Axc mühacirlərinin fəaliyyətləri


Siyasi təşkilatların və dərnəklərin


Download 0.67 Mb.
Pdf ko'rish
bet8/15
Sana24.04.2023
Hajmi0.67 Mb.
#1394908
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
Bog'liq
Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin fəaliyyətləri — Vikipediya

Siyasi təşkilatların və dərnəklərin
yaranması
Gürcüstanda, Türkiyədə, İranda, Fransada
mühacirlərimizin 1920–1922-ci illərdə
gərgin fəaliyyətinə baxmayaraq, ilk siyasi
təşkilat 1923-cü ildə M.Ə.Rəsulzadənin


Türkiyəyə gəlməsi ilə yarandı.
Azərbaycandakı gizli Müsavatın MK
üzvlərindən biri Ə.V.Məmmədzadənin
yazdığına görə: "1922 sənəsində parti
başqanı M.Ə.Rəsulzadə Moskvadan
Petroqrad yolu ilə Finlandiyaya, arxasınca
Abbasqulu Kazımzadə və Məhəmməd Əli
Rəsulzadə də Bakıdan İrana
qaçırılmışlar".
Xarici Ölkələr Bürosu
Məhəmməd Əmin Rəsulzadə


Finlandiyadan 1922-ci ildə Türkiyəyə
gələn M.Ə.Rəsulzadə İstanbulda,
Gürcüstan sovetləşən ərəfədə oradan da
qaçmağa məcbur olan müsavatçı
mühacirlərlə Müsavat Partiyasının Xarici
Ölkələr Bürosunu qurdu. Xarici Büro
bütöv partiyanın fəaliyyətinə rəhbərlik
edən bir orqan idi və yarandığı vaxtdan
etibarən Azərbaycandakı gizli Müsavat
təşkilatı ilə əlaqəyə girmişdi. Büronun
MK-sı nisbətən geniş tərkibə malik
olduğundan, əsas məsələlər partiyanın
Başqanı M.Ə.Rəsulzadənin rəhbərlik
etdiyi üçlüyün-Rəyasət Heyətinin qərarı ilə
həll edilirdi. Bu üçlüyə başqandan əlavə
iki nəfər-Xəlil Xasməmmədov və


Məmməd Sadıx Axundzadə də daxil idi.
Azərbaycandakı gizli Müsavat MK-sının
tərkibini ancaq üçlüyün üzvləri bilirdi, gizli
Müsavat MK-sı da öz növbəsində üçlüyün
göstərişləri və qərarları ilə hərəkətə
edirdi. "Azərbaycan haqqında ayda bir
dəfə Partiyanın Başqanı məruzə edirdi.
Bu məruzələr ümumi məlumat xarakterli
oldu- ğundan mübahisələr doğurmurdu.
Xarici Büro konspirasiya məqsədi ilə büro
üzvlərinin birbirlərindən Azərbaycandakı
gizli təşkilatlar haqqında heç nə
soruşmaması qərarı çıxarmışdı".
Azərbaycanla əlaqə səlahiyyəti 1922–23-
cü illərdə bir neçə dəfə Zaqafqaziyada
olan M.S.Axundzadəyə verilmişdi. O, əldə
etdiyi məlumatları ancaq Başqana


çatdıra bilərdi. Xarici Büronun digər
fəalları — M.Vəkilli, Ş.Rüstəmbəyli,
A.Kazımzadə, Məşədi Əli Rəfiyev, İsmayıl
Nəzərəlizadə, Həsən Fəttahov, Əli bəy
Əsədullayev, Əmir xan Xoyski, Səlim
Ağasıbəyov, Əli Cəbiyev, Nadir Şirinbəyov,
Həmdi Qaracazadə, Mirzə Hacızadə,
Kamal Qənizadə və b. idi. Maliyə
komissiyasına əvvəlcə M.Ə.Rəsulzadə
özü, sonra isə Təbrizdən gələn
M.Ə.Rəfiyev rəhbərlik edirdi. 1925-ci ilin
dekabrından komissiyaya
Ş.Rüstəmbəylinin rəhbərlik etməsi qərara
alındı. Maliyə komissiyasından başqa
Xarici Büroda M.S.Axundzadənin
rəhbərliyi altında mədəniyyət komitələri
yaradılmışdı:


Ι. Türkiyədə:
Trapezund Komitəsi — Səməd
Muradov, Nəsrulla Aşurbəyov, Nağı
Şeyxzamanlı;
Qars Komitəsi — Məmməd Əli
Əfəndizadə, Yasin Vəkilov;
Smirna Komitəsi — doktor Əfəndiyev
(Azərbaycanın Batumdakı sabiq
konsulu) və b.
ΙΙ. İranda:
Məhəmməd Əmin Rəsulzadə mühacirlərlə birlikdə


Tehran Komitəsi — doktor Cəfər
Cəfərov, Məhəmməd Əli Rəsulzadə,
Ruslan Şərifov (Tehran Komitəsinə
Rəşt və Ənzəli komitələri daxil idi.);
Rəşt Komitəsi — Axundov (sədr), Hacı
Axundzadə;
Təbriz Komitəsi — Teymur bəy Məlik
Aslanov (sədr), Ağa Zeynal
Məmmədov, Məmməd Sadıx Quliyev
(Xülusi) və b. Təbriz Komitəsinə
Ərdəbil və Astara təşkilatları daxil idi.

Download 0.67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling