Azərbaycan Respublikası Təhsil Nazirliyi
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
3.3.2. Kod çeviriciləri. Rəqəm texnikasında informasiyanın müxtəlif
kodlanma növləri tətbiq edilir. EHM-də əməliyyatların yerinə yetirilməsi zamanı düz, əks, əlavə, ikilik-onluq və s. müxtəlif ikilik kodlardan istifadə edilir. İnformasiyanın əlaqə xətti ilə ötürülməsi zamanı, məsələn xətaların yaranması ehtimalını azaldan və yaxud xətaları aradan qaldıran kodlardan da istifadə edilir. Belə kodlara nümunə olaraq 5-dən 2 prinsipində qurulan kodları (5 simvoldan 2 simvola həmişə vahid qiyməti verilir), tək və ya cütü yoxlayan kodları, Xemminq kodunu aid etmək olar. Bununla əlaqədar olaraq rəqəm informasiya sistemlərində informasiyanın bir koddan digərinə çevrilməsi məsələsi ortaya çıxır. Bu cür məsələlər aparat səviyyəsində kod çeviriciləri tipli kombinasiyalı qurğulardan istifadə edilir. Beləliklə, kod çeviricisi informasiyanın kodlanması növünü dəyişən kombinasiyalı qurğuya deyilir. Şəkil 3.5. “1-dən 4-ə” demultipleksorun funksional sxemi Bütün kombinasiyalı qurğular kimi, kod çeviriciləri də qurğunun girişinə verilən və çıxışından götürülən kodların uyğunluğunu göstərən işçi cədvəllə xarakterizə olunur. Ümumi halda, bu cədvəlin giriş və çıxışındakı kodların mərtəbələrinin sayı müxtəlif ola bilər. Əsas odur ki, cədvəl müxtəlif kodların birqiymətli olaraq uyğunluğunu təmin etsin. Belə cədvəl konkret bir kod 73 çeviricisinin məntiqi strukturunun sintezi üçün əsas olur. Kod çeviricilərinin funksional sxemlərdə qrafiki şərti işarəsi şəkil 3.6 -də göstərilmişdir. Şəkil 3.6. Kod çeviricisinin şərti qrafiki işarəsi. İMS şəklində buraxılan kod çeviricilərinə nümunə kimi informasiyanı ikilik koddan ikilik-onluq koda çevirən çeviriciləri göstərmək olar. Bu kod çeviricilərinin xüsusi halı kimi şifrator və deşifratorları göstərmək olar. Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling