Azərbaycan Respublikası Təhsil Nazirliyi


 Sxemlərin hesabatına nümunələr


Download 5.01 Kb.
Pdf ko'rish
bet156/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   149   150   151   152   153   154   155   156   157
Bog'liq
2014-2730 (2)

2.6. Sxemlərin hesabatına nümunələr........................................................ 
308
Əlavə 3. Yarımkeçirici cihazlar əsasında qurulan elektron 
qurğularının sxemlərinə misallar........................................................... 
310
3.1. Yarımkeçirici diodlar əsasında elektron qurğularının sxemləri və 
onların işçi parametrləri............................................................................. 
310
3.2. Tranzistor əsaslı elektron qurğularının praktiki sxemləri və onların 
işçi rejimləri............................................................................................... 
314
3.3. Optoelektron cihazları və optocütlər əsasında qurğuların qoşulma 
sxemlərini təhlili və parametrlərinin hesablanması................................... 
319
3.4. İnteqral sxemlər əsasında elektron qurğuları, onların praktiki 
sxemləri və işçi parametrləri...................................................................... 
320
3.5. Tranzistor və mikrosxemlər əsasında gərginlik stabilizatorları, 
onların praktiki sxemləri və işçi parametrləri............................................ 
322
3.6. Aşağı və orta inteqrasiyalı rəqəm mikrosxemlərinin tətbiqinə 
misallar....................................................................................................... 
325
XÜLASƏ................................................................................................... 
329
Ədəbiyyat.................................................................................................. 
330


337
Arif Mir Cəlal oğlu Paşayev, f.-r.e.d., professor, AMEA-nın həqiqi üzvü, Milli 
Aviasiya Akademiyasının (MAA) rektoru. 
1957
-ci ildə Odessa Elektrotexnika Rabitə 
İnstitutunu bitirib. 
1959
-cu ildən 
AMEA
-nın 
Fizika İnstitutunda
elmi fəaliyyətə başlamış, 
həmin vaxtdan o, yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək 
üçün cihazlar, qurğular, mikrominiatür dəqiq çeviricilər işləyib yaratmışdır. 1966-cı ildə 
namizədlik, 1978-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 400-dən çox elmi 
əsərin, 20-dən artıq kitabın və monoqrafiyanın, 40-dan çox ixtiranın və patentin müəllifidir.
A.M. Paşayev Dövlət mükafatına, "SSRİ-nin ixtiraçısı" medalına, akademik Y.Məmmədəliyev adına 
medala və İngiİtərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına və "Şöhrət ordeni"nə layiq görülmüş, 
"XXI əsrin tanınmış alimi" beynəlxalq diplomu ilə təltif edilmişdir. 
1971
-ci ildən 
1996
-cı ilədək AMEA-nın 
Fizika İnstitutunun "Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları" ETL-nə rəhbərlik etmiş, 1996-cı ildən indiyədək 
MAA-nın rektorudur. Onun rəhbərliyi altında MAA-nın elmi fəaliyyəti çox şaxəli istiqamətlərə yönəlmiş, MAA
Dövlətlərarası Aviasiya Komitəsinin
qərarı ilə "Mülki Aviasiya ali təhsil müəssisəsi" sertifikatına layiq görülmüş 
və Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələrinin siyahısına daxil edilmişdir. 
Bir sıra akademiyalarının akademiki olan Arif Paşayevin elmi axtarışlarının əsas istiqaməti 
yarımkeçiricilər fizikası və texnikasıdır. 
Afiq Rəşid oğlu Həsənov, t.e.d., professor, AMEA-nın müxbir üzvü, MAA-nın elmi 
işlər üzrə prorektoru, eyni zamanda “Radioelektronika” kafedrasının müdiri.  1974-cü ildə 
Leninqrad Elektrotexniki Rabitə İnstitutunu bitirib. 1974-1993-cü illərdə müxtəlif təyinatlı 
müəssisələrdə mühəndis, aparıcı mühəndis, b.e.i. vəzifələrində çalışmış, HHİE 
Avtomatlaşdırılmış Sistemlərinin işlənməsində iştirak etmişdir. 1993-cü ildə namizədlik, 
2003-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 150-dən çox elmi əsərin, 7 ixtira və 
4 patentin, 3 monoqrafiyanın, 3 dərsliyin, 9 dərs vəsaitinin və 4 tədris-metodik işin 
müəllifidir. Uzun müddət AMEA Fizika İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışmış 
və eyni zamanda Az.TU - da pedaqoji fəaliyyət ilə məşğul olmuşdur. Siqnalların işlənməsi üçün yeni tipli
akusto-optik metodların və vasitələrin yaradılması problemləri üzərində çalışır. 1996-cı ildən MAA-da kafedra 
müdiri, 2005-ci ildən elmi işlər üzrə prorektor vəzifələrində çalışır. Kafedra nəzdindəki «Radioelektron 
sistemlərin işlənməsi və tətbiqi» problem laboratoriyasının rəhbəridir. Müxtəlif mövzulu Elmi tədqiqat (ETİ) və 
Təcrübi konstruktor (TKİ) işlərinin elmi rəhbəri olmuşdur. MAA-da fəaliyyət göstərən İxtisaslaşdırılmış 
Dissertasiya Şurasının həmsədridir.
Maraq dairəsi:, radioelektronika, akustooptika və məsafədən video müşahidə sahələridir. Əlaqə tel: (+ 994 
12) 497 27 54 –A.R.Həsənov, 497 26 00 (20-60) – kafedra Email: hasanov@naa.edu.az 
İslam Əsəd oğlu İsgəndərov, f.-r.e.n., dosent, MAA-nın “Avionika” kafedrasının 
müdiri. 1985-ci ildə Sevastopol Cihazqayırma İnstitutunu bitirib. 1985-1991-ci illərdə 
Fotoelektronika ETİ-də (hl-hazırda AMEA Fizika İnstitunun bir bölməsi), 1991-1995-ci 
illərdə Az.MİU-nun “Metal və ərintilər fizikası” ETL-də mühəndis, elmi işçi vəzifələrində 
çalışmış, həmin dövrlərdə mürəkkəb birləşmələrin xassələrinin tədqiqi üçün eksperimental 
qurğuların işlənib hazırlanması və onların tədqiqi ilə məşğul olmuşdur. 1995-ci ildən MAA-
nın ETAİ-də b.e.i., şöbə müdiri, laboratoriya müdiri, 1999-cu ildən “Aviasiya radiotexnikası 
və elektronikası” kafedrasında müəllim, baş müəllim, dosent, 2005 - 2011-ci illərdə həmin
kafedranın müdiri vəzifələrində işləmişdir.
2002-ci ildə 01.04.01 ixtisası üzrə namizədlik dissertasiyasını
müdafiə etmişdir. 70-dən çox elmi-metodiki işin, o cümlədən, 6 patentin, 2 dərs vəsaitinin və 3 metodik 
vəsaitin müəllifidir. 1999-cu ildə MAA-da, 2004-cü ildə Xarkovda, 2007-ci ildə “AZAL” – da və 
2008-ci ildə Almaniyada aviasiya texnikası üzrə kurslar keçmişdir. 2014-cü ildə Alma-Ata şəhərində 
QRMAA-da “Aviasiya texnikası avadanlıqlarının istismarı” ixtisası üzrə magistrantlara iki həftəlik 
xüsusi kursların tədrisini həyata keçirmişdir. Bir sıra ETİ və TKİ-lərdə məsul icraçı və rəhbər 
olmuşdur. Təyyarələrin yüklənməsinə və uçuşlara nəzarət sistemlərinin və bort elektron sistemlərinin 
mükəmməlləşdirilməsi istiqamətində elmi-tədqiqat işləri aparır. 2011-ci ildən yeni açılmış “Avionika” 
kafedrasının müdiri vəzifəsində çalışır.
Maraq dairəsi:, avionika, radioelektronika və sxemotexnika sahələridir. Əlaqə telefonu: (+994 12)487 
26 00 (24-26). 055 717 32 77; 050 281 29 39. Email: islam.nus@mail.ru 
Fikrət Abdulla oğlu Abdurəhimov, t.e.n., 1968-ci ildə Azərbaycan Neft və Kimya institutunu 
bitirmişdir. 1968-1970-ci illərdə zabit kimi hərbi qulluqda olmuş və tank batalyonunun rabitə 
rəisi, 1970-1973-cü illərdə “Neftkimyaavtomat” ETLİ-da mühəndis, 1973-1978-ci illərdə 
“Mikroelektronika” XKB-də baş mühəndis vəzifəsində işləmişdir.
1978-ci ildən Azərbaycan Texniki Universitetinin “Radiotexnika” kafedrasında çalışır. 
05.11.16 - “İnformasiya-ölçmə və idarəetmə sistemləri” ixtisası üzrə namizədlik dissertasiyasını 
müdafiə etmişdir. 1998-ci ildən başlayaraq, fasilələrlə MAA-nın “Aviasiya radiotexnikası və
elektronikası” (indiki “Radioelektronika”) kafedrasında saat hesabı və yarımştat olaraq əvəzçi müəllim kimi 
çalışmışdır. Hal-hazırda həmin kafedranın 0,5 ştat baş müəllimidir. 70-dən çox elmi əsərin, o cümlədən 5 
ixtiranın, 1 dərsliyin, 3 dərs vəsaitinin, 5 metodik vəsaitin müəllifidir. 
Maraq dairəsi – İnformasiyanın qəbulu, emalı və ötürülməsi sahəsidir 


338

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   149   150   151   152   153   154   155   156   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling