Axc mühacirlərinin fəaliyyətləri
Mühacirət təşkilatlarına dəstək
Download 0.67 Mb. Pdf ko'rish
|
Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin fəaliyyətləri — Vikipediya
Mühacirət təşkilatlarına dəstək
10 iyun qərarı barədə mühacirlər Fransa Nazirlər Sovetinin sədri Brianı məlumatlandırdı. Brian isə öz növbəsində azad olunmuş bölgələr üzrə nazir Lüşerə üç Qafqaz respublikasının nümayəndələri ilə danışıqlar səlahiyyəti və göstərişi verdi. Şimali Qafqaz Respublikasının təmsilçiləri də dəvət olunan 7 noyabr görüşündə Lüşerin dörd Respublika nümayəndələrinin Fransadan konkret hansı kömək gözləməsi sualına cavab olaraq mühacirlər, ilk növbədə maddi yardımın vacibliyini vurğuladılar. Aparılan danışıqların nəticəsi olaraq Fransa hökuməti 1922-ci ilin əvvəllərində Qafqaz respublikalarının səlahiyyətli təmsilçilərinə maddi yardım göstərdi. Azərbaycan SSR-in Türkiyədəki fövqəladə səlahiyyətli nümayəndəsi İbrahim Əbilov 1 mart 1922-ci ildə Azərbaycan Xarici İşlər Komissarlığına verdiyi məlumatda bildirirdi: Aldığım məlumata görə, bizim əksinqilabçıların Paris təşkilatı Fransa hökumətindən fəaliyyətini gücləndirmək üçün üç milyon yarım frank məbləğində pul almışlar. Türkiyə və İrandakı mühacirlərə, AXC-nin təhsil almağa göndərdiyi 78 tələbəyə, (onların da əksəriyyəti vətənə qayıtmamışdı), sonralar isə yaranan təşkilatlara və mətbuat orqanlarına Fransadan maliyyə dəstəyi alan Paris heyətinin maddi yardım göstərməsi barədə mühacirət ədəbiyyatında da məlumat az deyil. Lakin yuxarıda göstərilən məbləğin qəsdən şişirdilməsi şübhə doğurmur. Çünki aradan bir il keçdikdən sonra Sovet agentura şəbəkəsinin özü də Azərbaycan mühacirlərinin maddi cəhətdən çox çətinlik çəkdiyini təsdiq edirdi. Qafqaz Respublikaları öz aralarında ortaq fəaliyyət birliyi ilə bağlı ilkin razılığa gəldikdən sonra, ağ Rusiyanın təmsilçiləri ilə də bu istiqamətdə danışıqlar aparmağa təşəbbüs göstərdilər. Fransa hökuməti də Qafqaz və Rusiya mühacirlərinin vahid antibolşevik cəbhədə birləşməsinin tərəfdarı idi və buna çalışırdı. 1921-ci il, 7 iyulda Parisin Məhkəmə Palatasının iclas zalında Qafqaz Respublikaları və Rusiya təmsilçilərinin ilk yığıncağı keçirildi. Yığıncaqda Azərbaycanı Ə.M.Topçubaşov, Gürcüctanı Yevgeni Qeqeçkori (sabiq Xarici İşlər naziri) və Sabaxtaraşvili, Ermənistanı Avetis Aharonyan, Rusiyanı Maklakov (Kerenski hökumətində Fransa səfiri) və Mandelştam (sabiq Türkiyə səfiri), Fransa tərəfini sabiq ali komissar Şevalye və Sarbon Universiteti hüquq fakültəsinin rektoru, Prof. Verno təmsil edirdi. Download 0.67 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling