Azərbaycan Respublikası Təhsil Nazirliyi
Rəqəm mikrosxemlərinin əsas parametrləri və
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
- Bu sahifa navigatsiya:
- 1.3.1. Məntiqi sıfır və vahid səviyyələri.
1.3. Rəqəm mikrosxemlərinin əsas parametrləri və
xarakteristikaları Analoq sxemlər kimi rəqəm sxemləri də hər hansı parametrləri ilə təsvir olunurlar. Analoq mikrosxemləri işləyə bildikləri qida gərginliyi ilə xarakterizə olunurlar. Hal-hazırda qida gərginlikləri +5V və +3,3V olan mikrosxemlər daha geniş tətbiq tapmışlar. Lakin 1,5...15V gərginlik diapazonunda işləyə bilən mikrosxemlər də mövcuddur. 1.3.1. Məntiqi sıfır və vahid səviyyələri. Qeyd olunduğu kimi rəqəm mikrosxemləri onunla xarakterizə olunurlar ki, yalnız iki halda ola bilərlər. Mikrosxemin bu halları ikilik say sisteminin əsasını təşkil edən 0 və 1 rəqəmləri ilə təsvir oluna bilər. Belə ki, mikrosxemin vəziyyətlərini (hallarını) müxtəlif parametrlərlə xarakterizə etmək olar. Məsələn, mikrosxemin dövrələrindəki cərəyan, yaxud gərginliklərlə, mikrosxemin çıxışındakı tranzistorların açıq, yaxud bağlı olması ilə, işıq diodunun işıqlanıb, işıqlanmaması ilə və s. Əsasən, rəqəm mkrosxemlərinin məntiqi halları kimi onların girişində və çıxışındakı gərginliklərin səviyyələri qeydə alınır. Belə ki, yüksək gərginliyin vahid kimi, aşağı gərginliyin sıfır kimi hesab olunması qəbul olunub. İdeal halda mikrosxemin çıxışında gərginlik qida gərginliyinə, yaxud sxemin ümumi 17 məftilinin (şinin) gərginliyinə bərabər olmalıdır. Real sxemlərdə belə olmur. Hətta tam açıq olan tranzistorda da gərginlik düşküsü var. Nəticədə rəqəm mikrosxeminin çıxışında gərginlik həmişə qida gərginliyindən az və ümumi xəttin gərginliyindən çox olacaq. Ona görə də qərara alınmışdır ki, verilmiş həddən az olan gərginlik (məntiqi sıfır səviyyəsi) sıfır hesab edilsin, amma gərginlik verilmiş səviyyədən çox olduqda (məntiqi vahid səviyyəsi) vahid hesab olunsun. Əgər mikrosxemin çıxışındakı gərginliyin qiyməti məntiqi sıfır səviyyəsindən çox, amma məntiqi vahid səviyyəsindən az olduqda, onda mikrosxemin belə halı qeyri-müəyyənlik halı adlanır. Şəkil 1.2-də TTM mikrosxemlərinin çıxış siqnallarının yol verilə bilən səviyyələri verilmişdir. Şəkildən göründüyü kimi çıxış gərginliyi nə qədər qida gərginliyinə, yaxud sxemin ümumi xəttindəki gərginliyə nə qədər yaxın olsa rəqəm mikrosxemin f.i.ə.-si bir o qədər çox olur. Şəkil 1.2. TTM rəqəm mikrosxemlərinin çıxışında məntiq siqnallarının səviyyəsi Gərginlik bir mikrosxemin çıxışından məftillə o birisinin girişinə verilir. Ötürmə prosesi zamanı bu məftilə hər hansı bir maneə generatorlarından gərginlik təsir edə bilər (işıq lampası, radioötürücü, impuls generatorları). Rəqəm mikrosxemlərinin maneədayanıqlığı məntiqi sıfırı məntiqi vahidə çevirə bilməyən maksimal maneə gərginliyi ilə qiymətləndirilir və rəqəm mikrosxeminin məntiq səviyyələrinin fərqindən asılı deyil U - nom =U çıx1min -U gir1min Eyni ilə məntiqi sıfrı məntiqi vahidə çevirən maneələr üçün U + пом =U çıx0max -U gir0max olur. 18 U gir1min və U çıx0max arasındakı fərq nə qədər kiçik olsa rəqəm mikrosxemi bir o qədər çox güclənməyə malik olur. TTM mikrosxemlərində gərginliyə görə güclənmə 40-a bərabər olur. Bu ona gətirib çıxarır ki, bu mikrosxemin girişinə U ast gərginliyindən 40 mV az, və ya daha az olan gərginlik versək, bu gərginlik mikrosxem tərəfindən məntiqi sıfır kimi qəbul olunacaq, mikrosxemin çıxışında normal məntiqi səviyyə (mikrosxemin məntiq elementlərinin növündən asılı olaraq məntiqi 0 və ya 1) alarıq. Əgər U ast gərginliyindən 40 mV artıq, və ya daha çox gərginlik versək bu gərginlik mikrosxem tərəfindən məntiqi vahid kimi qəbul ediləcək və çıxışda uyğun məntiqi səviyyə yaranacaq. TTM mikrosxemlərinin məntiqi sıfır və vahid səviyyələrinin sərhədləri şəkil 1.3 – də verilmişdir. Şək.1.3. TTM mikrosxeminin girişində məntiq siqnallarının səviyyələri Qeyd etmək lazımdır TTM mikrosxemləri üçün qəbul olunmuş praktiki məntiqi vahid səviyyəsi 2,4V-dan az olmayan, məntiqi sıfır səviyyəsi isə 0,4V- dan çöx olmayan gərginlikdir. Nəticədə TTM mikrosxeminin girişinə hətta 0,96V-a qədər gərginlikli maneə təsir etsə belə rəqəm informasiyasının təhrif olunması baş verməyəcəkdir. Bununla yanaşı mikrosxemlər temperaturun dəyişməsi, mikrosxemin köhnəlməsi, radiasiyanın təsiri və s. kim bir sıra arzuolunmaz amillərin təsiri altında işləyirlər, ona görə də bəzi şirkətlər bu amillərin mikrosxemlərin parametrlərinə təsirlərini aradan qaldırmaq üçün xüsusi texnoloji tədbirlər görürlər. KMOY strukturlu mikrosxemlərin girişləri çox böyük müqavimətə malik olduqlarından, bu mikrosxemlər maneələrə daha həssasdırlar. Ona görə də bu mikrosxemlərin girişlərini qoşulmamış saxlamaq olmaz, çünki girişə daxil olan böyük statik gərginliklərin hesabına bu mikrosxemlər sıradan çıxa bilərlər. Ümumiyyətlə, rəqəm mikrosxeminin elementlərinin hər hansı hissəsi istifadə olunmursa, onda onların girişlərini qida mənbəyinə, yaxud ümumi xəttə qoşmaq lazımdır. |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling