Axc mühacirlərinin fəaliyyətləri
Download 0.67 Mb. Pdf ko'rish
|
Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin fəaliyyətləri — Vikipediya
Stalin Hitlerlə Polşanı bölən, Baltik
ölkələrinin müstəqilliyini əlindən alan, Finlandiyanı darmadağın edən vaxt biz nəfəsimizi içimizə çəkib İngiltərə, Fransa, Skandinaviya və b. Avropa ölkələri tərəfindən SSRİ-yə qarşı müharibə başlanacağını gözləyirdik. Biz o vaxt həm Stalinə, həm də Hitlerə qarşı onlarla təbii müttəfiq ola bilərdik. Lakin... məsələ başqa cür oldu. Qərb ölkələrinin vətənpərvərlik borcu onları SSRİ bizi isə Almaniya ilə bağladı. Bizim xatirimizə Qərb dövlətləri Kremllə ittifaqdan imtina etmədikləri kimi, biz də onların xatirinə atalarımızın ənənələrini tapdalayıb xalqımızı kölə halına salmış Böyük Rusiya və Sovet İttifaqı uğrunda vuruşa bilməzdik. 1942-ci ilin əvvəllərindən formalaşmağa başlayan Azərbaycan legionları döyüşlərdə bir sıra ciddi uğurlar qazanmış, alaylardan bəziləri Kubana, Şimali Qafqaza qədər gedib çıxa bilmişdi. Legionçuların çoxu bu döyüşlərdə göstərdikləri rəşadətə görə orden və medallarla, əsasən azərbaycanlılardan ibarət olan 804-cü alayın komandiri Qloger isə Qızıl Alman Xaçı ilə təltif edilmişdi. Milli müstəqilliklərin tanınması üçün alman rəsmi dairələri ilk növbədə 1918–1920-ci illərdə mühacirət etməyə məcbur olan milli cümhuriyyət liderlərinin yaratdığı təmsilçi təşkilatlarla danışıqlar aparmalı idi. Lakin 1941-ci ildə formalaşan Şərq Bakanlığının rəhbəri Rozenberq belə danışıqlardan yayınır, eyni zamanda Milli təmsilçilərlə əlaqəyə az-çox meyli olan Xarici İşlər Nazirlyinin SSRİ-ilə bağlı məsələlərdə səlahiyyətlərini məhdudlaşdırmağa çalışırdı. Xarici İşlər Nazirliyi də öz növbəsində Şərq mütəxəssisi və əski Moskva səfiri Şulenburq vasitəsilə fəal iş aparırdı. SSRI daxili milli məsələlərə yaxından bələd olan Şulenburq sürgündə və mühacirətdəki siyasətçilərin köməyi ilə Şərq siyasətinə təsir etməyin mümkünlüyü qənaətinə idi. Bu məqsədlə o sonralar qurulacaq milli hökumətin özəyini təşkil edəcək mühacir komitələrinin yaradılmasına və yaxud mövcud olan komitələrlə əlaqəyə girməyə çalışırdı. 1942-ci ilin aprelində Şulenburq Fransa, İtaliya, Türkiyə, İsveçrə və Balkanlarda məskunlaşan tanınmış mühacirlərə Berlində görüşmək üçün dəvətnamə göndərdi. [4] . May ayında dəvət edilənlərin əksəriyyəti gəlib Berlinin məşhur "Adlon" otelində yerləşdi. Elə bu səbəbdən mühacirlərlə Şulenburqun tarixi Berlin görüşü "Adloniada" adlandırıldı. [5] “Azərbaycan” dərgisinin 9-cu sayı, Ankara, 1954 Gələn mühacirlər arasında “bir neçə çox məşhur kişi var idi: “Qafqaz”ın Quzey Qafqasiyalı iki naşiri Heydər Bammat və Əli xan Qandəmir, “Prometey”çilərdən azərbaycanlı Rəsulzadə və sabiq bakanlardan Quzey Qafqasiyalı Səid Şamil (avar); gürcülərdən milli-demokratların lideri Spiridon Kedia, “Tetri Georgi” (Ağ Georqi) hərəkatının qurucularından Leo Kereselidze, aristokratlardan Prins Datxo Vaçnadze, Prins İrakli Baqration, “Qafqaz” qrupunun üzvü Zurab Avalişvili və b. "Adlon"a yığışan milli təmsilçilər Berlində qalmağa və Alman rəsmi dairələri ilə danışıqların davam etdirilməsinə lüzum görmədi. Lakin M.Ə.Rəsulzadə Almaniyada yaşayan və dövlət nümayəndələri ilə yaxşı əlaqələri olan Hilal Münşinin təkidi ilə hələ ki, Berlini tərk etmirdi. Eyni zamanda "Fon Mende də Rəsulzadəni güclüklə Berlində qalmağa ikna edə razı sala bilmişdi. Download 0.67 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling