Azərbaycan Respublikası Təhsil Nazirliyi


Download 5.01 Kb.
Pdf ko'rish
bet11/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   7   8   9   10   11   12   13   14   ...   157
Bog'liq
2014-2730 (2)

 
 
 
1.4. Rəqəm qurğularının riyazi təsviri 
1.4.1. Say sistemləri haqqında məlumat. EHM və MP texnika-sında 
ikilik, səkkizlik, onaltılıq dərəcəli say sistemlərindən istifadə edilir. 
İkilik (binar) say sistemində 0 və 1 simvolları kimi iki simvol istifadə 
olunduğuna görə sayın əsası 2, çəkisi isə 2 üstlü ədəddir. İkilik sistem sxematik 
olaraq onluq sistem kimidir. Odur ki, burada onluq say sistemindəki hesab 
əməliyyatlarından istifadə etmək olar. Bütün dərəcəli say sistemlərində hesab 
qaydaları oxşardır. Ona görə də ikilik sistemdə əməliyyatları sütun şəklində 
yerinə yetirmək olar. 
Onluq say sistemində, məsələn 5 + 7 = 12 halında, onluq 1 simvolu 
yüksək mərtəbəyə köçürüldüyü kimi, ikilik say sistemində də 1 + 1 = 1 0 halında 
1 simvolu yüksək mərtəbəyə köçürülür və bu simvolun çəkisi 2
i+1
olur (burada i 
≥ 0 əvvəlki kiçik mərtəbənin nömrəsidir). 
İkilik say sistemində cəmləmə əməliyyatı aşağıdakı kimi yerinə yetirilir.
Məsələn, 


22
Burada cəmin 2 – ci, 4 – cü, və 7 – ci mərtəbələrindəki 1 simvolları 
yüksək mərtəbəyə olan köçürmələrdir. Burada göstərilən köçürmələrdən başqa 5 
– ci, 6 – cı mərtəbələrdə gizlin köçürmələr də vardır. 
İkilik sistemdə ədədlərin çıxılması əməliyyatında, lazım olan hallarda
yüksək mərtəbədən “1” borc götürülür. Borc götürmə hər dəfə çıxılan 
dərəcədəki rəqəm uyğun azalan mərtəbədəki rəqəmdən böyük olduqda həyata 
keçirilir. Məsələn, 
Burada çıxılanın 2-ci və 5-ci mərtəbələrində ədədlərin çıxılması zamanı 
uyğun olaraq azalanın 3 – cü və 6 – cı mərtəbələrindən borc alınmışdır. 
Çıxma əməliyyatı rəqəm sistemlərində toplama əməliyyatı vasitəsilə 
yerinə yetirilir. Bu zaman çıxılan xüsusi kodlar vasitəsi ilə təsvir edilir. Belə 
kodlardan biri əks kod adlanır. Bu kod verilmiş ədədin bütün 0 simvollarını 1 
simvolları ilə və 1 simvollarını 0 simvolları ilə əvəz etməklə alınır. 
Rəqəm sistemlərində toplama və çıxma əməliyyatlarını yerinə yetirmək 
üçün mənfi ədədləri əks kodda, müsbət ədədləri isə adi ikilik kodda vermək 
daha məqsədəuyğundur. 
Çıxma əməliyyatı toplama əməliyyatı ilə əvəz edilən zaman çıxılan 
müsbət ədəddirsə onu əks koda çevirmək, mənfidirsə onu adi kodla vermək 
lazımdır. Əgər nəticə mənfi (z = 1) olarsa, o, əks kodla, müsbət (z = 0) olarsa adi 
kodla göstərilir. 
Əgər işarə mərtəbəsində köçürmə alınarsa, onu, yəni “1” simvolunu 
nəticənin kiçik mərtəbəsinə əlavə etmək lazımdır. Belə əlavə etmə silsiləli 
(tsiklli) köçürmə adlanır. Misal: 


23
Bu əməliyyatların yerinə yetirilməsi zamanı bir çox hallarda “əks” kod 
əvəzinə “əlavə” koddan istifadə edilir. Bu kod əks koddan onun kiçik 
mərtəbəsinə “1” əlavə etməklə alınır. Burada köçürməyə ehtiyac qalmır. Bütün 
mənfi saylar əlavə kodda verilir. Ədədin işarə mərtəbəsində yarana biləcək 
köçürmə nəzərə alınmır. 
Çıxma əməliyyatı toplama əməliyyatı ilə əvəz olunduğundan çıxılan ədəd 
müsbət olduqda onu “əlavə” kodda, mənfi olduqda isə əlavə koddan adi koda 
keçməklə təsvir edirlər. Əgər nəticənin işarə mərtəbəsi Z = 1 olarsa, onda alınan 
say mənfi və “əlavə” kodda verilmiş olur, Z = 0 olarsa, alınan say müsbət və adi 
kodda verilmiş olur (
- ədədin əlavə kodunu göstərir).
Misal, 
İkilik ədədlərin vurulması əməliyyatı natamam hasillərin təşkil edilməsi 
və sonradan onların toplanması yolu ilə həyata keçirilir. Yəni, vurma əməliyyatı 
sürüşmə və toplama əməliyyatlarını birləşdirir. Vergülün vəziyyəti onluq 
ədədlərin vurulmasındakı kimi təyin edilir. 
İkilik ədədlərin vurulması və bölünməsi əməliyyatlarını yerinə yetirmək 
üçün müxtəlif üsullardan istifadə edilir. Bu üsullardan daha geniş yayılanı 


24
aşağıda verilir. 2
k
=2, 4, 8, 16, və s. ikilik ədədlərin vurulması və bölünməsi 
zamanı vurulan ədəd uyğun olaraq sola və ya sağa k= 1, 2, 3, 4, və s. mərtəbə 
sürüşdürülür. İkilik ədədlərin vurulmasının yüksək mərtəbələrdən başlayaraq 
vurulması üsulu daha tez-tez istifadə edilir. Bundan ötrü B
2
vuruğu əvvəlcədən 
n
A
mərtəbə qədər sola sürüşdürülür. N
A
vurulan A
2
ədədinin mərtəbələrinin 
sayıdır. Sonra vurulan ədədin kiçik a
0
mərtəbəsinin qiyməti yoxlanılır. Əgər
a
0
=1 olarsa, birinci R
1
vuruğu A və 
A
n
2

ədədlərinin hesab cəmlənməsi və 
cəmin sağa sürüşdürülməsi yolu ilə əmələ gəlir. Bu zaman cəmin sağ kənar 
mərtəbəsi mərtəbə torundan kənara çıxır və nəzərə alınmır.
Əgər a
0
=0 olarsa, 
birinci R
1
vuruğu ancaq sağa bir mərtəbə sürüşdürmə yolu ilə yaradılır. Bu 
zaman kənar sağ mərtəbə itirilir. Alınmış hasilin kiçik mərtəbəsinin (r
0
)
1
qiyməti 
yoxlanılır və R
1
və 
A
n
2

ədədlərinin cəmlənməsi ((r
0
)1 =0) yolu ilə vurmanın 
ikinci hissəsi formalaşır. Bu qayda ilə hissə-hissə vurma n
B
dəfə təkrarlanır. N
B
ədədi vurulanın mərtəbələrinin sayını göstərir. Sonuncu hissə-hissə hasil 
vurmanın C
2
=
B
n
R
son nəticəsi olur. Beləliklə, ikilik ədədlərin vurulması 
cəmləmə və sürüşmə əməliyyatlarının ardıcıl olaraq yerinə yetirilməsi yolu ilə 
həyata keçirilir. Odur ki, vurma əməliyyatı cəmləmə və çıxma əməliyyatlarına 
nəzərən daha çox vaxt tələb edir.

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   7   8   9   10   11   12   13   14   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling