Axc mühacirlərinin fəaliyyətləri
Partiyasının məramnaməsini hazırlamaq
Download 0.67 Mb. Pdf ko'rish
|
Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin fəaliyyətləri — Vikipediya
- Bu sahifa navigatsiya:
- "Qafqaz Komitəsi" mühacir təşkilatı
Partiyasının məramnaməsini hazırlamaq və partiyanın orqanı "İrane-nou" qəzetinə baş redaktorluq etmək təklif olundu. İranın əsrin əvvəllərindəki görkəmli siyasi xadimlərindən olan Seyid Həsən Tağızadə M.Ə.Rəsulzadənin ilk mühacirlik fəaliyyəti barədə yazırdı: Müsavat partiyasının Türkiyədə ikən qurulduğu xəbərini eşidən M.Ə.Rəsulzadə Bakıya qayıtdıqdan sonra onun rəhbərliyinə gətirildi. "Qafqaz Komitəsi" mühacir təşkilatı Mühacirətdə azərbaycanlılar təkcə Rusiya türkləri ilə deyil, Qafqaz millətləri ilə də iş birliyi qurmuşdu. 1915-ci ildə Şimali Qafqaz, Azərbaycan, Gürcüstan mühacirləri Türkiyədə, "Qafqaz Komitəsi" adlı bir təşkilat yaratdılar. Sədri Şimali Qafqaz mühaciri Marşal Fuad Paşa olan "Qafqaz Komitəsi" Qafqazın istiqlaliyyətinə çalışır və Rusiyadan ayrıldıqdan sonra onun konfederativ bir siyasi qurum kimi formalaşacağının Əli bəy Hüseynzadə nəzəri əsaslarını hazırlayırdı. Rəsmən komitənin üzvü olmayan Ə.Ağaoğlu və Ə.Huseynzadə də Ι Dünya müharibəsi ərəfəsində neytral İsveçrədə məskunlaşaraq Qafqazın rus pəncəsindən xilas olması məsələsi ilə bağlı "Avropa dövlətlərinə muhtıralar verib Qafqaz türklərinin həqiqi vəziyyətini təsvirə çalışırdılar". Komitənin Qafqazla gizli əlaqəsi var idi. Alman tədqiqatçısı Prof. Dr. C.Yeşke yazır ki, azərbaycanlı Səlim Behbud bəy (Behbudov) Bakı və Qarabağ milli təşkilatları ilə gizli münasibət təsisinə müvəffəq olur və müəyyən siyasi vəzifələr üçün sualtı gəmisiylə gizlicə Qafqaz sahillərinə gedərək oradan da Azərbaycana keçirdi. "Qafqaz Komitəsi"nin fəaliyyəti dövründə idi ki, Türkiyə ordusuna bilxassə Azərbaycandan gizli olaraq könüllülər axmağa başladı". "Qafqaz Komitəsi"nin Türkiyə, Almaniya, Avstriya-Macarıstan və İsveçrədə fəaliyyət göstərdiyi dövrdə İstanbulda Yusif Akçura tərəfindən "Rusiya məhkumu müsəlman Türk- Tatarların haqqını Müdafiə Komitəsi" adlı böyük bir siyasi təşkilat yaradıldı. Ə. Huseynzadənin də fəal üzvü olduğu bu təşkilata çox vaxt "Akçura-Huseynzadə" komitəsi deyirdilər. Bu iki komitənin üzvləri bir-birləriylə sıx əlaqə saxlayır, müəyyən hallarda isə birgə çıxış edirdilər. Qısa tarixi xülasədən sonra, XΙX əsrin əvvəllərində Azərbaycanın parçalanması və Şimalın Rusiya tərəfindən istilası ilə başlanan mühacirətin yaranma səbəblərinə mahiyyət və xarakterinə görə bir-birindən kəskinliklə fərqlənən üç mərhələsi aydın görünür. 1920-ci il 27 aprel işğalı ilə on minlərlə adam müxtəlif illərdə, müxtəlif motivlərlə Mühacirətin yeni mərhələsi Əhməd bəy Ağayev Azərbaycanı tərk edərək qürbətə üz tutdu. Əslində bu, 1917-ci il oktyabr inqilabından sonra başlanan böyük "ağ mühacirət"in, 1919–1921-ci illərdə milli respublikaların qırmızı ordu tərəfindən işğal olunması ilə yaranan nisbətən kiçik ikinci dalğası idi. Polşa tarixçisi S.Mikuliçin yazdığı kimi: Vətəndaş müharibəsi xaricə təkcə ağ rusları deyil, ağ gürcü, ukraynalı, azərbaycanlı, türkmən və başqa xalqların nümayəndələrini də çıxarmışdı. Sovet hökuməti 1921-ci ilin oktyabr ayında bütün mühacirləri vətəndaşlıqdan məhrum etdi və beləliklə, milyonlarla adam qanuni mövcudluq hüququnu itirmiş oldu. Ciddi fakt qarşısında qalan dünya birliyi yaranmış növbəti çətinlikdən çıxış yolları arayarkən "Beynəlxalq Qırmızı Xaç Komitəsi Millətlər Liqası Şurasına rus qaçqınları üzrə komissar təyin etməyi məsləhət gördü. Bu ağıllı təklifi nəzərə alan Şura məşhur qütb tədqiqatçısı Fritof Nanseni qaçqınlar üzrə komissar təyin etdi". Lakin, təəssüflər olsun ki, mənbəşünaslıqda Azərbaycan mühacirlərinin ümumi sayı barədə dəqiq məlumata təsadüf etmirik. Buna baxmayaraq bir sıra faktların və söylənilən mülahizələrin yekunu kimi belə qənaətə gəlmək olar ki, 1920-ci ildən sonra ΙΙ Dünya müharibəsi başlayana qədər ölkəni zaman-zaman tərk edənlərin sayı orta hesabla 50 mindən az deyildi. Download 0.67 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling