Axc mühacirlərinin fəaliyyətləri
Download 0.67 Mb. Pdf ko'rish
|
Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin fəaliyyətləri — Vikipediya
Azərbaycan legionlarının
formalaşdırılması 1941-ci ildə alman-sovet müharibəsinin başlaması, Azərbaycan mühacirətinin fəaliyyət istiqamətlərini dəyişmə zəruriyyəti ilə üzləşdirdi. Mühacirlərin müharibə dövründəki fəaliyyətini üç qismə ayırmaq olar: Əsir düşmüş azərbaycanlıların xilas edilməsi, ayrıca döyüş legionlarının təşkili. Almaniyanın Azərbaycanın müstəqilliyini tanıması istiqamətində aparılan iş. Müharibə bitdikdən sonra hərbi əsirlərə və əsgi legionçulara yardım göstərmək. Müharibənin elə ilk aylarından sovetlər tərəfindən almanlara xeyli adam əsir düşmüşdü. Alman tədqiqatçısı P.Mühlen yazır: "1 noyabr 1941-ə qədər Alman kamplarında (əsir düşərgələrində-X. İ.) iki milyondan artıq sabiq Qızıl Ordu mənsubu toplanmışdı. Hətta Rozenberq onlarının sayının 3,6 milyon olduğunu göstərirdi. Həmin əsirlərdən və ya könüllü almanlar tərəfə keçənlərdən nə qədərinin azərbaycanlı olması barədə isə Ə.Fətəlibətli-Düdəninski (Azərbaycan legionlarının təşkilatçılarından və rəhbərindən biri) aşağıdakı məlumatı verir: "Almaniya tərəfə keçən azəri türklərinin sayı 150 min, bütün türklərin və başqa qafqazlıların sayi isə milyona çatırdı". 1941-ci ilin avqustundan etibarən Sovet əsirlərini milliyyətlərinə görə ayrılıb düşərgələrdə yerləşdirmək işinə başlanmışdı. Artıq dekabrda Rozenberqin özü də milli legionların formalaşdırılması haqqında qəti qərara gəlmiş və Hitlerə bununla bağlı rəsmi müraciət və bir plan təqdim etmişdi. "Plan Hitlerin onayına razılığına nail olmuş və 22 Dekabr 1941- ci ildə OKW rəsmən birər türkistanlı, erməni, gürcü və Müsülman Qafqasiyalı legionun təşkili əmrini vermişdi. Bu sonuncusu sonra Azərbaycanlı və Quzey Qafqasiyalı legionu olmaq üzrə ikiyə ayrılmış və 1942-ci ilin son baharında Volqa tatarlarının da legionu təşkil olunmuşdur". Azərbaycan mühacirlərindən əski legionçu Süleyman Təkinər yazırdı: Rus məhkumu millətlərin almanlar səfindəki bu mücadiləsinə millətlərarası bir mahiyyət verərək dünya əfkakı diqqət nəzərinin də bu işə təvəccühünü sağlamaq zərurəti vardı. İlk legionlar işğal altında olan Polşada yaradıldı. Onlar qismən alman silahları, qismən də döyüşlərdə ələ keçən hərbi qənimətlərlə təchiz olunurdular. Hər bir legiona rəhbərlik edən hərbi heyətin təxminən 20–25%-ni alman zabitləri təşkil edirdi. Əski legionçulardan Məhəmməd Kəngərli və Kərrar Ələsgərlinin bildirdiyinə görə "Boz qurd", "Cavad xan", "Aslan", "Berqman" (Dağlı) və b. taburlarda qruplaşdırılan Azərbaycan legionçularının ümumi sayı 70 mindən çox idi. Hər bir milli legion almanlar tərəfindən maliyyələşdirilən qəzet çıxarırdı. Azərbaycan legionçuları Məcid Musazadənin(Qarsalani) redaktorluq etdiyi "Azərbaycan" və o qədər də geniş yayılmayan "Hücum" qəzetlərini və "Milli Birlik" dərgisini (Cəlil İskəndər) yayımlayırdı. 1944–45-ci illərə qədər dərc olunan bu mətbuat orqanlarında əsasən legionçuları "bolşeviklərə qarşı mübarizəyə" ruhlandıran məqalələr, Ə.Cavad, M.Müşfiq, A.İldırım kimi şairlərin şerləri və b. yazılar dərc edilirdi. Ə.Fətəlibəyli-Düdənginski general L.Biçeraxova açıq məktubunda yazırdı: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling