Azərbaycan Respublikası Təhsil Nazirliyi


Rəqəm mikrosxemlərinin əsas parametrləri və


Download 5.01 Kb.
Pdf ko'rish
bet8/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   4   5   6   7   8   9   10   11   ...   157
Bog'liq
2014-2730 (2)

1.3. Rəqəm mikrosxemlərinin əsas parametrləri və 
xarakteristikaları 
 
Analoq sxemlər kimi rəqəm sxemləri də hər hansı parametrləri ilə təsvir 
olunurlar. Analoq mikrosxemləri işləyə bildikləri qida gərginliyi ilə xarakterizə 
olunurlar. Hal-hazırda qida gərginlikləri +5V və +3,3V olan mikrosxemlər daha 
geniş tətbiq tapmışlar. Lakin 1,5...15V gərginlik diapazonunda işləyə bilən 
mikrosxemlər də mövcuddur. 
1.3.1. Məntiqi sıfır və vahid səviyyələri. Qeyd olunduğu kimi rəqəm 
mikrosxemləri onunla xarakterizə olunurlar ki, yalnız iki halda ola bilərlər. 
Mikrosxemin bu halları ikilik say sisteminin əsasını təşkil edən 0 və 1 rəqəmləri 
ilə təsvir oluna bilər. Belə ki, mikrosxemin vəziyyətlərini (hallarını) müxtəlif 
parametrlərlə xarakterizə etmək olar. Məsələn, mikrosxemin dövrələrindəki 
cərəyan, yaxud gərginliklərlə, mikrosxemin çıxışındakı tranzistorların açıq, 
yaxud bağlı olması ilə, işıq diodunun işıqlanıb, işıqlanmaması ilə və s. 
Əsasən, rəqəm mkrosxemlərinin məntiqi halları kimi onların girişində və 
çıxışındakı gərginliklərin səviyyələri qeydə alınır. Belə ki, yüksək gərginliyin 
vahid kimi, aşağı gərginliyin sıfır kimi hesab olunması qəbul olunub. İdeal halda 
mikrosxemin çıxışında gərginlik qida gərginliyinə, yaxud sxemin ümumi 


17
məftilinin (şinin) gərginliyinə bərabər olmalıdır. Real sxemlərdə belə olmur. 
Hətta tam açıq olan tranzistorda da gərginlik düşküsü var. Nəticədə rəqəm 
mikrosxeminin çıxışında gərginlik həmişə qida gərginliyindən az və ümumi 
xəttin gərginliyindən çox olacaq. Ona görə də qərara alınmışdır ki, verilmiş 
həddən az olan gərginlik (məntiqi sıfır səviyyəsi) sıfır hesab edilsin, amma 
gərginlik verilmiş səviyyədən çox olduqda (məntiqi vahid səviyyəsi) vahid 
hesab olunsun. Əgər mikrosxemin çıxışındakı gərginliyin qiyməti məntiqi sıfır 
səviyyəsindən çox, amma məntiqi vahid səviyyəsindən az olduqda, onda 
mikrosxemin belə halı qeyri-müəyyənlik halı adlanır. Şəkil 1.2-də TTM 
mikrosxemlərinin çıxış siqnallarının yol verilə bilən səviyyələri verilmişdir. 
Şəkildən göründüyü kimi çıxış gərginliyi nə qədər qida gərginliyinə, yaxud 
sxemin ümumi xəttindəki gərginliyə nə qədər yaxın olsa rəqəm mikrosxemin 
f.i.ə.-si bir o qədər çox olur.
Şəkil 1.2. TTM rəqəm mikrosxemlərinin çıxışında
məntiq siqnallarının səviyyəsi 
Gərginlik bir mikrosxemin çıxışından məftillə o birisinin girişinə verilir. 
Ötürmə prosesi zamanı bu məftilə hər hansı bir maneə generatorlarından 
gərginlik təsir edə bilər (işıq lampası, radioötürücü, impuls generatorları). 
Rəqəm mikrosxemlərinin maneədayanıqlığı məntiqi sıfırı məntiqi vahidə çevirə 
bilməyən maksimal maneə gərginliyi ilə qiymətləndirilir və rəqəm 
mikrosxeminin məntiq səviyyələrinin fərqindən asılı deyil 
U
-
nom
=U
çıx1min
-U
gir1min 
Eyni ilə məntiqi sıfrı məntiqi vahidə çevirən maneələr üçün
U
+
пом
=U
çıx0max
-U
gir0max 
olur. 


18
U
gir1min
və U
çıx0max
arasındakı fərq nə qədər kiçik olsa rəqəm mikrosxemi 
bir o qədər çox güclənməyə malik olur. TTM mikrosxemlərində gərginliyə görə 
güclənmə 40-a bərabər olur. Bu ona gətirib çıxarır ki, bu mikrosxemin girişinə 
U
ast
gərginliyindən 40 mV az, və ya daha az olan gərginlik versək, bu gərginlik 
mikrosxem tərəfindən məntiqi sıfır kimi qəbul olunacaq, mikrosxemin çıxışında 
normal məntiqi səviyyə (mikrosxemin məntiq elementlərinin növündən asılı 
olaraq məntiqi 0 və ya 1) alarıq. Əgər U
ast 
gərginliyindən 40 mV artıq, və ya 
daha çox gərginlik versək bu gərginlik mikrosxem tərəfindən məntiqi vahid kimi 
qəbul ediləcək və çıxışda uyğun məntiqi səviyyə yaranacaq. TTM 
mikrosxemlərinin məntiqi sıfır və vahid səviyyələrinin sərhədləri şəkil 1.3 – də 
verilmişdir.
Şək.1.3. TTM mikrosxeminin girişində məntiq siqnallarının səviyyələri 
Qeyd etmək lazımdır TTM mikrosxemləri üçün qəbul olunmuş praktiki 
məntiqi vahid səviyyəsi 2,4V-dan az olmayan, məntiqi sıfır səviyyəsi isə 0,4V-
dan çöx olmayan gərginlikdir. Nəticədə TTM mikrosxeminin girişinə hətta 
0,96V-a qədər gərginlikli maneə təsir etsə belə rəqəm informasiyasının təhrif 
olunması baş verməyəcəkdir.
Bununla yanaşı mikrosxemlər temperaturun dəyişməsi, mikrosxemin 
köhnəlməsi, radiasiyanın təsiri və s. kim bir sıra arzuolunmaz amillərin təsiri 
altında işləyirlər, ona görə də bəzi şirkətlər bu amillərin mikrosxemlərin 
parametrlərinə təsirlərini aradan qaldırmaq üçün xüsusi texnoloji tədbirlər 
görürlər. 
KMOY strukturlu mikrosxemlərin girişləri çox böyük müqavimətə malik 
olduqlarından, bu mikrosxemlər maneələrə daha həssasdırlar. Ona görə də bu 
mikrosxemlərin girişlərini qoşulmamış saxlamaq olmaz, çünki girişə daxil olan 
böyük statik gərginliklərin hesabına bu mikrosxemlər sıradan çıxa bilərlər. 
Ümumiyyətlə, rəqəm mikrosxeminin elementlərinin hər hansı hissəsi istifadə 
olunmursa, onda onların girişlərini qida mənbəyinə, yaxud ümumi xəttə qoşmaq 
lazımdır. 


19

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   4   5   6   7   8   9   10   11   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling