Azərbaycan hərb tarixinin və Səməd Vurğun ömrünün araşdırıcısıdır
Download 5.01 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Ermənidir yer üzünün Əhriməni, İnsanlığın düşmənidir, düşməni.
- Mahmud Mahmudov. MÜƏLLİFDƏN
- KİTABIN İÇİNDƏKİLƏR
QÜRUR VƏ QÜSSƏ Unvanı, dah doğrusu, ad və familiyanı dəyişməklə unudulmaz yazıçımız Əbdürrəmbəy Haqverdiyevin məşhur xitabı ilə müraciət etmək istəyirəm: - Şəmistan Nəzirlini tanıyırsınızmı? Yəqin ki, çoxlarınız bu suala müsbət cavab verəcəksiniz. Səbəbi sadədir: axı televiziya və radioda, müxtəlif mətbuat orqanlarında vaxtaşırı çıxış edir, iyirmiyə yaxın kitabı nəşr olunub. Həyat və fəaliyyəti, uğurlu tədqiqatların, tapıntıların xalqımızın qəhrəmanlıqla dolu keçmişinin obyektiv və əhatəli öyrənilməsi sahəsindəki rolu barəsində ehtiyac hiss edildiyi qədər olmasa da, hər halda, az yazılmayıb. Məqalə müəllifiəri Şəmistanın zəhmətsevərliyini, faktik materiallara dəqiq və son dərəcə məsuliyyətli münasibətini, xüsusən keçmişdən yazan gənc jurnalistlərə nümunə, örnək sayıblar. Bəzən isə arxivlərin toz-torpağını uda-uda qızıldan qiymətli məlumatları üzə çıxarmasını ön xəttdə-döyüş səngərindəki əsgərin şücaəti, cəsurluğu ilə müqayisə ediblər. Həm də belə epitetlər heç də zahiri səciyyə daşımır. Əksinə, bu, görülən işlərin əhəmiyyətindən, sambal və siqlətindən irəli gəlir. Hər dəfə belə “döyüş-səngər əməliyyatından” sonra müəllif oxucularla görüşə üzü ağ, əli dolu gəlib. Həmin xüsusiyyət hələlik son əlaqəyə, ünsiyyətə də aiddir. Həm də bu iş, şübhəsiz ki, asan başa gəlməyib. Odur ki, kitabla birnəfəsə tanış olub, ibrətamiz faktlardan nə qədər qürur və qayğılansaq, qüssələnsək də, əsərin hasilə gəlməsinə sərf olunan yuxusuz, narahat gecə və gündüzləri, heyrətamiz bir inadkarlıqla “xərclənmiş” üzüntülü ayları, illəri də gərək unutmayaq. Şəmistan Nəzirlinin xidməti yalnız qiymətli fakt və hadisələri çox zaman ilkin araşdırmasında, ortaya, hasilə gətirməsində deyil, həm də bu hadisələrə həssas və uzaqgörən yazıçı müdaxiləsində, səciyyəvi, tarix, cəmiyyət, xalq üçün əhəmiyyətli mətləblərin bədii, obrazlı şəkildə şərhində, orijinal, cəlbedici süjet quruluşunda, maraqlı təhkiyə tərzində, lakonik, ruhuna atalar sözü, xalq yaradıcılığının digər nümunələri hopdurulmuş canlı dialoqlarda, təsvirlərdədir. Bir sözlə, onun digər kitablarında olduğu kimi, son əsərində də faktik materialların yeniliyi və əhəmiyyəti, dilin bədii təsvir və ifadə vasitələri, yeri gəldikcə, təbiət təsvirləri, insanın qəlb aləminin gizli və məhrəmanə duyğuların inikası ilə bir vəhdət, harmoniya təşkil edir. Bu isə, öz növbəsində, məqsəd və ideyanın qabarıq şərhinə, estetik təsir gücünün daha da qüvvətlənməsinə səbəb olur. Bu baxımdan yalnız Azərbaycanda deyil, ümumən Zaqafqaziyada yeganə topoqraf general olmuş İbrahim ağa Vəkilovun mürəkkəb və kəşməkeşli həyatından söz açan material xüsusi maraq doğurur. Müəllif onu müqəddəs bir insan, yurduna, xalqına qırılmaz tellərlə bağlı olan vətənpərvər kimi səciyyələndirib, daxili aləmini açmaq üçün ciddi səy göstərib və buna müvəffəq olub. İbrahim ağa Vəkilovun, xüsusən, Gəncə qubernatoru olarkən azərbaycanlıları ermənilərin qırğın və qətllərindən qorumaq üçün gördüyü tədbirlər hafizəmizdə həkk olunur. Onun həmin məsələ ilə əlaqədar daxili işlər nazirinə yazdığı məktub çox təsirlidir. Əsərdən bir parçanı məhz aktuallıq və əhəmiyyətinə görə misal gətiririk. İbrahim ağa yazır: “... Əhali dinc həyat həsrətindədir... Sülh həsrətində olan əhalidən mən müsəlmanları, rusları və alman koloniyalarını nəzərdə tuturam. Ermənilər bu sarıdan, görünür, tamam başqa fikirdədirlər... Onlar müsəlmanlara nifrətlə çulğalanaraq qandan tamam məst olmuşlar, müsəlman kəndlərinin talan edilməsi, sakinlərin qırılması, qadınların və uşaqların zorlanması ilə ifadə olunan öz düşmənçilik hərəkətlərinə son qoymurlar. Onların vəhşiliklərinin həddi bilinmir, bunlar qarşısında zülmət orta əsr dəhşətləri kölgədə qalır. İnanmaq istəmirsən ki, 20-ci əsrdə öz mədəniyyəti haqqında bütün Avropaya car çəkən, müdafiəz dinc əhaliyə vəhşi məxluqatın bütün üsullarını tətbiq edən xalq mövcuddur. Qubemiyanın hər tərəfindən gələn gündəlik raport və məlumatlarda səslənən o dəhşətlərin təəssüratı altında bu sətirləri yazmaq ağırdır: qadınlar zorlanıb, uşaqlar tonqallarda yandınlır, dillər, qulaqlar kəsilir...” Bu murdar əməllər bizə erməni faşistlərinin son dövrlərdə törətdiyi faciələri, qədim İrəvan mahalında azərbaycanlıların doğma yurd-yuvalarından qovulub qətlə yetirlməsini, uşaqların borulara doldurulub işgəncə ilə öldürülməsini, Azərbaycan torpağındakı misilsiz fəlakətləri, Xocalı faciəsini... də yada salır. Həm də dahi fars şairi, ölməz Sədinin uzunmüdətli müşahidə, daxili inam nəticəsində hökm şəklində etdiyi bəyana, dediyi aşağıdakı misralara bəraət qazandırır: Ermənidir yer üzünün Əhriməni, İnsanlığın düşmənidir, düşməni. Eyni zamanda, bizi qəddar, qart düşmənimizlə ifrat dərəcədə həlim rəftarımız barədə düşünməyə vadar edir. Nə qədər qəribə olsa da soyqırım siyasəti həyata keçirən qəddarlar cəzadan kənarda qalmışdı, əhalinin, günahsız insanların, o cümlədən qadın, uşaq və qocaların qırılmasının qarşısını almaqdan ötrü hər cür fədakarlıq göstərmiş İbrahim ağa Vəkilov, oğlu Faris bəy uzunmüddətli sürgün, həbs və işgəncələrə düçar olmuş, general-mayor İbrahim ağa Usubov, həmçinin Həbib bəy Səlimov, Qalib bəy Vəkilov, Bahadur bəy Vəkilov həmin o qatil daşnak-bolşeviklər və ya onların nümayəndələri tərəfindən xalq düşməni adı ilə güllələnmişlər. Görünür, Səməd Vurğunun, yazdığı kimi, elə həqiqətən də “Tarix utanmazdır, gülüncdür desəm”. Biz yuxarıda qürur və qüssə ifadələrini təsadüfən yanaşı işlətmədik. Şəmistan Nəzirlinin təsvirlərində ömür yolu izlənilən tarixi şəxsiyyətlərin xalqa xidməti, qətiyyət və qəhrəmanlığı bizi nə qədər sevindirirsə qəddarlığın, tarixi ədalətsizliyin, patoloji kin və küdurətin qurbanı olmaları bir o qədər məyus edir. Müəllif belə hallara - ifşaedici real faktlara da az diqqət yetirməyib. Qəhrəmanlardan biri - İbrahim ağa Vəkilovun oğlu Faris bəy nahaq yerə ürək yanğısı ilə demir ki, “Mənim... ömrümün qarası ağından çox olub”. Bəli, müəllifin təsvirində hər iki rəng - qara da, ağ da çox aydın görünür və bizi nəticə ilə yanaşı və bəlkə də nəticədən daha, artıq səbəb barəsində düşünməyə vadar edir... ...Kitab tariximizin olsa-olsa yalnız bir səhifəsini gözlərimiz önündə canlandırır. Lakin həmin səhifə o qədər maraqlı və canlı, faktik materiallar baxımından elə zəngindir ki, oxucunu valeh edə bilər və yəqin ki, belə də olacaq. Ancaq onun müvəffəqiyyətləri barəsində müfəssəl söhbət açmaq fikrində deyiləm. Çünki ən gözəl şərh və təhlil də maraqlı əsərin mütaliəsindən alınan estetik həzz və duyğunu əvəz edə bilməz... Mahmud Mahmudov. MÜƏLLİFDƏN Rəşid Faxralı kitabı oxuyub qurtardıqdan sonra düşüncəli tərzdə: - Bir redaktor kimi məsləhət bilirəm ki, bu kitaba son fəsil yazasınz. Nə üçün bu kitabı yazdım mövzusunda. Düzü, şair-redaktor dostum sanki mənim günlərlə qəlbimdən keçəni duyub, eşitmişdi. İndi düşünürəm: bəli, doğrudan bu kitabı niyə yazmışam? Hələ totalitar Sovet rejimi dövründə illərlə qəlbimdə gəzdirdiyim şəxsiyyəti və fəaliyyəti ilə fəxr etdiyim topoqraf-general İbrahim ağa Vəkilovu 80 ildən sonra da olsa istər bir hərbçi, istərsə də bir insan kimi doğma xalqıma qaytarmaq ən ümdə arzum olub. Yetmişinci illərdə ASE buraxılanda arxivlərdən və ayrı-ayrı adamlardan topladığım fotoşəkil və sənədləri, bir də general haqqında yazdığım yığcam məqaləni ensiklopediya redaksiyasına sevinclə apardım. Təəssüf ki, otaq-otaq gəzdirilən bu məqaləm rəhbərlikdən keçmədi. Qovluğu özümə qaytarıb nümayişkarənə şəkildə dedilər ki, çar və müsavat generalı olduğuna görə verə bilmərik. Mən onda üsyan səmimi qaldırıb haray saldım ki, axı, İbrahim ağa Vəkilov topoqraf-general kimi nəinki Azərbaycanda, Zaqafqaziyada yeganə mütəxəssis olub. Dahi Lev Tolstoyla məktublaşıb, böyük yazıçının müsəlman dininə hüsni- rəğbətini, generalın 1918-20 illərdə milli orduda əvəzsiz xidmətini və sairə faktları söylədim. Məni sona qədər dinləməyə səbri çatmayan “qoca kommunist alim” - elə məhz bu faktlara görə verə bilmərik. - Daha sərt səslə: Lev Tolstoy hansı hüquqla müsəlman dinini xristianlıqdan qat-qat üstün tutur və onu misilsiz elmi din deyə tərifləyir - sualını verdi. Mən də cavabında: - Onu 1910-cu ildə vəfat etmiş dahi Tolstoydan soruşsanız yaxşıdır deyib oranı tərk etdim. Dünyanın işinə bax ki, vaxt gəldi, zaman da, quruluşda dəyişdi. Beş-on il əvvəl Sovet hökumətini ağızdolusu tərifləyib müdafiə edən həmin o “qoca kommunist alim” bu gün demokratiyadan dəm vurur, radio-televiziyada və mətbuatda yeri gəldi-gəlmədi, Sovet totalitar rejiraminin ədalətsizliyindən bol-bol danışır . “General İbrahim ağa Vəkilov” kitabında sevgili oxucuların onun hərbçi müasirləri və nüfuzlu nəslinin yetirdiyi görkəmli oğulları haqqında maraqlı faktlarla qarşılacaqlar. Kitabda unudulmuş, tamam yaddan çıxmış ölməz adamların tərcümeyi- halını, fəaliyyətini qısa da olsa vermişəm. O adamlar ki, öz dövründə tanınmış və məşhur olmuşlar. Lakin əsr və illər keçib onların kimisini quruluş, kimisini dövr, kimisin də tədqiqatsızlıq unutdurmuşdur. Bir sözlə baxtı gətirməmiş nəsillər və adamlar olub ki, onların taleyi ancaq Tiflis, Sankt-Peterburq, Moskva və Bakı arxiv sənədlərində pərakəndə halda “yaşayır”. Hələ Sovet dövründə bu şəhərlərin arxivlərində işləyəndə harda Azərbaycanlı soyadına rast gəlirdimsə qeyd dəftərçəmə köçürürdüm. Bunların arasında sözün əsil mənasında qısa, lakin əfsanəvi ömür yaşamış general-mayor Həbib bəy Səlimov, 21 yaşlı kapitan Bahadır bəy Vəkilov, polkovnik Gəray bəy Vəkilov, Bəhram bəy Nəbibəyov da var. Ayrıseçkilik olmasın, bunların sırasında 39 yaşında, 1920-ci ildə bolşevik- daşnakların güllələdiyi mərd general Həbib bəy Səlimovun taleyi məni daha çox yandırıb-yaxdı. Müxtəlif taleyi hərbçilərin ömür yolunu yazmaqda mənim bircə məqsədim və amalım olub. Vaxtilə silaha sarılıb anamız Azərbaycanın azadlığı, istiqlaliyəti uğrunda ölümə gedənlərin xatirəsini yaşatmaq və heç kəsin ürəyinə və qəlbinə fleytanın həzin səsilə hüzn gətirməmək, əksinə vətənpərvərlik ehtiraslarını qızışdırıb ulularımızdan qalan qəhrəmanlıq ənənəsilə xoşbəxt yaşamaq. Kitabdakı qəhrəmanların hər biri ömrün əzablı nəşəsini dadmış şəxsiyyətlərdir. Bəxt, tale onların əksəriyyətinin üzünə gülməyib. Çoxusu sürgündə, türmələrdə, mühacirətdə Azərbaycan, Vətən - deyə-deyə dünyasını dəyişdilər. Şübhəsiz ki, mərd babalarımızın taleyinə qismət olmuş əzabların xoş nəşəsini bu gün müstəqil yaşadığımız vətəndə biz dadırıq. Mənim sərkərdə qəhrəmarlarım böyük filosof Siseronun amalı ilə Azərbaycan uğrunda vuruşmuşlar: “Mən ya Vətənin rifahı üçün yaşamalı, yaxud da onunla birlikdə məhv olmalıyam.” 1918-1920-ci illərdə Qarabağ döyüşlərində yenilməz bir igid kimi vuruşaraq daşnak generalı Dəli Qazan süvarisi ilə birgə məhv edən polkovnik Bəhram bəy Nəbibəyov 1930-cü il aprelin 13-də totalitar Sovet rejiminə qarşı “Zaqatala-Şəki üsyanı”na məhz bu amalla rəhbərlik etdi. Azərbaycan adlı füsünkar torpaqda yaşamağa o oğlun haqqı var ki, onu mərd babalarımız kimi qorumağa layiq olsun. Hər hansı bir xalqın mənəvi varlığı onun hərbi gücündə və yetişdirdiyi sərkərdə oğullarındadır. Biz keçmişimizdən ibrət götürməsək, onu öyrənməsək bu gün və gələcəkdə yetişdirdiyimiz sərkərdələr vətənin üstünü təhlükə alanda döyüşdə qələbə çala bilməz. “Millətin süqutu o zaman başlayır ki, o, öz tarixini unudur... öz tarixini unudan millət də millət sayıla bilməz. Tarix millətin keçmişinin, indisinin, gələcəyinin dastançısıdır. Tarix millətin bütün varlığını, onun öz ömrü və davamlılığı üçün topladığı qüvvə və ehtiyatı güzgü kimi əks etdirir” (İlya Çavçavadze). “General İbrahim ağa Vəkilov” kitabı da tarixi sənədlər əsasında bu ruhda yazılıb. Məhz bu qəbil faktları, sənədləri üzə çıxarmağa, tarixi tarixləşdirməklə özümün tədqiqatçı taleyimdən gileyli deyiləm. Hələ neçə-neçə yazılası kitabın səhiflərində tapacağam yazıçı xoşbəxtliyimi... KİTABIN İÇİNDƏKİLƏR Qəribə tale Topoqraf-general İbrahim ağa Vəkilov Alim sözü Ailənin bəxt ulduzu Lev Tolstoya məktub Gecikmiş cavab Qürbətdən gələn məktub Tiflisdəki izimiz Hərbçi Vəkilovlar Polkovnik Gəray bəy Vəkilov Uzun ömür səhifələri General-mayor İbrahim ağa Usubov Yarah söhbət . Əzabkeş insanm xatirələri General mayor Həbib bəy Səlimov Danışan sənədlər Iyirminci iildə Qarabağ döyüşləri Polkovnik Bəhram bəy Nəbibəyovun igidliyi Qəhrəman alay Düşmən təslim olmayanda General Səməd bəy narahatdır Otuzuncu il Şəki üsyanı Hərb tariximizdə nələr olmuşdur Şahzadə-general Rzaqulu Mirzə Qacar General Ağası bəy Avşarov General Həsən ağa Bakıxanov General Əsəd bəy Talışxanov General-leytenant Fərəc bəy Ağayev General Tərlan bəy Əliyarbəyov Podpolkovnik Əbülfət ağa Şaxtaxtinski Podpolkovnik Xasay xan Usmiyev Port-Arturun azərbaycanlı qəhrəmanlan “Dikaya diviziya” yoxsa Türk irsini öyrədən general Alim-general İlk hərbi memuarımız General Əliağa Şıxlinskinin şe'rləri Azərbaycan Respublikasının xalq artisti Zəroş xanım Həmzəyevaya Qürur və qüssə (Mahmud Mahmudov) Müəllifdən Müəllifin icazəsi olmadan əsərdən parça və mənbəə kimi istifadə etmək qətiyyən qadağandır. Əks təqdirdə həmin şəxs üzünü köçürən plagiat kimi məhkəmə qarşısında cavab verməli olacaqdır. Şəmistan Əmiraslan oğlu Nəzirli Topoqraf-general İbrahim ağa Vəkilov Bakı - Zaman - 2002 Redaktoru: Mayor Rəşid Faxralı. Nəşriyyat redaktoru: Xaliq Rəhimli. Kompyütor tərtibatçısı: Elman Məmmədov. Üz qabığını işləyən: Mətanət Qaraxanlı. Çapa imzalanmışdır 04.04.2002. Formatı 60x84 1/16, Həcmi 20,5 ç.v. Tiraj 500. Sif № 53. , Qiyməti sərbəst. Kitab hazır plyonkalardan “Qızıl Şərq” mətbəəsində çap olunub. (Bakı, H.Aslanov, 80) Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling