Azərbaycan Respublikası Təhsil Nazirliyi


Download 5.01 Kb.
Pdf ko'rish
bet4/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   2   3   4   5   6   7   8   9   ...   157
Bog'liq
2014-2730 (2)

 
 
 
 
 
 
 


9
Giriş
 
Elektron qurğularının yüksək texniki-iqtisadı göstəricilərinə nail olmaq 
üçün onlarda tətbiq olunan sxem həllərinin və element bazasının düzgün 
seçilməsi məsələlərinə xüsusi diqqət vermək lazımdır. Belə ki, nəqliyyat 
avadanlıqlarında, xüsusən də, aviasiyada tətbiq olunan elektron qurğularının 
ölçü, çəki, etibarlılıq, parametrlərinin stabilliyi, dəqiqliyi və s. kimi göstəriciləri 
ilk növbədə element bazası, elektron qurğularının əsasları və bu qurğularda 
tətbiq olunan sxem həlləri ilə təyin olunur. Elektron qurğularının optimal sxem 
həllərinin realizə edilməsi, onların layihələndirilməsi və tədqiqi ilə məşğul olan 
elm və texnika sahəsi sxemotexnika adlanır. 
Sxemotexnika texnikanın bir çox sahələrində, ilk növbədə elektronikada, 
radiotexnikada, avtomatikada, hesablama texnikasında və başqa sahələrdə tətbiq 
olunan elektron qurğularının analiz və sintezi problemlərini əhatə edən bir elmi-
texniki istiqamət olub, elektron qurğuları tərəfindən verilmiş funksiyaların 
optimal yerinə yetirilməsi üçün onların sxemlərinin düzgün seçilməsi və 
qurulması, bu qurğuların və onların tərkibinə daxil olan elementlərin hesabatı və 
seçilməsi məsələlərinin həllini təmin etmək məqsədinə xidmət edir. 
Hər bir sahədə olduğu kimi mülki aviasiyada da informasiyanın 
toplanması və çevrilməsi, avtomatik və avtomatlaşdırılmış idarəetmə 
sistemlərindən, enerji hasil edilməsi və çevrilməsi məsələlərini həyata keçirən 
texniki sistemlərdən geniş istifadə olunur. Texniki sistemlərdə tətbiq olunan 
elektron qurğularının əsasları və onların sxemotexnikası elektronika 
sahəsindəki biliklərlə və nailiyyətlərlə bir başa əlaqəlidir. Məhz buna görə də 
elektronikanın sahələrinin, inkişaf mərhələlərinin və istiqamətlərinin, onların 
xüsusiyyətlərinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling