Azərbaycan memarliq və İNŞaat universiteti NƏQLİyyat fakultəsi
Download 0.55 Mb. Pdf ko'rish
|
NVT və ATE- mühazirə (əsas)
- Bu sahifa navigatsiya:
- Ə D Ə B İ Y Y A T
- Mövzu № 19-20-21. YNH-nin avtotexniki ekspertizası Mühazirənin planı
- Yol-nəqliyyat hadisəsi
- Hadisənin baş vermə mexanizminə görə
- Hadisənin nəticəsinə görə
- Hadisənin baş verdiyi əraziyə görə
Yoxlama sualları:
1.Qaçırılmağa qarşı təhlükəsizlik elementləri nə üçün nəzərdə tutulmuşdur? 2.Qaçırılmağa qarşı elementlər hansı inkişaf mərhələlərini keçmişdilər? 3.Peyk axtarış sisteminin iş prinsipi nədən ibarətdir? Ə D Ə B İ Y Y A T 1.Heydərov Ş.H., Bayramov R.P. “Nəqliyyat vasitələrinin təhlükəsizliyi və avtotexniki ekspertizası”Bakı, “Təhsil”, 2009, 336 səh. (I və II hissə) 2. Ломакин В.В., Покровский Ю.Ю., Степанов И.С., и др. Безопасность автотранспортных средств: Учебник для вузов 2011 - 115с Mövzu № 19-20-21. YNH-nin avtotexniki ekspertizası Mühazirənin planı: 1.YNH anlayışı,onların səbəbləri və təsnifatı 2. Avtotexniki ekspertiza anlayışı,onun predmeti,tədqiqat obyektləri və həll etdiyi məsələlər 3. Avtotexniki ekspertizanın hüquqi-texniki normativ bazası.Ekspertin rəyi,onun tərkib hissələri 4. NV hadisədən əvvəlki və piyadanı vurma anındakı hərəkət sürətinin onun tormoz izlərinə görə təyin edilməsi 5.NV-nin dayanma yolunun təyin edilməsi 6. Təhlükə yaranan anda NV hadisə yerindən oldüğü məsafənin təyini Yol-nəqliyyat hadisəsi - yollarda, meydanlarda, dəmiryol keçidlərində 61. nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların ölməsinə və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. Aşağıdakı hallarda baş vermiş hadisəni yol-nəqliyyat hadisəsi hesab etmək olmaz: 1. Baş vermiş hadısədə nəqliyyat vasıtəsi iştirak etməmişdir; 2. Baş vermiş hadısədə nəqliyyat vasıtəsi statik vəziyyətdə olmuşdur; 3. Nə nəqliyyat vasitəsinə, nə də yol hərəkətinin digər iştirakçılarına zərər dəyməmişdir. Buradan aşağıdakı nəticəyə gəlmək olat ki: 1.YNH-də nəqliyyat vasitəsi bilavasitə özü istirak etməlidir; 2.NV-si mütləq hərəkətdə olmalıdır; 3.Hadisə NV-nin yolla hərəkətdə olduğu zaman baş verməlidir (çöllüklərdə, tarlalarda, idman yarışlarında, obyektlərin qapalı ərazilərində olan hadisələr YNH aid edilmir); 4.Hadisə nəticəsində hərəkət iştirakçılarına, NV-rinə və ya yüklərə (gurğulara) ziyan dəyməlidir. YNH-nin ətraflı və dərin təhlili üçün onların təsnifatını aparmaq lazımdır. Yol qəzalarının təsnifatı aşağıdakı əlamətlərə görə aparılır: 1.Hadisənin baş vermə mexanizminə görə: -piyadanın vurulması; -velosipedçinin vurulması; -tərpənməz maneənin vurulması; -at arabasının vurulması; -mal-qaranın vurulması; -NV-nin toqquşması; -NV-nin aşması; -sərnişinin yıxılması; -digər hadisələr 62. 2.Hadisənin nəticəsinə görə: -ölümlə nəticələnən; -xəsərətlə nəticələnən; -yalnız maddi ziyanla nəticələnən 3.Hadisə iştirakçılarının xəsarətlərinin ağırlıq dərəcəsinə görə: -yüngül; -az ağır; -ağır 4.Hadisə iştirakçılarının sayına görə: -bir iştirakçı olan (məsələn piyadanın,mal-qaranın vurulması və ya avtomobilin aşması); -iki və daha çox iştirakçı olan (məsələn velosipedçinin vurulması və ya NV toqquşması) 5.Hadisənin baş verdiyi əraziyə görə: -avtomaqistrallarda; -respublika əhəmiyyətli yollarda; -vilayət əhəmiyyətli yollarda; -kənd yollarında YNH-nin yaranma səbəbləri rahatlıq üçün SAYM sisteminin elementləri üzrə təsnif olunurlar: 1.Sürücü və hərəkətin digər iştirakçılarının (piyada, sərnişin, avtomobil müəssi- səsinin məsul şəxsləri) hərəkətləri ilə əlaqədar səbəblər; 2.NV-si ilə əlaqədar səbəblər (onun texniki vəziyyəti, müəssisədə texniki qulluq və təmir işlərinin təşkili,reys qabağı texniki baxışın keçirilməsi və s.); 3.Yol elementi ilə əlaqədar səbəblər (yol örtüyünün keyfiyyətinin,onun və çiyinlərin eninin,yolda olan texniki nizamlama vasitələrinin vəziyyəti və iş rejimlə- ri və s.); 4.Mühitlə əlaqədar səbəblər Download 0.55 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling