Azərbaycan Respublikası Təhsil Nazirliyi


Download 5.01 Kb.
Pdf ko'rish
bet17/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   13   14   15   16   17   18   19   20   ...   157
Bog'liq
2014-2730 (2)

2
1
х
х
х
Ф


)
(
funksiyasını yerinə yetirir 
və paralel qoşulmuş tranzistorlar üzərində yaradıla bilər (şəkil 1.12,a). 
Girişlərin heç olmasa birində «1» səviyyəli siqnal olduqda uyğun 
tranzistor açılır, onun kollektor-emitter keçidinin müqaviməti çox kiçik olur və 
digər bağlı tranzistoru şuntlayır (qapayır). Kollektorda düşən gərginlik də «0» 
səviyyəli gərginliyə uyğun gəlir. Bütün girişlərdə eyni zamanda «0» səviyyəli 
siqnal olduqda bütün tranzistorlar bağlanır və ümumi kollektordakı gərginlik də 
«1» səviyyəli gərginliyə uyğun olur. 
a) b) 
Şəkil 1.12. «Yaxud - yox» (a) və «Və - yox» (b) məntiq elementləri 
«Və - yox» məntiq elementi 
2
1
х
х
х
Ф

)
(
funksiyasını yerinə yetirir və 
ardıcıl qoşulmuş tranzistorlar üzərində yaradıla bilər (şəkil 1.13,b). Girişlərin 
heç olmasa birində «0» səviyyəli siqnal olduqda uyğun tranzistor bağlanır, 
kolektor-emitter keçidinin müqaviməti çox böyük olur. Kollektorda düşən 
gərginlik «1» səviyyəli siqnala uyğun gəlir. Bütün girişlərdə eyni zamanda «1» 
səviyyəli siqnal olduqda isə bütün tranzistorlar açılır, onların emitter-kollektor 
keçidlərinin müqavimətləri çox azalır və onlarda ayrılan gərginlik «0» səviyyəli 
gərginliyə uyğun gəlir. 


41
FƏSİL 2. BAZA MƏNTİQ ELEMENTLƏRİ 
2.1. Məntiq dəyişənlərinin elektrik siqnalları ilə təsviri üsulları 
Elektrik sxemlərində məntiq arqument və funksiyalarının qiymətlərinə 
gərginlik və cərəyanların müxtəlif qiymətləri uyğunlaşdırıla bilər. Bu qiymətlər 
qərarlaşmış müəyyən qiymətlər və ya elektrik impulslarının parametrləri ola 
bilər. Buna uyğun olaraq, məntiq dəyişənlərinin təsviri potensial və impuls 
üsullarına ayrılır.
Potensial üsulla təsvir zamanı 0 və 1 məntiq qiymətlərinə gərginlik və ya 
cərəyanın iki müxtəlif səviyyələri uyğun gəlir. Bu səviyyələrdən hansının 0 və 1 
qiymətlərinə uyğun olmasından asılı olaraq, məntiq müsbət və ya mənfi məntiqə 
ayrılır.
Müsbət məntiq halında 1 məntiq qiymətinə gərginlik və ya cərəyanın 
böyük qiyməti, 0 məntiq qiymətinə isə gərginlik və ya cərəyanın kiçik qiyməti 
uyğun gəlir. Mənfi məntiq halında isə əksinə, 1 məntiq qiymətinə gərginlik və 
ya cərəyanın kiçik qiyməti, 0 məntiq qiymətinə isə gərginlik və ya cərəyanın 
böyük qiyməti uyğun gəlir. Bu hal gərginliyin istənilən işarəsində və ya 
cərəyanın istənilən istiqamətdə axması halında doğrudur (şəkil 2.1). Müsbət 
məntiq halında «VƏ» funksiyasını yerinə yetirən məntiq elementi mənfi məntiq 
halında «VƏ-YAXUD» funksiyasını yerinə yetirmiş olur. 
Şəkil 2.1. Məntiq “1” və “0” dəyişənlərinin potensial üsulu ilə təsviri 
İmpuls üsulu ilə təsvir zamanı, məsələn, 1 məntiq qiymətinə impulsun 
olması və ya impulsun ön cəbhəsi, 0 məntiq qiymətinə impulsun olmaması və ya 
onun arxa cəbhəsi uyğun gəlir. 
Potensial üsulla təsvir zamanı məntiq dəyişənlərinin qiymətləri istənilən 
təsadüfi zaman anlarında müəyyən edilə bilər. İmpuls üsulu ilə təsvir zamanı 
məntiq dəyişənlərinin qiymətləri müəyyən diskret zaman anlarında müəyyən 


42
edilə bilər. Başqa sözlə, potensial təsvir zamanı məlumatın həm sinxron, həm də 
asinxron oxunması mümkündür. İmpuls üsulu ilə təsvir zamanı məlumatın ancaq 
sinxron oxunması mümkündür.
Gələcəkdə məntiq dəyişənlərinin təsvirinin potensial üsuluna müsbət 
potensial halında baxılacaqdır. 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   13   14   15   16   17   18   19   20   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling