Azərbaycan Respublikası Təhsil Nazirliyi


Download 5.01 Kb.
Pdf ko'rish
bet2/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   2   3   4   5   6   7   8   9   ...   157
Bog'liq
2014-2730 (2)

qurğularının əsasları  onların sxemotexnikasının predmeti, rolu, həll etdiyi 
məsələlərə baxılmış, texniki sistemlərdə geniş tətbiq olunan qurğuların 
sxemotexniki təsvirinə geniş yer verilmişdir.
Elektronikanın sürətli inkişafı, belə ki, funksional elektronikanın, 
mikroelektronikanın və elektronikanın tamam yeni bir sahəsi olan 
nanoelektronikanın nailiyyətləri elektron qurğularının əsaslarının və 
sxemotexnikasının inkişafı üçün gələcəkdə yeni imkanlar açır. 
Yüksək texniki-iqtisadi göstəricilərə malik olan elektron, radioelektron və 
digər texniki sistemlərin yaradılması üçün onların müxtəlif sxemotexniki realizə 
edilmə variantlarına baxılır və bu sistemlərin təşkil olunduğu elektron 
qurğularının və müxtəlif hissələrinin elektrik, konstruktiv və digər növ hesabatı 
aparılır, element bazası və digər komponentləri seçilir. Hal-hazırda belə 
hesabatların ən effektiv yerinə yetirilməsinə nail olmaq üçün müasir riyazi 
modelləşdirmə metodlarından da geniş istifadə olunur. Qeyri standart və 
verilmiş istismar-texniki xarakteristikalara malik olan elektron qurğularının 
sxemini operativ qurmaq, laboratoriya dərslərini yerinə yetirmək üçün Micro-
Cap3, MicroCapV, Electronics Workbench, MultiSim, Proteus və onların daha 
yeni versiyası olan müasir sxemotexniki modelləşdirmə proqramları istifadə 
oluna bilər ki, bu da tələbənin, yaradıcı mütəxəssisin işini xeyli sürətləndirir və 
asanlaşdırır. 
Dərslikdə, texnikada geniş tətbiq olunan elektron qurğuların qurulma və 
işləmə prinsiplərinin təhlilinə və izahına geniş yer verilmiş, onların 
sxemotexnikasına ətraflı baxılmış, oxucuların elektron qurğularının əsaslarını 
sistematik və sərbəst olaraq öyrənə bilməsi üçün bu qurğularda tətbiq olunan 
elektron cihazlarının izahlı təsvirinə də xüsusi yer verilmişdir.
Hal-hazırda elektron qurğularının və onların elementlərinin iş prinsipinin 
izahı zamanı iki, bir-birinə zidd olan, biri dərin təhlil, digəri isə səthi izah 


6
ilə fərqlənən üsullardan geniş istifadə olunur. Eyni zamanda sxemotexniki 
modelləşdirmə sistemlərinin müasir səviyyəsinə əsaslanan təhlillər də geniş yer 
tapmışdır. Bunları nəzərə alaraq, müəlliflər uyğun bölmələrdə ən əlverişli 
üsuldan istifadəyə üstünlük vermişdir.
Dərsliyin birinci cildində elektron cihazlarının quruluşu, ış prinsipi və 
onlarda baş verən fiziki proseslər təsvir edilmiş, əsas elektron cihazlarının riyazi 
modellərinin ətraflı təsviri verilmişdir. İkinci cilddə analoq və impuls 
qurğularının, üçüncü cilddə isə rəqəm qurğularının ətraflı təsviri verilmiş, lazımi 
sorğu materiallar və praktiki sxemlər verilmişdir. 
Konkret elektron qurğuların təsviri zamanı onların sxemlərinin ətraflı 
təhlilinə və hesabatına xüsusi əhəmiyyət verilmişdir. 
Dərslik, müəlliflərin sxemotexnika və digər elektronika yönümlü fənlər 
üzrə çoxillik mühazirə oxumaq və eyni zamanda malik olduqları nəzəri və 
praktiki biliklərinə əsaslanan təcrübəsi əsasında yazılmışdır. Onun məzmunu 
MAA-da uzun illər tədris olunan “Sxemotexnika” fənninin, və hal-hazırda 
bakalavr pilləsində tədris olunan “Elektronikanın əsasları”, “Sxemotexnikanın 
əsasları” və “Analoq və rəqəm elektronikası” fənlərinin proqramlarına uyğun 
olub, bu fənlərin əsas bölmələrini əhatə edir. 
Texniki sistemlərin əsasını müxtəlif növ analoq və rəqəm elektron 
qurğuları təşkil edir, ona görə də sxemotexnika elektron qurğularının işlənməsi 
və yaradılması prinsiplərini öyrədən bir sahə olaraq praktiki istiqamətliliyi ilə 
fərqlənir. 
Elektron qurğularının təsvirinin asan mənimsənilməsi üçün onların real 
xarakteristikaları haqda məlumatların olması da zəruridir. Ona görə də sxemlərin 
və onların konkret elementlərinin, geniş yayılmış mikrosxemlərin 
xarakteristikalarının təsviri də dərslikdə öz əksini tapmışdır. Bunlarla yanaşı 
nanoelektronika, onun elementlərinin hazırlanma texnologiyaları, onlar əsasında 
qurulan qurğuların və sistemlərin sxemotexnikasının xüsusiyyətləri və tətbiqi 
perspektivləri haqqında ümumi məlumatlara da yer verilmişdir. 
Dərslikdə bir sıra paraqrafların, məsələlərin və şəkillərin fraqmentləri 
digər uyğun dərsliklərin və monoqrafiyaların materialları ilə üst-üstə düşə bilər. 
Bu da ilk növbədə onunla bağlıdır ki, yüz ildən çox inkişaf tarixi keçmiş 
elektronika və digər texnika sahələrində çoxlu dərsliklər, elmi ədəbiyyat və 
laboratoriya praktikumları nəşr edilmişdir. Bu ədəbiyyatlarda geniş yer tapmış 
cihaz və qurğuların dəyişməz olan fiziki mahiyyətinin təsvirinin bir çox 
ədəbiyyatda, o cümlədən, geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu dərslikdə 
də eyni cür verilməsi qaçılmazdır. 
Müəlliflər dərin minnətdarlıq hissi ilə kitab barədə faydalı iradları, 
şərhləri, təklifləri və qeydləri Bakı, Binə qəsəbəsi, MAA nəşriyyatı, 
islam.nus@mail.ru
, t.497-26-00 (24-26), 055 717 32 77, 050 281 29 39 
ünvanında qəbul etməyə hazırdırlar. 


7

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling