Azərbaycan Respublikası Təhsil Nazirliyi
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
1.4.6. Əsas məntiq elementləri. «Yox» məntiq elementi
х х Ф ) ( inkar funksiyasını yerinə yetirir və tranzistor üzərində yaradılan açar sxemindən ibarətdir (şəkil 1.10,a). Sxemin girişinə «0» səviyyəli gərginlik verdikdə tranzistor bağlanır, onun emitter-kollektor keçidinin müqaviməti R k müqavimətinə nəzərən çox böyük olur. Odur ki, E k qida gərginliyinin çox hissəsi tranzistorun kollektor emitter keçidində düşür, yəni kollektorda - çıxışda «1» səviyyəli gərginlik alınır. Girişə «1» səviyyəli siqnal verdikdə tranzistor açılır və doyma rejimində işləyir. Bu rejimdə kollektor - emitter keçidinin müqaviməti çox kiçik olur və onda düşən gərginlik də «0» səviyyəli gərginliyə uyğun gəlir. «Və-ya» (YAXUD) məntiq elementi F(x)=x 1 +x 2 funksiyasını yerinə yetirir və diodlar üzərində yaradıla bilər (şəkil 1.10,b). «Və-ya» məntiq elementinin girişlərindən heç olmasa birinə «1» səviyyəli gərginlik verdikdə uyğun diod açılır və ondan axan cərəyan R müqavimətində «1» səviyyəli gərginlik düşküsü yaradır. Bütün girişlərə «0» səviyyəli gərginlik verdikdə 39 diodlar bağlıdır, R müqavimətindən cərəyan axmır və bu rezistorda gərginlik düşküsü də «0» səviyyəsinə uyğun olur. a) b) Şəkil 1.10. «Yox» (a) və «Və ya» (b) məntiq elementləri «Və» məntiq elementi F(x)=x 1 x 2 məntiq funksiyasını yerinə yetirir və diodlar, çoxemitterli tranzistorlar üzərində yaradıla bilər (şəkil 1.11). Girişlərdən heç olmasa birində «0» səviyyəli gərginlik olduqda uyğun diod açılır, onun düzünə müqaviməti kəskin azalır və onda düşən gərginlik də «0» səviyyəsinə uyğun gəlir (şək. 1.11,a). Bütün girişlərdə eyni zamanda «1» səviyyəli gərginlik olduqda diodun anod-katod aralığında potensial fərqi azalır, diodlar bağlanır və onların düzünə müqavimətləri artır. Onlarda düşən gərginlik «1» səviyyəli gərginliyə uyğun olur. Şəkil 1.11. «Və» məntiq elementləri: a) diodlar əsasında; b) çoxemitterli tranzistor əsasında qurulan məntiq elementi. Çoxemitterli tranzistor halında (şək. 1.11,b) heç olmasa emitterlərin birində «0» səviyyəli siqnal olduqda uyğun emitter keçidi açılır və E b gərginliyinin yaratdığı cərəyan bu keçiddən axır. Kollektor keçidindən cərəyan axmır və kollektor çıxış gərginliyi də «0» səviyyəli gərginliyə uyğun olur. 40 Bütün emitterlərə eyni zamanda «1» səviyyəli gərginlik verildikdə keçidlər bağlı olur. E b gərginliyinin yaratdığı cərəyan kollektor dövrəsindən axır və onda «1» səviyyəli gərginlik yaradır. «Yaxud - yox» məntiq elementi Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling