Azərbaycan memarliq və İNŞaat universiteti NƏQLİyyat fakultəsi


Yol-nəqliyyat hadisələrinin avtotexniki ekspertizası


Download 0.55 Mb.
Pdf ko'rish
bet38/45
Sana30.01.2024
Hajmi0.55 Mb.
#1809070
TuriMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   45
Bog'liq
NVT və ATE- mühazirə (əsas)

Yol-nəqliyyat hadisələrinin avtotexniki ekspertizası dedikdə - avtotexnika 
63. 


elmi sahəsində xüsusi biliklərə malik olan və müvafiq ixtisas almış, ekspert müəs- 
sisələrinin əməkdaşları tərəfindən, istintaq orqanının və ya məhkəmənin qərarı 
əsasında onları maraqlandıran sualların həlli üçün aparılan tədqiqat işlərinə deyilir. 
Avtotexniki ekspertizanın normativ bazasını 2 hissəyə bölmək olar: 
-hüquqi normativ baza; 
-texniki normativ baza. 
Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizalarının keçirilməsi aşağıdakı 
hüquqi normativ sənədlərlə tənzimlənir: 
-Azərbaycan Respublikasının Konstitusiyası;
-Azərbaycan Respublikasının Cinayət-Prosessual və Mülki-Prosessual 
Məcəllələri; 
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;
- “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan 
Respublikasının Qanunu;
- Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası 
mərkəzinin Əsasnaməsi; 
-“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası 
mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında” Təlimat; 
- “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu; 
- Azərbaycan Respublikasının digər qanunvericilik aktları.
Yol-nəqliyyat hadisələri məhkəmə ekspertizasının texniki normativ bazasını 
aşağıdakı sənədlər təşkil edir: 
- Nəqliyyat vasitəsinin quruluşuna, istismar qaydalarına aid normativ sənədlər 
və texniki ədəbiyyatlar; 
- sorğu kitabları və cədvəllər;
- texniki parametrlərin və məlumatların seçilməsinə dair müxtəlif Təlimatlar;
- texniki hesabatların aparılmasına dair müxtəlif metodiki vəsaitlər və elmi 
ədəbiyyatlar.
Avtotexniki ekspertizanın tədqiqat obyektlərinə aşağıdakılar aiddir: 
64. 


-yol-nəqliyyat hadisəsinin iştirakçılarının hərəkətləri (sürücülər,piyadalar,sər- 
nişinlər və s.); 
-YNH-də iştirak edən avtomotonəqliyyat, şəhər elektrik nəqliyyatı,traktorlar və 
digəq özügedən maşınlar; 
-YNH-də iştirak etmiş avtomotonəqliyyatın aqreqatları və detalları, və onların 
üzərində olan izlər; 
-yol-nəqliyyat hadisəsinin yeri; 
-ekspertə təqdim olunmuş iş materialları və maddi sübutlar. 

Download 0.55 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   34   35   36   37   38   39   40   41   ...   45




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling