Azərbaycan Respublikası Təhsil Nazirliyi


Download 5.01 Kb.
Pdf ko'rish
bet6/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   2   3   4   5   6   7   8   9   ...   157
Bog'liq
2014-2730 (2)

 
 
 
 
 
 
 
 


12
Fəsil 1. RƏQƏM MİKROSXEMLƏRİ, NÖVLƏRİ,
PARAMETRLƏRİ VƏ TƏTBİQ SAHƏLƏRİ 
1.1. Ümumi məlumat 
 
Rəqəm İS-ləri ilk vaxtlar, sonradan kompüter adını almış elektron 
hesablama maşınlarının qurulması üçün işlənib hazırlanmışlar. Yəni bu İS-
lərinin ilk təyinatı çoxlu sayda hesablamalarla müşayiət olunan işlərdə insanı 
əvəz etmək və bu əməliyyatları sürətləndirməkdən ibarət idi. 
Lakin rəqəm İS-lərinin kütləvi istehsalından sonra aydın olmuşdur ki, 
onlar bir sıra obyektlərin idarə olunmasında çox əlverişlidirlər. Belə ki, idarə 
olunan sxem adətən, iki halda ola bilər. Məsələn, sxem qoşula bilər, yaxud, 
söndürülə bilər, işıq diodu yana bilər, yaxud yanmaya bilər, telefon 
stansiyasında qoşulma ola bilər, ya da olmaya bilər, radiostansiya ötürmə, yaxud 
qəbul rejimində ola bilər.
Nəticədə sadalanan tipli məsələlərin həllində demək olar ki, İS-lər hələ 
ondoqquzuncu əsrdən cihazların idarə olunması üçün istifadə olunan 
elektromaqnit relelərini və perfokartları tamamilə sıxışdırıb çıxarmışdır.
Obyektin vəziyyətinin təsviri üçün idarəetmə məsələsini yerinə yetirən 
zaman iki qiymətin: yüksək, yaxud aşağı (müsbət, yaxud mənfi) gərginliyin, 
cərəyan axması, yaxud axmamasının olması kifayətdir. Bu xüsusiyyətlər analoq 
sxemlərdə baş verən xoşa gəlməz hallardan azad olmağa imkan vermişdir. 
Məsələn, səhv və maneə siqnalları sxemdən keçərkən artmır, lakin bəzi hallarda 
kompensasiya oluna bilər. Rəqəm İMS-lər özü düzgün istifadə edildikdə səhvlər 
və maneələr daxil etmirlər. Rəqəm İMS-lərinin məhz bu xassələri rəqəm 
texnikasının sürətli inkişafına gətirib çıxarmışdır. 
Sadalanan üstünlükləri ona gətirib çıxarıb ki, sonralar rəqəm texnikası 
başqa məsələlərin də həllində istifadə olunmağa başlandı. Məsələn, radiotexniki 
avadanlıqlarda yüksək stabillikli rəqslərin formalaşdırılmasında, yaxud saatlarda 
etalon zaman intervalları formalaşdırıcıları qismində və s.. Bu qurğularda 
generasiya olunan siqnalın gərginliyinin müxtəlif səviyyələrini formalaşdırmaq 
vacib deyil, yalnız generasiya olunan rəqslərin tezliyinin stabil olması kifayətdir. 
Sonralar analoq siqnalların formalaşdırılması üçün rəqəm 
mikrosxemlərinin tətbiqi metodları və nəzəriyyəsini işləməyə başladılar. Burada 
əsas amillərdən biri əvvəlcədən küylərin səviyyəsinin proqnozlaşdırılması 
imkanının olmasıdır. Belə ki, küylərin səviyyəsi yalnız sxemin 
mürəkkəbliyindən asılıdır, maneənin keçdiyi sxemlərin sayından asılı deyil. Bu 
siqnalın istənilən məsafəyə ötürülməsi (yaxud onun istənilən sayda surətini 
yaratmaq) imkanına gətirib çıxarır. 


13
Məlumatların işlənməsinin rəqəm üsulları elm və texnikanın bütün 
sahələrində geniş tətbiq edilir və sürətlə inkişaf etməkdədir. Bununla əlaqədar 
olaraq rəqəm sistemlərinin, yəni rəqəm məlumatlarının qəbulu, yadda 
saxlanması, işlənməsi, çevrilməsi və ötürülməsi kimi prosesləri yerinə yetirən 
texniki vasitələrin tətbiq sahələri sürətlə genişlənməkdədir. 
Elektronikanın inkişafı elektron hesablama maşınlarının, mikroprosessor 
texnikasının və rəqəm sistemlərinin inkişafına təkan verir və onlardan insan 
fəaliyyətində daha geniş istifadə etməyə imkan yaradır. Onların funksional 
imkanları genişlənir, cəldliyi və etibarlığı artır. Mikroprosessor texnikasının 
sürətli inkişafı hesabına indiyə qədər analoq qurğularla yerinə yetirilən 
güclənmə, spektr çevrilmələri, modulyasiya, süzgəcləmə və s. kimi funksiyalar 
artıq rəqəm texnikası vasitələri ilə yerinə yetirilir. Artıq elm və texnikanın, 
rəqəm sistemlərinin yaradılma prinsiplərini, layihələndirmə metodlarını və 
onların texniki vasitələrlə həyata keçirilməsi üsullarını öyrənən rəqəm texnikası 
kimi müstəqil sahəsi yaranmışdır. Rəqəm texnikası öz inkişaf prosesində riyazi 
məntiq, kibernetika, elektronika və s. kimi qonşu fundamental və tətbiqi 
elmlərin nailiyyətlərindən geniş istifadə edir. 
Rəqəm texnikasının inkişafına mikroelektronika böyük təkan vermişdir. 
İnteqral mikrosxemlər, o cümlədən böyük və ifrat böyük inteqral mikrosxemlər 
müasir EHM, MP və digər rəqəm sistemlərinin yaradılmasının element bazasını 
təşkil edir. Mikroelektronika ilə rəqəm texnikasının qarşılıqlı nüfuz etməsi 
sayəsində elm və texnika sahəsi olan rəqəm mikrosxem texnikası meydana 
gəlmişdir. Bu sahənin inkişafı artıq məlumatın işlənməsinin mürəkkəb 
funksiyalarını yerinə yetirən müstəqil rəqəm inteqral mikrosxemlərin 
yaradılmasına imkan vermişdir. 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling