Azərbaycan Respublikası Təhsil Nazirliyi
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
- Bu sahifa navigatsiya:
- FƏSİL 3. KOMBİNASİYALI RƏQƏM QURĞULARI
Qeyd: Elektron sxemlərdə istifadə olunan elementlərin, o cümlədən tranzistorların və digər yarımkeçirici cihazların şərti qrafiki işarələnməsi əlavə 1-də, ən geniş yayılmış cihazların əsas parametrləri, istismar şərtləri tətbiq sahələri, onlar əsasında qurulan bəzi elektron qurğularının sxemlərinin ilkin hesabatına nümunələr əlavə 2-də, əlavə 3-də yarımkeçirici elektron cihazlar və onlar əsasındakı elektron qurğularının parametrlərinin və qoşulma sxemlərinin təhlilinə dair misallar verilmişdir. 66 FƏSİL 3. KOMBİNASİYALI RƏQƏM QURĞULARI Rəqəm məlumatlarını yadda saxlamadan çevirən rəqəm qurğularına kombinasiyalı rəqəm qurğuları deyilir. Bu qurğularda çıxış dəyişənləri giriş dəyişənləri ilə eyni qiymətlidirlər və qurğunun əvvəlki vəziyyətindən asılı deyillər. Kombinasiyalı rəqəm qurğularına şifrator və deşifrator, multipleksor və demultipleksor, kod çeviriciləri, yarımcəmləyici və cəmləyici, hesab qurğuları aid edilə bilər. Belə qurğular «VƏ», «VƏ-YA», «YOX», «VƏ-YOX», «VƏ- YA-YOX» məntiq elementlərində yaradılır. 3.1. Verilmiş element bazasında məntiq qurğularının sintezi Məntiq qurğularının yaradılması zamanı adətən, funksional tamamlanmış elementlər sistemindən istifadə edilir. Bu sistemə “Və-Yox” və “Və-ya-Yox” elementləri və ya bu elementlərdən biri daxil olur. Bu elementlər üzərində məntiq qurğularını sintez etmək üçün “2Və-Yox” və “2Və-ya-Yox” elementlərinin çıxış siqnallarını təsvir edən işçi cədvəl aşağıda verilmişdir. Girişlərə x 1 və x 0 məntiq dəyişənlərinin verildiyi qəbul edilir. Element Əməliyyatın şərti işarəsi Çıxış siqnalının təsviri forması 2Və-Yox Şeffer ştrixi x 1 Ix 0 . ; ; ; 0 1 0 1 0 1 0 1 x x x x x x x x 2Yaxud-Yox Pirs oxu 0 1 x x . ; ; ; 0 1 0 1 0 1 0 1 x x x x x x x x Bu cədvəl əsasında istənilən cəbri məntiq funksiyasını lazım olan məntiq elementləri bazisində yazmaq olar. Bu zaman iki texniki qaydadan istifadə edilir: ilkin ifadənin və ya onun hissəsinin ikiqat inverslənməsi və De-Morqan teoreminin ( 0 1 0 1 0 1 0 1 , x x x x x x x x ) tətbiqi. Əgər cəbri məntiq funksiyasını “Və-Yox” məntiq bazisinə gətirmək lazımdırsa, funksiya, göstərilən qaydalarla ancaq vurma və inversiya məntiq əməliyyatlarına malik vəziyyətə çevrilir. Sonra funksiya “Və-Yox” əməliyyatının şərti işarələri vasitəsi ilə yazılır. Cəbri məntiq funksiyasının “Və- ya-Yox” məntiq bazisinə çevrilməsi analoji olaraq yerinə yetirilir. Bu zaman ifadə ancaq məntiqi cəmləmə və inversiya əməliyyatlarından təşkil edilir. |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling