AZƏrbaycan döVLƏt neft və SƏnaye universiteti
Download 0.59 Mb.
|
KURS İŞİ - KƏNAN-1
MÜNDƏRİCAT
GİRİŞ Müxtəlif texniki məsələlərinin həllində, məsələn, elektrik və qeyri-elektrik kəmiyyətlərinin ölçülməsində , radiosiqnalların ötürülməsində və qəbulunda , texnoloji proseslərin nəzarətində və avtomatlaşdırılmasında elektrik siqnallarının gücləndirməsi zərurət yaranır.Bu funksiyaları gərginliyi , cərəyanı və gücü gücləndirən qurğular yerinə yetirirlər.Müasir gücləndirici qurğuların əsasını bipolyar və sahə təsirli tranzistorlar və interqral mikrosxemlər təşkil edirlər .İnteqral mikrosxemlərdə yığılmış qurğular yüksək həssaslığa, iş sürətinə , etibarlılığa, səmərəliliyə, kiçik ölçülərə və kütləyə malik olurlar və çox kiçik elektrik siqnallarını gücləndirə bilirlər. Gücləndirici dedikdə elektrik siqnalının səviyyəsini artıran qurğu nəzərdə tutulur . Bunun üçün gücləndiricinin girişinə siqnal mənbəyi, çıxışına isə yük qoşulur, Güclənmə əlavə enerji hesabına baş verir . İş rejiminə görə gücləndiricilər iki sinfə- xətti və qeyri-xətti rejimli gücləndiricilərə bılünürlər. Xətti rejimli gücləndiricilərdə çıxış siqnalı formaca giriş siqnalına yaxın, təhrifləri isə minimal olmalıdır.Bu gücləndirici tərəfindən giriş siqnalını zamana görə təşkil edən gərginliyin ani qiymətlərinin çıxışa mütənasib ötürülməsi hesabına əldə edilir . Qeyri-xətti rejimli gücləndiricilər giriş siqnallarının ani qiymətlərini çıxışa mütənasib ötürə bilmirlər . Burada giriş siqnalı müəyyən bir qiymətə çatandan sonra onun sonrakı artmasına baxmayaraq ,çıxışdakı siqnalın qiyməti dəyişmir .Belə gücləndiricilər girişə verilən sinusoidal siqnalı impuls siqnalına çevirmək və impuls siqnallarını gücləndirmək üçün istifadə olunur. Bu bölmədə əsasən xətti rejimdə işləyən gücləndirici qurğular öyrənilir .
Download 0.59 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling