Azərbaycan Respublikası Təhsil Nazirliyi
Rəqəm mikrosxemlərinin giriş və çıxış cərəyanları
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
- Bu sahifa navigatsiya:
- 1.3.3. Rəqəm mikrosxemlərinin cəld işləmə qabiliyyətini təyin edən parametrləri.
1.3.2. Rəqəm mikrosxemlərinin giriş və çıxış cərəyanları. Bu
cərəyanlar rəqəm mikrosxemlərinin vacib parametrlərindən olub yol verilə bilən sərhəd qiymətləri ilə xarakterizə olunurlar. Uyğun olaraq məntiqi vahidə (yüksək potensiala) və sıfıra (aşağı potensiala) uyğun cərəyanlar var. Rəqəm mikrosxemlərində bu cərəyanların qiymətləri fərqlənir. Çox hallarda mikrosxemin çıxışından siqnalı eyni vaxtda bir neçə başqa mikrosxemlərin girişinə vermək lazım olur. Bu halda mikrosxemin çıxış cərəyanı çıxışa qoşulan mikrosxemlərin giriş cərəyanlarının cəmi ilə müəyyən olunacaq. Eyni vaxtda mikrosxemin çıxışına qoşula bilən eyni tip mikrosxemlərin sayı mikrosxemin yüklənmə qabiliyyətini təyin edir. Rəqəm mikrosxemi bir neçə mikrosxemlə yüklənə bilməsi üçün giriş cərəyanı çıxış cərəyanından az olmalıdır. TTM mikrosxemləri üçün yüklənmə qabiliyyəti adətən, 10 təşkil edir. KMOY mikrosxemlər üçün isə 100-ə çatır. Yəni TTM mikrosxemlərin çıxışına 10-a qədər TTM mikrosxem, KMOY mikrosxemlərinin çıxışına isə 100-ə qədər KMOY mikrosxem qoşula bilər. 1.3.3. Rəqəm mikrosxemlərinin cəld işləmə qabiliyyətini təyin edən parametrləri. Rəqəm mikrosxemlərinin cəld işləməsi onların bir vəziyyətdən o biri vəziyyətə keçmə sürəti ilə təyin olunur. Belə ki, cəld işləmə çıxış siqnalının giriş siqnalına nəzərən ləngimə müddəti ilə təyin olunur. Bu vaxtı rəqəm mikrosxeminin çıxış impulsunun cəbhəsinin uzunluğu ilə qarışdırmaq olmaz. Ümumi halda ön cəbhənin (rising – artan) və arxa cəbhənin (falling – azalan) uzunluğu üst-üstə düşmür. Cəbhənin uzunluğu çıxış siqnalının 0,1U gərginliyindən 0,9U gərginliyinə qədər artması (azalması) müddəti ilə təyin olunur ki, bu da U – məntiqi vahid və məntiqi sıfır gərginliklərinin fərqidir. Şəkil 1.4-də ön (rising– artan) cəbhənin uzunluğu t c01 , arxa cəbhənin (falling – azalan) uzunluğu isə t c10 kimi işarə olunmuşdur. Şək.1.4. Çıxış impulsunun ön və arxa cəbhəsinin təyin edilməsi Çıxış siqnalının giriş siqnalına nəzərən ləngimə müddəti adətən, cəbhənin uzunluğundan çoxdur, və məhz bu parametrə rəqəm mikrosxeminin, onun cəld 20 işləməsini təyin edən xarakteristikası qismində baxılır. Bu vaxt giriş və siqnallarının hüdud (astana) səviyyəsini kəsməsi nöqtəsinə görə təyin edilir. Rəqəm mikrosxemlərində ön cəbhənin və arxa cəbhənin ləngimə müddətləri üst- üstə düşmürlər. Şəkil 1.5 - də verilmiş zaman diaqramlarında ön və arxa cəbhələrinin ləngimə müddətləri t 01 və t 10 -nin təyin olunması göstərilmişdir. Şək.1.5.. Rəqəm mikrosxeminin ləngimə müddətinin təyin olunması Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling