Azərbaycan Respublikası Təhsil Nazirliyi
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
qurğularının əsasları və onların sxemotexnikasının predmeti, rolu, həll etdiyi
məsələlərə baxılmış, texniki sistemlərdə geniş tətbiq olunan qurğuların sxemotexniki təsvirinə geniş yer verilmişdir. Elektronikanın sürətli inkişafı, belə ki, funksional elektronikanın, mikroelektronikanın və elektronikanın tamam yeni bir sahəsi olan nanoelektronikanın nailiyyətləri elektron qurğularının əsaslarının və sxemotexnikasının inkişafı üçün gələcəkdə yeni imkanlar açır. Yüksək texniki-iqtisadi göstəricilərə malik olan elektron, radioelektron və digər texniki sistemlərin yaradılması üçün onların müxtəlif sxemotexniki realizə edilmə variantlarına baxılır və bu sistemlərin təşkil olunduğu elektron qurğularının və müxtəlif hissələrinin elektrik, konstruktiv və digər növ hesabatı aparılır, element bazası və digər komponentləri seçilir. Hal-hazırda belə hesabatların ən effektiv yerinə yetirilməsinə nail olmaq üçün müasir riyazi modelləşdirmə metodlarından da geniş istifadə olunur. Qeyri standart və verilmiş istismar-texniki xarakteristikalara malik olan elektron qurğularının sxemini operativ qurmaq, laboratoriya dərslərini yerinə yetirmək üçün Micro- Cap3, MicroCapV, Electronics Workbench, MultiSim, Proteus və onların daha yeni versiyası olan müasir sxemotexniki modelləşdirmə proqramları istifadə oluna bilər ki, bu da tələbənin, yaradıcı mütəxəssisin işini xeyli sürətləndirir və asanlaşdırır. Dərslikdə, texnikada geniş tətbiq olunan elektron qurğuların qurulma və işləmə prinsiplərinin təhlilinə və izahına geniş yer verilmiş, onların sxemotexnikasına ətraflı baxılmış, oxucuların elektron qurğularının əsaslarını sistematik və sərbəst olaraq öyrənə bilməsi üçün bu qurğularda tətbiq olunan elektron cihazlarının izahlı təsvirinə də xüsusi yer verilmişdir. Hal-hazırda elektron qurğularının və onların elementlərinin iş prinsipinin izahı zamanı iki, bir-birinə zidd olan, biri dərin təhlil, digəri isə səthi izah 6 ilə fərqlənən üsullardan geniş istifadə olunur. Eyni zamanda sxemotexniki modelləşdirmə sistemlərinin müasir səviyyəsinə əsaslanan təhlillər də geniş yer tapmışdır. Bunları nəzərə alaraq, müəlliflər uyğun bölmələrdə ən əlverişli üsuldan istifadəyə üstünlük vermişdir. Dərsliyin birinci cildində elektron cihazlarının quruluşu, ış prinsipi və onlarda baş verən fiziki proseslər təsvir edilmiş, əsas elektron cihazlarının riyazi modellərinin ətraflı təsviri verilmişdir. İkinci cilddə analoq və impuls qurğularının, üçüncü cilddə isə rəqəm qurğularının ətraflı təsviri verilmiş, lazımi sorğu materiallar və praktiki sxemlər verilmişdir. Konkret elektron qurğuların təsviri zamanı onların sxemlərinin ətraflı təhlilinə və hesabatına xüsusi əhəmiyyət verilmişdir. Dərslik, müəlliflərin sxemotexnika və digər elektronika yönümlü fənlər üzrə çoxillik mühazirə oxumaq və eyni zamanda malik olduqları nəzəri və praktiki biliklərinə əsaslanan təcrübəsi əsasında yazılmışdır. Onun məzmunu MAA-da uzun illər tədris olunan “Sxemotexnika” fənninin, və hal-hazırda bakalavr pilləsində tədris olunan “Elektronikanın əsasları”, “Sxemotexnikanın əsasları” və “Analoq və rəqəm elektronikası” fənlərinin proqramlarına uyğun olub, bu fənlərin əsas bölmələrini əhatə edir. Texniki sistemlərin əsasını müxtəlif növ analoq və rəqəm elektron qurğuları təşkil edir, ona görə də sxemotexnika elektron qurğularının işlənməsi və yaradılması prinsiplərini öyrədən bir sahə olaraq praktiki istiqamətliliyi ilə fərqlənir. Elektron qurğularının təsvirinin asan mənimsənilməsi üçün onların real xarakteristikaları haqda məlumatların olması da zəruridir. Ona görə də sxemlərin və onların konkret elementlərinin, geniş yayılmış mikrosxemlərin xarakteristikalarının təsviri də dərslikdə öz əksini tapmışdır. Bunlarla yanaşı nanoelektronika, onun elementlərinin hazırlanma texnologiyaları, onlar əsasında qurulan qurğuların və sistemlərin sxemotexnikasının xüsusiyyətləri və tətbiqi perspektivləri haqqında ümumi məlumatlara da yer verilmişdir. Dərslikdə bir sıra paraqrafların, məsələlərin və şəkillərin fraqmentləri digər uyğun dərsliklərin və monoqrafiyaların materialları ilə üst-üstə düşə bilər. Bu da ilk növbədə onunla bağlıdır ki, yüz ildən çox inkişaf tarixi keçmiş elektronika və digər texnika sahələrində çoxlu dərsliklər, elmi ədəbiyyat və laboratoriya praktikumları nəşr edilmişdir. Bu ədəbiyyatlarda geniş yer tapmış cihaz və qurğuların dəyişməz olan fiziki mahiyyətinin təsvirinin bir çox ədəbiyyatda, o cümlədən, geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu dərslikdə də eyni cür verilməsi qaçılmazdır. Müəlliflər dərin minnətdarlıq hissi ilə kitab barədə faydalı iradları, şərhləri, təklifləri və qeydləri Bakı, Binə qəsəbəsi, MAA nəşriyyatı, islam.nus@mail.ru , t.497-26-00 (24-26), 055 717 32 77, 050 281 29 39 ünvanında qəbul etməyə hazırdırlar. |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling