper) tədrisə əhəmiyyət 

verib, tədqiqatı arxa plana keçirən qeyri-tarazlı yanaşma və əyalətdən asılılığı baxımından tənqid 

edilir.  Ancaq  hazırda  Alman  dövlət  universitetləri  orjinal  Humboldt  yanaşmasından  çox  tipik 

Amerkan qurumlarına bənzəyirlər. 

 

Alman ali təhsil sistemilə bağlı bəzi göstəricilə

Göstəricilə

Sayı 

Hər il orta məktəbə başlayan şagirdlərin sayı 

1 000 000 

Hər il Abitur məzunları 

400 000 

2008-ci ildə ali məktəblərdə oxuyan tələbələrin sayı 

1 912 143 

2008-ci ildə ali məktəb tələbələri içərisində türk tələbələrin sayı 

22 090 

Hər il tamamlanan doktorluq dissertasiyası  



30 000 

Hər il işə başlayan dosent (profesor olmaq üçün aralıq mərhələ) sayı 

1 000 

 

Bu  gün  Almaniyadakı  bütün  ali  təhsil  qurumları  analitik  düşünməyə,  elmi  araşdırmalara, 

problem  həllinə,  kollektiv  çalışmaya,  layihələrlə  işləməyə,  dərslərdə  aktiv  iştiraka  xüsusi  önəm 

verir  və  bunları  təşviq  edirlər.  Sistemdə  əzbərçi  və  yalnız  nəzəri  biliklərə  əsaslanan  təhsildən 

daha ço tətbiqi təhsilə üstünlük verilir. 

  

2.2 Federal Almaniya Təhsil və Tədqiqat Nazirliyi 

Federal Almaniya Təhsil və Tədqiqat Nazirliyi (Almanca Bundesministerium für Bildung und 

Forschung)  Almaniyada  federal  hökumət  tərkibindəki  nazirlikdir.  1998-ci  ilin  noyabr  ayında 

təhsil,  tədqiqat  və  texnologiya  sahəsində  fəaliyyət  göstərən  iki  nazirliyin  birləşdirilməsiylə 

qurulmuşdur.  

9  milyarddan  çox  illik  büdcəyə  malik  olan  Nazirlik  tədqiqat  layihələrinin  və  qurumların 

maliyyələşdirilməsini həyata keçirir və ümumi təhsil siyasətini müəyyən edir. Buna baxmayaraq, 

Almaniyada  təhsil  siyasətinin  əsas  hissə  federal  əyalətlər  səviyyəsində  müəyyənləşdirilir  və 

nazirliyin bu sahədəki təsiri kifayət qədər məhdudlaşdırılmışdır. 

 

 



 

 

16 


2.4 Alman ali təhsil sistemində əsas qurumlar və statusları 

Almaniyada ali təhsil aşağıdakı qurumlar çərçivəsində həyata keçirilir: 

 

Universitetlər  (Universitäten):  müxtəlif  ixtisaslaşmış  institutları  özündə  birləşdirməklə, 



geniş akademik istiqamətlər üzrə tədris və tədqiqat xidmətləri təklif edirlər. Almaniyada 

universitetlər  ənənəvi  olaraq,  xüsusi  fundamental  tədqiqat  sahələrinə  istiqamətlənir  və 

tədris pillələri güclü nəzəri və tədqiqi orientasiyalı komponentlərə malik olurlar.   

 



Tətbiqi Elmlər Universitetləri (Fachhochschulen): Bu qurumlar öz tədris proqramlarını 

mühəndislik  və  digər  texniki  sahələr,  bizneslə  bağlı  sahələr,  sosial  fəaliyyət  və  dizayn 

sahələri  üzrə  formalaşdırır  və  tədrisi  istehsalatla  sıx  inteqrasiya  çərçivəsində  təşkil 

edirlər.  Bu  universitetlər  praktiki  mütəxəssislər  yetişdirirlər.  Bu  universitetlər  1970-ci 

illərdən yayılmağa başlamışdır. 

 



ncəsənət  və  ya  musiqi  Universitetləri  (Kunst-  und  Musikhochschulen):  Musiqi  və 

incəsənətin  müxtəlif  sahələrində  tədris  və  tədqiqatla  məşğuldurlar.  Bunların  sayı  50-ə 

qədərdir. 

 Ali təhsil qurumları ya dövlət qurumlarıdır ya da dövlət tərəfindən tanınan qurumlardır. 

 

Almaniyanın ən qədim 10 universiteti 

 

Universitetin adı 

Yaranma tarixi  Tələbələrinin sayı  Yerləşməsi 

Heidelberg Universiteti 

1386 

26 500 


Heidelberg 

Leipzig Universiteti 

1409 

29 500 


Leipzig 

Rostok Universiteti 

1419 

14 000 


Rostok 

Greifswald Universiteti 

1456 

12 000 


Greifswald 

Freiburg Universiteti 

1457 

20 500 


Freiburg 

Munich Universiteti 

1472 

44 000 


Munich 

Mainz Universiteti 

1477 

33 500 


Mainz 

Tübingen Universiteti 

1477 

23 500 


Tübingen 

Marburg Universiteti 

1527 

24 000 


Marburg 

Jena Universiteti 

1558 

21 000 


Jena 

 

 

 

17 


Alman Universitetlərinin beynəlxalq reytinqi 

 

THE-QS DÜNYA UN VERS TETLƏR REYT NQ  

lk 200-ə girən Alman Universitetləri 

Universitetlə

2004  2005  2006  2007  2008  2009 

Munich Texniki Universiteti 

95 

105 


82 

67 


78 

55 


Heidelberg Universiteti 

47 


45 

58 


60 

57 


57 

Berlin Azad Universiteti 

Yox 

172 


149 

146 


137 

94 


Munich Universiteti 

99 


55 

98 


65 

93 


98 

Freiburg Universiteti 

Yox 

Yox 


Yox 

144 


147 

122 


Berlin Humboldt Universiteti  125 

112 


105 

126 


139 

146 


 

Bu gün Almaniyada təxminən 350-dən çox Universitet və digər ali təhsil qurumu fəaliyyət 

göstərir  ki,  bunlar  da  ölkə  üzrə  bərabər  şəkildə  paylanmışdır.  Bu  ali  təhsil  qurumlarının  66%-i 

dövlət, 23%-i özəl və 11%-i isə kilsə mülkiyyətindədir. 

  

2.4 Alman ali təhsil sistemində proqramlar və qazanılan dərəcələ

Alman  ali  təhsil  sistemində  yuxarıda  göstərdiyimiz  bütün  ali  təhsil  müəssisələri  ənənəvi 

olaraq  birdəfəli  və  uzunmüddətli  inteqrativ  təhsil  proqramları  təklif  edirlər  ki,  bunlar  da  sonda 



Diplom və ya Magister Artium dərəcələri verir və ya Staatsprüfung adlanan dövlət imtahanı ilə 

tamamlanırlar. 

Ancaq  Boloniya  Prosesinə  qoşulma  prosesi  çərçivəsində  birdəfəlik  təhsil  proqramları 

uğurla iki pilləli təhsil proqramlarını təklif edən sistemlə əvəz olunmağa başlamışdır. 1998-ci 

ildən  başlayaraq,  ölkədə  bakalavr  və  magistr  proqramlarına  paralel  olaraq,  ənənəvi  birdəfəlik 

təhsil proqramları təklif olunur. Bu sistemlər aşağıdakı sxemdə açıq şəkildə göstərilmişdir. 

 

 



2.5 Alman ali təhsil sistemində proqramlar və dərəcələrin akreditasiyası 

Keyfiyyətin təmin edilməsi, dərəcələrin müqayisə ediləbilməsi və tədrisin təşkilatı strukturu 

ümumi  prinsiplərə  əsaslanır  ki,  bu  da  Federal  Əyalətlərin  Təhsil  və  Mədəni  şlər  Nazirlərinin 

Daimi Konfransında formalaşdırılmışdır. 1999-cu ildə təhsil proqramlarının akreditasiya sistemi 


 

18 


milli  səviyyədə  Akreditasiya  Şurasının  nəzarəti  altındadır.  Belə  ki,  bütün  yeni  proqramların 

akreditasiyadan keçərək Akreditasiya Şurasının sertifikatını alması məcburidir. 



 

Alman Ali Təhsilində Qurumlar, Proqramlar və Dərəcələ

 

 



 

19 


2.6 Alman ali təhsil sistemində təhsil pillələri 

Almaniyada bütün ali təhsil qurumları yuxarıda göstərilən təhsil proqramlarının bütün tipləri 

üzrə xidmət göstərir. Bakalavr və magistr təhsili müxtəlif ali təhsil qurumlarında bir-biri ardınca 

davam etdirilir. Tədris proqramlarının təşkili modul komponentlərindən istifadəyə və hər semestr 

üzrə 30 kreditlik olmaqla, Avropa Kredit Transfert və Yığım Sisteminə (ECTS)  əsaslanır. 

 

2.6.1 Bakalavriatura 

Bakalavr  dərəcəsi  verən  təhsil  proqramları  akademik  əsaslara  söykənməklə,  tələbələrdə 

profesional  sfera  üzrə  metodoloji  bacarıqlar  formalaşdırılmasını  nəzərdə  tutur  və  bakalavr 

dərəcəsi  3-4  illik  təhsildən  sonra  verilir.  Həmçinin  bu  dərəcənin  alınması  buraxılış  işinin 

yazılması  (thesis)  ilə  tamamlanır.  Bakalavr  tədris  kursları  eyni  zamanda  Almaniyada  Təhsil 



Proqramlarının  Akreditasiyası  üzrə  Təşkilatın  Əsasnaməsinə  uyğun  olaraq,  akreditasiyadan 

keçməlidir. Hazırda ölkədə bakalavr dərəcəsinin aşağıdakı formaları tətbiq edilir: 

 

ncəsənət Bakalavrı (Bachelor of Arts – B.A.), 



 

Elm Bakalavrı (Bachelor of Science - B. Sc.), 



 

Mühəndislik Bakalavrı (Bachelor of  Engineering -B.Eng.), 



 

Hüquq Bakalavrı (Bachelor of Law – LL.B.), 



 

Gözəl  ncəsənət Bakalavrı (Bachelor of Fine Arts – B.F.A.), 



 

Musiqi Bakalavrı (Bachelor of Music - B.Mus.). 



 

2.6.2 Magistratura 

Almaniyada  ali  təhsilin  ikinci  pilləsi  1-2  illik  təhsildən  sonra  magistr  dərəcəsinin 

alınamasıyla tamamlanır. Maraqlı bir cəhət magistr proqramlarının “daha çox praktik yönlü” və 

daha çox tədqiqat yönlü” olmaqla iki yerə ayrılmasıdır. Ali təhsil qurumları hər magistr təhsil 

proqramının profilini özü dəqiqləşdirir. 

Magistr  dərəcəsinin  alınması  dissertasiyanın  yazılmasını  tələb  edir.  Tədris  proqramları  da 

bakalavr pilləsində olduğu kimi akreditasiyadan keçir. Magistr dərəcələrinin aşağıdakı formaları 

tətbiq edilir: 

 

ncəsənət Magistri (Master of Arts -M.A.), 



 

Elm Magistri (Master of Science -M.Sc.),  



 

Mühəndislik Magistri (Master of Engineering - M.Eng.),  



 

20 


 

Hüquq Magistri (Master of Laws - L.L.M),  



 

Gözəl incəsənət Magistri (Master of Fine Arts - M.F.A.)  



 

Musiqi Magistri (Master of Music - M.Mus.). 



Bu pillədə xüsusi diqqət yetirilən məsələ magistr tədris proqramlarının bakalavr pilləsindəki 

müvafiq proqramlardan fərqli formada qurulmasıdır. 

 

2.6.3  Birləşdirilmiş  “Uzun”  Proqramlar:  Diplom  dərəcələri,  Magistr  Artium,  

Staatsprüfung 

Birləşdirilmiş  “uzun”  təhsil  proqramları  ya  biristiqamətli  (mono-disciplinary)  (Diplom 

dərəcəsi,  əksər  proqramlarda  Staatsprüfung  adlanan  dövlət  imtahanıyla  tamamlanır)  ya  da  iki 

başlıca və ya bir başlıca və iki ikinci dərəcəli istiqamətlərin kombinasiyasına əsaslanmaqla tətbiq 

edilir.  lk  mərhələdə  (1,5-2  il)  geniş  orientasiya  və  istiqamətin  əsaslarına  yer  verilir.  Aralıq 

imtahan  (Diplom-Vorprüfung  for  Diplom  degrees;  Zwischenprüfung  və  ya  credit  sistemi  üzrə 

Magister  Artium)  verildikdən  sonra  isə  dərinləşdirilmiş  və  ixtisaslaşdırılmış  ikinci  mərhələyə 

keçirlər.  6  aylıq  müddət  ayrılan  buraxılış  işinin  yazılması  və  son  yazılı  və  şifahi  imtahanların 

verilməsi də bu dərəcənin alınmasında zəruri tələblərdir. Bənzər tələblər Staatsprüfung təhsilinə 

də tətbiq edilir və bunun qvalifikasiya səviyyəsi Magistr səviyyəsinə ekvivalent hesab edilir. 

Universitetlərdə  birləşdirilmiş  “Uzun”  Proqramlar    4-5  il  (Diplom  degree,  Magister 

Artium)  və  ya  3-6,5  il  (Staatsprüfung)  ərzində  tamamlanır.  Diplom  dərəcəsi  mühəndislik 

sahələri,  təbii  elmlər,  həmçinin  də  iqtisadiyyat  və  biznes  sahəsində  verilir.  Ancaq  humanitar 

sahələr  üzrə  adətən  Magister  Artium  dərəcəsi  verilir.  Sosial  elmlərdə  isə  ali  məktəblərdən  asılı 

olaraq,  praktika  dəyişir.  Hüquq,  tibb,  farmakologiya  və  pedaqoqika  sahələri  Staatsprüfunglə 

tamamlanır. 

Hər  üç  kvalifikasiya  da  (Diplom,  Magister  Artium  və  Staatsprüfung)  akademik  olaraq  bir 

birinə  ekvivalentdir.  Hər  üçü  də  doktorluq  mərhələsinə  keçiş  imkanı  verir.  Ancaq  bunun  üçün 

ə

lavə tələblər də Universitetlər tərəfindən müəyyən edilir. 



Tətbiqi  elmlər  Universitetlərində  birləşdirilmiş  “Uzun”  Proqramlar    4  il  davam  edir  və 

Diplom  dərəcəsi  verilir.  Baxmayaraq  ki,  bu  ali  məktəb  tipləri  doktorantura  təhsilini  nəzərdə 

tutmur,  ancaq  buranı  bitirənlər  doktor  proqramları  olan  ali  məktəblərə  doktorluq  təhsili  üçün 

müraciət edə bilirlər. 



 

21 


ncəsənət və ya musiqi Universitetelərində birləşdirilmiş “Uzun” Proqramlar qurumlardan, 

sahələrindən və məqsədlərindən asılı olaraq çox dəyişkəndir. Diplom/Magister dərəcələrinə əlavə 

olaraq,  bu  tipli  proqramları  bitirənlər  bu  sahədəki  bir  sıra  sertifikatlar  və  sertifikatlaşdırılmış 

imtahanlarıdan da məsuldurlar. 

 


Download 412 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling