Axc mühacirlərinin fəaliyyətləri


Azərbaycan Gənclər Birliyi


Download 0.67 Mb.
Pdf ko'rish
bet9/15
Sana24.04.2023
Hajmi0.67 Mb.
#1394908
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
Bog'liq
Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin fəaliyyətləri — Vikipediya

Azərbaycan Gənclər Birliyi


1924-cü ildə Xarici Büronun qərarı ilə
mədəniyyət komissiyasının nəzdində
"Azərbaycan Gənclər Birliyi" (AGB)
yaradıldı. Sədri M.S.Axundzadə seçilən
bu birliyin katibi İsmayıl Sarı İmanqulu
oğlu, fəalları isə Ş.Rüstəmbəyli,
S.Ağasıbəyli, M.Ağaoğlu, Niyazi
Usubbəyov, İskəndər Xan Xoyski,
M.Hacızadə, H.Camalbəyov və başqaları
idi. "Birliyin əsas məqsədi — gəncləri
təşkilatlandırmaq, onlarda milli ruhun
Şəfi bəy Rüstəmbəyli


yüksəldilməsinə nail olmaq, həm də
maddi ehtiyac hiss edən üzvlərə yardım
göstərmək olmuşdu". Birliyin fəaliyyəti
barədə "Azəri Türk" məcmuəsinin 1929-
cu il, 6–7-ci saylarında deyilir:
Beş yaşına girən “Azəri Türk Gənclər
Birliyi 39 möhtac tələbəyə maddi
yardımda bulunduğu kimi, bir çox
Azəri gənclərinin də məktəblərə
girməsinə rəhbərlik etmişdi. Bundan
başqa 32 tarixi və ictimai konfranslar
və 7 xüsusi müşavirə tərtib etmişdi.
Azərbaycan Milli Mərkəzi
Müsavat Partiyasının Xarici Bürosunun
İran və Türkiyədə çoxsaylı yerli komitələri


qurulduqdan sonra M.Ə.Rəsulzadə siyasi
mənsubiyyətindən asılı olmayaraq bütün
Azərbaycan mühacirlərinin təmsil oluna
biləcəyi yeni siyasi təşkilat yaratmaq
qərarına gəldi. Belə bir təşkilatın
yaradılmasında əsas məqsəd bütün
siyasi mühacirləri bir araya gətirmək,
xarici ölkələrdə, dünya birliyi qarşısında
Azərbaycanı təmsilçilikdə meydana gələ
biləcək paralelliklərə yol verməmək idi.
Elə bu missiya ilə 1924-cü ildə İstanbulda
gizli fəaliyyət göstərən yeni siyasi təşkilat
— Azərbaycan Milli Mərkəzi (AMM)
yaradıldı. AMM-in sədri M.Ə.Rəsulzadə,
MK üzvləri Xəlil bəy Xasməmmədov,
Mustafa Vakilli (Müsavat), Əbdüləli bəy
Əmircanov (bitərəf), Əkbər ağa


Şeyxülislamov (xalqçı-sosialist) idi. Lakin
siyasi mühacirətin vahid bir təşkilat
ətrafında birləşməsi prosesi çox ağır və
ləng gedirdi. Ə.Əmircanov və
Ə.Şeyxülislamovun AMM-in rəhbərliyində
təmsil olunmalarına baxmayaraq, "onlar
Konstantinopolda (sovet
mənbəşünaslığında İstanbul əsasən belə
adlanır-X. İ.) ittihadçılarla yaxınlaşmağa
çalışırdılar". İttihadın isə mühacirətdəki
lideri Xosrov bəy Sultanov partiyanın
Xarici Ölkələr Bürosunu formalaşdırmaq
və bütün ittihadçıları bir təşkilat ətrafında
cəmləşdirmək istəyirdi. O, 1926-cı ildə
İrana gedərək burada İttihadın Tehran və
Təbriz komitələrini yarada bildi. "Tehran
Komitəsinə Aşur-bəy İsabəyi, Təbriz


Komitəsinə isə qardaşı İsgəndər bəyi
rəhbər təyin etdi. Mühacirətdəki İttihad
liderlərindən X.Sultanov, eləcə də Mir
Yaqub Mehdiyevin göstərdiyi bütün
cəhdlərə baxmayaraq partiyanın xarici
ölkələr bürosu yaradılmadı. Azərbaycan
mühacirlərinin bir mərkəzdə birləşməsi
ideyasına Ə.M.Topçubaşov da tərəfdar
idi. Ə.M.Topçubaşov çalışırdı ki, bütün
Qafqaz respublikalarının mühacirləri bir
səlahiyyətli təşkilat vasitəsilə Qafqaz
Birliyində təmsil olunsun. O, parçalanmış
gürcü mühacirlərini də milli birliyə dəvət
edir, Qafqaz Birliyi ideyasının
gerçəkləşdirilməsi üçün ciddi səy
göstərirdi. 1927-ci ildən sonra Türkiyə
tərəfi AMM-ə göstərdiyi maddi yardımı


dayandırdı. Əslində, M.Ə.Rəsulzadə
Qafqaz Birliyi məsələsini Türkiyənin öz
inhisarına götürməsinə çalışırdı. Bu
istiqamətdə rəsmi dairələrdə 1925-ci ildə
müəyyən həvəs yansa da, sonralar SSRİ-
nin təzyiqləri nəticəsində tədricən
mühacirlərin səsi Türkiyədə eşidilməz
oldu.

Download 0.67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling