Axc mühacirlərinin fəaliyyətləri
Siyasi təşkilatların və dərnəklərin
Download 0.67 Mb. Pdf ko'rish
|
Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin fəaliyyətləri — Vikipediya
- Bu sahifa navigatsiya:
- Xarici Ölkələr Bürosu
Siyasi təşkilatların və dərnəklərin
yaranması Gürcüstanda, Türkiyədə, İranda, Fransada mühacirlərimizin 1920–1922-ci illərdə gərgin fəaliyyətinə baxmayaraq, ilk siyasi təşkilat 1923-cü ildə M.Ə.Rəsulzadənin Türkiyəyə gəlməsi ilə yarandı. Azərbaycandakı gizli Müsavatın MK üzvlərindən biri Ə.V.Məmmədzadənin yazdığına görə: "1922 sənəsində parti başqanı M.Ə.Rəsulzadə Moskvadan Petroqrad yolu ilə Finlandiyaya, arxasınca Abbasqulu Kazımzadə və Məhəmməd Əli Rəsulzadə də Bakıdan İrana qaçırılmışlar". Xarici Ölkələr Bürosu Məhəmməd Əmin Rəsulzadə Finlandiyadan 1922-ci ildə Türkiyəyə gələn M.Ə.Rəsulzadə İstanbulda, Gürcüstan sovetləşən ərəfədə oradan da qaçmağa məcbur olan müsavatçı mühacirlərlə Müsavat Partiyasının Xarici Ölkələr Bürosunu qurdu. Xarici Büro bütöv partiyanın fəaliyyətinə rəhbərlik edən bir orqan idi və yarandığı vaxtdan etibarən Azərbaycandakı gizli Müsavat təşkilatı ilə əlaqəyə girmişdi. Büronun MK-sı nisbətən geniş tərkibə malik olduğundan, əsas məsələlər partiyanın Başqanı M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi üçlüyün-Rəyasət Heyətinin qərarı ilə həll edilirdi. Bu üçlüyə başqandan əlavə iki nəfər-Xəlil Xasməmmədov və Məmməd Sadıx Axundzadə də daxil idi. Azərbaycandakı gizli Müsavat MK-sının tərkibini ancaq üçlüyün üzvləri bilirdi, gizli Müsavat MK-sı da öz növbəsində üçlüyün göstərişləri və qərarları ilə hərəkətə edirdi. "Azərbaycan haqqında ayda bir dəfə Partiyanın Başqanı məruzə edirdi. Bu məruzələr ümumi məlumat xarakterli oldu- ğundan mübahisələr doğurmurdu. Xarici Büro konspirasiya məqsədi ilə büro üzvlərinin birbirlərindən Azərbaycandakı gizli təşkilatlar haqqında heç nə soruşmaması qərarı çıxarmışdı". Azərbaycanla əlaqə səlahiyyəti 1922–23- cü illərdə bir neçə dəfə Zaqafqaziyada olan M.S.Axundzadəyə verilmişdi. O, əldə etdiyi məlumatları ancaq Başqana çatdıra bilərdi. Xarici Büronun digər fəalları — M.Vəkilli, Ş.Rüstəmbəyli, A.Kazımzadə, Məşədi Əli Rəfiyev, İsmayıl Nəzərəlizadə, Həsən Fəttahov, Əli bəy Əsədullayev, Əmir xan Xoyski, Səlim Ağasıbəyov, Əli Cəbiyev, Nadir Şirinbəyov, Həmdi Qaracazadə, Mirzə Hacızadə, Kamal Qənizadə və b. idi. Maliyə komissiyasına əvvəlcə M.Ə.Rəsulzadə özü, sonra isə Təbrizdən gələn M.Ə.Rəfiyev rəhbərlik edirdi. 1925-ci ilin dekabrından komissiyaya Ş.Rüstəmbəylinin rəhbərlik etməsi qərara alındı. Maliyə komissiyasından başqa Xarici Büroda M.S.Axundzadənin rəhbərliyi altında mədəniyyət komitələri yaradılmışdı: Ι. Türkiyədə: Trapezund Komitəsi — Səməd Muradov, Nəsrulla Aşurbəyov, Nağı Şeyxzamanlı; Qars Komitəsi — Məmməd Əli Əfəndizadə, Yasin Vəkilov; Smirna Komitəsi — doktor Əfəndiyev (Azərbaycanın Batumdakı sabiq konsulu) və b. ΙΙ. İranda: Məhəmməd Əmin Rəsulzadə mühacirlərlə birlikdə Tehran Komitəsi — doktor Cəfər Cəfərov, Məhəmməd Əli Rəsulzadə, Ruslan Şərifov (Tehran Komitəsinə Rəşt və Ənzəli komitələri daxil idi.); Rəşt Komitəsi — Axundov (sədr), Hacı Axundzadə; Təbriz Komitəsi — Teymur bəy Məlik Aslanov (sədr), Ağa Zeynal Məmmədov, Məmməd Sadıx Quliyev (Xülusi) və b. Təbriz Komitəsinə Ərdəbil və Astara təşkilatları daxil idi. Download 0.67 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling