Azərbaycan Respublikası Təhsil Nazirliyi


Aşağı və orta inteqrasiyalı rəqəm mikrosxemləri əsasında


Download 5.01 Kb.
Pdf ko'rish
bet145/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   141   142   143   144   145   146   147   148   ...   157
Bog'liq
2014-2730 (2)

3.6. Aşağı və orta inteqrasiyalı rəqəm mikrosxemləri əsasında 
elektron qurğularına misallar 
Şəkil 3.54-də Şmidt triggerində qurulmuş düzbucaqlı qısa işəsalma impulsu 
formalaşdıran qurğuların (a) və impulslar generatorunun (b) sxemləri, şəkil 3.55-də 
məntiq elementləri əsasında kvars generatorunun (a) və idarə olunan (b), 3.56-də 
isə KP1561АГ1 markalı avtogenerator mikrosxemi əsasında qurulmuş düzbucaqlı 
impulslar generatorlarının verilmişdir. Sxemləri təhlil edərək, elementlərin 
markalarını seçin.
a) b) 
Şək. 3.54. Şmidt triggeri əsasında qurulmuş düzbucaqlı impuls formalaşdırıcı qurğular 
a) b) 
Şək. 3.55. Məntiq elementləri əsasında kvarslı (a) və
idarə olunan (b) düzbucaqlı impulslar generatorları 
Şək. 3.56. KP1561АГ1 markalı avtogenerator mikrosxemi
əsasında qurulmuş düzbucaqlı impulslar generatoru 
Şəkil 3.57-də triggerlər əsasında qurulan kontaktların drebezqini aradan 
qaldırmaq qurğusunun (a) və ikilik sayğacların sxemləri verilmişdir. 


326
a) b)
Şək. 3.57. Triggerlər əsasında kontaktların drebezqini (titrəyişini)
aradan qaldıran qurğunun (a) və ikilik sayğacların sxemləri 
Şəkil 3.58-də sayğaclar əsasında qurulmuş gözləyən multivibrator, şəkil 
3.59-da K176ИЕ5 və К176ИЕ12 markalı sayğacların tipik qoşulma sxemləri və 
onlar əsasında qurulan kvars generatorlarının və bölücü sayğac qurğularının 
sxemləri verilmişdir. Verilən sxemləri təhlil edərək işçi rejimlərini və 
parametrlərini təyin edin. 
Şək. 3.58. Sayğaclar əsasında qurulmuş gözləyən multivibrator sxemləri 
Şək. 3.59. K176ИЕ5 və К176ИЕ12 markalı sayğacların tipik qoşulma
sxemləri və onlar əsasında qurulan qurğularının sxemləri 


327
Şəkil 3.60-da K176ИЕ5 (a) və K176 ИЕ12 markalı (b) sayğaclar əsasında 
qurulmuş RC-generatorların sxemi verilmişdir. Sxemin parametrlərinin 
hesabatını apararaq, elementlərini seçin. 
a) b) 
Şək. 3.60. K176ИЕ5 (a) və K176 ИЕ12 markalı (b) sayğaclar
əsasında qurulmuş RC-generatorların sxemi 
Şəkil 3.61-də K176ИЕ18 markalı sayğacın tipik qoşulma sxemi və K176 
seriyadan olan mikrosxemlər əsasında qurulan təqvimli saatın əsas qovşaqlarının 
sxemi verilmişdir. 
Şəkil 3.61. K176ИЕ18 markalı sayğacın tipik qoşulma sxemi və təqvimli saat sxemi 


328
Rəqəmli indikasiya qurğularında istifadə olunan TTM, TTMŞ və KMOY 
mikrosxemlərinin qoşulma sxemlərinə misal olaraq şəkil 3.62-də TTMŞ 
strukturlu K555ИД18 markalı deşifratorun çıxışına yarımkeçiricili 
yeddiseqmentli indikatorun qoşulması və KMOY tipli K176ИЕ4 markalı 
sayğac-deşifrator mikrosxemlərinin çıxışına mayekristal və yarımkeçiricili 
indikatorların qoşulma sxemləri verilmişdir. Şəkil 5.61-də isə böyük cərəyanlı 
yarımkeçiricili yeddiseqmentli indikatorlarların qoşulma sxemləri verilmişdir. 
Bu sxemlərin işçi parametrlərini təyin edin. 
Şəkil 3.62. TTMŞ strukturlu K555ИД18 markalı deşifratorun və KMOY tipli K176ИЕ4 
markalı sayğac-deşifrator mikrosxemlərinin çıxışlarına indikatorların qoşulma sxemləri 
Şəkil 3.62. Böyük cərəyanlı yarımkeçiricili yeddiseqmentli indikatorlarların qoşulma sxemləri 


329
XÜLASƏ 
Oxuculara təqdim olunan bu dərslikdə mövcud olan elektron cihazlarının 
əyani təsvirlərlə müşayiət olunan, nisbətən sadə dildə və zəruri həcmdə fiziki və 
texniki təsviri verilmiş, geniş tətbiq olunan elektron qurğularının əsaslarına, 
onların işinin ətraflı izahına və sxem həllərinə xüsusi yer verilmiş və bununla da,
bir tərəfdən tələbələrə vacib olan baza biliklərini vermək, digər tərəfdən 
mühəndis, magistr, həmçinin elmi işçilərə elektron qurğuları sahəsindəki 
biliklərini dərinləşdirmək və zənginləşdirmək məsələləri əsas məqsəd kimi 
qarşıya qoyulmuşdur. Ona görə də bu məsələlərin ən optimal həllini tapmaq heç 
də asanlıqla əldə olunmamışdır. 
Bəzi materiallar dərslikdə tam əhatəli şəkildə verilmədiyindən bir sıra 
mövzuların, xüsusən tamam yeni bir sahə olan nanoelektronikanın dərindən 
öyrənilməsi üçün yeni ədəbiyyatdan istifadə olunmasına böyük ehtiyac vardır. 
Buna baxmayaraq dərsliyin hər bir cildində yer tapmış nəzəri və praktiki 
materiallar elektron qurğularının əsasını təşkil edir və bu dərslikdən istifadə 
edən hər bir kəsə, bu sahəyə uyğun olan texniki fənləri, istənilən mürəkkəb 
texniki ədəbiyyatı yaxşı başa düşməyə, elektron qurğularının sxemlərini sərbəst 
şəkildə təhlil etməyə, onların elektrik hesabatını yerinə yetirməyə kömək edə 
bilər. 
I cilddə verilmiş elektron cihazlarının, həm II cilddə, həm də III cilddə 
verilən elektron qurğularının təsviri, eyni zamanda əlavələrdə verilmiş dolğun 
sorğu materialları və bu materialları tamamlayan sxem variantları elektron 
qurğularının sxem həllərini tərtib etmək, onların elektrik hesabatını aparmaq və 
praktiki realizə edilən variantını yaratmaq qabiliyyətinin formalaşdırılmasına 
əsaslı zəmin yaradır.
Müəlliflər kitabı hazırlayarkən cihazların fiziki əsaslarına və onların riyazi 
modellərinə az yer vermiş, lakin bu cihazların işini yaxşı başa düşməyə imkan 
verən əyani təsvirlərə geniş yer vermişdir. Bununla yanaşı elektron qurğularının 
əsaslarını verməklə, müəlliflər qurğuların sxemotexniki həllərinin daha yaxşı 
başa düşüləcək olmasına çalışmışlar. Bu isə öz növbəsində materialların 
hazırlanmasında, fəsillərin qruplaşdırılmasında və onların əlaqələndirilməsində 
böyük vaxt sərfləri tələb etmiş və bir çox texniki çətinliklər yaratmışdır.
Müəlliflər ümid edir ki, görülən işlərin nəticələri faydasız olmayacaq, 
dərslik elektron qurğuları sahəsindəki biliklərin əsaslı bünövrəsini yaratmağa, 
oxucuları maraqlandıran əlavə texniki materialların sərbəst öyrənilməsinə, 
elektron qurğularının işlənməsi və yaradılması sahəsində çalışan, yaradıcılıq 
qabiliyyətlərinə malik olan savadlı mütəxəssis hazırlanmasında əsas yardımçı 
vəsaitlərdən biri olacaqdır. 
Həmçinin, müəlliflər inanırlar ki, dərslik izahı aydın olan vəsaitlərdən biri 
kimi texniki ixtisasların tələbələri, mühəndis-texniki heyəti, eyni zamanda 
elektron qurğularına və onların sxemotexnikasına xüsusi marağı olan həm 
radiohəvəskarlar, həm də elektronika sevən geniş oxucu kütləsi tərəfindən böyük 
maraqla istifadə olunacaq.

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   141   142   143   144   145   146   147   148   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling