Azərbaycan Respublikası Təhsil Nazirliyi


Baza elementlərinə olan əsas tələblər


Download 5.01 Kb.
Pdf ko'rish
bet18/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   14   15   16   17   18   19   20   21   ...   157
Bog'liq
2014-2730 (2)

2.2. Baza elementlərinə olan əsas tələblər 
Real məntiq qurğularının çox funksionallığı, giriş siqnallarının və yüklərin 
müxtəlifliyi və çoxluğu, onların hazırlanmasında istifadə olunan hibrid və 
yarımkeçirici İS texnologiyaların müxtəlifliyi elektron blokunun hər bir 
elementinin ayrılıqda tənzimlənməsinə və köklənməsinə imkan vermir. Odur ki, 
rəqəm qurğularının etibarlı işləməsi üçün onun tərkibində olan elementlər və 
elementar bloklar aşağıdakı xüsusiyyətlərə malik olmalıdırlar: 
- giriş və çıxış siqnallarının səviyyələrinin uyğunluğu; 
- yüklənmə qabiliyyəti; 
- formalaşdırma xüsusiyyəti (siqnalın kvantlanması xüsusiyyəti); 
- maneədavamlılığı. 
Çoxlu sayda məntiq elementlərinin birgə işləyə bilməsi üçün onların giriş 
və çıxış siqnallarının səviyyələrinin uyğunluğu təmin edilməlidir, yəni məntiq 
elementlərinin çıxış gərginliyinin qərarlaşmış qiymətlərinin xarici faktorların 
təsiri və məntiq elementlərin parametrlərinin qiymətlərinin səpələnməsi 
nəticəsində fərqlənməsi verilmiş qiymətdən kənara çıxmamalıdır. Belə ki, 
aşağıdakı şərtlər ödənilməlidir: 
U
1
min
< U
1
(t) 
< U
1
max
U
0
min
< U
0
(t)
< U
0
max 

burada U(t) – məntiq elementinin çıxış gərginliyinin cari qiymətidir. 
Rəqəm qurğularının işinin etibarlılığını artırmaq üçün məntiq elementinin 
(ME) giriş siqnalının məntiq səviyyəsinə uyğun gələn dəyişmə oblastı çıxış 
siqnalından geniş olmalıdır: 
0
,
1
max
.
0
,
1
.
gir
мах
çıı
U
U

0
,
1
min
0
,
1
min
.
gir
çıı
U
U

Beləliklə, ME-nin giriş siqnalının buraxıla bilən dəyişmə oblastı çıxış 
siqnallarının dəyişmə oblastını da əhatə etməlidir. 


43
ME-nin yüklənmə qabiliyyəti bir neçə məlumat mənbəyindən siqnal 
almaq və eyni zamanda bir neçə kənar elementlər üçün məlumat mənbəyi olmaq 
qabiliyyəti ilə xarakterizə olunur. Bu zaman giriş və çıxış siqnalları yuxarıda 
verilən bərabərsizlikləri ödəməlidir. Yüklənmə qabiliyyətini qiymətləndirmək 
üçün iki əmsaldan: girişə görə birləşmə və çıxışa görə budaqlanma 
əmsallarından istifadə edilir.
Girişə görə birləşmə əmsalı K
bir
elementin girişinə qoşula biləcək eyni 
tipli ME-nin çıxışlarının maksimum sayına bərabərdir və 2…8 arasında dəyişir. 
Çıxışa görə budaqlanma əmsalı K
bud
elementin çıxışına qoşula biləcək 
eyni tipli ME-nin girişlərinin maksimum sayına bərabərdir və 4 … 30 arasında 
dəyişir. 
Elektrik siqnalının ME-nin ardıcıl qoşulmuş dövrəsindən keçdiyi zaman
onun forma və amplitudası buraxıla bilən dəyişmə sərhədindən kənara 
çıxmamalıdır. Bundan ötrü ME formalaşdırma xüsusiyyətinə malik olmalıdır. 
Formalaşdırma xüsusiyyəti ME-nin amplitud ötürmə xarakteristikasının növü ilə 
təyin edilir. Amplitud ötürmə xarakteristikası çıxış gərginliyinin giriş 
gərginliyindən olan asılılığına deyilir: U
çıx
= f (U
gir
). 
ME-nin formalaşdırma xüsusiyyəti olduğu üçün məntiq siqnallarının 
qısamüddətli təhrif olunması alınan nəticələrin həqiqiliyinin itirilməsinə gətirib 
çıxara bilər. Odur ki, ME yüksək maneədavamlılığa malik olmalıdır. 
Maneədavamlılığı (maneədayanıqlılığı) dedikdə, ME-nin giriş siqnalının 
dəyişmələrinə qeyri-həssaslığı xüsusiyyəti başa düşülür. Bir çox hallarda bu 
dəyişmələrin təsiri dərəcəsi istifadə olunan sxemotexniki həllərdən asılı olur. 
Rəqəm qurğularında maneələr daxili və xarici maneələrə ayrılırlar və 
qısamüddətli impulslar şəklində olurlar. Daxili maneələrə amplitudası və 
davametmə müddəti ME-nin çıxışında gərginlik düşkülərinin amplituda və 
davametmə müddətlərindən, ME arasındakı birləşdirici xətlərin növündən və 
uzunluğundan asılı olan maneələr aiddir. Xarici maneələrə sənaye elektrik 
enerjisinin ötürülməsi zamanı yaranan elektromaqnit təsiri, güc açarları, elektrik 
mühərrikləri, şəhər nəqliyyatı və s. tərəfindən yaradılan maneələr aiddir. 
ME-nin maneədavamlılıq zonası onun amplitud-ötürmə xarakteristikası 
ilə təyin edilir. 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   14   15   16   17   18   19   20   21   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling