Axc mühacirlərinin fəaliyyətləri


Mühacirət təşkilatlarına dəstək


Download 0.67 Mb.
Pdf ko'rish
bet7/15
Sana24.04.2023
Hajmi0.67 Mb.
#1394908
1   2   3   4   5   6   7   8   9   10   ...   15
Bog'liq
Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin fəaliyyətləri — Vikipediya

Mühacirət təşkilatlarına dəstək
10 iyun qərarı barədə mühacirlər Fransa
Nazirlər Sovetinin sədri Brianı
məlumatlandırdı. Brian isə öz növbəsində
azad olunmuş bölgələr üzrə nazir Lüşerə
üç Qafqaz respublikasının nümayəndələri


ilə danışıqlar səlahiyyəti və göstərişi
verdi. Şimali Qafqaz Respublikasının
təmsilçiləri də dəvət olunan 7 noyabr
görüşündə Lüşerin dörd Respublika
nümayəndələrinin Fransadan konkret
hansı kömək gözləməsi sualına cavab
olaraq mühacirlər, ilk növbədə maddi
yardımın vacibliyini vurğuladılar. Aparılan
danışıqların nəticəsi olaraq Fransa
hökuməti 1922-ci ilin əvvəllərində Qafqaz
respublikalarının səlahiyyətli
təmsilçilərinə maddi yardım göstərdi.
Azərbaycan SSR-in Türkiyədəki fövqəladə
səlahiyyətli nümayəndəsi İbrahim Əbilov
1 mart 1922-ci ildə Azərbaycan Xarici
İşlər Komissarlığına verdiyi məlumatda
bildirirdi:


Aldığım məlumata görə, bizim
əksinqilabçıların Paris təşkilatı
Fransa hökumətindən fəaliyyətini
gücləndirmək üçün üç milyon yarım
frank məbləğində pul almışlar.
Türkiyə və İrandakı mühacirlərə, AXC-nin
təhsil almağa göndərdiyi 78 tələbəyə,
(onların da əksəriyyəti vətənə
qayıtmamışdı), sonralar isə yaranan
təşkilatlara və mətbuat orqanlarına
Fransadan maliyyə dəstəyi alan Paris
heyətinin maddi yardım göstərməsi
barədə mühacirət ədəbiyyatında da
məlumat az deyil. Lakin yuxarıda
göstərilən məbləğin qəsdən şişirdilməsi
şübhə doğurmur. Çünki aradan bir il


keçdikdən sonra Sovet agentura
şəbəkəsinin özü də Azərbaycan
mühacirlərinin maddi cəhətdən çox
çətinlik çəkdiyini təsdiq edirdi. Qafqaz
Respublikaları öz aralarında ortaq
fəaliyyət birliyi ilə bağlı ilkin razılığa
gəldikdən sonra, ağ Rusiyanın təmsilçiləri
ilə də bu istiqamətdə danışıqlar
aparmağa təşəbbüs göstərdilər. Fransa
hökuməti də Qafqaz və Rusiya
mühacirlərinin vahid antibolşevik
cəbhədə birləşməsinin tərəfdarı idi və
buna çalışırdı. 1921-ci il, 7 iyulda Parisin
Məhkəmə Palatasının iclas zalında
Qafqaz Respublikaları və Rusiya
təmsilçilərinin ilk yığıncağı keçirildi.
Yığıncaqda Azərbaycanı


Ə.M.Topçubaşov, Gürcüctanı Yevgeni
Qeqeçkori (sabiq Xarici İşlər naziri) və
Sabaxtaraşvili, Ermənistanı Avetis
Aharonyan, Rusiyanı Maklakov (Kerenski
hökumətində Fransa səfiri) və
Mandelştam (sabiq Türkiyə səfiri), Fransa
tərəfini sabiq ali komissar Şevalye və
Sarbon Universiteti hüquq fakültəsinin
rektoru, Prof. Verno təmsil edirdi.

Download 0.67 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling