Azərbaycan memarliq və İNŞaat universiteti NƏQLİyyat fakultəsi
Download 0.55 Mb. Pdf ko'rish
|
NVT və ATE- mühazirə (əsas)
Şəkil 1 Avtomobilin üfiqi olmayan yol sahəsində (yəni eninə mailliyi olan) əyrixətli 27. hərəkət trayektoriyasının əsas göstəriciləri isə 2 saylı şəkildə verilmişdir. Şəkil 2 Avtomobilin əyrixətli hərəkətdə olduğu zaman kritik (maksimal) – yana sürüşmədən hərəkət sürəti aşağıdakı kimi ifadə oluna bilər: tg tg R g V y y s 1 , m/san burada: R dönmə mərkəzindən avtomobilin arxa oxunun ortasına qədər olan məsafə, m. y sinin yol örtüyü ilə eninə ilişmə əmsalı 0,8 y u u sinin yol örtüyü ilə uzununa ilişmə əmsalı yamacın (yolun eninə) maillik bucağıdır (üfiqi yol sahəsində 0 olur). Düsturdan göründüyü kimi kritik – yana sürüşmədən hərəkət sürətinin qiyməti əsasən y R , və parametrlərinin qiymətlərindən, yəni döngənin sərtliyindən, yol örtüyünün və şinin protektorunun vəziyyətindən və yamacın mailliyindən asılıdır. Üfüqi yollarda kritik sürətin qiyməti aşağıdakı düsturla hesablanır. y s R g V , m/san 28. Avtomobil əyrixətli hərəkətdə olan zaman yana asmadan hərəkət edə bilməsi üçün kritik (maksimal) sürət aşağıdakı kimi ifadə oluna bilər: tg B h tg h B R g V am am as 5 , 0 5 , 0 , m/san burada: B avtomobilin qabarit eni, m. am h avtomobilin ağırlıq mərkəzinin yol səthindən hündürlüyü, m. Düsturdan görünür ki, kritik (maksimal) asma sürətinin qiyməti əsasən am h B R , , və parametrlərindən, yəni döngənin sərtliyindən, avtomobilin qabarit enindən, ağırlıq mərkəzinin hündürlüyündən və yamacın mailliyindən asılıdır. Üfüqi yollarda kritik (maksimal) asma sürətinin qiyməti aşağıdakı kimi ifadə olunur: am as h R g B V 2 , m/san Avtomobilin eninə dayanıqlığı onun düzxətli hərəkətində də pozula bilər. Av- tomobilin kurs dayanıqlığı onun düzxətli hərəkətində mühüm rol oynayır. O, aşağıdakı səbəblərdən pozula bilər: -yükün çəkisinin avtomobilin eni doyu düzgün paylanmaması; -yan küləyin təsiri; -təkərlərin yol səthindəki nahamarlılığa zərbəsi; -intensiv tormozlamalar; -intensiv sürətlənmələır; -sükan çarxının sərt döndərilməsi; -tormoz mexanizminin düzgün nizamlanmaması. Avtomobilin idarə olunma qabiliyyəti (İOQ) dedikdə onun sürücü tərəfindən verilmiş istiqamət üzrə hərəkət etmə qabiliyyəti başa düşülür. İOQ-nin əsas xarak- teristikalarından biri dönmə qabiliyyətidir. Bu sükan çarxının tərpənməz vəziyyə- tində avtomobilin hərəkət istiqamətini dəyişə bilmək xüsusiyyətidir. 29. Yan qüvvələrinin təsiri dönmə radiusunun dəyişməsindən asılı olaraq, dönmə qabiliyyətinin aşağıdakı növləri vardır: -dönmə qabiliyyəti azaldılmış – avtomobilin dönmə radiusunu artırır; -neytral – dönmə radiusu dəyişmir; -izafi – dönmə radiusu azalır. Avtomobiin İOQ-ti pis olduqda onun real hərəkət traektoriyası arzu olunan trayektoriya ilə üst-üstə düşmədiyindən, sürücü tərəfindən əlavə idarəedici təsirlə- rin icra olunması tələb olunur. Bu isə öz növbəsində yolda avtomobilin “vurnux- masına”, dinamiki koridorun artmasına və beləliklədə sürücünün yorulmasına sə- bəb olur. Xüsusi əlverişsiz şəraitlərdə avtomobilin İOQ-ti bu və ya dugər YNH- sinə gətirib çıxarır. Bütün avtomobil yollarının örtükləri hətta kiçik sahələrdə müəyyən nahamar- lıqlara malikdirlər. Yollarda əsasən fasiləsiz olaraq növbələşən çıxıntılar və çökün- tülər olur.Hərəkət edən avtomobilin təkərlərinin belə nahamarlıqlar üzərindən keç- məsi onun titrəyişlərinə səbəb olur və bu hərəkət səlistliyi ilə xarakterizə olunur. Yəni, hərəkət səlistliyi avtomobilin nahamar yol sahələrində resoraltə kütlələrinin böyük olmayan rəqsləri ilə müşayət olunan hərəkər etmə qabiliyyətidir. Yolun avtomobilə təsiri nahamarlıqların formasından, onların ölçüsündən və yerləşmə ardıcıllığından asılıdır. Təkərlərin yol nahamarlıqlarına zərbələri nəticəsində ona şaquli və toxunan qüvvələrdən əlavə eninə qüvvə də təsir edir. Ona görə də hər iki qabaq təkər yol- dan aralanmaqla, sürücünün də hiss etmədiyi, müəyyən bucaq altında dönə bilər. Dönmüş təkərlər yenidən yol səthinə düşdükdə avtomobil əvvəlki hərəkət istiqa- mətindən fərqli istiqamətdə hərəkət edə bilər. Sürət böyük olduqda bu, avtomobilin yoldan çıxmasına və digər ağır hadisələrə səbəb ola bilər. Download 0.55 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling