Almaniya respublikasinda ali tehsil sistemi
Download 412 Kb. Pdf ko'rish
|
2.6.4 Doktorantura Universitetlər, universitetlərin ixtisaslaşdırılmış institutları və bəzi ncəsənət və ya Musiqi Universitetləri doktorluq proqramları təklif edirlər. Doktorluq proqramlarında oxumaq üçün formal olaraq, Magistr (həm Universitet, həm də Tətbiqi elmlər universitetiləri üzrə), Magister, Diplom, Staatsprüfung və ya xarici ekvivalentləri olan dərəcələr zəruridir. Xüsusilə, Bakalavr və ya Diplom dərəcələrinin sahibləri də bəlli şərtlərlə doktorluq proqramlarına giriş əldə edə bilirlər. Universitetelər və doktorluq proqramları olan institutlar bu proqramlara daxil olmanın, həmçinin də bacarıqların müəyyənləşdirilməsi prosedurunun strukturunu özləri müəyyənləşdirirlər. Qəbul üçün digər tələb də dissertasiya tədqiqatı layihəsinin rəhbər kimi bir professor tərəfindən qəbul edilməsidir. Doktorantura mərhələsində rəsmi bir dərs olmasa da, bir professorun rəhbərliyi altında həyata keçirilən müstəqil araşdırma təxminən 3-5 il davam edir. Ölkədə əksər doktorantlar ali təhsil qurumlarında müəllim və rəsmi tədqiqatçı kimi çalışaraq, əvəzində yetərli səviyyədə maaş alırlar.
Alman ali təhsil sistemində qiymətləndirmə 5 ballıq sistem üzrə həyata keçirilir. Bu aşağıdakılardan ibarətdir: •
1 = “Sehr Gut” = Çox Yaxşı •
2 = “Gut” = Yaxşı •
3 = “Befriedigend” = Kafi •
4 = “Ausreichend” = Kifayət •
5 = “Nicht ausreichend” = Qeyri-kafi və ya uğursuzluq Minimum müvəffəq qiymət 4 = “Ausreichend”dir. Ancaq bu qiymətlər bəzi hallarda, xüsusilə də doktorluq proqramlarında dəyişə bilir.
22
Buna əlavə olaraq, ali təhsil qurumları ECTS qiymətləndirmə sistemini də tətbiq edirlər. Belə ki, A = ən yaxşı 10%, B = növbəti 25 %, C = Növbəti 30%, D = növbəti 25%, E = növbəti 10%.
Almaniya universitetlərində dərsə davamiyyət, yalnız məcburi olan və tələbələrin sertifikat alması zəruri olan dərslər üzrə əhəmiyətli hesab edilir. Bu dərslərin hər hansı birində üzürsüz (məsələn əstəlik raportu olmadan) olaraq iştirak etməmək, tələbənin həmin dərsdən sertifikat alma imkanını itirməsilə nəticələnir. Dərsə davamiyyətə nəzarət əsasən sərbəst (çox hallarda ciddi yoxlama həyata keçirmədən sadəcə bir tələbə imzası iştirakı göstərən əsas sübut kimi qəbul edilir) və hərdənbir həyata keçirilir. 2.9 Ali təhsilə giriş Ümumi Ali Təhsilə Qəbul Qiymətləndirməsi 12-13 illik təhsildən sonra ali məktəblərə qəbul hüququ verir. Gymnasium məzuniyyəti (Abitur) bütün universitetlərə daxil olmaq üçün əsasdır. Bunun üçün ayrıca qəbul imtahanına gərək yoxdur. Universitetə qəbul hüququ əldə etmənin digər yolu Berufsoberschule əlaqəli Abiturdurchschnittsnote (ABŞ-dakı GPA-a oxşar və ya ngiltərədəki A-Səviyyə) imtahanı ali məktəbə giriş üçün zəruridir. Universitetlər müəyyən təhsil proqramı üçün qəbulun digər şərtlərini də müəyyən edə bilərlər. Bu numerus causus (“məhdud say”) adlanır, ancaq sadəcə yükəsk tələbli təhsil proqramları üçün tətbiq edilir. Məsələn bir tip təhsil proqramı üçün Abitur imtahanından 1,0 və 1,5 arasında bir bal toplamaq zəruridir. Bəzi xüsusi sahələrdə ixtisaslaşdırılmış variantlar (Fachgebundende, Hochschulreife) tətbiq edilir. Tətbiqi elmlər Universitetelərinə qəbul üçün Fachhochschulreifedən istifadə etmək ümükündür ki, bu da adətən 12 illik təhsilin olmasını tələb edir. ncəsənət və ya musiqi Universitetləri bəzi fərdi qabiliyyət imkanlarını da tələb edir. Eyni zamanda ali təhsil qurumları ə lavə qəbul prosedurlarının konkret formalarını müəyyən edə bilirlər. 2.10 Məcburi hərbi xidmət Məktəbi bitirdikdən sonra alman kişiləri universitetə daxil olmadan əvvəl 9 aylıq məcburi hərbi xidmət və ya alternativ xidmət (Zivildienst) keçməyə məcburdurlar. 23
2.11 Ali təhsildə təhsil haqqları və tələbə xərcləri Almaniyadakı bütün ali təhsil qurumlarında təhsil ödənişsizdir. Bir növ dövlət hamıya stipendiya verir demək mümkündür. Ancaq Regelstudienzeit'dən ("dərslərin normal müddəti") daha uzun müddət ouyan tələbələr hər semestr üçün təxminən 500 Avro həcmində Langzeitstudiengebühren ("uzun müddətli təhsil haqqı") ödəməlidirlər. Hazırda bir sıra özəl ali təhsil qurumu (xüsusilə menecment məktəbləri) müəyyən təhsil haqqı tələb etsə də, onların prestiji dövlət universiteteləri səviyyəsində deyildir. Tələbələr yataqxana və pansionatla yanaşı, kitab xərclərini özləri ödəyirlər. Müəyyən yaşdan sonra tələbələr məcburi tələbə sağlamlıq sığortası (aylıq 50 Avro) və digər sosial xidmət
Bununla yanaşı tələbələr universitetdaili və xarici çox ucuz ictimai nəqliyyat (Semesterticket) imkanlarından istifadə edirlər və hətta bu xidmətlər bəzi əyalətlərdə pulsuzdur (məs. Kiel). Tələbələr üçün müstəqil və mənfəət güdməyən bir təşkilat olan və əyalətin maliyyələşdirdiyi
bir otağın qiyməti aylıq təxminən 150 Avrodur. Yataqxanalarda qalmaq istəməyənlər isə aylıq 500 Avroluq bina evlərində 3-5 tələbə olmaqla qala bilirlər. Ymək xərcləri də təxminən 100 Avrodur. Bir sıra banklar tələbələrə müəyyən bir yaşa qədər (əsasən 25) ödənişsiz bank hesabı təmin edirlər. Ancaq bütün bunlara baxmayaraq, son illər artıq bəzi əyalətlərdə ali təhsil qurumlarında semestrlər üzrə 500 Avroluq bir təhsil haqqının alınması təcrübəsi yayılmağa başlamışdır. Almaniyada universitetlərin maliyyələşdirdiyi stipendiyalar demək olar ki, yoxdur. Ancaq bir sıra özəl və ya dövlət qurumları tələbələrin yaşayış və kitab xərclərini ödəyəcək stipendiyalar təmin edirlər. Bununla birlikdə, tələbələrin özləri və ailələrinin təhsil xərclərini ödəyə bilmədikləri halda, ölkədə 4-5 il müddət ərzində 550 Avroya qədər dəstək almalarına imkan verən bir qanun (BAFöG və ya Bundesausbildungsförderungsgesetz) fəaliyyət göstərir. Bu pulun bir hissəsi (təminən yarısı) qarşılıqsız verilir. Tələbələrin təxminən 30-50%-i əlavə pul qazanmaq məqsədilə işləyir ki, bu da təhsil müddətlərini uzdan başlıca amildir.
24
2.12 Ali təhsildə azadlıq prinsipi Alman universitet tələbələri əsasən oxuduqları proqramları özləri seçir və professorlar da tədqiqat və tədris sahələrində özləri qərar verirlər. Bu seçmə sistemi, çox vaxt tələbələrin məzun olmadan əvvəl bir neçə ilini universitetdə keçirməsinə səbəb olur ki, bu da hazırda alman təhsil sistemində müzakirə olunan məsələlərdən birinə çevrilmişdir. Belə ki, hazırda eyni vaxtda məzun olan tələbələrin olduğu sinif tapmaq çox çətindir. Tələbələr öz istəklərinə və universitetelərin güclərinə görə oxuduqları universiteteləri dəyişə bilirlər. Bəzən tələbələr paralel olaraq müxtəlif universitetelərdən iki, üç və ya daha çox dərsə qoşula bilirlər. Alman universitetelərindəki bu mobillik bu sahədə ABŞ, ngiltərə və Fransada olmayan bir azadlıq və fərdiyyətçiliyin göstəricisidir. 2.13 Ali təhsilin milli informasiya sistemləri •
Almaniya Təhsil və Tədqiqat Nazirliyi, Heinemannstrasse 2 53175 Bonn Germany, Tel:
+49(1888) 570, Fax:
+49(1888) 5783601, bmbf@bmbf.bund.de , http://www.bmbf.de •
Almaniyada Federal Əyalətlər Təhsil və Mədəniyyət şləri Nazirlərinin Daimi Konfransı (Kultusministerkonferenz -KMK) , Lennéstrasse 6, D-53113 Bonn; Fax: +49[0]228/501-229; Phone: +49[0]228/501-0, europa@kmk.org ,
http://www.kmk.org
• Xarici Təhsil Mərkəzi Ofisi (ZaB), www.kmk.org ; zab@kmk.org •
Sənədləşmə və Təhsil nformasiya Xidməti, www.kmk.org/doku/bildungswesen.htm , eurydice@kmk.org •
Alman Rektorları Konfransı (Hochschulrektorenkonferenz - HRK), Ahrstrasse 39, D- 53175 Bonn; Fax: +49[0]228/887-110; Phone: +49[0]228/887-0; www.hrk.de , E-Mail: sekr@hrk.de
• Alman Rektorlar Konfransının Ali Təhsil Kompası, www.higher-education-compass.de
•
Almaniyada Ali Təhsil Qurumları və Universitetlər Assosiasiyası (Hochschulrektorenkonferenz - HRK), Ahrstrasse 39 D-53175 Bonn, Germany, Tel:
+49(228) 8870, Fax:
+49(228) 887110, http://www.hrk.de •
Təhsil Planlaşdırılması və Tədqiqatların Təşviqi üzrə Federal Əyalətlər Komissiyası (BLK), Friedrich-Ebert-Allee 38, 53113 Bonn, Germany, Tel:
01888 54020, Fax:
01888 5402150, blk@blk-bonn.de , http://www.blk-bonn.de 25
•
Germany, Tel:
+49(228) 8820, Fax:
+49(228) 882444, postmaster@daad.de , http://www.daad.de •
Alman Universitet Professorları və Dosentlər Assosiasiyası (Deutsche Hochschulverband-DHV), Rheinallee 18, 53173 Bonn Germany, Tel:
+49(228) 9026666, Fax: +49(228) 9026680, dhv@hochschulverband.de , http://www.hochschulverband.de/cms/ •
Akreditasiya Şurası (Akkreditierungsrat), Postfach 2240, D-53012 Bonn Germany, Tel:
+49(228) 501699,
Fax: +49(228) 501777, akr@kmk.org , http://www.akkreditierungsrat.de
26
III. Ş TƏCRÜBƏS YLƏ TANIŞ OLDUĞUMUZ UN VERS TETLƏR 3.1 Kiel Universiteti Rəsmi adı: Christian-Albrechts adına Kiel Universiteti Devizi: “Sülh ən böyük qazancdır”. Qurulma tarixi: 5 Oktyabr 1665 Statusu: Dövlət universiteti Personalı: 2175 nəfər Tələbələri: 23 000 nəfər Universitetin emblemi Yerləşmə: Kiel şəhəri, Almaniya Kampüsü: Şəhər kampüsü Rəngləri: bənövşəyi və ağ WEB səhfəsi: http://www.uni-kiel.de/index-e.shtml
Holstein-Gottorp əyalətinin hersoqu Christian Albert tərəfindən Academia Holsatorum Chiloniensis kimi əsası qoyulmuşdur. Bu gün Kiel Universiteti 23 minlik tələbəsilə Almaniyanın Schleswig-Holstein federal əyalətinin ən böyük, ən qədim və ən prestijli universitetidir.
UN VERS TET N STRUKTURU Universitetin Prezidiumu və darə heyəti Mərkəzi administrasiya Fakültələr Universitetin mərkəzi strukturları Ortaq strukturlar və mərkəzlər Universitetin Məsləhət Şurası Birləşdirilmiş institut və təşkilatlar Ə laqələndirilmiş institut və təşkilatlar 27
Prezident (rektor), Prof. Dr. Gerhard Fouquet Vitse- prezident (prorektor), Prof. Dr. Frank Kempken Vitse- prezident (prorektor), Prof. Dr. Siegfried Wolffram Registrator (katib), Dr. Oliver Herrmann UN VERS TET N AKADEM K ÖZÜNÜ DARƏETMƏ Mərkəzi Administrasiya Flensburg, Kiel, Luebeck Universitetləri Məsləhət Şurası Universitet Senatı (Elmi Şurası) Universitet Prezidiumu (idarə heyəti) Fakültələr Fakültə şurası Dekanlıq şurası
28
MƏRKƏZ ADM N STRAS YANIN STRUKTURU Qeydiyyat ofisi Prezidium idarəsi / hüquqşünas Mətbuat və komunikasiya xidmətləri Universitetin bərabər imkanlar məmuru Təhlükəsizlik mühəndisi Heyvanların müdafiəsi məmuru Radiasiyadan müdafiə məmuru Daxili audit Davamlı profesional inkişaf mərkəzi Ş öbə 1. Akademik işlər: Beynəlxalq mərkəz, Tədris və imtahan Ş öbə 2. Tədqiqat işləri, struktur inkişaf, texnologiya transferti Ş öbə 3. nsan resursları departamenti Ş öbə 4. Maliyyə menecmenti, kontrol, hesabat və vergilər Ş öbə 5. Texniki konstruksiya və vəsait menecmenti Ş öbə 6. Vəsait menecmenti-infrastruktur Peşə sağlamlığı və təhlükəsizlik xidməti Bioloji təhlükəsizlik məmuru nformasiya təhlükəsizliyi məmuru Gənclik və stajçılar təmsilçisi Mərkəzi ştat şurası (Ali təhsil) Ş tat şurası (qeyri-akademik) Ş tat şurası (akademik) Schleswig-Holstein Universitet Xəstəxanası Ə lillik məmuru 29
Xidmtlərlə bağlı tövsiyyə UN VERS TET N FAKULTƏLƏR Teologiya fakültəsi Hüquq fakültəsi Biznes, iqtisadiyyat və sosial elmlər fakültəsi Tibb fakültəsi ncəsənət və humanitar elmlər fakültəsi Riyaziyyat və təbii elmlər fakültəsi Kənd təsərrüfatı və qidalanma elmi fakültəsi Mühəndislik fakültəsi
Mərkəzi Universitet Kitabxanası (UB) Universitet Hesablama Mərkəzi (RZ) Universitet dman Mərkəzi Sahələrarası Multimedia Mərkəzi (IZM) Tədqiqat və Texnologiya Mərkəzi, Qərb Sahili (FTZ) 30
Molekulyar Bioelmlər Mərkəzi (ZMB) (Riyaziyyat və təbii elmlər və tibb fakültəsi) Sosial Elmlər nstitutu( ncəsənət və humanitar elmlər; Biznes, iqtisadiyyat fakültəsi) dman və dman Elmləri nstitutu(Tibb və incəsənət və humanitar elmlər fakültələri) Tarixdən öncəki və antik tarix institutu ( ncəsənət, Riyaziyyat fakültəsləri) Ekoloji Mərkəz (ÖZK) (Riyaziyyat, K/T fakültələri) Asiya və Afrika Tədqiqatları Mərkəzi (ZAAS) Klinik Anatomiya Mərkəzi Etika Mərkəzi Şə rqi Avropa Tədqiqatları Mərkəzi (ZOS) Ş imali Amerika Tədqiqatları Mərkəzi (ZNAS) Kiel Universitetində German-Norveç Tədqiqatları Mərkəzi (DNSZ) Üstün Bacarıqlar Mərkəzi (ZFS) nteqrativ Neuroelmlər Tədqiqat Mərkəzi (FZIN) Müəllim Tədris Mərkəzi (ZFL) Psixologiya Mərkəzi
31
B RLƏŞD R LM Ş NST TUT VƏ TƏŞK LATLAR Kiel Dünya qtisadiyyatı nstitutu (IFW) qtisadiyyat üzrə Alman Milli Kitabxanası Leibniz Dənizçilik Elmləri nstitutu (IFM-GEOMAR) Elm və Riyaziyyat Təhsili üzrə Leibniz nstitutu (IPN) Administrativ Elmlər üzrə Lorenz von Stein nstitutu Təhlükəsizlik Siyasəti nstitutu Schleswig-Holstein Schloß Gottorf Muzey Fondu Ə
Schleswig-Holstein Universitet Xəstəxanası (UK-SH) Max Planck Təkamül Biologiyası nstitutu Borstel Tədqiqat Mərkəzi (Əməkdaşlıq Partnyoru) Radioloji Müdafiə nstitutu GKSS Tədqiqat Mərkəzi Max Rubner Mikrobiologiya və Biotexnologiya nstitutu Gənclərin Kriminal Hüququ və Kriminal Müdafiəsi üzrə Tədqiqat Mərkəzi 32
Kiel Universitetinin bəzi məşhur məzunları: •
Otto Jahn (1813-1869) - arxeoloq, filoloq, incəsənət və musiqi üzrə yazar •
Gerhard Stoltenberg - siyasətçi, Schleswig-Holstein Federal Əyalətinin keçmiş baş naziri, Almaniyanın keçmiş maliyyə naziri •
naziri, Almaniyanın keçmiş maliyyə naziri •
Erich Walter Sternberg – bəstəkar •
Franz Boas (1858-1942) - antropoloq Kiel Universitetinin bəzi məşhur elm adamları: •
Kurt Alder •
Walter Anderson •
Jochen Bleicken •
Hartmut Boockmann •
Friedrich Blume •
Hans-Gerhard Creutzfeldt •
Paul Deussen •
Otto Diels •
Wilhelm Dilthey •
Johann Gustav Droysen •
Karl-Dietrich Erdmann •
Friedrich von Esmarch •
Hans Geiger •
Herbert Giersch •
Wilhelm Griesinger •
Bernhard Harms •
Heinrich Hertz •
Alfred Heuß •
Felix Jacoby •
Otto Jahn •
Philipp Lenard •
August Leskien •
Otto Meyerhof •
Theodor Mommsen •
Daniel Georg Morhof •
Max Planck •
Erwin Rohde •
Erich Schneider •
Walther Schücking •
Ferdinand Tönnies •
Heinrich von Treitschke •
Otto Werner •
Richard Sorge |
ma'muriyatiga murojaat qiling