Azərbaycan Respublikası Təhsil Nazirliyi
Geniş tətbiq olunan baza məntiq mikrosxemləri
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
2.9. Geniş tətbiq olunan baza məntiq mikrosxemləri
2.9.1. Müxtəlif strukturlu məntiq mikrosxemlərinin əsas seriyaları və onların əsas parametrləri. Əvvəlki fəsillərdə qeyd olunduğu kimi rəqəm siqnalları iki stabil səviyyəyə: məntiqi sıfır səviyyəsinə və məntiqi vahid səviyyəsinə malik olan siqnallardır. Müxtəlif texnologiyalar üzrə yerinə yetirilmiş mikrosxemlərdə məntiq səviyyələri biri-birindən fərqlənə bilər. Hal-hazırda TTM, onun modernləşdirilmiş analoqu olan TTMŞ mikrosxemləri və KMOY texnologiyalı mikrosxemlər daha geniş yayılmışdır. TTM mikrosxemləri üçün məntiqi sıfır səviyyəsi 0,4V, vahid səviyyəsi 2,4V olduğu halda, KMOY mikrosxemlərində məntiqi sıfır səviyyəsi 0V, vahid səviyyəsi isə təxminən qida gərginliyinə bərabər olur. Hər bir halda vahid – yüksək gərginlik, sıfır səviyyə isə - aşağı gərginlik olduqda olur. Mikrosxemin çıxışında sıfır gərginlik olması o demək deyil ki, çıxış “havada asılı qalıb”, əslində ümumi şinə qoşulmuş olur. Ona görə də bir neçə məntiq çıxışlarını öz aralarında biri-birinə qoşmaq olmaz, çünki onlarda müxtəlif səviyyələr yarandıqda qısa qapanma baş verər. Siqnalların səviyyələrinin fərqli olması ilə yanaşı məntiq strukturları elektrik enerji tələbatına, sürətinə (sərhəd tezliyinə), yüklənmə qabiliyyətinə və s. görə fərqlənirlər. Məntiqin tipini mikrosxemin adına, markasına görə tanımaq olar. İstənilən seriyada yalnız eyni texnologiya üzrə hazırlanmış mikrosxemlər olur. 58 Hal-hazırda ən geniş tətbiq olunan mikrosxemlər aşağıdakı seriyalardır: 1) TTMŞ - K555, K1533; 2) KMOY - КР561, КР1554, КР1564; 3) EƏM - К1500 TTM, TTMŞ, KMOY və EƏM mikrosxemlərinin seriyaları, onların uyğun xarici analoqları və əsas parametrlərinin müqayisəli təhlili cədvəl 2.1-də verilmişdir. Cədvəl 2.1 TTM TTMŞ KMOY Yüksək sürətli KMOY EƏM Adının açılışı Tranzistor- tranzistor məntiqi TTM Şottki diodlu Komplementar metal-oksid yarımkeçirici Emitter əlaqəli (uzlaşdırılmış) məntiq SSRİ, Rusiya istehsalı К155 К131 К555,К531 КР1533 К561 К176 КР1554 КР1564 К500 КР1500 Xarici analoqları 74 74LS 74ALS CD40 H 4000 74AC 74 HC MC10 F100 Ləngimə (Sürət), ns 10…30 4…20 15…50 3,5..5 0,5…2 Maks. tezlik, MHs 15 50..70 1…5 50…150 300…500 Qida gərginliyi,V 5 ±0,5 5 ±0,5 3...15 2...6 -5,2 ±0,5 Tələb etdiyi cərəyan(yük- süz), mA 20 4...40 0,002...0,1 0,002...0,1 0,4 Məntiqi “0” səviy., V 0,4 0,5 < 0,1 < 0,1 -1,65 Məntiqi “1” səviy.,V 2,4 2,7 ~ U qid. ~ U qid. -0,96 Maksim. çıx. cərəyanı, mA 16 20 0,5 75 40 Rəqəm elektron qurğularını qurarkən eyni seriyadan olan mikrosxemlərin istifadə olunması tövsiyə olunur. Bu ilk növbədə məntiq siqnallarının səviyyələrinin fərqli olması ilə bağlıdır. Mikrosxem seriyasını seçərkən, əsasən onun sürəti (işçi tezliyi), enerji tələbatı, qiyməti, həm də asan əldə oluna bilməsi nəzərə alınır. Bəzən elə hal olur ki, yalnız bir seriyalı mikrosxemlərlə kifayətlənmək mümkün olmur. Məsələn, yaradılan rəqəm qurğusunun həm az enerji tələbatına, həm də yüksək sürətə malik olması tələb olunarsa, onda bir neçə seriyadan olan 59 mikrosxemlərin sintezindən istifadə etmək lazım olur. Bunun üçün müxtəlif strukturlu mikrosxemləri uzlaşdırmaq üçün səviyyə çeviricilərinin istifadə olunması lazım olur. Belə ki, KMOY seriyalı mikrosxemlər ən az enerji tələbatına, EƏM-lər isə ən böyük sürətə malikdirlər. Bəzi hallarda müxtəlif seriyalı mikrosxemləri səviyyə çeviricisi istifadə etmədən uzlaşdırmaq olar. Məsələn, qida gərginlikləri eyni seçildikdə, KMOY- mikrosxemlərinin çıxışını TTM (TTMŞ) girişinə qoşmaq olar. Lakin əksinə, TTM-dən KMOY-a qoşmaq məsləhət görülmür. Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling