Axc mühacirlərinin fəaliyyətləri
partiyası olmuşdu. Partiyanın gizli
Download 0.67 Mb. Pdf ko'rish
|
Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin fəaliyyətləri — Vikipediya
- Bu sahifa navigatsiya:
- Siyasi təşkilatlanma üçün göstərilən səylər
partiyası olmuşdu. Partiyanın gizli fəaliyyətə keçməsi barədə qərar 27 aprel gecəsi qəbul edildi. M.Ə.Rəsulzadənin tövsiyəsi ilə gizli Müsavatın rəhbərliyinə M.B.Məmmədzadə gətirilmiş, Ə.V.Nəmmədzadə (Yurdsevər) onun müavini (Bakı komitəsinin təşkili ona həvalə olunmuşdur), M. Sadıq Quluzadə siyasi işlər komissiyasının sədri (Azərbaycan qəzalarında partiyanın gizli təşkilatlarını qurmaq ona həvalə olunmuşdur), Məmməd Həsən Baharlı maliyyə komissiyasının sədri, Cəfər Cabbarlı isə gizli MK-nın Baş katibi təyin olunmuşlar. Müsavatın Azərbaycanda gizli fəaliyyət dövrünü xarakterinə görə dörd mərhələyə bölmək olar: Birinci – 1920–1923-cü illər, ikinci – 1923–1927- ci illər, üçüncü – 1927–1931-ci illər, dördüncü – 1931-ci ildən ΙΙ Dünya müharibəsinə qədərki mərhələ. Sovet hakimiyyəti 1923-cü il kütləvi həbslərində də Müsavatın gizli fəakiyyətinin üstünü aça bilmədi. Hərbi təşkilatlar və özəklər ancaq 1926-cı ildəki kütləvi həbslər zamanı aşkarlanıb ləğv edildi. Çevrilişin səhəri günü başlanan terror və həbslər Azərbaycan Demokratik Mühacirətin təşkilatlanması Respublikasının liderlərini, görkəmli dövlət, siyasət adamlarını ölkəni tərk etmək məcburiyyəti qarşısında qoydu. Fətəli xan Xoyski, Mustafa Vəkilli, Şəfi bəy Rüstəmbəyli, qonşu Gürcüstana keçə bildilər. [2] Siyasi təşkilatlanma üçün göstərilən səylər Aprelin ortalarından Azərbaycan Parlamentinin sabiq sədr müavini Həsən bəy Ağayevin rəhbərliyi ilə Tiflisə Zaqafqaziya Respublikalarının Konfransına göndərilən nümayəndə heyəti də aprel çevrilişdən sonra vətənə dönmədi. İlk dəfə qonşu Gürcüstanda fəaliyyətə başlayan mühacirlər, bolşeviklərin xalqın iradəsi və tarixin hökmü ilə qurulmuş Azərbaycan Demokratik Respublikasını hərbi yolla devirməsini dünya ictimaiyyətinə çatdırmaq üçün kəskin etiraz bəyannaməsi ilə çıxış etdilər. Baş vermiş hadisəyə Azərbaycandan xaricdə ilk dəfə rəsmi münasibəti ifadə edən bu sənəddə daha sonra, XΙ Ordu hissələrinin respublika ərazisində törətdiyi vəhşiliklərdən, baş alıb gedən soyğunçuluqlardan, talantlardan, qanlı toqquşmalardan bəhs olunur, "Rus qızıl ordusunun tezliklə ölkə hüdudlarından çıxarılması tələbi ilə" dünya dövlətlərinin Sovet hökumətinə təzyiq göstərməsi xahiş edilirdi. Bu etiraz bəyannaməsi imzalanıb yayıldıqdan heç bir ay keçməmiş iyunun 19-da Fətəli Xan Xoyski və Həsən bəy Ağayev Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirildi. Mayın sonlarından Bakıda gizli yaşayan M.Ə.Rəsulzadə də get-gedə şəhərdə qalmağın təhlükəli olduğunu görüb, dostu A.Kazımzadə ilə Tiflisə yola düşmək qərarına gəlir. Yolların narahat olduğunu nəzərə alıb bir müddət Lahıc kəndində gizlənən M.Ə.Rəsulzadə və A.Kazımzadə burada da çox qala bilmədilər. Gürcüstana keçmək üçün növbəti dəfə yola çıxsalar da, "Avqustun 17- də hər ikisi Şamaxının Qaraməryəm kəndi yaxınlığında həbs edilib Bakıya gətirildi". 1920-ci il noyabrın 1-də Bakıya gələn Stalin, Xüsusi Şöbə rəisi Pankratova "M.Ə.Rəsulzadə ilə A.Kazımzadəni azad hesab etmək və sərəncama qatara göndərmək" göstərişi verdi və noyabrın 16-da ikisini də özünün getdiyi qatarda Moskvaya apardı. 1919-cü ildə Azərbaycan Parlamenti tərəfindən Ə.M.Topçubaşovun rəhbərliyi ilə Paris sülh konfransına göndərilmiş nümayəndə heyətinin əksər üzvləri (Mir Yaqub Mehdiyev, Ceyhun bəy Hacıbəyli, Məmməd Məhərrəmov, Əkbər ağa Şeyxülislamov, Abbas bəy Ataməlibəyov) də 27 apreldən sonra Avropada qalaraq, çox faydalı işlər görürdü. 1920-ci il sentyabrın 8-də Parisdə məhkum Azərbaycan Cümhuriyyəti heyəti tərəfindən Millətlər Cəmiyyəti rəisliyinə aşağıdakı bəyanatla müraciət olundu: [3] "Azərbaycan milləti… Cenevrədə birləşmiş olan millətlər təmsilçilərinə müraciət edərək Azərbaycan xalqının məruz qaldığı ələm və nəqabilə (müsibətə) nəzəri diqqətinizi cəlb etmək istəyir. …1920-ci ilin aprelində rus bolşevikləri Azərbaycanı istila etdi və qeyri-bərabər hərbdən sonra qızıl ordu məmləkəti əsgəri işğalı altına aldı. O vaxtdan bəri Azərbaycanda üsyanlar davam edir. …Millətlər Cəmiyyəti Ali Məclisinin Azərbaycan millətinə və onun haqlı tələbatına mənəvi himayə göstərəcəyinə ümid edirik". Noyabr ayında isə Ə.M.Topçubaşov özü Millətlər Cəmiyyətinin Cenevrədəki toplantısında iştirak edib Azərbaycanın istilası məsələsini yenə dünya birliyinin nəzərinə çatdırdı: Bundan sonra...arkadaşları ilə bərabər 1922-də Lozanna və Genuya, 1923-də London Konfranslarına gedərək Azərbaycanın milli mənafelərini müdafiədə bulunmuş, bu sayədə, məsələ, Genuya konfransında bolşeviklərin Azərbaycan namına söz söyləməyə səlahiyyətdar olmadıqlarına qərar vermişdir. Əlimərdan bəy Topçubaşov Azərbaycan nümayəndə heyəti faktiki itirilmiş müstəqilliyin hüquqi mühafizəsi sahəsində beynəlxalq ələmdə gərgin iş aparır, öz fəaliyyətlərini digər Qafqaz respublikalarının təmsilçilərinin fəaliyyətləri ilə əlaqələndirməyə çalışırdılar. Elə bu məqsədlə 1921-ci ilin mayın 8-də Azərbaycan nümayəndə heyəti, AXC-nin Parisdəki nümayəndəliyində yığışaraq Qafqaz respublikalarının müstəqilliyi yolunda birgə fəaliyyətin zəruriliyini nəzərə alıb Qafqaz Konfederasiyasının yaradılması məsələsini müzakirə etdilər. 1921-ci il iyunun10-da isə artıq üç Qafqaz Respublikasının səlahiyyətli təmsilçiləri ilk yığıncaqlarını keçirib (Ə.M.Topçubaşovun sədrliyi ilə) "öz aralarında siyasi, iqtisadi ittifaq yaratmaq qərarına gəldilər". Lakin, AXC-nin 1920-ci il aprelin əvvəlində Türkiyəyə səfir təyin etdiyi Xəlil Xasməmmədovun 1 noyabr 1921-ci ildə İstanbulda verdiyi bəyanatda deyildiyi kimi "Konfederasiya ilə bağlı Parisdə imzalanan sənəd müqavilə deyil, proklamasiya (bəyannamə) idi". Download 0.67 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling