Azərbaycan Respublikası Təhsil Nazirliyi
Rəqəm qurğularının xüsusiyyətləri, növləri və işarələnmə qaydası
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
- Bu sahifa navigatsiya:
- 1.2.2. Rəqəm İS-lərinin növləri, onların şərti-qrafiki işarələnməsi və konstruktiv tərtibatı
1.2. Rəqəm qurğularının xüsusiyyətləri, növləri və işarələnmə qaydası 1.2.1. Rəqəm qurğularının xüsusiyyətləri. Bütün rəqəm İS-ləri sadə rəqəm elementlərindən təşkil olunmuşdur. Sadə rəqəm elementlərinin əsasında istənilən mürəkkəbliyə malik olan rəqəm qurğularını realizasiya etmək olar. Bütün bunlar məntiq cəbrinin əsaslarının və rəqəm siqnallarının yadda saxlanılması metodlarının istifadəsi hesabına mümkün olur. Rəqəm İS-lərinin əsas xüsusiyyətlərindən biri odur ki, məntiq siqnallarının səviyyələri, onlar rəqəm sxemindən keçdikdə azalmırlar. Bu onunla bağlıdır ki, rəqəm İS-in elementləri lazımi güclənməni təmin edir. Eyni zamanda məntiq səviyyələri məntiq qurğusunun çıxışında girişdəki ilə eynidir, yəni məntiq elementindən keçdikdə artmır. Bu onunla təmin olunur ki, rəqəm mikrosxemin çıxışında siqnalın səviyyəsinin məhdudlanması baş verir. 14 Rəqəm mikrosxemləri qurğularda əsasən, açar rejimində işləyirlər, bu İS- lərin əsas aktiv elementləri olan tranzistorlar yalnız ya açıq, ya da bağlı ola bilər. Nəticədə ideal tranzistorda enerji səpilməsi baş verir, və bu da o deməkdir ki, 100%-ə yaxın olan f.i.ə. əldə etmək olar. 1.2.2. Rəqəm İS-lərinin növləri, onların şərti-qrafiki işarələnməsi və konstruktiv tərtibatı. Hal-hazırda aşağıda verilmiş növ məntiq elementlər əsasında qurulmuş rəqəm İS-ləri geniş istifadə olunurlar: - Diod-tranzistor məntiqli (DTM); - Tranzistor-tranzistor məntiqli (TTM, TTL); - Şottki diodlu TTM (TTMŞ); - Komplementar MOY tranzistorlar (KMOY, CMOS) əsasında məntiqli; - Komplementar MOY və bipolyar tranzistorlar əsasında məntiqli (BiCMOS); İlk vaxtlar TTM texnologiya üzrə yaradılmış rəqəm İS-ləri geniş tətbiq tapmışdır. Ona görə də indiyə qədər bu texnologiya üzrə qurulan, yaxud bu mikrosxemlərlə qida gərginliyinə, məntiq səviyyələrinə və sokollanmasına (işarələnməsinə) görə uyğunlaşdırılan çoxlu sayda mikrosxemlər mövcuddur. Mikrosxemlər iki qrupa bölünür: analoq və rəqəm mikrosxemləri. Analoq mikrosxemləri analoq siqnallarla, rəqəm mikrosxemləri isə uyğun olaraq, rəqəm siqnalları ilə işləyirlər. Ən geniş tətbiq olunan rəqəm qurğuları: triggerlər, sayğaclar, registrlər, şifratorlar, deşifratorlar, multipleksorlar, komparatorlar, DYQ və SYQ-lər, mikroprosessorlar və mikrokontrollerlərdir. Rəqəm, yaxud mikroprosessor mikrosxemi, onun elementi, yaxud komponenti, rəqəmli mikroyığım, onun elementi, yaxud komponenti prinsipial sxemlərdə uyğun standarta müvafiq olaraq şərti-qrafiki işarələrlə işarələnir. Sxemlərdə bu mikrosxemlərin şərti-qrafiki işarəsi çıxışlarının xətləri birləşdirilmiş düzbucaqlı şəklində olur və üç sahədən: əsas, və soldan və sağdan yerləşdirilən iki əlavə sahədən təşkil olunur (şək.1.1.). Əsas sahədə elementin yerinə yetirdiyi funksiyanı göstərən işarə verilir. Əsas sahənin növbəti sətirlərində standart üzrə məlumat yerləşdirilir. Rəqəm mikrosxemin şərti-qrafiki işarəsində əlavə sahələr olmaya da bilər. Adətən şərti-qrafiki işarədə solda girişlərə, sağda isə çıxışlara uyğun olan çıxış xətlərini yerləşdirirlər. Mikrosxemin çıxışının sıra sayını çıxış xəttinin üstündə korpusa yaxın göstərirlər. 15 Şək.1.1. Rəqəm mikrosxemin şərti-qrafiki işarəsi Mikrosxemlər müxtəlif korpuslarda buraxılırlar. Ən geniş yayılmış modifikasiyalar şəkil 1.2-də göstərilmişdir. a) b) c) d) Şək.1.2.. Mikrosxemlərin korpuslarının konstruktiv quruluşu. a- DIP (Dual Inline Package ); b- PLCC (Plastic J-leaded Chip Carrier); c - SOIC (Small Outline Integral Circuit); d- TQFP (Thin Quad Flat Package) Korpusda çıxış uclarının sayı 8,14,16,20,24,28,32,40,48, yaxud 56 ola bilər. Bu mikrosxemin markasından və funksional təyinatından asılıdır. Çıxış ucları arasındakı məsafə (addım) 2,5mm (SSRİ, Rusiya), yaxud, 2,54mm (xaricdə) təşkil edir. Ucların eni 0,5mm-ə yaxın olur. Şəkil 1.3-də mikrosxemin çıxış uclarının nömrələnmə qaydası (korpusa üstdən baxdıqda) verilmişdir. Mikrosxemin 1-ci ucunu tapmaq üçün korpusunda “açar”-ı tapmaq lazımdır. Şək. 1.3. Mikrosxemin çıxış uclarının nömrələnmə qaydası 16 DIP tipli korpuslarda olan mikrosxemlərin çıxış ucları (ayaqları) çap platasında açılmış uyğun deşiklərə oturdulur və lehimlənir. Planar mikrosxemlər – bu tip mikrosxemlərdə uclar korpusun yerləşdirildiyi tərəfdən çap lövhəsinə lehimlənir. Çıxış uclarının sayı və onların nömrələnməsi DİP tipli korpuslarda olduğu kimidir. Uclar arasındakı məsafə (addım) 1,25mm (SSRİ,Rusiya), yaxud 1.27mm (xarici), ucların eni 0,33...0,51mm təşkil edir. Kvadrat (nadir hallarda düzbucaqlı) korpusda olan SOİC və TOFP tipli mikrosxemlərdə çıxış ucları korpus boyunca dörd bir tərəf üzrə yerləşdirilmişdir. Bu mikrosxemlər ya birbaşa planar olaraq plataya lehimlənir, ya da ki, panelə oturdulurlar. İkinci hala üstünlük təşkil edir. Korpusda çıxış uclarının sayı 20,28,32,44,52,68,84 ola bilər. Uclar arasındakı məsafə (addım) 1.27mm, ucların eni 0,66...0,82mm təşkil edir. Digər tip mikrosxemlərdə olduğu kimi mikrosxemin 1-ci ucu açarın yanında olur, qalan ucların nömrəsi saat əqrəbi istiqamətində artır. TQFP tipli korpuslarda ucların yerləşməsi və quruluşu SOIC və PLCC korpuslarında olanların orta vəziyyət tutur.Ucların sayı 32-dən 144-ə qədər, addım 0,8mm, ucların eni 0,3...0,45mm olur.Ucların nömrələnməsi kəsik küncdən saat əqrəbinin əksi istiqamətində aparılır. Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling