Axc mühacirlərinin fəaliyyətləri
partiya Azərbaycanın qəzalarındakı
Download 0.67 Mb. Pdf ko'rish
|
Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin fəaliyyətləri — Vikipediya
partiya Azərbaycanın qəzalarındakı təşkilatlarını gizli mübarizə şəraitinə keçirmiş, eyni zamanda Dağıstan və İranla əlaqələr yarada bilmişdi. XΙ ordunun Xüsusi Şöbəsinin qaldırdığı cinayət işinin materiallarına görə İttihad 1920-ci ilin axırlarında Azərbaycanda silahlı üsyan yolu ilə hakimiyyəti ələ almağa çalışırdı. Onlar Dağıstanda İmam Qotsinski və Əlixanovun başçılıq etdiyi qiyamçıların, eləcə də Lənkəran və Zəngəzur üsyançılarının köməyi ilə qarşıya qoyulan məqsədə çatmağın mümkün olacağı qənaətində idilər. 1921- ci ilin əvvəllərindən başlayaraq məram və xarakterinə görə İttihada yaxın olan dini təmayüllü bir neçə partiyanın da fəaliyyəti gücləndi. Bunlardan "İslam" partiyasının fəaliyyəti daha çox nəzərə çarpırdı ki, adından da göründüyü kimi o islamçılıq təbligatı aparır, "Azərbaycan müsəlmanları üzərində Türkiyənin təsirini yaymağa çalışırdı. "İslam"in əsas rəhbərləri də türkiyəli zabitlər idi". Məramları, sosial bazaları oxşar olduğundan İttihadla İslam birləşərək yeni İttihadi İslam (İslam Birliyi) partiyası yaratdılar. Əsasən kasıb və ortabab kəndliləri öz sıralarına cəlb edən İttihadi İslam çox sürətlə böyüyürdü. 135 nəfərdən ibarət rəhbərlik heyətinə malik olan yeni birliyin "təkcə Şəmkir rayonunda 3000 nəfər üzvü var idi". 1921-ci il 5 may tarixli Bakı konfransında İttihadi İslam o qədər də geniş nüfuza malik olmayan "İslam Əl-Quran"la birləşib yeni ad-"Milləti İslam" adını qəbul etdi. Azərbaycanın Qərbində öz fəaliyyətini daha da gücləndirmək məqsədilə Milləti İslam "Günəş-Qafqaz" la birləşmək qərarına gəldi. 1921-ci il iyunun 3-də bu iki partiya Gəncə toplantısında birləşmə qərarı qəbul etdikdən sonra "Azərbaycan Milli Müdafiə İslam Firqəsi" (AMMİF) adlanmağa başladı. AMMİF-ə yeni sədr Cabbar Qoşqarov, sədr müavini Əli Səmədov, katib Abbas bəy Usubbəyov seçildi və partiyanın 21 nəfərdən ibarət MK tərkibi formalaşdırıldı. Bundan əlavə Xosrov Əfəndiyevin rəhbərlik etdiyi hərbi şöbə (köməkçi İsfəndiyar Məmmədov idi), Seyidəli İsrafilverdiyevin rəhbərlik etdiyi təbligat-təşkilat şöbəsi yaradıldı, Xəlil Şakirov, Tahir Quliyev isə Türkiyə ilə əlaqəçilər təyin edildi. Azərbaycanda milli müqavimət hərəkatının aparıcı qüvvəsi, ideoloji istiqamətvericisi Müsavat Download 0.67 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling