AZƏrbaycan döVLƏt neft və SƏnaye universiteti
Download 0.59 Mb.
|
KURS İŞİ - KƏNAN-1
NƏZƏRİ HİSSƏ
Qeyd edildiyi kimi, tezlik və qeyri-xətti təhriflərin icazə verilən və faydalı iş əmsalının yüksək qiymətlərində işlədiciyə maksimal mümkün ola bilən güc ötürən çıxış kaskadlara güc gücləndiriciləri deyilir . Bu gücləndiricilərdə qeyri-xətti təhriflənən səviyyəsi və f.i.ə durğunluq nöktəsinin vəziyyətindən asılıdır , buna görə kaskadın sabit cərəyana görə iş rejiminə ciddi riayət etmək lazımdır. Qeyri-xətti təhriflərin minimal qiymətinin A rejimində , maksimal mümkün olan f.i.ə isə B və ya AB rejimlərində əldə etmək olar . Gücləndiricinin yükə verdiyi gücün maksimal səviyyəsi gücləndiricinin çıxış müqavimətinin və yük müqavimətinin bərabər olduğu halda alınır .Bu müqavimətlər fərqləndikdə uzlaşdırıcı transformatorlardan istifadə olunur . Çıxış kaskadları birtaktlı və ikitaktlı sxem üzrə qurulur.Birtaktlı güc gücləndiriciləri adətən A rejimində 4-5 Vt-dan artıq güc sərf etməyən yüklərdə işləyirlər . Belə sxemdə (şəkil 1.1, a) çıxış dövrəsinin cərəyanı ilkin gücləndirici kaskada nisbətən daha böyük olduğundan Re rezistorundakı itkilərin azaldılması üçün onun qiymətini onlarla Om həddində götürürlər. Re kiçik olduğuna görə şuntlayıcı kondensatordan istifadə olunması çətinləşir, çünki onun tutumu böyük olmalıdır. Bu səbəbdən əksər hallarda sxemə Re müqaviməti ya heç qoşulmur ya da kondensatorsuz qoşulur və yaranan mənfi əks-əlaqə qeyri-xətti təhrifləri azaltmaq, tezlik xarakteristikasını təshih etmək və s. Üçün istifadə edilir. Kaskadın dəyişən və sabit cərəyana görə hesablanması ilkin verilənlər Py çıxış gücü və Ry müqaviməti əsasında aparılır. Çıxış dövrəsinin sabit cərəyana müqaviməti transformatorun 1 tərəfinin nisbətən kiçik aktiv müqaviməti ilə müəyyən edildiyindən kaskadın sabit cərəyana görə yük xətti Ek nöqtəsindən demək olarki, şaquli istiqamətdə çəkilir. (şəkil 1.1, b) Şək 1.1. Birtaklı güc gücləndiricisinin sxemi (a) və A rejiminə uyğun qrafiki (b) Şəkil 1.1, a-da iki tranzistorda qurulmuş transformator əlaqəli ikitaktlı güc gücləndiricisi göstərilmişdir.Transformasiya əmsalları n1=wgir/w1-1 =wgir/w1-2 və n2=w2-1/wy=w2-2/wy olan iki transformatorun köməyilə giriş siqnalı və yük gücləndiricinin girişinə və çıxışına qoşulur. Tr1 transformatoru giriş siqnalınınhər iki tranzistorun bazasına verilməsini təmin edir .Çoxkaskadlı gücləndirici sxemlərində wgir dolağı birtaktlı sxemlə yığılan sonuncudan əvvəlki kaskadın kolleltor dövrəsinə qoşulur. Sxemdə AB rejimi R1 və R2 vasitəsilə təmin edilir.B rejimində sürüşmə verilmir, R1 sxemə qoşulmur , R2 isə tranzistorun giriş dövrələrinin işini cərəyan mənbəyi rejiminə yaxınlaşdırmaq üçün istifadə olunur. Şək 1.1b İkitaktlı güc gücləndiricisinin sxemi (a) və B rejiminə uyğun qrafiki (b) B rejimində girişdə siqnal olmayanda hər iki tranzistorun baza gərginliyi emitterə nisbətən sıfra bərabər olur.Kollektor keçidlərinin Jko cərəyanları nəzərə alınmasa gücləndiricidəki cərəyanın və yuxarıdakı gərginliyin sıfra bərabər olduğunu qəbul etmək olar.Göründüyü kimi kollektorlara emitterə nisbətən Ek gərginliyi tətbiq edilir. Müxtəlif növ keçiricilikli tranzistorlar əsasında həyata keçirilmiş belə gücləndirici kaskadlar daha geniş tətbiq sahəsi tapmışdır (şəkil 1.2). VT 1 tranzistoruna giriş gərginliyinin müsbət yarımdalğasını verdikdə, o açılır, VT 2 tranzistoru isə bağlanır. Bu vaxt yük dövrəsinə cərəyan Ek1 – in müsbət qütbü, VT 1 tranzistorunun kollektor – emitter, Ry, ümumi məftil, Ek1 – in minusu dövrəsi boyunca axır. VT 1 tranzistoruna giriş gərginliyinin mənfi yarımdalğası daxil olduqda isə,o bağlanır, əksinə VT 2 tranzistoru açılır. Onun vasitəsilə yük dövrəsinə cərəyan Ek2 – nin plyusundan Ry, VT 2 –nin emitter – kollektor, Ek2 – nin minusu boyunca axır. Bunun nəticəsində yükdə cərəyan və gücün amplitudu ikiqat artır, yükdəki cərəyanlar çıxılır. Belə gücləndiricilərin üstün cəhətləri: böyük çıxış gücünə malikdir, QM – nin döyünmələrindən asılı deyil, qeyri – xətti təhrifi kiçikdir. Bundan başqa bu gücləndiricilər o birilərdən fərqli olaraq transformatorlu kaskadların çatışmamazlıqlarından azaddır. Verilmiş sxemlərin çatışmayan cəhətləri: yük dövrəsindəki qısaqapanmalar və əlavə yüklənmə nəticəsində tranzistorların tez sıradan çıxması. Şək. 1.2. İkitaklı transformatorsuz güc HESABAT Bipolyar enerji təchizatı (bir ayırıcı kondensator) olan tamamlayıcı cüt bipolyar tranzistorlarda iki vuruşlu transformersiz güc gücləndiricisinin tipik bir sxemi belə görünür: İlkin məlumatlar : Çıxış gücü , gücləndirici Pçıx ,Vt 3. Gücləndiricinin sərhəd tezlikləri: aşağı fn və üst fv Hz. 2. Yük müqaviməti, Rn, Om 4. Aşağı ətraf mühit temperaturunda tezliklərin əmsalları. Mn və yüksək Mv tezliklərdə,Db Ətraf mühitin temperaturu.t Şək.2.1. İki taklı güc gücləndiricisinin sxemi Download 0.59 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling