Azərbaycan Respublikası Təhsil Nazirliyi


Geniş yayılmış məntiq mikrosxem seriyaları, onların quruluşu


Download 5.01 Kb.
Pdf ko'rish
bet27/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   23   24   25   26   27   28   29   30   ...   157
Bog'liq
2014-2730 (2)

2.9.3. Geniş yayılmış məntiq mikrosxem seriyaları, onların quruluşu 
və İTX-ları. Məntiq mikrosxemləri yaddaş elementləri olmayan kombinasion 
tipli funksional düyünlərdir. Bu o deməkdir ki, məntiq mikrosxeminin 
(elementinin) halı giriş siqnalı daxil olana qədər mikrosxemin olduğu məntiq 
halından asılı olmayıb, hal-hazırda mikrosxemin girişindəki siqnalların 
kombinasiyasından asılıdır.  
Məntiq mikrosxemlərinin ən geniş tətbiq olunan növləri baza məntiq 
elementlərindən: “YOX”, “VƏ”, “YAXUD”, “VƏ –YOX” və “YAXUD-YOX” 
elementlərindən təşkil olunmuş mikrosxemlərdir. 
YOX əməliyyatını yerinə yetirən mikrosxemlər bir girişə və bir çıxışa 
malik olan məntiqi inversiya (inkar) elementlərindən ibarətdir. Məntiqi “YOX” 
elementinin girişinə məntiqi “1” verildikdə, çıxışında “0”, girişinə “0” 
verildikdə isə çıxışında “1” olacaq. Beləliklə, girişdəki rəqəm siqnalı əksinə 
olana çevrilir. Sənayedə buraxılna məntiqi “YOX” mikrosxemlərinin bir 
korpusunda adətən altı “YOX” məntiqi yerləşdirilir. 
VƏ - məntiqi vurma mikrosxemləri iki və ya daha çox girişə və bir çıxışa 
malik olan məntiq elementlərindən təşkil olunur. Məntiq elementlərinin 
girişlərinin sayından asılı olaraq, mikrosxemlərinin bir korpusunda yerləşən 
elementlərin sayı 1, 2, 3 və 4 ola bilər.
YAXUD - məntiqi toplama əməliyyatını yerinə yetirən mikrosxemlər də 
iki və ya daha çox girişə və bir çıxışa malik olan məntiq elementlərindən təşkil 
olunur. Eynilə bu mikrosxemlərin də bir korpusunda yerləşən elementlərin sayı 
1, 2, 3 və 4 ola bilər. 
“VƏ-YOX” mikrosxemləri məntiqi vurma və sonra inversləmə 
əməliyyatını, “YAXUD-YOX” mikrosxemləri isə məntiqi toplama və sonra 
inversləmə əməliyyatını yerinə yetirən bir çıxışlı məntiq elementlərindən təşkil 
olunub, girişlərinin sayından asılı olaraq bir korpusunda yerləşən elementlərin 
sayı 1, 2, 3 və 4 ola bilər. 


61
“VƏ”, “YAXUD”, “VƏ –YOX” və “YAXUD-YOX” mikrosxemlərindən 
3 və 4 məntiq elementinə malik olanları daha geniş istifadə olunur. 
Kütləvi istehsal olunan bir sıra mikrosxemlərin misalında müxtəlif 
markalı məntiq mikrosxemlərinin əsas parametrlərini nəzərdən keçirək. 
Ən geniş yayılmış TTMŞ-məntiqli K555(KM555) seriyalı 
mikrosxemlərin TTM – məntiqli K155 (KM155) seriyalı mikrosxemlərin 
analoqu oldu-ğunu nəzərə alaraq bu seriyadan olan mikrosxemlərin, həmçinin, 
az enerji tələbatına və digər müsbət cəhətlərinə görə geniş tətbiq tapan KMOY-
məntiqli K176, yaxud K561 seriyalı mikrosxemlərin parametrlərini müqayisəli 
şəkildə nəzərdən keçirək.

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   23   24   25   26   27   28   29   30   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling